Vikipediya Silinmeye Namized Sehifeler Nurlana Ceferova - Wikipedia
Vikipediya:Silinməyə_namizəd_səhifələr/Nurlana_Cəfərova - Haqqında Məlumat
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
- Silinsin: Məqalənin özündə fəaliyyəti uzun-uzadı, ilbəil yazılsa da, şəxsin qeyd edilən fəaliyyəti heç bir mənbənin diqqətində olmayıb. Məqalədəki bu qədər faktdan sadəcə avroviziya şərhçisi olması, ATV-ni tərk edib AzTV-də (5 istinad təkcə bu fakt üçündür) fəaliyyətinə davam etməsi, AYB-nin üzvü olması və kitabının təqdimatı mənbə ilə dəstəklənib. Çünki ümumiyyətlə şəxsin fəaliyyəti haqda mənbələrin yazdığı elə bunlarla kifayətlənib. Əlavə heç bir fəaliyyəti mənbələrin diqqətində olmayıb. Məqalədəki iddilara görə şəxsin fəaliyyətini dəyərləndirsək isə, nə birbaşa ensiklopedik edə biləcək fəaliyyət növü var, nə də belə bir əhəmiyyətdə mükafatı. Məqalədə sadəcə apardığı tədbir və verilişlər, və bəstəkarı olduğu işlər sıralanıb. Faktların təsdiqlənməsi üçün belə mənbələr yetərsizdir, nəyinki, ensiklopedikliyin təsdiqlənməsi. Sura Shukurlu (müzakirə) 20:20, 8 sentyabr 2024 (UTC)
- Silinsin: Suranın qeyd etdiyi arqumentlərlə razıyam və ona geniş izaha və arqumentasiyaya görə minnətdarlığımı bildirirəm. Ümid edirəm bu qəbildən olan aparıcı məqalələrinin təftişinə davam edər. Grenzsoldat 12:02, 9 sentyabr 2024 (UTC)
- @Sura Shukurlu və @Grenzsoldat salam. İlk öncə Surə sizə icmanın belə zamanında birlik göstərdiyiniz üçün, dünənki postunuza görə təşəkkür edirəm. İkinci növbədə məqaləyə gəldikdə isə mənbələrlə bağlı hər ikinizin fikrinə qatılıram, yeni mənbələr əlavə etdim, mənbə tapılmayan hissələrə isə müvafiq şablonu əlavə etdim. Lakin şəxsin fəaliyyətinin böyük olduğunu və bir neçə tanınmış televiziya layihəsində rol aldığını ("Qız Atası" və "Kişi Sözü") nəzərə almaq lazımdır, bu VP:SƏNƏTÇİ kriteriyalarını rahatlıqla ödəyir. Həmçinin şəxs ölkənin əsas kanallarındakı (məs., İTV, AzTV) bir neçə televiziya layihəsində də aparıcı olub və FM rəhbəri olub. Həmçinin hazırda Avroviziyanın Azərbaycan nümayəndə heyətinin rəhbəridir. Bu faktların ciddi olduğunu, o səbəbdən qalmalı olduğunu düşünürəm. Turkmen müzakirə 11:49, 19 sentyabr 2024 (UTC)
Yekunlaşdırma: Saxlanılmasına qərar verildi. Nemoralis (müzakirə) 23:48, 27 noyabr 2024 (UTC)