Xususi Redirect Revision 6842722 - Wikipedia
Yazıçı və ya yazar — ideyaları çatdırmaq üçün fərqli üslublar və texnikalarla yazılı sözlərdən istifadə edən insan. Yazıçılar ədəbi sənətin fərqli formlarını və romanlar, hekayələr, kitablar, poeziyalar, səfərnamələr, pyeslər, ssenarilər, teleskriptlər, mahnılar və esselər kimi kreativ yazı işləri, habelə ictimaiyyət üçün maraqlı ola biləcək hesabatlar və məqalələr ərsəyə gətirirlər. Yazıçıların işləri medianın böyük bir hissəsində yayımlanmaqdadır. İdeyaları yaxşı bir şəkildə çatdırmaq məqsədilə dildən məharətlə istifadə edə bilən yazıçılar çox vaxt bir cəmiyyətin mədəniyyətinə önəmli töhfələr verir.[1]
Yazıçı peşəsi
Yazıçı sözün gücü ilə, xüsusi inkişaf etmiş yazılı ifadə tərzi ilə əsər yaradan insandır, müəllifdir. Əsasən bədii ədəbiyyatla məşğul olan insanın peşəsini bildirir. Hekayə, esse, povest, roman, dram, ssenari, şeir yazanlar yazıçı hesab olunurlar. Çox zaman şair sözü ayrıca status alır və yazıçı sözü nəsr şəklində bədii ədəbiyyat yaradıcısına aid edilir. Bu, yazıçı sözünün ən dar mənasıdır. Daha geniş mənada şair də yazıçıdır. Sözün ən geniş mənasında isə, ümumiyyətlə, hər hansı müəllif yazıçıdır, yəni müəllif sözü yazıçı sözünün sinonimidir. Yazıçı sözü ingilis dilində (Writer) və bir sıra digər dillərdə məhz sözün ən geniş mənasında işlənilir.
İnternet hər kəsə yazıçılıqla məşğul olmaq imkanı vermişdir. Məsələn, Vikipedia yazıçılığı, bloq yazıçılığı və s.
Yazıçı birlikləri
Yazıçılar çox zaman müxtəlif birliklərdə, dərnəklərdə birləşib fəaliyyətlərini tənzimləyirlər. Məsələn, Azərbaycan Yazıçılar Birliyi bu cür birliklərdəndir.
Qeyd
Sözün dar mənasında bir sıra hallarda "yazıçı" sözü və Türkiyə türkcəsinin təsiri altında "yazar" kəlməsi eyni mənada işlənilir.[2][3]
Həmçinin bax
İstinadlar
- ↑ Magill, Frank N. Cyclopedia of World Authors. I, II, III (revised). Englewood Cliffs, New Jersey: Salem Press. 1974. 1–1973. [A compilation of the bibliographies and short biographies of notable authors up to 1974.]
- ↑ "Bildilçin". bildilchin.az. 2022-06-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-10-22.
- ↑ "English-Azerbaijani dictionary - a man of letters". azleks.az.