Xususi Daimikecid 7884929 - Wikipedia
Xüsusi:DaimiKeçid/7884929 - Haqqında Məlumat
Bu, Vikipediya:Bilirsinizmi namizədləri səhifəsinin müzakirə səhifəsidir. |
|
↓ Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin |
Müzakirələrin arxivi:
|
Bölmədə cümlələrin "ki" ilə başlanması və sualla bitməsi barədə
"Bilirsinizmi" bölməsində son aylarda edilmiş dəyişiklikdən sonra bölməni oxumaq mümkün deyil. Cümlə quruluşları adamın "beynini sındırır". Ya bölmənin adı elə "Bilirsinizmi ki" olsun və hər cümlənin əvvəlində "ki" yazmağa ehtiyac qalmasın, ya da əvvəlki vəziyyətə qaytarmaq lazımdı. Üstəlik, bu bölmənin adındakı "Bilirsinizmi" ifadəsi kiməsə ünvanlanmış sual deyil, sadəcə bölmənin adıdır və məcbur deyil ki, hər cümlə sual işarəsi ilə bitsin. Aktiv istifadəçilərdən, o cümlədən, @Sortilegus, @Eldarado, @Araz Yaquboglu, @Toghrul R, @En Merker, @White Demon, @Samral və digər münasibət bildirmək istəyən şəxslərdən fikirlərini qeyd etmələrini xahiş edirəm.--Wertuose (müzakirə) 12:06, 27 noyabr 2024 (UTC)
- Mənim üçün çox da fərq yoxdu əslində. Mən bölmənin belə daha maraqlı görünəcəyini düşünmüşdüm. Başqaları da etiraz edirsə əvvəlki formata qaytarıla bilər. Unkillable Demon King 12:20, 27 noyabr 2024 (UTC)
- @Wertuose, sizinlə tam razıyam. Qəti məqbul deyil indiki halı. samral müzakirə 14:41, 27 noyabr 2024 (UTC)
- Fərq etmir. --► Hörmətlə: SolaVirum 23:32, 27 noyabr 2024 (UTC)
- @Wertuose, əslində müəyyən qədər düz deyirsiniz, trvikidə bölmə və layihən adına "Biliyor muydunuz?" yazıb, cümlə şəklində veriblər faktları. White Demon kimi, mən də belə daha maraqlı göründüyünü düşünürəm. Envikidə də hazırkı kimi veriblər və burada da diqqətimi çəkdi. İndi trvikidəki kimi etsək, sual işarəsi əlavə edib cümlə şəklində verməliyik, ya da başlıqdakı, yaxud faktların qarşısındakı üç nöqtəni silib elə davam da etmək olar. Amma mən indiki halında da ciddi problem görmürəm. Bir yerdən üç nöqtəni yığışdırmaq niyə lazımdır ki? Hörmətlə, Qədir (müzakirə) 05:23, 28 noyabr 2024 (UTC)
- Fərq etmir. --► Hörmətlə: SolaVirum 23:32, 27 noyabr 2024 (UTC)
- @Wertuose, sizinlə tam razıyam. Qəti məqbul deyil indiki halı. samral müzakirə 14:41, 27 noyabr 2024 (UTC)
- Fikrimcə əvvəlki versiya indikindən daha normal idi. Araz Yaquboglu (müzakirə) 05:49, 28 noyabr 2024 (UTC)
- Digərlərinin də etirazı nəzərə alınaraq gələn həftədən etibarən əvvəlki formata qayıdırıq. Unkillable Demon King 15:26, 8 dekabr 2024 (UTC)
- Bölmənin adına da düzəliş edirəm. Hörmətlə, Qədir (müzakirə) 15:49, 8 dekabr 2024 (UTC)