Vikipediya Tarixde Bu Gun Noyabr 26 - Wikipedia
Vikipediya:Tarixdə_bu_gün/noyabr_26 - Haqqında Məlumat
26 noyabr: * Arxeoloq Hovart Karter Misir fironu Tutanxamonun sarkofaqını açmışdır, (1922-ci il). * Azərbaycan Respublikasının Dağlıq Qarabağ Muxtar Vilayəti milli ərazi qurumu kimi ləğv edilmişdir, (1991-ci il).
- 1394 — Seul Koreyanın paytaxtı elan edilmişdir.
- 1812 — Napoleon qoşunu məğlub olaraq Rusiyadan geri çəkilməyə başlamışdır.
- 1924 — Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsasnaməsi dərc edilmişdir.
- 1942 — Sovet ordusu Stalinqradda əks hücuma başlamışdır.
- 1978 — İranda mollalar əhalini Pəhləvi rejiminə qarşı kütləvi tətilə çağırıb və ölkə iflic vəziyyətinə gəlmişdir.
- 1993 — Almaniya PKK-nı terror təşkilatı kimi tanımışdır.
- 2003 — Səsdənsürətli “Concorde” təyyarəsi son dəfə Bristoldan Vaşinqtona uçmuşdur.
- 2005 — Hind milyoneri Vijaypat Singhania 21 291 metr yüksəyə qalxaraq aerostatla dünya rekordunu təzələmişdir.
- 2008 — Bombeydə terror hücumlar nəticəsində 173 nəfər həlak olub, 300-dən çox insan yaralanmışdır.
Digər günlər: 25 noyabr – 26 noyabr – 27 noyabr