Xedice Sultan Iv Mehmedin Qizi - Wikipedia
Xədicə Sultan (1660, İstanbul – 5 iyul 1743) - IV Mehmedin və Əmətullah Rabiyə Gülnuş Sultanın qızıdır. II Süleyman və II Əhmədin qardaşı qızı, II Mustafa və III Əhmədin böyük bacısı və I Mahmudun bibisidir.
Xədicə Sultan | |
---|---|
خديجة خاتون | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1660 |
Doğum yeri | İstanbul, Osmanlı imperiyası |
Vəfat tarixi | 5 iyul 1743 |
Dəfn yeri | |
Atası | IV Mehmed |
Anası | Əmətullah Rabiyə Gülnuş Sultan |
Həyat yoldaşları |
Müsahib Mustafa Paşa Kürəkən Həsən Paşa |
Uşaqları | Sultanzadə Mehmed Bəy, Həsən Bəy, Abbas Ağa, Ruqiyə Xanım Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Həyatı
redaktə1662-ci ildə dünyaya gələn Xədicə Sultan ilk evliliyini 13 yaşında atasının müsahibi Mustafa Paşa ilə gerçəkləşdirdi.[1] Toy mərasimi kiçik qardaşı Şahzadə Əhmədin sünnət mərasimi ilə birlikdə keçirildi.[2] Ədirnədə 14 gün boyunca davam edən bu toy mərasimi o qədər təntənəli keçmişdi ki, Xədicə Sultanın cehizi 86 qatırla daşınmışdı.[3][4] 11 il davam edən bu evlilikdən Sultanzadə Mehmed Bəy, 7 yaşında vəfat edən Həsən Bəy və kiçik yaşlarında vəfat edən digər övladları dünyaya gəldi. 1685 tarixində Mustafa Paşanın vəfatı ilə Xədicə Sultan dul qaldı. 1691-ci ildə Kürəkən Həsən Paşa ilə evləndirildi. 23 il davam edən bu evlilikdən Xədicə Sultanın bir qızı və iki oğlu dünyaya gəldi. 17 noyabr 1703 tarixində Həsən Paşanın sədrəzəm təyin edilməsi ilə Xədicə Sultan da gücləndi. Ancaq 28 sentyabr 1704 tarixində Həsən Paşa vəzifədən alındı və hər ikisi İzmit şəhərinə sürgün edildi. Bir müddət burda yaşayan cütlük qısa zamanda İstanbula geri qayıtdı. Həsən Paşanın 1713 tarixində vəfat etməsi ilə, Xədicə Sultan dul qaldı.[5] Geridə qalan 30 illik həyatında bir daha evlənmədi. 9 may 1743 tarixində qardaşı oğlu I. Mahmudun səltənətində vəfat etdi.[6]
Övladları
redaktə- Sultanzadə Mehmed bəy (1676-?)
- Həsən bəy (1677-1684)
- Abbas ağa (ö. 1712)
- Ruqiyə Xanım Sultan
İstinadlar
redaktə- ↑ Özdemir Nutku, IV. Mehmet’in Edirne Şenliği (1675), Ankara, 1972, s.53-62
- ↑ Şeyhî, Şakaik-i Nu’maniye, s.594
- ↑ Şeyhî, Şakaik-i Nu’maniye, s.699; Nutku, aynı eser, s.62-64; Öztuna, 30 Haziran1674’de nikahın kıyıldığını ve 9 Temmuz 1674’de Edirne’de düğünün yapıldığını kaydeder; fakat herhangi bir kaynak vermemiştir
- ↑ Baron Joseph Von Hammer Purgstall, Osmanlı Devleti Tarihi, C. XI, İstanbul, l986, s.286; Nutku, aynı eser, s.130-140
- ↑ Mustafa Çağatay Uluçay, Padişahların kadınları ve kızları (5 bas.), 2011 Ankara: Ötüken. ISBN 9789754378405.
- ↑ Leslie P. Peirce, (1993) Imperial Harem : Women and Sovereignty in the Ottoman Empire 1993 Arxivləşdirilib 2023-07-06 at the Wayback Machine, Oxford University Press, ISBN 0-19-508677-5.