Vikipediya Silinmeye Namized Sehifeler Arxiv 2015 Mart - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Mündəricat
- 1 Orxan Bahadırsoy
- 2 Vikipediya:Seçilmiş məqalələrin statusunun alınması
- 3 Elşad İman
- 4 Şəki_xanları_və_xanzadələri.jpg
- 5 Dadaş Adna
- 6 Genetik terror
- 7 Vikipediya:Seçilmiş şəkil namizədləri/Momine Khatun Tomb yeni.jpg
- 8 Şeyx Qəni Axund Badkubeyi
- 9 Ayətullah Mərifət
- 10 Beytül-əhzan
- 11 Həzrət Əli ibn Əbu Talib (ə)-ın ensiklopediyası
- 12 Məhəmməd Hacı oğlu Hacıyev
- 13 Allahın varlığının sübutları
- 14 Zaur Ustac
Azvikidə son 2 il ərzində onlarla və hətta demək olar ki, 100-lərlə qeyri-ensiklopedik məqalələr yaradılıb. Özünü reklam və google axtarış sistemində axtarılarkən rahat aşkar edilmək üçün hazırlanan bu sifarişli və yaxud qeyri sifarişli məqalələri bir-bir tapıb aradan qaldırmağı özümə bir vəzifə hesab edirəm. Həmin məqalələrdən biri isə özünü gənc yazar adlandıran Orxan Bahadırsoy haqqında yaradılıb. Bu şəxsi tanımıram və heç bir əlaqəm yoxdur. Onun adı ilə bağlı yaradılmış məqalənin silinməsində isə heç bir şəxsi qərəzim yoxdur. Səbəbim sadədir, bu şəxs qeyri-ensiklopedik bir şəxsdir. Sadəcə, sadəcə və sadəcə axtarış edən zaman gördüm ki, bizim aktiv istifadəçilərimzdən olan bəzi şəxslər bu şəxsin əsəri barədə belə bir məqalə yaradıblar (Günahdır səni sevmək). Sefer azeri və Keete 37-dən rica edirəm ki, bu şəxsin ensiklopedikliyi barədə əsaslı məlumatlar versinlər. Qızıl qələm mükafatı almaqla ensiklopedik şəxs olmaq olsaydı, nəsə əşi..--Baskervill müzakirə 18:38, 20 yanvar 2015 (UTC)
- Cənab Baskervill, sizin doğru addım atdığınızı düşünürəm, amma niyə silinməyə namizəd məqaləyə, "sil" şablonu qoyursunuz, axı bizdə "silinməyə namizəd" şablonu da var? Həm də yeni müraciət, başdan yox, əvvəlkilərin ardınca yazılmalı idi. Eybi yox, indi mən dəyişirəm. Məqalənin silinməsinə gəlincə isə, bu yalnız müzakirədən sonra mümkün ola bilər. Amma siz, yaxud hər hansısa bir idarəçi, mənim "Kənd meydanı" səhifəsinə yazdığım bu qayda pozuntusunu təkbaşına da aradan qaldıra bilərsiniz. Artıq mənə elə gəlməyə başlayıb ki, azvikidə anarxiya hökm sürür, heç bir qayda yoxdur, kim nə istəsə yaza-poza bilər, mənbəsiz şablonunu təkrar-təkrar, mənbə göstərmədən götürə bilər və s. -- Hörmətlə Afrasiyab (talk) 20:44, 20 yanvar 2015 (UTC)
- Orxan Bahadırsoyun kim olması bu 1-ci və 2-ci linklər əsasında müəyyənləşir. Hesab edirəm ki, o tam vikipedik şəxs olmasa da, vikipedik şəxs olmağın astanasındadır. Buna görə məqalənin indiki mətnini əsaslı şəkildə ixtisar etmək (cəmi 1-2 cümlə qalsa bəsdir) şərti ilə saxlamaq olar. -- Hörmətlə Afrasiyab (talk) 21:00, 20 yanvar 2015 (UTC)
- Qalsın: Müəllifin əsərlərindən birini oxumuşam və haqqında məqalə yaratmışam. Mətbuatda bir müddət müzakirə olunmuş və müxtəlif reaksiyalar doğurmuş əsərdir. Məhz belə bir əsərin müəllifi olduğuna görə məncə haqqında olan məqalə saxlanılmalıdı. Bir neçə il əvvəl envikidə Əli Əkbər haqqında məqalədə də bu cür problem yaranmışdı. Müəllifin Artuş və Zaur əsərindən başqa heç bir əsəri ingilisdilli cəmiyyətlərdə tanınmırdı və haqqında heç bir məlumat yox idi. Ona görə də məqalənin silinməsini istəyirdilər. Lakin, Artuş və Zaur romanının Azərbaycan cəmiyyətində müzakirələrə səbəb olması, ingilis dilli bəzi mediada işıqlandırılması əsas gətirilərək, müəllif haqqında məqalənin də saxlanılması qərarı verildi. Lakin, preambulada məhz adını qeyd elədiyim əsərə görə tanındığı vurğulandı. Məncə bu nüəllif haqqında məqaləni də oxşar kriteriya ilə saxlamaq olar. Məqalənin saxlanması və ya silinməsinin nə mənimçün, nə də Keete 37 üçün bir əhəmiyyəti yoxdu, həmin məqaləni biz yaratmamışıq, məqalə üzərində işləməyi və ya məqaləni zənginləşdirməyi də planlaşdırmırıq. Əlavə olaraq qeyd edim ki, hazırda ensiklopediklik kriteriyaları haqqında qaydalar üzərində ciddi işləyirik, qaydaların qəbulundan sonra, bir çox məqalələrin bu şəkildə müzakirəyə çıxarılıb silinməsi gərəkəcək.--sefer azeri 06:23, 21 yanvar 2015 (UTC)
- Yaradıcılığından hiss olunur ki, ensiklopedik şəxsdir. Qalsın:--samral müzakirə 11:39, 24 fevral 2015 (UTC)
- Qalsın: Müəllifin əsərlərindən birini oxumuşam və haqqında məqalə yaratmışam. Mətbuatda bir müddət müzakirə olunmuş və müxtəlif reaksiyalar doğurmuş əsərdir. Məhz belə bir əsərin müəllifi olduğuna görə məncə haqqında olan məqalə saxlanılmalıdı. Bir neçə il əvvəl envikidə Əli Əkbər haqqında məqalədə də bu cür problem yaranmışdı. Müəllifin Artuş və Zaur əsərindən başqa heç bir əsəri ingilisdilli cəmiyyətlərdə tanınmırdı və haqqında heç bir məlumat yox idi. Ona görə də məqalənin silinməsini istəyirdilər. Lakin, Artuş və Zaur romanının Azərbaycan cəmiyyətində müzakirələrə səbəb olması, ingilis dilli bəzi mediada işıqlandırılması əsas gətirilərək, müəllif haqqında məqalənin də saxlanılması qərarı verildi. Lakin, preambulada məhz adını qeyd elədiyim əsərə görə tanındığı vurğulandı. Məncə bu nüəllif haqqında məqaləni də oxşar kriteriya ilə saxlamaq olar. Məqalənin saxlanması və ya silinməsinin nə mənimçün, nə də Keete 37 üçün bir əhəmiyyəti yoxdu, həmin məqaləni biz yaratmamışıq, məqalə üzərində işləməyi və ya məqaləni zənginləşdirməyi də planlaşdırmırıq. Əlavə olaraq qeyd edim ki, hazırda ensiklopediklik kriteriyaları haqqında qaydalar üzərində ciddi işləyirik, qaydaların qəbulundan sonra, bir çox məqalələrin bu şəkildə müzakirəyə çıxarılıb silinməsi gərəkəcək.--sefer azeri 06:23, 21 yanvar 2015 (UTC)
Məqalənin müəllifi mənəm. Bilmirəm sizi narahat edən nədir. Mən eyni zamanda sözü gedən şəxsin tanışıyam. Bura haqqında məqalə yazmağı da özüm ona təklif etdim, razılıq verdi və mən də yazdım. Onun ensiklopedik olmadığını deyən şəxs onun qədər nə edib ki? O ölkədə ən gənc yaşda iki kitabı nəşr olunan, bir şeir albomu yayımlanan, həm aktyor, həm jurnalist, həm yazıçı kimi fəaliyyət göstərən yeganə şəxsdir. 19 yaşda "Qızıl qələm" media mükafatı almış və bu mükafatın da ən gənc sahibi olmuşdur. Bundan başqa məqalə və köşə yazıları ilə ən nüfuzlu portallarda çıxış edir. Qarabağ müharibəsinə həsr olunmuş əsərləri hətta xarici ölkədə tamaşaya qoyulur. Siz onun ensiklopedik şəxs olmasına necə şübhə edə bilərsiz ki? Sizin aqressiyanızın səbəbini mən sizə deyim - çox güman ki, yazdığı açıq-saçıq mövzular sizi narahat edib. Ya mentalitetçisiz ya da homofob!? Hər iki halda sizin bu aqressiyanız heç nəyi dəyişmir. Məqaləni də kim istəyir silə bilər. Mən özüm ixtisarlar edib kiçik bir hissə də saxlaya bilərəm. Amma bunu belə qabartmaq, problemə çevirmək və şəxsi eqolarınızı, aqressiyalarınızı bu üsulla biruzə vermək doğru addım deyil! Istifadəçi: ceyhun9292
- Qalsın: Ensiklopedikdir. --Araz Yaquboglu (talk) 07:17, 2 mart 2015 (UTC)
- Əvvəla salam ceyhun9292. Onu deyim ki, mən bu şəxsi tanımıram və nə həmin şəxslə nədə ki, sizinlə heç bir şəxsi qərəzim yoxdur. İki daşın arasında məni həm konservativ həmdə homofob elan etdiniz. Bilmədən, dərk etmədən bu qədər fikir irəli sürmək sizcə yaxşı bir haldırmı ? Hər kitabı, şeirlər albomu çıxan adamlar barədə məqalələrin olması anormallıqdır. Gəlin bu şəxsin qeyri-ensiklopedik olduğunu sizə sübut edim. Çıxın şəhərin mərkəzi hissəsinə və insanlara Orxan Bahadırsoy kimdir? sualını verin, görün sizə necə nəfər yazıçı deyəcək. Burada belə yazmaqla başqalarını aldada bilərsiniz, mən isə yox. --Baskervill müzakirə 08:45, 2 mart 2015 (UTC)
- Sizin yaşadığınız ölkədən xəbəriniz yoxdur. Çıxıb bu gün şəhərdə sorğu etsək ki, Cəlil Cavanşir, Şərif Ağayar, Mirmehdi Ağaoğlu, Qan Turalı, Sahilə İbrahimovanın da kim olduğunu soruşsaq, üç-dörd nəfər sizə yazıçı olduğunu desə, böyük şeydir. Çünki, bizdə ədəbiyyat oxuyan yoxdur. Amma bu yazıçıların da vikipediyası var. Hətta Orxan Bahadırsoy bunların bəzilərindən qat-qat çox işlər görüb. Məncə siz heç yaradıcılığı haqqında məlumatınız olmadığı halda danışırsız. Nə deyim. Amma əminəm ki, bu niyyətin arxasında müəyyən bir qərəz durur. Hətta baxın müzakirəd neçə nəfər ensiklopedik olduğunu deyir. Amma təklifinizlə razıyam. Həmin sorğunu həyata keçirmək mümkündür. Hətta müqayisə üçün az əvvəl adını sadaladığım yazıçıları da soruşaq. Əgər Orxan Bahadırsoy onlardan az tanınarsa, həmin andaca bu məqaləni silərik. Yaxşımı? İstifadəçi: Ceyhun9292
Mən xahiş edirəm, məqaləni ya silin, ya da silinməyə namizədlər siyahısından çıxarın. Bir aydan çoxdur kİ, bu siyahıda qalıb. Amma qaydalarda ən uzun müddət 15 gün göstərilir. Hər halda kifayət qədər müzakirə etdik. Müzakirədə Baskervill başqa heç kəs məqalənin silinməsini istəmədi. Hamı "Qalsın" deyir. İndi isə artıq konkret bir qərar vermək lazımdır məncə. Ya silin, ya da bu siyahıdan çıxarın. istifadəçi: Ceyhun9292
Cənab Baskervill silinməyə namizəd olan başqa bir məqalənin müzakirəsində qeyd edir ki, "sosial şəbəkələrdə geniş müzakirələr gedirsə niyədə olmasın. Və yaxud sizdən müsahibələr alınırsa, sizi geniş bir çevrə tanıyırsa" sizin haqqınızda məqalə yaratmaq olar. Qeyd edim ki, Orxan Bahadırsoy sosial şəbəkələrdə müzakirə olunan biridir (yazdığı hər əsər və məqalə ilə). Bundan başqa ölkənin ən nüfuzlu KİV ondan müsahibə alıb. Burda ANS telekanalını, Azadlıq Radiosunu qeyd edə bilərəm. Təbii ki, geniş bir çevrədə tanınır da. Üstəlik, Baskervill Orxan Bahadırsoyu yazıçı hesab etmədiyi halda bu KİV onu məhz gənc yazıçı kimi təqdim etmişdir. Yəni, qeyd olunan şərtlərin hamısı bu məqalə sahibində var. Mənə hələ də silinməyə namizəd məqalələr siyahısına daxil edilməkdə məqsədi anlamıram.
- Bölmənin arxivləşdirilməsi ilə mən yox digər bir idarəçimiz İrada xanım məşğul olur. Sizin belə canfəşanlıq etməniz mənə çox tanışdır. Niyə bu qədər məqalənin silinməməsi üçün cəht edirsiniz ? Bu şəxslə sizi nəsə birləşdirirmi ? Hörmətlə:--Baskervill müzakirə 10:27, 9 mart 2015 (UTC)
Mən cavanfəşanlıq etmirəm. Daha əvvəl qeyd etdim ki, silinirsə, silinsin. Qalırsa, bu siyahıdan çıxarılsın. 15 gün bitib hələ müzakirə gedir. İkincisi "qalsın" deyən tək mən deyiləm. Sizdən başqa hamı qalsın deyir. Üçüncüsü isə bu məqaləni mən tərtib etmişəm. Siz isə mənim tərtib etdiyim məqaləni əsassız olaraq silinməyə namizəd edirsiz. Bu etdiyinizin əsassız olduğunu da bundan əvvəldə qeyd etmişəm. Canfəşanlıq etməyimə bir səbəb yoxdur. Amma sizin belə əsassız iddia irəli sürməyə məlum səbəbləriniz var yəqin. Nəsə. Bu müzakirəyə qoşulmuram daha. Siz silmirsiz. Özüm silirəm bu məqaləni də. Baskervill
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Araz Yaquboglu (talk) 19:36, 9 mart 2015 (UTC)
Əslində bəzi məqalələrin statusunu itirməsi yaxşı olardı. Çünki həmin məqalələr azvikinin xam vaxtında status alıb. Ancaq əgər bu ediləcəksə, bu işin qaydaları hazırlanmalı və səsverməyə qoyulmalıdır. Ona görə də bu səhifənin silinməsini təklif edirəm.--Yuşin (münazirə) 20:39, 7 mart 2015 (UTC)
- Y Düşünürəm ki, bu vəziyyəti geniş müzakirə etməyə gərək yoxdur. Bu səbəbdən tərəfimdən silindi. --Baskervill müzakirə 10:31, 9 mart 2015 (UTC)
Ensklopedik şəxs deyil, silinməsini təklif edirəm. -- ■ Sultan mesaj 18:44, 26 fevral 2015 (UTC)
- adam.az saytında da haqqında məqalə var Qalsın:--Araz Yaquboglu (talk) 16:35, 27 fevral 2015 (UTC)
- Həmin saytda haqqında məqalənin olması düşünürəm ki, bu şəxsi ensiklopedik şəxsə çevirmir. Silinməli olduğunu düşünürəm. Bəlkə gələcəkdə barəsində seçilmiş məqalə yazılacaq qədər ensiklopdik bir şəxs oldu. Ancaq bu gün belə deyil.--Baskervill müzakirə 08:47, 2 mart 2015 (UTC)
- Qalsın: Fikrimcə məqalə zaman-zaman zənginləşdiriləcək, məqalənin xeber1.az saytından da istinadları var.--NapKins (talk) 20:22, 3 mart 2015 (UTC)
- Cənab Araz Yaquboglu məqaləni Vikiqaydalara uyğun redaktə edib Qalsın:--213.172.77.8 16:58, 5 mart 2015 (UTC)
- Vikiqaydalara uyğunlaşdırılsa da, qeyri-ensiklopedik məqalədir. Silinsin.--Emin • ismarış 17:22, 5 mart 2015 (UTC)
- Vikiqaydalara uyğunlaşdırılıbsa Çox güman ki, vikipedik şəxs olmağın astanasındadır Qalsın:--Bəşir İmanov (talk) 20:50, 5 mart 2015 (UTC)
- Cənab Araz Yaquboglu məqaləni Vikiqaydalara uyğun redaktə edib Qalsın:--213.172.77.8 16:58, 5 mart 2015 (UTC)
Silinsin: Ensiklopedik şəxs deyil.-- Pərviz 02:30, 6 mart 2015 (UTC)
- Şərh: Qalmalı olduğunu düşünürən, məqalə yetərincə Vikipedikdi Cənab Araz Yaquboglu məqalədə düzəliş aparıb və məqalənin məmbə, istinadlarını göstərib.--213.172.77.12 10:39, 6 mart 2015 (UTC)
- Silinsin: Məqalə dərhal silinməlidir. Bir idarəçinin məqalə üzərində düzəliş etməsi həmin adamı ensiklopedik etmir. Belə məqalələrin mövcudluğu digər insanlara özü barədə məqalə yaratmağa həvəsləndirəcək. Və yaxud biri gəlib deyəcək ki, necə olur bu şəxs haqqında məqalə ola bilər, ancaq mənim barəmdə yox? Məqalə dərhal silinməlidir və əgər yaxın günlərdə bu məsalənin idarəçilərimizdən biri etməsə özüm etməli olacam. Hörmətlə:--Baskervill müzakirə 13:25, 6 mart 2015 (UTC)
- Silinsin: Tamamilə razıyam. Qeyri-ensiklopedik məqalələri qorumaqla saylarının artmasına təkan veririk. Eyni vəziyyət SM və YM statusları alan zaman da baş verir. Doğrudur, bir qeyr-ensiklopedik məqalə ilə heç nə olmur. Amma bu say bir müddət sonra yüz, min ola bilər. Vizual baxımından vikipediya standartlarına cavab versə də, qeyri-ensiklopedik şəxsdir. Nə vaxt ensiklopedik olar, onda yenidən yaradarıq.--Emin • ismarış 13:40, 6 mart 2015 (UTC)
- Silinsin: Məqalə dərhal silinməlidir. Bir idarəçinin məqalə üzərində düzəliş etməsi həmin adamı ensiklopedik etmir. Belə məqalələrin mövcudluğu digər insanlara özü barədə məqalə yaratmağa həvəsləndirəcək. Və yaxud biri gəlib deyəcək ki, necə olur bu şəxs haqqında məqalə ola bilər, ancaq mənim barəmdə yox? Məqalə dərhal silinməlidir və əgər yaxın günlərdə bu məsalənin idarəçilərimizdən biri etməsə özüm etməli olacam. Hörmətlə:--Baskervill müzakirə 13:25, 6 mart 2015 (UTC)
- Şərh: Dedikləriniz doğrudursa o zaman Azad ensiklopediya sözünüdə dərhal silərdiniz, cünki bu məqaləni yaradanda Azad sözünə inanaraq yaratmışıq
Məqaləni dərhal silmə meyarlarına uyğun olaraq sildim. Bu cür məqalələrin müzakirəyə çıxarılmasına ehtiyac yoxdur, çünki məqalədə haqqında söhbət gedən şəxsin ensiklopedikliyini göstərən hər hansı məlumat yoxdur. Azad ensiklopediyanın öz daxili qaydaları var. etmək və məqalə yazmaq azaddır, özünü reklam etmək isə qadağandır.--Wertuose (talk) 14:33, 6 mart 2015 (UTC)
- Məqalənin tarixçəsindən görünür ki, indiyədək dəfələrlə silinməsinə baxmayaraq təkrarən yaradılmışdır. Məqalə yenidən yaradılarsa, düşünürəm ki, məqaləni yaradan istifadəçinin uzunmüddətli bloklanması üçün tam əsasımız var. Həmçinin, Elshad Iman (Elşad İman) (müzakirə • töhfələr • statistikalar) və Elshad Iman Official (müzakirə • töhfələr • statistikalar) adlı 2 istifadəçi hesabının da eyni şəxsə aid olduğunu nəzərə alaraq, hər iki istifadəçi hesabının nəzarətdə saxlanmasına ehtiyac var.--Wertuose (talk) 14:40, 6 mart 2015 (UTC)
- Yaxşı deyir ki, biz məqaləni yaradarkən Azad ensiklopediya sözünə inanmışıq. Hər kəs azad sözünü bir çür dərk edir əfəndi. Məncə Azad ensiklopediya öz toplumun üçün faydalı ola biləcək məqalələrin yaradılaraq zənginləşdirildiyi bir məkandır. Yoxsa kimisə reklam etməkdən söhbət gedirsə inanın ki, özümdə daxil olmaqla 100 adam barədə belə məqalələr yaradırdım. Ancaq bunu etsəm bəzilərdən heç bir fərqimiz olmaz. Bura bazar deyil, virtual milli sərvətimizdir. Hörmətlə:--Baskervill müzakirə 16:11, 6 mart 2015 (UTC)
- Silinsin: Ensiklopedik olmasına dair heç bir əsas yoxdur.--samral müzakirə 16:23, 6 mart 2015 (UTC)
Yekunlaşdırma:
- Qəbul edildi----Baskervill müzakirə 15:48, 12 mart 2015 (UTC)
Zəhmət olmasa bu şəkli də bərpa edin, özüm çəkmişəm, çəkiliş üçün pul da ödəmişəm, hansı müəllif hüquqlarının pozulmasından danışırlar? Bu adamlar imkan verməyəcəklər ki. vikipediyada normal fəaliyyət göstərək. Artıq onların hərəkətləri dözülməz həddə gəlib çatıbdır, onların müddətsiz bloklanması və idarəçilik vəzifələrinə xitam verilməsi üçün vəsatət qaldırmaq haqqında düşünməkdəyən. --Hörmətlə, Aydın Məmmədov (talk) 12:08, 8 mart 2015 (UTC)
- Aydın Məmmədov sözü gedən faylı tapa bilmədim. Sonu həmin faylın silinmiş linkini mənə göndərin, onu qaydalara uyğun şəkildə yenidən yükləyək.--Baskervill müzakirə 10:33, 9 mart 2015 (UTC)
- Müvəqqəti olaraq bərpa etdim. Digər istifadəçilərin də görməsi üçün. Amma müzakirələrdən sonra lazım gələrsə silinər. Mən əslində Qalsın: deyirəm. --Araz Yaquboglu (talk) 12:25, 9 mart 2015 (UTC)
- Qalsın: Müəlliflik hüququ və məzmun problemi olmayan şəkil niyə silinsin ki? --Serk@nl@nd 20:35, 9 mart 2015 (UTC)
- Qalsın: Şəkilin silinməsi üçün heç bir əsas görmürəm. --Baskervill müzakirə 20:37, 9 mart 2015 (UTC)
- Müəllif hüququ ilə problemi olmayan şəkili niyə commonsa yox azvikiyə yükləyirsiz ki?--sefer azeri 20:38, 9 mart 2015 (UTC)
- Əlbəttə Qalsın:. Silinməsi üçün heç bir əsas yoxdur.--samral müzakirə 19:37, 10 mart 2015 (UTC)
- Müəllif hüququ ilə problemi olmayan şəkili niyə commonsa yox azvikiyə yükləyirsiz ki?--sefer azeri 20:38, 9 mart 2015 (UTC)
- Şərh:Bu səsverməyə ehtiyac yoxdur. 2.7 meqabayt həcmi olan və birbaşa fotoaparatdan bura köçürülmüş şəkildir (bütün məlumatları verilib). Skaner olunmadığına görə müəllif hüququ pozuntusu iddiası ola bilməz. Rəsmdən istifadə qaydası ilə bağlı da düşünürəm ki, sarayın divarındakı bu rəsmin yaşı 70-dən çox olar hər halda. Əgər elədirsə onda istifadəyə icazə də gərəkmir. Birbaşa commonsa yüklənməlidir ki, burda hansısa idarəçi onu silə bilməsin, üstəlik də başqa dillərdəki vikilərə də əlavə olunsun. Problemin həlli bu qədər asandır. Şəkli fotoaparata çəkən istifadəçi özü yükləsə yaxşı olar. --Sortilegus (talk) 19:48, 10 mart 2015 (UTC)
- Qalsın: Şəkilin silinməsi üçün heç bir əsas görmürəm. --Baskervill müzakirə 20:37, 9 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə şəkilin Vikipediyada qalmasını dəstəklədikləri üçün faylın saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 15:58, 12 mart 2015 (UTC)
Qeyri-ensiklopedik şəxsdir. Fotoqraf olmasına baxmayaraq fəaliyyət göstərdiyi sahədə hansısa nüfuzlu mükafata layiq görülməyib, fəaliyyət göstərdiyi sahədə mühüm kəşf və ya sıçrayış hesab ediləcək uğura imza atmayıb, fəaliyyət göstərdiyi sahə mütəxəssisləri və tədqiqatçıları tərəfindən bu sənətin nüfuzlu nümayəndələrindən və təbliğatçılarından biri kimi qiymətləndirilməyib. Adı heç bir ensiklopedik nəşrdə və ya elmi ədəbiyyatda hallanmır. Yalnız müxalif yönümlü bəzi media orqanlarında adı çəkilir. Silinməsini təklif edirəm. --sefer azeri 06:12, 7 mart 2015 (UTC)
- Qeyd edirsiniz ki, bu şəxs barədə müxalif yönümlü media orqanları məlumat paylaşır. Yəni hökümət mənbələri hər hansısa bir adam barədə yazmırsa o zaman demək bu şəxs qeyri-ensiklopedikmi sayılır ? Dadaş Adna tanınmış bir fotoqraf olmayıb bəlkədə, ancaq ölümündən sonra onu tanıyan insanların sayı çoxalıb. Məqalənin silinməsinə bir halda razı olardım ki, Azvikidə hər şey yolunda olardı və bütün problemlər bu məqalənin üzərində çəmləşərdi. Burada özü barədə məqalə yazan idarəçilər var əfəndi siz nəyi qoyub nəyi axtarırsınız. Düşünürəm ki, bu şəxs əks düşərgənin nümayəndəsi olsaydı ona qarşı heç bir zaman belə münasibət göstərməzdiniz. Onu da qeyd edim ki, heç Dadaş müxalifətçidə olmayıb. Çəkdiyi rəsmləri sadəcə olaraq müxalif yönümlü səhifələr paylaşıb. Buna görə bir adama müxalif damğası vurmaq, Orta əsr kilsə məhkəməsində insanlara kafir damğası vurmaq kimi bir şeydir. Hörmətlə:--Baskervill müzakirə 09:00, 7 mart 2015 (UTC)
- Mən silinməsinə qarşıyam. Səbəbi odur ki, o insan yaradıcılığı sərhədsiz görürdü. Kənddə sadə insanların və təbiətin şəklini çəkirdi, istəyəndə şeir yazırdı, səyyahət günlüyü tuturdu və bunların hamısını paylaşırdı. Dadaş Adna fotoqraf fəaliyyətiynən kənddə məşğul olurdu. Onun bu fəaliyyəti kənddə yaşıyıb orda bir şeylərnən məşğul olmağa çalışan gənclər üçün bir stimuldur. Sizin mükafat məntiqi yoluynan yanaşsaq Azərbaycanda heç düzəmməli foto müsabiqəsi olmur heç. Fikrinizə hörmətlə yanaşıram, amma unutmayaq ki, Azərbaycanda belə qeyri-adi fotoqrafların sayı 10u keçmir. --yagub8018 09:09, 8 mart 2015 (UTC)
- Qalsın: --Yagub8018 (talk) 20:14, 8 mart 2015 (UTC)
Səsverməylə eləmək də çıxış yolu deyil. Əvvəlcə səsvermədə lehdə ya əleyhdə səstoplama da həqiqətən bir insanın ensiklopedik adam olub olmasını müəyyənləşdirməli deyil. Bunun üçün hansısa bir kriteriya olmalıdır. Ensiklopedik şəxs kriteriyaları nədir? Ondan sonra, başqa dilli vikipediyada, ancaq şəxslərin yox, hansısa ifadənin də məqaləsi ola bilir. Sadəcə tarixi ədəbi, siyasi axımların yox. Günlük. Yaşı elə də çox olmayan ifadələrin də.
Ensikopediyaya düşmək üçün bütün Azərbaycanda, ya da bütün dünyada tanınmaq şərti yoxdur ki. azviki Azərbaycanın vikipediyasi deyil. Azərbaycandilli viki-ensiklopediyadir. Yəni orda hansısa kəndin, 15-20 nəfərlik qrupun da fikrinə görə önəmli şəxsdirsə, aça bilsin başlığı. Yetər ki, onun yazım şəkli vikipediya standardina uyğun olsun. Bu baxımdan, bu məqalənin də, ölmüş kiminsə nənəsinin də, yazımı viki-standarda uyğundursa, qalmasına tərəfdaram. Çünki, səsvermə sadəcə nisbət çoxluğunu göstərəcək. Layiq olub olmadigini ortaya cixarda bilmeyecek. Səs verənlərin, ensiklopedik şəxs seçmə qərarının düz olub olmadığını, onun bilgi bazasının yeterli olub olmadigini hardan bileceyik? sirf geli silinsin ya da qalsin demesiyle hansisa maraqli bir meqale siline biler. )) -- bunlara görə. Qalsın. HulaguKaan (talk) 09:15, 7 mart 2015 (UTC)
- HulaguKaan dediyin məsələ ilə bağlı bizdə belə bir səhifə var Ensiklopedik əhəmiyyətlilik. Dəstəyə görə isə təşəkkür edirəm.--Baskervill müzakirə 09:21, 7 mart 2015 (UTC)
- Ümumiyyətlə bəlkə mən özüm və ya yaxın qohumlarım haqqda da məqalə yaradım, yəni əqər Azərbaycan Vikipediyası artıq sadə, heç bir ensiklopedik əhəmiyyəti olmayan vətəndaşlar haqqda da məqalə yaratmağa normal yanaşırsa... --Keete 37 (Farid Aliev) (talk) 09:27, 7 mart 2015 (UTC)
- Keete 37 (Farid Aliev) əgər sizin və ya barəsində məqalə yaratmaq istədiyiniz qohumarınız barədə sosial şəbəkələrdə geniş müzakirələr gedirsə niyədə olmasın. Və yaxud sizdən müsahibələr alınırsa, sizi geniş bir çevrə tanıyırsa. Burada ancaq alimlər barədə yazılmamalıdır məncə.--Baskervill müzakirə 09:35, 7 mart 2015 (UTC)
- Qalsın: --Azerifactory (talk) 11:17, 8 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:05, 21 mart 2015 (UTC)
Elmi obyektivli kdən uzaq, belə bir terminin yoxluğu və qərəzli olması, iddia edilən arqumentlərin yer yer tamamilə səhv olması və sairə. ArazZeynili
- ArazZeynili tərəfindən sadalanan arqumentləri düzgün hesab edirəm. --Baskervill müzakirə 10:17, 15 mart 2015 (UTC)
Yekunlaşdırma:
- Qəbul edildi--Baskervill müzakirə 16:10, 21 mart 2015 (UTC)
Əziz həmkarlarım razısınızsa bu səhifəni silək. --Araz Yaquboglu (talk) 16:48, 16 mart 2015 (UTC) Yekunlaşdırma:
- Qəbul edildi--Baskervill müzakirə 16:11, 21 mart 2015 (UTC)
Salam Şeyx Qəni Axund Badkubeyi məqaləsini güya qeyri-ensiklopedik olması səbəbilə silmisiz. Bu şəxs əvvəla ayətullahdır. EnViki başda olmaqla bütün vikilərə baxıb görə bilərsiz ki, bütün ayətullah və ayətullah-üzmalar ensiklopedikdir. 2-cisi də bu şəxs tarixi Azərbaycan alimidir. Zəhmət olmasa məqaləni bərpa edin.--samral müzakirə 19:48, 6 mart 2015 (UTC)
- Birincisi həmin şəxs alim yox din xadimidir (klerik). Siz din xadimləri haqqında məqalələrin hamısında alim yazırsız, bu düzgün deyil məncə. İkincisi axtarış sistemləri həmin şəxs haqqında məlumat vermir, hansısa akademik mənbəyə istinad etməmisiniz. Həmin şəxsin ensiklopedik əhəmiyyətli olduğunu necə sübut edə bilərsiz? Və əgər iddia etdiyiniz kimi həmin şəxs ensiklopedik əhəmiyyətli şəxsdirsə o zaman rus və ya ingilis vikipediyasında analoji məqaləni yaratmağa cəhd edin, görün nəticəsi necə olur. --sefer azeri 19:58, 6 mart 2015 (UTC)
- 1)Xeyr sadəcə din xadimi deyil, həm də alimdir. Envikidə də belə adlandırılır. Sadəcə din xadimi olmaq başqa şeydir. Hansısa məscidin axundu və ya imam-camaatına da din xadimi deyilir. Belə şəxslərə isə klerik yox teoloq (ilahiyyatçı alim) deyilir. Hansısa sadə din xadimi Ayətullah dini tituluna sahib ola bilməz. Ayətullah dini titulu şiəlikdə akademik səviyyəsində bir tituldur. Yəni düzgündür.
- 2)Axtarış sistmelərinin hər hansısa şəxs haqqında məlumat verib verməməsi o şeyin ensiklopedikliyinin yeganə əsası ola bilməz. Bir çox ensiklopedik məqalələr var ki, hər kəs razılaşar o şey ensiklopedikdir, amma haqqında axtarış saytlarından məlumat tapmaq olmur. Envikiyə baxın. Orada o qədər ayətullah haqqında məlumat var ki, heç bir axtarış sistemində o şəxslər haqqında məlumat demək olar ki yox səviyyəsindədir. Deməli bu sizin o məqaləni silməyiniz üçün əsas ola bilməz.
- 3)Bura nə akademiyadır, nə də bu məqalə namizədlik və ya dissertasiya işi deyil ki, mən akademik mənbəyə istinad edim bu 1. 2-cisi enviki başda olmaqla digər vikilərdə də ayətullah əl-üzma və ayətullah məqalələrinin heç birində bu şey yoxdur. 3-cüsü də bu da məqalənin silinməsi üçün əsas ola bilməz. 4-cüsü də vikiqaydalara əsasən mənbə etibarlı olmalıdır AKADEMİK yox.
- 4)Əvvəla mən ingiliscə və rusca bilmirəm. 2-cisi bilmək məcburiyyətində də deyiləm. 3-cüsü də heç bir azərbaycanca və ya digər vikipediyaların qaydasında yazılmayıb ki, hansısa məqalənin ensiklopedikliyini isbat üçün onu digər vikilərdə yaratmaq lazımdır.
- Nəysə görürəm siz qanunsuz və heç bir vikiqaydalara sığmayan hərəkətlərinizə sürətlə davam edirsiz. Deməli sizinlə konsesusa gəlmək qeyri-mümkündür. Ona görə də məqaləni VP:SNM-də müzakirəyə çıxarıram.--samral müzakirə 11:38, 7 mart 2015 (UTC)
- Hörmətli vikipediya istifadəçiləri bu linklərdən baxıb görə bilərsiz ki, bütün ayətullah-üzma və ayətullahlar ensiklopedik şəxsdir.[1], [2], [3]. Bu linklərə baxanda istəsəniz o ayətullahlar barədə azərbaycandilli axtarış saytlarında da axtarış verə bilərsiz, əksəriyyəti barədə məlumat 0 dərəcəsindədir. Lakin gördüyünüz kimi bu heç də qeyri-ensiklopediklik olaraq qəbul edilməməlidir. Və başqa vikilərdə heç edilmir də.--samral müzakirə 13:27, 7 mart 2015 (UTC)
- Qalsın: Bu bölmə ona görə yaradılmışdır ki, idarəçilər ensiklopediklikliyi şübhə doğuran məqalələri özbaşına silməsinlər, əvvəlcə burada müzakirəyə çıxarsınlar. Biz etibarlı mənbələr əsasında məqalələr yaradırıq, bunların silinməsi nə dərəcədə doğru ola bilər? Nəyə görə bu mövzu ensiklopedik hesab olunmamalıdır?! Mən bundan artıq heç nə deyə bilməyəcəyəm, məqalə bərpa olunsun, baxaq görək mətni ensiklopedikdir, ya yox. Başqa sözlə, mövzu şəkk-şübhəsiz ensiklopedikdir, məqalənin mətni isə əgər ensiklopedik deyilsə, bərpadan sonra məqaləyə "vikiləşdir" şablonu qoyulmalıdır, heç də silinməli deyil. --Hörmətlə, Aydın Məmmədov (talk) 10:14, 8 mart 2015 (UTC)
- Nəysə görürəm siz qanunsuz və heç bir vikiqaydalara sığmayan hərəkətlərinizə sürətlə davam edirsiz. Deməli sizinlə konsesusa gəlmək qeyri-mümkündür. Ona görə də məqaləni VP:SNM-də müzakirəyə çıxarıram.--samral müzakirə 11:38, 7 mart 2015 (UTC)
- Qalsın: Məqalə vikiləşdirilməli və daha dəqiq mənbələr əlavə edilməlidir. Düşünürəm ki, bu məsələlər məqalənin silinməsinə əsas vermir və şəxsin Azərbaycanla bağlı olması səbəbindən məndə saxlanılmasından yana çıxış edirəm. Hörmətlə:--Baskervill müzakirə 16:17, 21 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:19, 21 mart 2015 (UTC)
Sefer azeri daha bir ayətullah haqqında olan məqaləmi silib. Halbuki yuxarıda da qeyd etdiyim kimi bütün vikilərdə bütün ayətullah və ayətullah əl-üzmalar ensiklopedik qəbul edilir. Bu şəxslər barədə azərbaycanca məlumata zlığı o demək deyil ki, bu şey qeyri-ensiklopedikdir.--samral müzakirə 13:11, 7 mart 2015 (UTC)
- Hörmətli vikipediya istifadəçiləri bu linklərdən baxıb görə bilərsiz ki, bütün ayətullah-üzma və ayətullahlar ensiklopedik şəxsdir.[4], [5], [6]. Bu linklərə baxanda istəsəniz o ayətullahlar barədə azərbaycandilli axtarış saytlarında da axtarış verə bilərsiz, əksəriyyəti barədə məlumat 0 dərəcəsindədir. Lakin gördüyünüz kimi bu heç də qeyri-ensiklopediklik olaraq qəbul edilməməlidir. Və başqa vikilərdə heç edilmir də.--samral müzakirə 13:27, 7 mart 2015 (UTC)
- Qalsın: Bu bölmə ona görə yaradılmışdır ki, idarəçilər ensiklopediklikliyi şübhə doğuran məqalələri özbaşına silməsinlər, əvvəlcə burada müzakirəyə çıxarsınlar. Biz etibarlı mənbələr əsasında məqalələr yaradırıq, bunların silinməsi nə dərəcədə doğru ola bilər? Nəyə görə bu mövzu ensiklopedik hesab olunmamalıdır?! Mən bundan artıq heç nə deyə bilməyəcəyəm, məqalə bərpa olunsun, baxaq görək mətni ensiklopedikdir, ya yox. Başqa sözlə, mövzu şəkk-şübhəsiz ensiklopedikdir, məqalənin mətni isə əgər ensiklopedik deyilsə, bərpadan sonra məqaləyə "vikiləşdir" şablonu qoyulmalıdır, heç də silinməli deyil. --Hörmətlə, Aydın Məmmədov (talk) 10:14, 8 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:25, 21 mart 2015 (UTC)
Sefer azeri intervikisi olmayan istənilən məqaləni silir. Bu isə qətiyyən düzgün deyil. Bu əsər məşhur şiə alimi Şeyx Abbas Quminin Xanım Fatimənin həyatından bəhs edən məşhur əsəridir. Düzdür interviki tapa bilmədim. Lakin bu o demək deyil ki, bu məqalə qeyri-ensiklopedikdir. Siz farsca və ingiliscə vikiyə baxsanız görərsiz ki, elə məhz Şeyx Abbas Quminin orada kifayət qədər intervikisi olmayan kitabları haqqında məqalələr var. İntervikisi ona görə yoxdur ki, çünki məlumat azdır bu mövzular barədə. Lakin yenə təkrar edirəm ki, bu qeyri-ensiklopedikliyə və silinməyə əsas deyil. Misal üçün elə məhz bu müəllifin kitabları haqqında intervikisiz məqaləni qeyd edirəm: [7]. Cəmi 2 intervikisi olan digər bir kitabı haqqında məqalə: [8]. Digər kitabları haqqında isə hələlik ümumiyyətlə məqalə yoxdur: [9].--samral müzakirə 13:14, 7 mart 2015 (UTC)
- Qalsın: Bu bölmə ona görə yaradılmışdır ki, idarəçilər ensiklopediklikliyi şübhə doğuran məqalələri özbaşına silməsinlər, əvvəlcə burada müzakirəyə çıxarsınlar. Biz etibarlı mənbələr əsasında məqalələr yaradırıq, bunların silinməsi nə dərəcədə doğru ola bilər? Nəyə görə bu mövzu ensiklopedik hesab olunmamalıdır?! Mən bundan artıq heç nə deyə bilməyəcəyəm, məqalə bərpa olunsun, baxaq görək mətni ensiklopedikdir, ya yox. Başqa sözlə, mövzu şəkk-şübhəsiz ensiklopedikdir, məqalənin mətni isə əgər ensiklopedik deyilsə, bərpadan sonra məqaləyə "vikiləşdir" şablonu qoyulmalıdır, heç də silinməli deyil. --Hörmətlə, Aydın Məmmədov (talk) 10:14, 8 mart 2015 (UTC)
- Məsələn envikidəki bu məqalə kimi bir çox İslami kitablar haqqında məqalələr var ki, ya 1 dillidir, ya da 2-3. Amma onlar bu məqalə birdillidirsə deməli qeyri-ensiklopedikdir deyib bu tip məqalələri silmirlər.--samral müzakirə 20:36, 16 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:28, 21 mart 2015 (UTC)
Ensiklopediyadır. Həzrət Əli haqqında yazılmış ilk və yeganə ensiklopediyadır. 12 cilddə (+1 cild mündəricat) yazılıb. Yazılarkən 100-dən artıq İslami (İstər sünni, istərsə də şiə) mənbələrindən istifadə olunmuşdur. Ərəb dilində yazılıb və fars dilinə də tərcümə olunub. Sefer azeri müzakirəsiz, güya qeyri-ensiklopedik olmasını əsas gətirərək silib. Ensiklopediyalar ensiklopedikdir. Və buna görə də qaydalara uyğun olaraq da vikipediyada qalmalıdır. Müəllifi də şiəlikdə ən ali dini titul olan Ayətullah titullu Məhəmməd Reyşəhridir.--samral müzakirə 14:53, 6 mart 2015 (UTC)
- Qalsın: Bu bölmə ona görə yaradılmışdır ki, idarəçilər ensiklopediklikliyi şübhə doğuran məqalələri özbaşına silməsinlər, əvvəlcə burada müzakirəyə çıxarsınlar. Biz etibarlı mənbələr əsasında məqalələr yaradırıq, bunların silinməsi nə dərəcədə doğru ola bilər? Həzrət Əli ensiklopediyası məşhur və qədim kitabdır, nəyə görə bu mövzu ensiklopedik hesab olunmamalıdır? Mən bundan artıq heç nə deyə bilməyəcəyəm, məqalə bərpa olunsun, baxaq görək mətni ensiklopedikdir, ya yox. Başqa sözlə, mövzu şəkk-şübhəsiz ensiklopedikdir, məqalənin mətni isə əgər ensiklopedik deyilsə, bərpadan sonra məqaləyə "vikiləşdir" şablonu qoyulmalıdır, heç də silinməli deyil. --Hörmətlə, Aydın Məmmədov (talk) 10:07, 8 mart 2015 (UTC)
- şəklini -Şəkil:Həzrət Əli ibn Əbu Talib (ə)-ın ensiklopediyası.jpg- də silib.--samral müzakirə 20:06, 10 mart 2015 (UTC)
- Məsələn envikidəki bu məqalə kimi bir çox İslami kitablar haqqında məqalələr var ki, ya 1 dillidir, ya da 2-3. Amma onlar bu məqalə birdillidirsə deməli qeyri-ensiklopedikdir deyib bu tip məqalələri silmirlər.--samral müzakirə 20:34, 16 mart 2015 (UTC)
- şəklini -Şəkil:Həzrət Əli ibn Əbu Talib (ə)-ın ensiklopediyası.jpg- də silib.--samral müzakirə 20:06, 10 mart 2015 (UTC)
- Qalsın: Bu bölmə ona görə yaradılmışdır ki, idarəçilər ensiklopediklikliyi şübhə doğuran məqalələri özbaşına silməsinlər, əvvəlcə burada müzakirəyə çıxarsınlar. Biz etibarlı mənbələr əsasında məqalələr yaradırıq, bunların silinməsi nə dərəcədə doğru ola bilər? Həzrət Əli ensiklopediyası məşhur və qədim kitabdır, nəyə görə bu mövzu ensiklopedik hesab olunmamalıdır? Mən bundan artıq heç nə deyə bilməyəcəyəm, məqalə bərpa olunsun, baxaq görək mətni ensiklopedikdir, ya yox. Başqa sözlə, mövzu şəkk-şübhəsiz ensiklopedikdir, məqalənin mətni isə əgər ensiklopedik deyilsə, bərpadan sonra məqaləyə "vikiləşdir" şablonu qoyulmalıdır, heç də silinməli deyil. --Hörmətlə, Aydın Məmmədov (talk) 10:07, 8 mart 2015 (UTC)
- Qalsın: Məqalənin saxlanılmasının tərəfdarıyam. Hörmətlə:--Baskervill müzakirə 16:31, 21 mart 2015 (UTC)
Qərar: Müzakirələrdə istifadəçilərin əksər hissəsi müəyyən dəlillərlə məqalənin Vikipediyada qalmasını dəstəklədikləri üçün məqalənin saxlanılmasına qərar verildi. --Baskervill müzakirə 16:34, 21 mart 2015 (UTC)
Məqalənin silinməli olduğunu düşünürəm. Sadəcə bu məsələ də tək qərar vermək düzgün olmazdı. Serk@nl@nd, Yuşin (münazirə), Araz Yaquboglu, Emin • ismarış, Keete 37 (Farid Aliev), samral müzakirə və Aydın Məmmədov yoldaşların məsələyə münasibət bildirməsini rica edərdim. Belə şəxslər barədə məqalələr Azvikiyə lazımdırmı ?--Baskervill müzakirə 16:42, 21 mart 2015 (UTC)
- Silinsin: Hansısa öndərin nəslindən olması, şəxsiyyəti vikipedik edə bilməz. Məqalənin heç istinad mənbəsi də yoxdur. Məncə belə məqalələr müzakirəsiz də silinə bilər. Çünki bu mövzu heç azacıq da olsa vikipedik deyil. -- Hörmətlə, Aydın Məmmədov (talk) 17:42, 21 mart 2015 (UTC)
- Silinsin: Bu şəxsin heç olmasa bir fəaliyyəti yoxdu ki nəsə haqq qazandırasan. Hətta bu məqalədəki Həmçinin bax bölümündəki şəxslərin də bəziləri müzakirə edilməlidir.--Araz Yaquboglu (müzakirə) 17:45, 21 mart 2015 (UTC)
- Məqalədə 1 dənə də olsun ensiklopedik məqam yoxdur. Silinsin:--samral müzakirə 22:56, 22 mart 2015 (UTC)
- Silinsin: Bu şəxsin heç olmasa bir fəaliyyəti yoxdu ki nəsə haqq qazandırasan. Hətta bu məqalədəki Həmçinin bax bölümündəki şəxslərin də bəziləri müzakirə edilməlidir.--Araz Yaquboglu (müzakirə) 17:45, 21 mart 2015 (UTC)
Yekunlaşdırma:
- Qəbul edildi--sefer azeri 04:26, 26 mart 2015 (UTC)
Məqalənin nə başı var nə də ki, ayağı. Sadəcə olaraq belə tip məqalələr viki üçün deyil. Belə məqalələri biz ən yaxşı halda qəzet və ya jurnal səhifələrində görə bilərik. Məqalə üzərində digər dil keçidlərinin olmamasıda dediklərimə bir başqa sübutdur. Hörmətlə:--Baskervill müzakirə 16:03, 21 mart 2015 (UTC)
- Silinsin: Həmkarım səbəbini yuxarıda göstərib. Əlavə şəhrə ehtiyac yoxdu. --Serk@nl@nd 16:07, 21 mart 2015 (UTC)
Yekunlaşdırma:
- Qəbul edildi--sefer azeri 04:26, 26 mart 2015 (UTC)
Zaur Ustac adlı yoldaş vikidə Ustacli adı ilə fəaliyyət göstərir. Yeni işə başlamasına baxmayaraq insafən yaxşı işləməyə səy göstərir. Sadəcə özü barədə məqalə yaratmasını düzgün hesab etmirəm. Şəxsin özü ilə sosial şəbəkə üzərində söhbətimiz olsa da görünən odur ki, bir faydası olması. Məncə silinməlidir məqalə. --Baskervill müzakirə 12:02, 23 mart 2015 (UTC)
- Serk@nl@nd, Yuşin (münazirə), Araz Yaquboglu, Emin • ismarış, Keete 37 (Farid Aliev), samral müzakirə və Aydın Məmmədov adlı istifadəçilərin fikirlərini eşitmək maraqlıdır.--Baskervill müzakirə 12:04, 23 mart 2015 (UTC)
- Bu cür istifadəçinin vikipediyada fəaliyyət göstərdiyini bilsəm də, Zaur Ustac adlı yazıçı və ya şairin adını ilk dəfə eşidirəm. Google-də axtarışa verdim, amma nəticə çıxmadı. Verilmiş istinadların çoxu da vikipediyaya aiddir, qalan istinadlarda da şəxs haqqında məlumat tapa bilmədim. Bir neçə kitabının da adı verilib, amma məncə bu kitablara da istinad verilməlidir. Ensiklopedik şəxsə o qədər oxşamır. --Serk@nl@nd 12:21, 23 mart 2015 (UTC)
- O halda məqalə vikidə qala bilər ki, hər cümləsinə, hər kitabına istinad (hamı tərəfindən yoxlanıla bilən linklərlə) göstərilsin. Çünki ifadələrdən hiss olunur ki, məlumatlar dəqiq deyil. Bəlkə də vikidə orta məktəbdən əlavə başqa 4 təhsil ocağında təhsil alan olmayıb (ardıcıl olaraq Bakı Dövlət Universitetində, Bakı Ali Birləşmiş Komandanlıq Məktəbində, Beynəlxalq İxtiraçılıq və Biznes İnstitutunda və Şamaxı Humanitar Kollecində). Elə bu özü hər şeyi deyir. --Araz Yaquboglu (müzakirə) 12:49, 23 mart 2015 (UTC) Silinsin: --Araz Yaquboglu (müzakirə) 05:41, 24 mart 2015 (UTC)
- İstinadı, intevikisi yoxdur. Google-da gələn nəticələr budur: [10] Silinsin:--Yuşin (münazirə) 13:53, 23 mart 2015 (UTC)
- Məqalənin aşağısında, yəni xarici keçid bölməsində facebook-a istinad olunur. Yəni istifadəçinin (əqər o doğrudan da tanınmış şəxs deyilsə) özü haqqında məqalə yaratması nə qədər doğrudur axı? Silinməyi daha doğru olar məncə Silinsin: --Keete 37 (Farid Aliev) (müzakirə) 15:51, 23 mart 2015 (UTC)
- İstinadı, intevikisi yoxdur. Google-da gələn nəticələr budur: [10] Silinsin:--Yuşin (münazirə) 13:53, 23 mart 2015 (UTC)
- SALAM! sadəcə başqa cürə yaza bilmədiyimə görə buradan(redaktə) - dən istifadə etməyə məcbur qaldım; birinci heç kim Hörmətli Zaur müəllimlə danışmayıb, mənimlə yazışıblar, ikinci də Hörmətli Araz müəllim düz deyir 4 təhsil müəssisəsində təhsil almaq hər kişinin işi deyil- və bu özü hər şeyi deyir.... mən səhifəni sadəcə maraq üzərindən birinci MARAQ ÜÇÜN adamın adin vikidə axtarış verdim və sadəcə çıxan boş səhifəni internetdən topladiğım məlumat və foto ilə doldurdum- bayram günləri bekarçılıq idi.... kimlər deyir googlede heç nə yoxdu o da maraqlıdır... bu qədər necə deyərlər fikir yürütməkdə heç vaxt tələsmək lazım deyil - düzü bu qədər səs-küyə səbəbəb olacağınğ gözləmirdim.... hamıya fikirlərinizə görə minnətdarlığımı bildirirəmm bu arada sonuncu işZaur Ustac səhifəsində ==Mənbə== yaratmışam reaktələrinizigözləyirəm...--Ustacli (müzakirə) 09:49, 24 mart 2015 (UTC)
- Hörmətli Ustacli burada heç bir məsələ səs-küyə səbəb olmayıb. Biz viki cəmiyyət olaraq bir çox məsələləri bu şəkildə müzakirə edirik. Müzakirələr davam edir. İstifadəçilərin çoxusunun fikiri məqalənin silinməsi ilə bağlıdır. Bölmə də redaktə edərkən zəhmət olmasa başlıqları və istifadəçi imzalarını silməməyə çalışın. Hörmətlə:--Baskervill müzakirə 10:02, 24 mart 2015 (UTC)
- Salam, hörmətli İstifadəçi:Baskervill minnətdarlıq və təşəkkürümü əvvəlcədən bildirməyi özümə borc bilirəm, çünki az-çox nə yaza bilirəmsə sizin öyrətdiyiniz yollarla bir təhər yazıramç çox sağ olun! ikinci, bilmək istəyirəm halhazırda müzakirədə istifadə etdiyim yol - siz göndərən- doğrudurmu ? səhvsə necə düzəlir? xüsusi minnətdarlıq!--Ustacli (müzakirə) 10:56, 24 mart 2015 (UTC)
- səhifədə də 1 mənbə, 1 istinad tapmışam - axtarış davam edir- mollanın sözü olmasın siftəni kor eləməməyə çalışacam - Zaur Ustac səhfəsi qalssın. --Ustacli (müzakirə) 11:38, 24 mart 2015 (UTC)
- Aramıza yeni qoşulan istifadəçilərə kömək etməyi hər zaman özümə borc bilirəm. İstəmirəm ki, məqalənin silinməsinə qərar verilsə sizin vikiyə qarşı olan həvəsiniz itsin. Sadəcə hər birimiz qaydaların bizlərə tanıdığı imkanlardan faydalanmağa çalışırıq. Sualınız olsa hər zaman cavablandırmağa hazıram. Hörmətlə:--Baskervill müzakirə 11:45, 24 mart 2015 (UTC)
Yekunlaşdırma:
- Qəbul edildi--sefer azeri 04:26, 26 mart 2015 (UTC)