Vikipediya Sesverme Ensiklopedik Ehemiyyetlilik Sexsler Herbciler 3 Cu Defe - Wikipedia
Ensiklopedik əhəmiyyətlilik (şəxslər) səhifəsinin "Hərbçilər" altbaşlığına aşağıdakı məzmunu əlavə etmək ilə bağlı səsvermə
redaktəSəsvermə 13 iyun — 28 iyun 2022-ci il tarixləri arasında keçirilir.
- Ensiklopedik əhəmiyyətlilik (şəxslər) səhifəsinin "Hərbçilər" altbaşlığına aşağıdakı məzmunu əlavə edilməsi
Ümumi mənzərədə, bir şəxs haqqında bir neçə yoxlanıla bilən müstəqil və etibarlı mənbədə əhəmiyyətli məlumatlar verilibsə, həmin şəxs ensiklopedik sayılır.
Şəxslərin adətən aşağıda göstərilən halların ən azı birini ödəməsi onların etibarlı mənbələrdə bu meyara uyğun gələcək formada yetərli səviyyədə əhatələndiyini güman etmək olar:
- Göstərdiyi şücaətə görə öz ölkəsindəki ən yüksək mükafata layiq görülmüşdür və ya bir neçə dəfə göstərdiyi şücaətə görə öz ölkəsindəki ikinci ən yüksək mükafata layiq görülmüşdür.
- Flaqman, general və ya aviasiya zabiti və ya onların tarixi ekvivalentləri rütbəsinə malikdir
- Ölkəsinin silahlı qüvvələrində (məsələn, Baş Qərargah rəisi) və ya onun bir qolunda (məsələn, ordunun qərargah rəisi) ən yüksək hərbi komandanlıq vəzifəsini tutmuşdur.
- Hansısa döyüş və ya yürüş kimi mühüm hərbi hadisədə əhəmiyyətli rol oynamışdır.
- Döyüşdə əhəmiyyətli bir qüvvəyə (məsələn, kapital gəmisi, ordu diviziyası, aviasiya diviziyası və s.) komandanlıq etmişdir.
- Hərb elminə maddi töhfələr vermişdir və bu töhfə əksər mənbələrdə ona aid edilir.
- Müharibənin təbiətini və ya onun aparılmasını əhəmiyyətli dərəcədə dəyişdirən hərbi texnologiyanın ixtiraçısı olmuşdur və bu ixtira əksər mənbələrdə ona aid edilir.
- Həmkarları tərəfindən hərbi məsələlər və yazılar üzrə mötəbər mənbə kimi tanınmışdır.
Əksinə, yalnız şəcərə qeydlərində, ya da ailə tarixçələrində adı keçən və ya haqqında yalnız ilkin sənədlərlə bəhs olunan hər hansı bir şəxs ensiklopedik deyil. Eyni şəkildə, etibarlı ikinci dərəcəli mənbələrdə haqlarında çox məhdud şəkildə məlumat verilən şəxslər müstəqil məqalə məqsədləri üçün ensiklopedik hesab edilməməlidir, lakin, şəraitdən asılı olaraq, mövcud məqalədə və ya siyahıda onlardan bəhs edilməsini tələb oluna billər. Bunu təyin edərkən əhatə dairəsinin genişliyi nəzərə alınmalıdır. Əgər, məsələn, etibarlı mənbələrdə insanın doğum tarixi, şəxsi həyatı, təhsili, hərbi karyerası ilə bağlı təfərrüatları ehtiva edən kifayət qədər məlumat varsa, o zaman həmin şəxs, çox güman ki, müstəqil məqaləyə layiqdir. Əgər belə bir məlumat yoxdursa, o zaman həmin şəxs haqqında məlumat üçün müstəqil məqalə yaratmaq əvəzinə həmin məlumatı əsas məqaləyə və ya siyahıya daxil etmək ən yaxşı yanaşmadır. Bütün digər redaksiya qərarlarında olduğu kimi, qeyri-müəyyənlik halında bununla bağlı konsensus axtarılmalıdır.
Qeyd etmək lazımdır ki, yuxarıdakı kriteriyalara cavab verməyən şəxs qəti şəkildə qeyri-ensiklopedik olmur. Həmçinin, bu meyarlara cavab verən şəxs, ikinci dərəcəli müstəqil mənbələrdə haqqında əhəmiyyətli əhatəlik mövcud deyilsə, qəti şəkildə ensiklopedik olmur. Odur ki, bu qərar müstəqil ikinci dərəcəli mənbələrdə əhəmiyyətli əhatəlik əsasında aparılmalıdır.
Dəstək
redaktə- Lehinə: Lavici mesaj? 23:48, 12 iyun 2022 (UTC)[cavabla]
- Lehinə: - Onyeddi (müzakirə) 01:11, 15 iyun 2022 (UTC)[cavabla]
- Lehinə: -Wikipediya M (müzakirə) 05:16, 15 iyun 2022 (UTC)[cavabla]
- Lehinə: - Qraf 061 (müzakirə) 08:12, 15 iyun 2022 (UTC)[cavabla]
- Lehinə:— White Demツnyaz 11:19, 15 iyun 2022 (UTC)[cavabla]
- Lehinə: — Burocan (müzakirə) 11:38, 15 iyun 2022 (UTC)[cavabla]
- Lehinə: Tətbiq etmək çox çətin olacaq və böyük təzyiqlə üz-üzə qalacağıq. Amma qəbul edilməsi mütləqdir.— Eminn (müzakirə) 16:08, 15 iyun 2022 (UTC)[cavabla]
- Lehinə: Atakhanli (müzakirə) 16:12, 15 iyun 2022 (UTC)[cavabla]
Qarşı
redaktə- Əleyhinə: Lüzumsuz hesab edirəm. Onsuz da problem çox olacaq. — NKO zi 05:24, 16 iyun 2022 (UTC)[cavabla]
- Əleyhinə: səbəbini geniş izah etməyə ehtiyac yoxdur. Lehinə səs verən, fikir bildirən yoldaşlar üstüörtülü də olsa səbəbini izah ediblər. Kütləvi narazılıq hal-hazırda heç kəsə lazım deyil. Mən özüm də xüsusən bəzi qazilərin bu şəraitdən sui-istifadə etməsindən razı deyiləm (Heç bir xidmət və fərqlənmələri olmadığı halda səhifəyə malikdirlər). Lakin hazırkı şərtlər daxilində məncə bu məsələ Vikipediyanın ciddi problemləri sırasına daxil deyil. — İrövşən (müzakirə) 08:10, 16 iyun 2022 (UTC)[cavabla]
Bitərəf
redaktəŞərhlər
redaktəYekun nəticə:
- Səs verənlər — 10
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 10
- Lehinə — 8
- Əleyhinə — 2
- Bitərəf — 0
Yekunlaşdırma
redaktə- Qəbul edildi. dancewithdevil (müzakirə) 03:26, 28 iyun 2022 (UTC)[cavabla]