Vikipediya Muzakiresi Gorus Baki Baki 4 - Wikipedia
Bu, Vikipediya:Görüş/Bakı/Bakı 4 səhifəsinin müzakirə səhifəsidir. |
|
Görüşdə uğurlar. Bu qış da işim başımdan aşdığı üçün Bakıya gəlmək mümkün görsənmir, inşallah gələcək görüşlərdə iştirak eliyərəm. Sadəcə xahiş edirəm ki, belə görüşlərdə vikipediyaçılar adından formal qərarlar alınmasın. Birincisi orda iştirak edə bilməyənləri nəzər alaraq, ikincisi də vikipediya qərarlarının vikipediyada alınması lazım olduğu üçün. Hansısa razılaşma əldə edilə bilər amma bunu formallaşdırmaq üçün xahiş edirəm hamıya açıq müzakirə başlansın. Bir daha uğurlar. --TimBitsتِمبِتس 17:10, 10 dekabr 2010 (UTC)
Əslində, bizim bu görüşlər vikicəmiyyətimizin fəal üzvlərinin bir-biri ilə tanış olması üçün bir bəhanədir. Bütün vacib qərarlar burda müzakirə edilir və lazım bilindikdə qəbul edilir. Bu ayın 18-də keçirilməsi nəzərdə tutulan görüşdə çox istərdim ki, həm sən Kanadadan, həm də idarəçimiz MrArifnajafov Almaniyadan canlı bağlantı ilə tədbirə qoşulasınız:) Bunun üçün texniki imkanlarımız da olacaq. --Sortilegus 17:40, 10 dekabr 2010 (UTC)
- Təbii ki, əgər vaxt imkanı varsa texniki məsələlər problem deyil, qatılarıq. Sadəcə yuxarıda dediyim səbəbdən vikipediya üçün qərar alınması vikipediya daxilində edilməlidir. İstifadəçilər arasında ümumi razılaşma isə görüşlərdə də əldə edilə bilər. --TimBitsتِمبِتس 17:43, 10 dekabr 2010 (UTC)
Mən "burda" deyəndə, məhz AzVikini nəzərdə tuturdum. Dekabrın 18-i Bakı vaxtı ilə təxminən saat 18:30-da Azərbaycandan kənarda yaşayan bütün fəal Azvikiçilər ilə virtual telekörpü qurmağa çalışacağıq. "Üzünüzü görək, səsinizi eşidək" kampaniyasının tərkib hissəsi kimi:)--Sortilegus 18:14, 10 dekabr 2010 (UTC)
- Problem deyil, onda mən gedim bir kamera alım. --TimBitsتِمبِتس 18:25, 10 dekabr 2010 (UTC)
- Dekabrın 18-nə qədər 25 min redaktə sayını keçsən web kamera məndən sənə hədiyyə. Day bunu ümumi elan eləmirəm, yoxsa şəriklərin çox olar:)--Sortilegus 18:38, 10 dekabr 2010 (UTC)
- Söylü demiş, ispora dursan eləməy olar amma rəqabət olmayan yarışın mənası yoxdu axı. Ümumi müsabiqə olsa əminəm iştirak eliyən çox olar. --TimBitsتِمبِتس 18:43, 10 dekabr 2010 (UTC)
- Dekabrın 18-nə qədər 25 min redaktə sayını keçsən web kamera məndən sənə hədiyyə. Day bunu ümumi elan eləmirəm, yoxsa şəriklərin çox olar:)--Sortilegus 18:38, 10 dekabr 2010 (UTC)
Hörmətli həmkarlar unutmaq lazım deyil ki, Azərbaycan dilli Vikipediya daha çox lokaldır. Yəni xaricdə olan və oradan redaktələr edib, aktiv (!) olan istifadəçilərimiz həddindən artıq azdır. Yəni... Bildiyiniz kimi azlıq çoxluğa tabedir. Və bu özünü ən mükəmməl formada məhz Vikipediyada göstərir. Eləmi? :) Görüşə də adətən kimlər gəlir? Çox vaxt (və ya çoxluq təşkil edən) aktiv istifadəçilər. Bu aktiv istifadəçiləri az qala yüzlərlə olan vikipediya deyil, təəsüf ki. O üzdən aktiv istifadəçilərinin yığışdığı vikigörüşlərdə qəbul olunan qərarlar əksər hallarda bir-başa olur. Təşəkkür. --Proger danış 19:33, 17 dekabr 2010 (UTC)
- Bağışlıyın amma görüşə virtual olaraq necə qoşulmaq barədə instruksiya tapa bilmədim. Can sağlığı, gələn dəfəki görüşlərdə inşallah. Yuxarıdakı izah isə sözün düzü qane edici deyil. Nəzəri olaraq da bütün səs vermə hüququ olan istifadəçilər görüşüb nəyisə öz aralarında razılaşdırsa belə həmin razılaşmanın vikipediyada keçirilən səsvermə və ya müzakirə olmadan tətbiqi üçün hər hansı bir əsas yoxdur. --TimBitsتِمبِتس 18:57, 18 dekabr 2010 (UTC)
- Yox elə əslində qane edici olmalıdır. Məlumdur ki, istənilən qərar, qəbul olunmuş mm, belə deyək konsensus vikipediyada səsvermə keçirilmədən qüvvəsizdir. Onusda Vikipediyada (və ya digər vikilayihələrdə) səsverməsiz heç nə qəbul edilməz və əks hal olsa əlbət ki, bu qanunsuzdur. Sadəcə dediniz qərar qəbul etməyək... Mən də açıqladım ki, edəcəyik. Sonra da bunu leqitimləşdirmək üçün Vikipediyada səsvermə təşkil edəcəyik. Vəssalam. Sözümün canı onda idi ki, aktiv istifadəçilərdir elə görüşə gələn. Onlar da görüşdə konsensusa gəliblərsə demək təbii ki, Vikipediyada da gələcəklər. --Proger danış 23:11, 20 dekabr 2010 (UTC)
- Bəli amma özün də izah elədiyin kimi texniki olaraq vikipediya xaricində qərar qəbul edilə bilməz, siz də mənim deməyimə görə yox, bunun mümkün olmadığı üçün qərar qəbul etməmisiniz. Rəsmiləşdirilmə ehtimalı yəqin olan razılaşma əldə etmisiz. Mənim deməyim bunu qərar kimi görməməklə və qərarların vikipediyada verildiyini bir daha çatdırmaqla bağlı idi ki, bunun da anlaşıldığını hesab eliyirəm. --TimBitsتِمبِتس 03:57, 21 dekabr 2010 (UTC)