Daha geniş yazmaq lazımdır. Musiqi stili, simfonik əsərləri, opera və baletləri, kamera əsərləri və film musiqiləri haqqında ayrıca başlıqlar olmalıdı. Tələm-tələsik status verib mövzunu bir kənara qoymaq düz deyil məncə. Hörmətlə --sefer azeri06:45, 12 noyabr 2018 (UTC)[cavabla]
Şərh: Hörmətli Azerifactory, əsərlər haqqında ayrıca məqalələrdə hər bir əsər haqqında geniş məlumat verilir, bəstəkar haqqında məqalələlərdə isə həmin başlıqlarda ümumi məlumat verilməlidi, yəni opera başlığında bəstəkarın operaları haqqında detallı məlumat yox, ümumiyyətlə opera janrında fəaliyyəti haqqında yazılmalıdı. Nümunə üçün List, Mendelson və Bax haqqında məqalələrə baxa bilərsiz. Ümumiyyətlə bəstəkarların yaradıcılığı haqqında məlumat ya nəşr edilmiş kataloqlara əsasən (nümunə üçün baxın: Şubert), ya da sənətşünaslar tərəfindən müəyyən edilmiş yaradıcılıq dövrlərinə əsasən (nümunə üçün baxın: Verdi) verilməlidi. Qarayevin əsərlərinin kataloqunun nəşr edilməsini bilmirəm. Əgər kataloq yoxdursa fəaliyyəti başlığı Bakı və Moskva dövrü haqqında iki altbaşlığa bölünsə yaxşı olar. Əsərləri başlığında isə yuxarıda qeyd elədiyim altbaşlıqların yaradılması və məlumatın genişləndirilməsi yaxşı olardı. İndiki halında məqalə sənətkar haqqında ümumi məlumat verir. Status alması üçün isə məqalə aid olduğu mövzu ilə bağlı zəngin və ətraflı məlumat verməlidir. Hörmətlə --sefer azeri07:08, 13 noyabr 2018 (UTC)[cavabla]