Vikipediya Muzakiresi Suretli Silme Kriteriyalari Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
M1 kriteriyası
Salam. M1 kriteriyası ilə müzakirəyə başlamaq lazımdır. İndiki şərtlər keçən il qəbul olunub, minlərlə məqaləni əhatə edən bir kriteriyadır, amma səsvermə cəmi 9 istifadəçinin lehinə səsi ilə keçirilib. Məncə, xeyli istifadəçi hal-hazırda şablon, kateqoriyası yerində olan və 1 cümlədən ibarət olan ensiklopedik mövzuda məqalələrin silinməsindən narazıdır. Digər kriteriyalarda problem görmürəm. Məhz bu kriteriyaya yenidən baxmalı və dəqiqləşdirməli olduğumuzu düşünürəm.— Eminn (müzakirə) 14:53, 2 fevral 2022 (UTC)
şablon
Salam. Müvafiq məqalələrə sil şablonunun qarşısında səbəb olaraq eyni anda 2 səbəb seçmək mümkün olmur. Bunu necə həll etmək olar? — Xeyal (müzakirə) 20:25, 13 mart 2024 (UTC)
- @Xeyal, məsələn,
{{sil|Ü1|Buraya da izah kimi digər kriteriyaları qeyd edin}}
İndilik belə istifadə edə bilərsiz. Onsuz siləndə də tək bir səbəb göstərmək olur, əllə daxil etmək lazım gəlir. Hörmətlə, Gadirmüzakirə 22:07, 20 may 2024 (UTC) - Yaxud
{{sil|[[VP:Ü1|Ü1]], [[VP:Ü3|Ü3]], ...}}
(kriteriyalara daxil keçid verərək) şəklində də etməyiniz mümkündür. Hörmətlə, Gadirmüzakirə 22:09, 20 may 2024 (UTC)- @Gadir təşəkkür, bunlar işimə yarayacaq. — Xeyal (müzakirə) 18:02, 21 may 2024 (UTC)
İstifadəçi qaralama səhifəsi
@White Demon, bu tip səhifələri silmək düzdür? Məsələn, istifadəçi bir məqalə işləyir və bir neçə ay məzmun eləcə qalır və sonra gəlib hazır edir. Bu, aktiv istifadəçilərdə də olur, elə özümdə də, yəni alt səhifəmdə məzmun qaralama kimi durur. Niyə silinməlidir, əgər ensiklopedik məzmun varsa? Bunun yerinə məqalə, şablon və s. alt səhifələri əlavə olunsa, müvafiqdir. Hörmətlə, Gadirmüzakirə 21:09, 20 may 2024 (UTC)
- Elə hallar məndə də olur. Sadəcə olaraq qayda bu formada qəbul olunub deyə dəyişmək üçün konsensus lazımdır. Həm də belə hallar ola bilər ki, ensiklopedik olmayan məqaləni kimsə öz qaralama altsəhifəsində yenidən yaratsın. Bu da doğru deyil. Qaydanı bu hala da uyğunlaşdırmaq lazımdır. Kosmik Ozan utora! 23:29, 20 may 2024 (UTC)