Vilyam Hersel - Wikipedia
Vilyam Herşel (Fridrix Vilhelm Herşel) (alm. Friedrich Wilhelm Herschel; 15 noyabr 1738[1][2][…], Hannover, Braunşveyq-Lüneburq elektoratlığı[d], Müqəddəs Roma imperiyası[1][2][…] – 25 avqust 1822[1][3][…]) – alman əsilli İngiltərə astronomu. Uran planeti və onun iki peykini, Saturn planetinin iki peykini, infraqırmızı şüalanmanı kəşf edib. Həmçinin elə də olmayan 24 simfoniyanın müəllifidir.
Vilyam Herşel | |
---|---|
alm. Friedrich Wilhelm Herschel | |
Doğum adı | Friedrich Wilhelm Herschel |
Doğum tarixi | 15 noyabr 1738[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 25 avqust 1822[1][3][…] (83 yaşında) |
Uşağı | |
Elm sahələri | astronomiya, optika |
Elmi dərəcəsi |
|
Təhsili | |
Tanınmış yetirmələri | Con Frederik Uilyam Herşel, Karolina Herşel |
Üzvlüyü |
|
Mükafatları |
|
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəKasıb musiqiçi İsaak Herşelin ailəsində doğulan Vilyam Herşel gənc yaşlarında qoboy ifaçısı olaraq ordu orkestrində xidmət etmişdir. Tərkibində olduğu hərbi polkla Hannoverdən İngiltərəyə gələn Herşel 1757-ci ildə musiqiyə daha çox vaxt ayıra bilmək üçün ordudan ayrılır. Halifaks şəhərində orqan ifaçısı musiqi müəllimi kimi bir müddət işlədikdən sonra o, kurort şəhəri olan Baz şəhərinə gəlir. Burada ictimai konsertlərə rəhbərlik edir. Musiqi, daha sonra riyaziyyata yaranan marağı onun optika ilə tanış olmasına gətirib çıxardır və tezliklə linzalar, optik şüşələrlə apardığı təcrübələr onda astronomiyaya maraq oyadır. Böyük teleskop almağa maddi imkanı olmayan Herşel özü teleskop düzəltmək qərarına gəlir. O, öz bacısı Karolina ilə birlikdə daim teleskopların təkmilləşdirilməsi və astronomik müşahidələrlə məşğul olurdu. 1782-ci ildə kral Herşeli özünün şəxsi astronomu təyin edir. Nəticədə həmin il Buckinghamshire qraflığına köçərək burada astronomiya ilə məşğul olur, düzəltdiyi 60-dan yuxarı teleskopu avropalı astronomlara satırdı. 1789-cu ildə Herşel öz dövrünün ən böyük teleskopunu düzəltməyi bacarır. Buckinghamshire qraflığının Slau adlı bölgəsində 1822-ci ildə vəfat edir.
Herşelin kataloqu
redaktə1782 və 1802-ci illər arasında Herşel özünün düzəltdiyi teleskoplar ilə kosmosda təqribən 2400 kosmik obyekti kəşf etmiş və bu kəşflərini üç kataloqla nəşr etdirmişdir:
- Catalogue of One Thousand New Nebulae and Clusters of Stars (1786)
- Catalogue of a Second Thousand New Nebulae and Clusters of Stars (1789)
- Catalogue of 500 New Nebulae (1802)
Herşel kataloqundakı obyektləri nebula – dumanlıq olaraq adlandırmış (1924-cü ildə Edvin Habbl tərəfindən dumanlıq anlayışının sərhədləri müəyyən olunana qədər böyük və aydın olmayan kosmik obyektlər dumanlıq adlandırılmaqdaydı) və həmin obyektləri səkkiz sinifə bölmüşdür:
- Parlaq dumanlıq
- Zəif dumanlıq
- Çox zəif dumanlıq
- Planetar dumanlıq
- Çox böyük dumanlıq
- Çox sıxışdırılmış və zəngin ulduz qrupları
- Sıxıştırılmış böyük və kiçik (zəif və parlaq) ulduz qrupları
- Kobud səpələnmiş ulduz qrupları
Uranın kəşfi
redaktəHerşel 1781-ci ilin mart ayında cüt ulduz axtarışında olarkən ulduz təbiətinə malik olmayan bir diskə rast gəlir. Əvvəlcə astronom bunun bir kometa və ya ulduz olduğunu düşünsə də, rus akademiki Anders Lexellin də tədqiqatları nəticəsində bu diskin orbitinin planetar olduğu məlum olur və Herşel öz tapıntısının Saturndan daha uzaqda orbitə malik yeddinci planet olduğu fikrinə gəlir. Yeni planeti kral III Georqun şərəfinə "Georq ulduzu" (Georgium Sidus) adlandırsa da, adı tezliklə dəyişmişdir. Fransada "Herşel" adı ilə tanınan planet yunan mifologiyasında səma tanrısı olan Uranın şərəfinə adlandırılmışdır. Herşel bu kəşfi ilə 1781-ci ildə Kopley medalı ilə təltif olunmuş və Kral Cəmiyyətinə üzv qəbul olunmuşdur.
Digər kəşfləri
redaktəOberon | 11 yanvar 1787 |
Titaniya | 11 yanvar 1787 |
Enselad | 28 avqust 1789 |
Mimas | 17 sentyabr 1789 |
- "Asteroid" terminini 1802-ci ildə elmə gətirib. Herşel teleskopla müşahidə apararkən bu obyektəri ulduza bənzətdiyindən bu obyektləri adlandırarkən yunan sözləri olan "aster" (ulduz) və "eidos" (forma, görünüş) sözlərindən istifadə etmişdir.
- "Süd yolu" ilə bağlı apardığı tədqiqatlarında qalaktikanın diskşəkilli olduğunu müəyyən etmişdir.
- Ulduzlarla bağlı apardığı araşdırmalardan sonra Günəş sisteminin də hərəkət etdiyi fikrinə gəlmiş və hərəkət istiqamətini təxmini müəyyən etmişdir.
- Herşel özündən əvvəl Ciovanni Kassini (1666) və Xristian Hüygens (1672) tərəfindən müşahidə olunan Marsın qütblərindəki buzlaqların Marsın mövsümlərinin dəyişməsi ilə birgə dəyişdiyini müşahidə etmişdir.
Maraqlı faktlar
redaktə- Uranın halqalarını da Herşelin müşahidə etməsi ilə bağlı mülahizələr mövcuddur.
- Herşel ömrünün sonuna kimi, Günəş də daxil olmaqla bütün planetlərdə həyat olduğuna inanmışdır.
- İngiltərənin Baz şəhərində Herşel Astronomiya Muzeyi mövcuddur.
- 2000 Herşel adlı asteroid mövcuddur.
- Uran planetinin simvolunun içərisində Herşelin soyadının baş hərfini (H) görmək olar.
- Aydakı kraterlərdən biri Herşelin şərəfinə adlandırılıb.
- Marsdakı meteor kraterlərindən biri Herşelin şərəfinə adlandırılıb.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Clerke A. M. Herschel, William (ing.). // Dictionary of National Biography / L. Stephen, S. Lee London: Smith, Elder & Co., 1885.
- ↑ 1 2 3 4 5 Berry A. A Short History of Astronomy (brit. ing.). London: John Murray, 1898.
- ↑ 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Kindred Britain.
- ↑ 1 2 Mathematics Genealogy Project (ing.). 1997.
- ↑ 1 2 https://www.amacad.org/sites/default/files/media/document/2019-10/electionIndex1780-1799.pdf.
Xarici keçidlər
redaktə- William Herschel's Deep Sky Catalog
- The William Herschel Double Star Catalogs Restored
- Full text of The Story of the Herschels Arxivləşdirilib 2020-09-18 at the Wayback Machine (1886) from Project Gutenberg