Vikipediya Yukleyiciler - Wikipedia
Vikipediya:Yükləyicilər - Haqqında Məlumat
Bu, məlumat səhifəsidir. Bu, Vikipediyanın siyasətlərindən və qaydalarından biri deyil, əksinə, Vikipediyanın normalarının, adətlərinin, texniki xüsusiyyətlərinin və ya təcrübələrinin bəzi aspektlərini təsvir etmək niyyətindədir. |
Yükləyici — Azərbaycan dilində Vikipediyada "fayl yükləmək" hüququna malik istifadəçi qrupu.
Bu icazə istifadəçilərə şəkillər, videolar, səs faylları və s. yükləməyə imkan verir. Əgər yükləyici hüququnuz varsa Xüsusi:Yükləmə səhifəsinə daxil olaraq yükləmə həyata keçirə bilərsiniz.
Həmçinin azad faylları Vikianbara yükləmək tövsiyə olunur. Bunun üçün yükləyici statusu tələb olunmur.
İnzibatçılar "yükləyici" statusunu istifadəçilərə verə və geri ala bilərlər. Faylların yüklənməsi ilə bağlı qaydaların sistematik və ya kobud şəkildə pozulması halında, yükləyicinin statusu geri alına bilər.
Azərbaycanca Vikipediyada hal-hazırda 12 yükləyici var (yükləyici hüququ olan istifadəçilərin tam siyahısı).
Şablon
redaktəİstifadəsi | Görüntü |
---|---|
{{Yükləyici}} |
|