Vikipediya Vikifasile - Wikipedia
Vikipediya:Vikifasilə - Haqqında Məlumat
Bu səhifənin məzmununda yumora rast gəlmək olar. Səhifə tədqiqat və ya buna bənzər ciddi məqsədlər üçün istifadə edilməməlidir! |
Vikifasilə (ing. Wikibreak) və ya vikitətil (ing. Wikiholiday və ya ing. Wikivacation) — ümumiyyətlə Vikipediyaqoliqlər tərəfindən üstün tutulan, uzun müddət Vikipediyadan uzaqlaşıb gerçək həyata geri qayıtma vəziyyəti. Vikipediyaya hər gün 4-5 saatdan çox müddətlə töhfələr verən vikipediyaçılar üçün şiddətlə tövsiyə edilir.
Nə vaxt vikifasilə etməli
redaktə- Səyahət edir və ya tətildəsiniz.
- Şagird və ya tələbəsiniz və imtahanlara az qalıb.
- Evlənir və ya boşanırsınız.
- İşinizə və ya peşənizə məhəl qoymursuz.
- Valideynlik məsuliyyətlərinizə fikir yetirmirsiniz.
- O qədər gərginsiniz ki, bu gərginlik sizin Vikpediyadakı fəaliyyətlərinizə təsir yetirir.
- Sizin sevgiliniz və ya həyat yoldaşınız onlarla daha çox vaxt sərf etməyinizi istəyir.
- Sevgilinizdən ayrılmısınız.
- Sizə yeni bir iş lazımdır.
- Sizin yeni bir işiniz var və onu itirmək istəmirsiniz.
- Yanlış dəyişikliklər edirsiniz.
- Yeni bir evə köçməlisiniz.
- Siz yaralanmısınız və ya xəstələnmisiniz.
- Sizin Vikipediyadakı fəaliyyətləriniz sizin həyatınıza ciddi ziyan vurub.
- Sizin yaşadığınız ərazidə təcili vəziyyət var.
- Siz bir dəyişiklik üstündə saatlarla işləyirsiniz ki, başqası sizin dəyişikliyinizi düzəltməsin.
- Siz oruc tutur və ya Həccə gedirsiniz.
- Körpəniz var.
- İdmanla məşğul olursunuz.
Nə vaxt geri qayıtmalı
redaktə- Siz səyahətdən və ya tətildən geri qayıtmısınız.
- Sizin qohumlarınız evi tərk ediblər.
- Sizin bloklanma müddətiniz bitib.
- Sizin imtahanlarınız bitib.
- Sağalmısınız.
- Artıq gərgin deyilsiniz.
- Siz vikifasilənizə fasilə vermək qərarına gəlirsiniz.
- Canınız sıxılıb.
- Gerçək həyatda Vikipediyadan daha maraqlı bir şeyin və ya heç maraqlı bir şeyin olmadığını görürsünüz.
Şablonlar
redaktəBu istifadəçi hal-hazırda vikitətildədir və mesajlarınıza cavab verməyə bilər. |
Ümid edirik ki bu heç vaxt olmaz, ancaq bəzən yaxşı şeylər sona çatmalıdır. Vikipediyanı tərk edirsənizsə qeyri-aktiv şablonundan istifadə edə bilərsiniz:
{{Qeyri-aktiv}}
yazsanız bu alınar:
QEYRİ-AKTİV
{{Qeyri-aktiv|AKTİV DEYİL!}}
yazsanız bu alınar:
AKTİV DEYİL!
{{Qeyri-aktiv|TƏQAÜDÇÜ}}
yazsanız bu alınar:
TƏQAÜDÇÜ
Həmçinin bax
redaktə- Meta:Wikibreak
- Wikipedia:Wikibreak ( (ing.))