Vikipediya Kend Meydani Arxiv Yanvar 2015 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İP-lərlə redaktə etməyin məhdudlaşdırılması
Bütün viki cəmiyyəti salamlayıram. Gün ərzində son dəyişikliklər bölümündə patrul nəzarəti edən biri kimi onu demək istərdim ki, Azvikidə İP redaktələrinin böhranlı vəziyyəti yaranıb. Vikipediyadan qeydiyyatdan keçmədən belə redaktə edə bilmək imkanın olması bizim virtual dünyamızın evini təmiz yığıb. Hamı çox gözəl bilir ki, qeydiyyatdan keçmədən insanlar tərəfindən yaradılan məqalələrin 95% reklam, qeyri ensiklopedik və yaxud təhqir xarakteri daşıyır. Tələm-tələsik işlədiyi şirkət barədə yada dünən rəhmətə gedən babası barədə məqalə yazan İP-lərin bizə nə kimi xeyiri dəyə bilər ? Düşünürəm bu sualın cavabı bir mənalıdır. Heç bir xeyirdən söhbət belə gedə bilməz. Məsələdən çıxış yolu kimi ən optimal variantı türkcə viki edib. Hər hansısa bir edilən əlavə və ya dəyişiklik xüsusi statusu olan şəxslər tərəfindən yoxlanılmadan məqaləyə əlavə edilmir.
Mən bizdə o dərəcədə yüksək bir aktivliyin olmadığını və yaxın bir necə ildə bizim vikidə həmin sistemin tətbiq edilməsinin mümkünsüzlüyünü anlayaraq, viki cəmiyyətə yeni bir təkliflə çıxış etmək istərdim. Gəlin İP-lər üçün redaktə imkanı məhdudlaşdıraq. Yalnız qeydiyyatdan kemiş istifadəçilər redaktə edə bilsin. Belədə baş verə biləcək vandalizm hallarını 50/50 azalda bilərik. Yox əgər kimsə bununla razı deyilsə o zaman patrul nəzarətini mənimlə və digər bir-iki idarəçi ilə birlikdə keçirməyə razı olsun. Gün ərzində onlarla məqalə silirəm, onlarla əlavəni geri verirəm və bu prores artıq məni yaratmaq istədiyim məqalələrdən kənarlaşdırır. Dərhal əncam çəkmək lazımdır. Hörmətli Sortilegus və Wertuose-un məsələyə öz münasibətlərini bildirməklərini arzu edərdim. Digər yoldaşlarda fikir bildirsə əla olar. Hörmətlə:--Baskervill müzakirə 19:10, 2 yanvar 2015 (UTC)
- Salam. Məncə bu məsələnin digər vikilərdə analoqu varmı, ona baxmaq lazımdır əvvəlcə. Əgər varsa, hansı formada edilib. Amma istənilən halda bu məsələ, məncə adminlər yox, vikicəmiyyət tərəfindən verilən qərarın nəticəsində həll edilməlidir. Digər tərəfdən isə bu, Vikipediyanın təməl prinsipi olan — açıq/azad ensiklopediya ideyasına ziddir. Türk vikisindəki həll yolu daha optimaldır, məncə elə etmək olar ki, IP-lərdən edilən redaktələr dərhal məqalədə görünməsin. O halda da kimsə daim IP-redaktələrin təsdiqinə nəzarət etməli olacaq.--Wertuose (talk) 20:42, 2 yanvar 2015 (UTC)
- Afrasiyab bəy məncə siz bu məsələni bu başlığa yox bundan aşağıda yerləşən başlığa yazmaq istəmisiniz. :)--Baskervill müzakirə 19:54, 8 yanvar 2015 (UTC)
Konkret qaydalar və istifadə üçün göstərişlər
Salam. Burda zəhmət çəkən hər kəsə minnətdarlıq edirəm. Sizlərdən bir xahişim var, bu AzVikiyə daxil olmağı bir az konkretləşdirmək olarmı? Yəni, bir istifadəçi qeydiyyatdan keçəndən sonra ona xəbərdarlıq gəlirmi? bilmirəm. ən azından sol tərəfdə olan alətlərdə sadələşdirilmə aparılsın. məsələn mən necə tapım ki, "yeni məqalə yaratmaq" necə olur? bu hardadır? İdarəçilərin müzakirəsində? yoxsa Kənd Meydanında? yoxsa Alətlər sandığında? Səhv etmirəmsə idarəçilərdən biri öz səhifəsində qeyd etmişdi. Keçən dəfə sağ olsun feysbuk səhifənizin admini, suallarımı cavabsız qoydu. Bir-iki dəyişiklik edən kimi də keçən dəfə idarəçilərdən biri gəlib əsəblərimi korladı əlindəki imtiyazlardan istifadə edərək, daha sonra isə heç bir əsas olmadan "təhqirə görə" blokladı. Sizlər niyə həm bu AzVikini monopoliyaya almısız, həm də çətinləşdirmisiz? Çıxıb gedək burdan? --Javadzade (talk) 13:09, 4 yanvar 2015 (UTC)
- Salam Hörmətli Javadzade. Əvvələcə ondan başlayaq ki, bir istifadəçi qeydiyyatdan keçəndən sonra onun müzakirə səhifəsinə xoş gəlmisiniz şablonu əlavə olunur. Bu proses avtomatik formada yox əsasən burada fəaliyyət göstərən fəal istifadəçi və idarəçilər tərəfindən edilir. Siz demisiniz ki, mən necə tapım ki, yeni məqalə yaratmaq bölümü hardadır. Bu çox sadədir. Yuxarı sağ tərəfdə olan axtar xanasının içərisinə həmin məqalənin adını yazırsınız və orada məqalə yoxdursa deməli onu yaratamq olar. Azvikidə son zamanlar vandalizm halları çoxalıb. Sizi mən yox digər bir idarəçi bloklayıb. Səbəbini isə ən yaxşı o bilər. Bir də sizə bir söz deyim. Heç kim burada təmmana ilə fəaliyyət göstərmir, hər bir kəsin niyyəti Ana dilində normal ensiklopedik bazanın formalaşdırılması və zənginləşdirilməsi işinə öz töhfəsini verməkdir. Siz bir az daha səbirli olub Ana səhifənin sağ aşağı küncündə olan Kömək səhifələri bölümünə nəzər salsaydınız, axtardığınızı bütün suallara orada rahatlıqla cavab tapa bilərdiniz. Birdə son olaraq onu deyim ki, sizin müzakirə səhifənizə kimsə nəsə yazanda müzakirə səhifəsini tamamilə silmək gərək deyil. Dərin hörmətlə:--Baskervill müzakirə 22:52, 4 yanvar 2015 (UTC)
Wikimedia CEEM 2014
Salam. Ötən ay Kiyevdə keçirilən Mərkəzi və Şərqi Avropa vikipediyaçılarının görüşündə iştirakımla bağlı qısa hesabatla buradan tanış ola bilərsiniz: İstifadəçi:Wertuose/Wikimedia CEEM 2014.--Wertuose (talk) 22:02, 5 yanvar 2015 (UTC)
Fəaiyyətimi dondururam
8 illik vikipediya fəaliyyətimdə belə hörmətsizlik görməmişdim. Bu cür adminciklərlə çənə döyməyə vaxtım yoxdur. Fəaliyyətimi dəyərləndirən hər bir kəsə təşəkkür edir və vikipediyanı tərk edirəm. Sağlıqla qalın. --Vüsal Ağayev (talk) 06:58, 7 yanvar 2015 (UTC)
Vüsal, bu addımı atmayın. Siz azərbaycanca vikipediyada uzun illər faliyyət göstərmiş, onun zənginləşməsinə xeyli töhfələr vermiş istifadəçisiniz. Kollektivdə hörmətiniz böyükdür, yeni istifadəçilər sizin təcrübənizdən çox yaralana bilərdilər. İstənilən mübahisə həll ediləndir. Qərarınızı dəyişməyinizi təklif edirəm. Bizlər bir-birimizi qprumalıyıq. Hörmətlə --Acategory (talk) 07:16, 7 yanvar 2015 (UTC)
- Vüsal Ağayev tərəfinizdən atılan addımı dəstəkləyirəm. Məndə fəaliyyətimi dayandırmaq barədə düşünürəm. Sadəcə ürəyim dözmür vandalıq halları görəndə. Yenədə vəziyyət belə davam edərsə məndə idarəçilikdən imtina edəcəm. Həyata 1 dəfə gəlirik onuda əsəblərimi poza bilmərəm. Qoy biz gedək həmin adamlarda öz istədikləri kimi ağalıq etsinlər. Yoruldum mən. --Baskervill müzakirə 07:48, 7 yanvar 2015 (UTC)
Vikipediyadakı vəziyyət Rus Imperiyasının işğal etməmişdən oncəki Azərbaycan xanlıqları dövrünü xatırladır, hamı bir birinin ayağını qazır, onsuzda digər vikipediyalarla müqayisədə bərbad gündəyik, bunu daha da pis vəziyyətə salmayın, şəxsi mənafeyinizi millətin mənafeyindən üstün tutmayın.--Turalhemidli (talk) 10:22, 7 yanvar 2015 (UTC)
- Vüsal bəy, yazdığınız fikirlər etikadan kənar olmaqla yanaşı, sizin Vikipediyaya öz şəxsi layihəniz kimi yanaşdığınızı göstərir. Gördüyünüz işin dəyərini azaltmaq fikrim yoxdur, təbii ki, az-vikinin inkişafında böyük rolunuz var və bunu heç kim danmır, amma Vikipediya fərdi layihə deyil ki, hər istifadəçi öz istədiyini etsin. Bu, öz qaydaları olan kollektiv layihədir və son məqsədi cəmiyyətə fayda verməkdir, amma fərdi qərarlar, qaydalara saymazyana münasibət, başqa istifadəçiləri özündən aşağı görmək, cavab verməyə arqument tapmayanda təhqirə keçmək və heç kimin məsuliyyəti öz üzərinə götürmək istəməməsi son nəticədə minlərlə boş məqalənin yaranmasına, çox sayda qayda pozuntularına və son nəticədə Vikipediyanı yazan və oxuyan insanların narazılığına səbəb olur. Xahiş edirəm nəzərə alın.--Wertuose (talk) 09:04, 7 yanvar 2015 (UTC)
- İstər təcrübəli istifadəçi olsun, istər ip ilə redaktə edənlər istərsə də idarəçilər hamı qaydalara əməl etməlidir. Wertuoseun müzakirə səhifəsində yazılanları oxudum. Sakit müzakirənin nəticəsi olaraq edilən təhqirlərə görə Vüsal Ağayevi əslində bloklamaq lazımdı. Bəli, mən də yuxarıda həmin istifadəçinin vikipediyanın zənginləşdirilməsi üçün töhfələr verməsi haqqında səsləndirilən fikirlərlə razıyam. Lakin bu heç kimə digərlərini təhqir etməyə haqq qazandırmır. Yuxarıda azvikidə vəziyyətin yaxşı olmaması ilə bağlı səsləndirilən fikirlərlə isə tamamilə razı deyiləm, son bir neçə ayda azvikidə xeyli irəliləmə və zənginləşmə var. Məsələyə sırf statistik baxımdan yanaşmaq lazım deyil. Qısa zamanda azvikidə ən müxtəlif mövzularda olan xeyli boş və qaralama məqalə zənginləşdirilib və yeni məqalələr yaradılıb. Azvikiyə heç kim məcburən işə dəvət edilməyib və kiminsə istəyinin əksinə olaraq burada fəaliyyətə cəlb edilməsini də düzgün hesab etmirəm. Əksər istifadəçilər kimi mən də Vüsal Ağayevin fəaliyyətini davam etdirməsini istərdim, lakin bu halda mütləq etdiyi təhqirlərə görə cəzasını da çəkməlidir. Çünki Wertuoseun (ümumiyyətlə azvikidə fəlaiyyət göstərən heç kimin) həmin təhqirlərə layiq olmadığını və azvikinin təhqir meydanı olmadığını düşünürəm. Hörmətlə--sefer azeri 09:27, 7 yanvar 2015 (UTC)
- Vüsal bəy, yazdığınız fikirlər etikadan kənar olmaqla yanaşı, sizin Vikipediyaya öz şəxsi layihəniz kimi yanaşdığınızı göstərir. Gördüyünüz işin dəyərini azaltmaq fikrim yoxdur, təbii ki, az-vikinin inkişafında böyük rolunuz var və bunu heç kim danmır, amma Vikipediya fərdi layihə deyil ki, hər istifadəçi öz istədiyini etsin. Bu, öz qaydaları olan kollektiv layihədir və son məqsədi cəmiyyətə fayda verməkdir, amma fərdi qərarlar, qaydalara saymazyana münasibət, başqa istifadəçiləri özündən aşağı görmək, cavab verməyə arqument tapmayanda təhqirə keçmək və heç kimin məsuliyyəti öz üzərinə götürmək istəməməsi son nəticədə minlərlə boş məqalənin yaranmasına, çox sayda qayda pozuntularına və son nəticədə Vikipediyanı yazan və oxuyan insanların narazılığına səbəb olur. Xahiş edirəm nəzərə alın.--Wertuose (talk) 09:04, 7 yanvar 2015 (UTC)
- Həmkarım Vüsal Ağayev, sizin kino sahəsində ki, fəaliyyətiniz danılmazdır. Amma unutmayaq ki, qaydalara uyğun olaraq Vikipediyada yaradılan hər bir məqalə, səhifə yarandığı andan Vikipediya layihəsinə məxsusdur. Hətta sizin istifadəçi səhifəniz belə şəxsi səhifəniz deyil. Yaratdığınız hər hansı bir məqalə istənilən şəkildə dəyişdirilə bilər. Ancaq bu dəyişikliklər qaydalara əsaslanmalıdır. Narazılıq yaranarsa müzakirələr aparılmalıdır. Sefer azerinin fikirləri ilə razıyam. Təhqir və ya aşağılayıcı sözlər üçün təssüflənirəm. İstənilən mübahisə müzakirə yolu ilə həll ediləndir. Sadəcə olaraq, istifadəçilər müzakirələri insani hörmət və münasibətləri qoruyaraq etməlidir. -- ■ Sultan mesaj 10:50, 7 yanvar 2015 (UTC)
- Hamı təhqirdən danışsada heç kim təhqirin səbəb olduğu məsələlərdən danışmır. Yəni cinayət məcəlləsində ölüm həddinə çatdırma kimi bir maddəni Azviki üçün təhqir həddinə çadırma adlı nümunəsini yaratsaq yaxşı olar. Kənardan bir şəxs olsa baxıb düşünər ki, bir bax gör necə gözəl və sakit adamlardır. Lap peyğəmbər kimi insanlardı. Heç belədə adamı təhqir etmək olarmı ? Biri kobudluqla danışır, digər isə ona nəzakətlə cavab verir. Bir sözlə İsa məsihin apostları kimi hamı can deyib can eşidir. Ancaq bütün bunlar kənardan dayanan və uzun illərdir ki, Azvikini daxilində gedən proseslərdən xəbərsiz insnalar düşünə bilər. Burada əslində niyyət açıqdır. Mən inanıram ki, yuxarıda müzakirədə iştirak edən yoldaşların niyyətlərinin bir qismi Azvikini zənginləşdirmək və toplum üçün yeni məqalələr qazandırmaqdır. Bu cəhtlərə görə isə onlara sadəcə təşəkkür etmək olar. Sadəcə çox istərdim ki, bütün niyyətlər belə olaydı. İdarəçilər bir-bir sıradan çıxarılır. Kor-kor, gör-gör kimisi səs vermə ilə, kimisi özü imtina edir və bu gündə Vüsal müəllim fəaliyyətini donduracağını elan edir. Mənə bir şey maraqlıdır hamı getsə həmin o möhtəşəm vikimediyaçılar nə edəcəklər ? :) Yəni bura çayxana zad deyil ki, oturub rahat işlədəsən o qədər görüləsi işlər var ki.. --Baskervill müzakirə 13:11, 7 yanvar 2015 (UTC)
- Bu son vaxtlar Azərbaycan Vikipediyasında baş verən olaylar düzünə qalsa məni lap bezdirib. Nəyə görə, Azərbaycan Vikipediyasında, onun yarandığı bir zamandan bəri burada fəaliyyət göstərən idarəçi və istifadəçilər elə hesab edirlər ki, bura onların şəxsi mülkü və əmlakıdır. Mənim məqaləmə toxunma - bu nə ifadədir - əgər məqalə standartlara cavab verməyibsə, onu siləcəklər, burada inciyəsi bir şey yoxdur. O ki, qaldı söyüş məsələsinə, əgər Vüsal bəy təhqir edibsə onu cəzalandırmaq lazımdır - bloklamaq vəssalam. Son vaxtlar özbaşnalığın sayı kəskin artıb, bura bəyəm dərəbəylikdir? Özünüzü göylərdən aşağıya salın - heç kim burada əvəzedilməz deyil. Hörmətlə: --Keete 37 (Farid Aliev) (talk) 14:40, 7 yanvar 2015 (UTC)
- Hamı təhqirdən danışsada heç kim təhqirin səbəb olduğu məsələlərdən danışmır. Yəni cinayət məcəlləsində ölüm həddinə çatdırma kimi bir maddəni Azviki üçün təhqir həddinə çadırma adlı nümunəsini yaratsaq yaxşı olar. Kənardan bir şəxs olsa baxıb düşünər ki, bir bax gör necə gözəl və sakit adamlardır. Lap peyğəmbər kimi insanlardı. Heç belədə adamı təhqir etmək olarmı ? Biri kobudluqla danışır, digər isə ona nəzakətlə cavab verir. Bir sözlə İsa məsihin apostları kimi hamı can deyib can eşidir. Ancaq bütün bunlar kənardan dayanan və uzun illərdir ki, Azvikini daxilində gedən proseslərdən xəbərsiz insnalar düşünə bilər. Burada əslində niyyət açıqdır. Mən inanıram ki, yuxarıda müzakirədə iştirak edən yoldaşların niyyətlərinin bir qismi Azvikini zənginləşdirmək və toplum üçün yeni məqalələr qazandırmaqdır. Bu cəhtlərə görə isə onlara sadəcə təşəkkür etmək olar. Sadəcə çox istərdim ki, bütün niyyətlər belə olaydı. İdarəçilər bir-bir sıradan çıxarılır. Kor-kor, gör-gör kimisi səs vermə ilə, kimisi özü imtina edir və bu gündə Vüsal müəllim fəaliyyətini donduracağını elan edir. Mənə bir şey maraqlıdır hamı getsə həmin o möhtəşəm vikimediyaçılar nə edəcəklər ? :) Yəni bura çayxana zad deyil ki, oturub rahat işlədəsən o qədər görüləsi işlər var ki.. --Baskervill müzakirə 13:11, 7 yanvar 2015 (UTC)
Azvikidə mütərəqqi yenilik - İstinad köməkçisi
Bir xeyli vaxt idi, vikipediyadan uzaqlaşmışdım. Əvvəl görürdüm ruvikidə mausu snoskaların üzərinə gətirəndə, yeni kiçik pəncərə açılır və pəncərədə mənbələri adları görünür. Amma azvikidə belə olmurdu, təəsüflənirdim. İndi görürəm azvikidə də belədir, adı da "İstinad köməkçisi"dir. Çox sevindim. Bilmək istəyirəm ki, bu yeniliyin səbəbkarı kim olubdur? Əvvəlcədən təşəkkürlər. -- Hörmətlə, Afrasiyab (talk) 19:52, 8 yanvar 2015 (UTC)
- Həqiqətən mən də çoxdan idi bu yeniliyi gözləyirdim. Artıq istinadları görmək daha rahatdır. --Serk@nl@nd 10:30, 9 yanvar 2015 (UTC)
- Mən bunu təklif kimi neçə aylardı ki, irəli sürürdüm. İdarəçilrimizdən Tərxan (Cekli) və Elgün (Wertuose) buna bir neçə dəfə cəhd etsələr də alınmamışdı. Amma Elgün nəhayət bunu edə bildi. Elə burdan da bir daha ona öz təşəkkürümü bildirirəm. İnşəAllah AzViki daha da inkişaf edər.--samral müzakirə 10:31, 10 yanvar 2015 (UTC)
- Keçən il I Vikipediya forumundan sonra bir görüşdə bu barədə söhbət açdım və dedim bizdə olsa əla olar. Yaxşı ki, indi bunu etdilər.--namikilisu 13:03, 10 yanvar 2015 (UTC)
- Mən bunu təklif kimi neçə aylardı ki, irəli sürürdüm. İdarəçilrimizdən Tərxan (Cekli) və Elgün (Wertuose) buna bir neçə dəfə cəhd etsələr də alınmamışdı. Amma Elgün nəhayət bunu edə bildi. Elə burdan da bir daha ona öz təşəkkürümü bildirirəm. İnşəAllah AzViki daha da inkişaf edər.--samral müzakirə 10:31, 10 yanvar 2015 (UTC)
İlk iki hərfinə əsasən məqalələrin ardıcıllığı
Salam. Rus vikipediyasında iki hərfə əsasən məqalələrin yerləşməsi var.[1].Fikrimcə, bu azvikidə olsa çox yaxşı olar. Hörmətlə:--Ayxan (talk) 00:34, 10 yanvar 2015 (UTC)Ayxan Əhmədzadə
- Çətin iş deyil. Bir az vaxt aparan işdir. Düzəldərəm mən. --Sortilegus (talk) 00:49, 10 yanvar 2015 (UTC)
Təşəkkürlər--Ayxan (talk) 00:56, 10 yanvar 2015 (UTC)
Ana Səhifədə seçilmiş siyahı və ya portal bölümü
Ana səhifədə yeni bir bölümün əlavə edilməsinə indiki halda gərək görmürəm. Sadəcə maraqlı gəldi ki, bizdə hal-hazırda olan seçilmiş siyahı və portalları Ana səhifədə təmsil olunmaları üçün necə bir imkan yarada bilərik. Envikidə belə bir təcrübə bir necə ildir ki, istifadə olunur. Əslində bizim hansısa vikipediyaya baxıb hərəkət edəsi dövrümüzdə deyil. Sadəcə yenə viki cəmiyyətin fikirlərini bilmək maraqlı olardı. Sizcə buna cəht edəkmi ? --Baskervill müzakirə 18:55, 11 yanvar 2015 (UTC)
- Bizim vikidə 10 seçilmiş siyahı var, laboratoriyada da 2. Ana səhifədə seçilmiş siyahıların nümayiş etdirilməsi üçün onların sayını artırmaq lazımdır. Portalların seçilmiş statusu alması da faktiki dayanıb.--Yuşin (talk) 19:06, 11 yanvar 2015 (UTC)
- Mən hətta bir az tələskənlik edərək yeni bölümü istifadəyə verdim :)) Köhnə xasiyyətimdir əşi. Əgər yoldaşların xoşuna gəlməsə desinlər ləğv edək. Məncə bu yeni dəyişiklik bizi monotonluqdan xilas edər bir az. Sefer azeri, Sortilegus və Wertuose bəylərin məsələ ilə bağlı fikiri maraqlı olardı. Hörmətlə:--Baskervill müzakirə 19:09, 11 yanvar 2015 (UTC)
- Sizinlə müəyyən dərəcədə razıyam cənab Yuşin. 2 il əvvəl mən bir digər idarəçi ilə birlikdə Azvikidə seçilmiş şəkil seçimi həyata keçirdirdik, indi baxanda adama elə gəlir ki, heç burada belə bir şey olmayıb. Sadəcə bu ideya mənim ağlımda çoxdan var idi. Əgər bir məqaləyə seçilmiş statusu veririksə nədən onu Ana səhifədə göstməyək ? 10 seçilmiş siyahımızın olmasıda problem deyil. Lap ayda 1 seçilmiş siyahı göstərilər, zamanla bu işdə öz yoluna düşəcək. Siyahıların seçilməsi sahəsində sizin və Samral adlı digəri bir yoldaşın dəyərli fəaliyyəti var. Yenədə bunu mən beta kimi etmişəm. Hörmətlə:--Baskervill müzakirə 19:11, 11 yanvar 2015 (UTC)
- Statuslu məqalə, siyahı, portal və şəkillər vikicəmiyyətin müzakirə və rəyi ilə seçilir. Ona görə də bu önəmli şeylərin ana səhifədə görünməsi fikrimcə heç də ki ziyanı olmaz, əksinə xeyiri olar.--samral müzakirə 19:34, 11 yanvar 2015 (UTC)
- Hazırkı vəziyyət yaxşıdır. Mən şəxsən istərdim ki, ana səhifədə hətta status almış "Yaxşı məqalələr" də yer alsın. --Araz Yaquboglu (talk) 20:01, 11 yanvar 2015 (UTC)
- Statuslu məqalə, siyahı, portal və şəkillər vikicəmiyyətin müzakirə və rəyi ilə seçilir. Ona görə də bu önəmli şeylərin ana səhifədə görünməsi fikrimcə heç də ki ziyanı olmaz, əksinə xeyiri olar.--samral müzakirə 19:34, 11 yanvar 2015 (UTC)
- Sizinlə müəyyən dərəcədə razıyam cənab Yuşin. 2 il əvvəl mən bir digər idarəçi ilə birlikdə Azvikidə seçilmiş şəkil seçimi həyata keçirdirdik, indi baxanda adama elə gəlir ki, heç burada belə bir şey olmayıb. Sadəcə bu ideya mənim ağlımda çoxdan var idi. Əgər bir məqaləyə seçilmiş statusu veririksə nədən onu Ana səhifədə göstməyək ? 10 seçilmiş siyahımızın olmasıda problem deyil. Lap ayda 1 seçilmiş siyahı göstərilər, zamanla bu işdə öz yoluna düşəcək. Siyahıların seçilməsi sahəsində sizin və Samral adlı digəri bir yoldaşın dəyərli fəaliyyəti var. Yenədə bunu mən beta kimi etmişəm. Hörmətlə:--Baskervill müzakirə 19:11, 11 yanvar 2015 (UTC)
- Araz bəy əgər bir yaxşı məqalə statusu almış məqalələridə Ana səhifəyə yerləşdirsək orada tam bir xaos yaranar. Siz deyən məqalələri gələcəkdə tətbiq edilməsi nəzərdə tutulan Günün seçilmiş məqaləsi bölməsinə əlavə etmək olar. Belədə indinin özündə belə Ana səhifə kifayət qədər yüklənmiş görünür.--Baskervill müzakirə 21:24, 11 yanvar 2015 (UTC)
- Əzizim Baskervill. Hazırkı durum əladır. Sağ olun ki, yenilik etmisiz. Heç bir xaos yoxdur. YM-ləri də dediyiniz kimi günün SM-ləri olanda edərsiz. --Araz Yaquboglu (talk) 06:03, 12 yanvar 2015 (UTC)
Ana səhifədəki baş məqaləyə baxanda adamın əti tökülür
Cənablar! Bu baş məqələlər nə vaxta kimi naftalin iyi gələn kinoafişalar olmalıdır, aktyor haqqında olmalıdır?! Başqa mövzu yoxdu bəyəm? Mən hələ baş məqalənin aktual bir mövzu olduğunu görməmişəm, kim görübdürsə, desin görmüşəm. Cənablar, Ana səhifədəki həftənin baş məqaləsi maraqlı olmalıdır. Kino afişa, kino, aktyor... nə vaxt qurtaracaqsınız bu kinolardan? İndi kinoya baxan var? İndi kino ilə maraqlanan var? O məqalələri də heç kim oxumadığı üçün, allah bilir həmin məqalələrdə bəlkə də kim ağlına nə gəldi yazıb, bilir ki, heç kim həmin məqaləni oxumayacaq, çünki bilir ki, belə məqalə heç kim üçün maraqlı deyil. Mütləq limit qoyulmalıdır. Ana səhifə üçün maraqlı məqalələr seçilməlidir. Azvikinin seçilmiş məqalələrinin seçilmiş məqalə statusu, heç də onları ana səhifəyə çıxarılması üçün kifayət edə bilməz. Ən əvvala bütün seçilmiş məqalələri demək olar ki 3-4 nəfərlik qruplaşma seçdirir. Bu qruplaşma həm də özlərinə aid olmayan hər hansı layihənin seçilmiş məqalə olmasının qarşısını alır, yəni əleyhinə səs verirlər. Kimsə deyə bilərmi ki yalan danışıram? Elə bu səbəbdəndir ki, Ana səhifəyə çıxarmaq üçün məqalə tapılmır. -Afrasiyab (talk) 7:53, 12 yanvar 2015 (UTC)
- Mən mövzuda dəyişiklik olsun deyə Tüklü mamont məqaləsini envikidən tərcümə etmişəm. İnşallah o da seçilmiş statusu alar.Yuşin (talk) 08:24, 12 yanvar 2015 (UTC)
- Ümüd edirdim ki, bu itici davranışlarınızı bir kənara qoyacaqdınız cənab Afrasiyab. Ancaq görünən odur ki, dəyişən bir şey yoxdur. Sizi bilmirəm, ancaq qalan insanlar kinoya baxır. Məsələn mən gündəlik şəkildə filmlər izləyirəm. Film ən böyük mədəniyyətlərdən biridir. Siz yəgin film deyəndə ağlınıza əsasən davalı kinolar gəlir, əks halda indi kinoya baxan var sözünü deməzdiniz. Digər bir tərəfdən isə Həftənin seçilmiş məqaləsi deyilən bir bölmə var və burada 2015-ci il üzrə Ana səhifəyə əlavə ediləcək məqalələr 1-2 ay əvvəlcədən müəyyənləşdirilir. Seçilmiş statusu almış hər bir məqalə Ana səhifədə təmsil olunmalıdır. Sadəcə gərək öz növbəsini gözləsin. İnsanlar öz maraq dairələrinə uyğun seçilmiş və ya yaxşı məqalələr hazırlayır. Siz heç kimə onu et, bunu et deyə bilmərsiniz. Deyirsiz ki, seçilmiş məqalələri 3-4 nəfər qruplaşma seçdirir. Sanki Azvikidə 100-150 nəfərlik bir qrup oldu və biz onu səs vermədən kənar saxladıq. Yazı üslubunuzu düzgün deyil və ümumi prosesə hədəflənib. Sizdən yazı üslubunuzu dəyişməyi və kənd meydanında tez-tez müzakirələr açmamağı rica edirəm. Əks halda kimsə sizi yenə blokasa bu səfər sizə kömək edə bilməyəcəm. Hörmətlə:--Baskervill müzakirə 08:47, 12 yanvar 2015 (UTC)
- Hörmətli Baskervill. Mən onun üçün yazmıram ki, kiminsə xətrinə dəyim. Mən yazıram ki iradlarımı bildirim, özü də hər şeyi düz yazıram. Gəlin böyük vikipediyaların təcrübəsini öyrənək. Baxaq görək rus vikipediyasında, fransuz vikipediyasında, alman vikipediyasında doğrudanmı Azvikidəki kimi ilin 51 həftəsinin 50 sində həftənin baş məqaləsi kinoafişa olur?! Bəlkə onlar geridə qalıblar? Məqalələlərin seçilməsində vəziyyət həqiqətən yazdığım kimidir. Seçilmiş məqalə statusu əsasən bir neçə nəfərin işlədiyi məqalələrə verilibdir və həmin adamlar daima başqa istifadəçilərin məqaləsinin seçilməsinə mane olmağa çalışıblar. Bu fakdır. Bunu mən özümdən demirəm, bunu görürəm, diqqət yetirsəniz, siz də görə bilərsiniz. Cənab Baskervill. Mənim yazdığılarımdan narahat olmağınıza dəyməz. Bəxtiyar Vahabzadınin bir şeiri var, mən yanmasam, sən yanmasan, necə çıxar qaranlıqlar aydınlığa? İndi mən yazmasam, siz cavab verməsəniz, digərləri oxumasa, belə vəziyyət necə düzələ bilər? Sizcə ilin 51 həftəsinin 50 -də baş məqalənin kinoafişa olması doğruduanmı mütərəqqi hadisədir? Doğrudanmı, buna qarşı biz mübarizə aparmalı deyilik? -- Hörmətlə, Afrasiyab (talk) 9:15, 12 yanvar 2015 (UTC)
- Ümüd edirdim ki, bu itici davranışlarınızı bir kənara qoyacaqdınız cənab Afrasiyab. Ancaq görünən odur ki, dəyişən bir şey yoxdur. Sizi bilmirəm, ancaq qalan insanlar kinoya baxır. Məsələn mən gündəlik şəkildə filmlər izləyirəm. Film ən böyük mədəniyyətlərdən biridir. Siz yəgin film deyəndə ağlınıza əsasən davalı kinolar gəlir, əks halda indi kinoya baxan var sözünü deməzdiniz. Digər bir tərəfdən isə Həftənin seçilmiş məqaləsi deyilən bir bölmə var və burada 2015-ci il üzrə Ana səhifəyə əlavə ediləcək məqalələr 1-2 ay əvvəlcədən müəyyənləşdirilir. Seçilmiş statusu almış hər bir məqalə Ana səhifədə təmsil olunmalıdır. Sadəcə gərək öz növbəsini gözləsin. İnsanlar öz maraq dairələrinə uyğun seçilmiş və ya yaxşı məqalələr hazırlayır. Siz heç kimə onu et, bunu et deyə bilmərsiniz. Deyirsiz ki, seçilmiş məqalələri 3-4 nəfər qruplaşma seçdirir. Sanki Azvikidə 100-150 nəfərlik bir qrup oldu və biz onu səs vermədən kənar saxladıq. Yazı üslubunuzu düzgün deyil və ümumi prosesə hədəflənib. Sizdən yazı üslubunuzu dəyişməyi və kənd meydanında tez-tez müzakirələr açmamağı rica edirəm. Əks halda kimsə sizi yenə blokasa bu səfər sizə kömək edə bilməyəcəm. Hörmətlə:--Baskervill müzakirə 08:47, 12 yanvar 2015 (UTC)
- Siz hər şeyi kökündən səhv yazırsınız cənab Afrasiyab. Mən sizə Həftənin seçilmiş məqaləsi adlı bir bölmə göndərdim. Gəlin burada 2015-ci il üzrə Ana səhifədə yerləşdiriləcək seçilmiş məqalələrə nəzər salaq. Yanvar, Fevral, Mart, Aprel, May və İyun. Bunlar qarşıdakı yarım il ərzində Ana səhifəyə əlavə ediləcək məqalələrdir. Gözünüzü açıb yaxşı-yaxşı baxın görün burada kino məqaləsi varmı ? Elvis Presli daha çox musiqi fəaliyyəti ilə məhşurdur və yuxarıda qeyd etdiyim bölmələrdən bir tək aktyor Yaşar Nuri məqaləsi yay ayında Ana səhifədə görünəcək. İndi bax nə özünüzə əl qatmısız ? Sizə faktlarla sübut etdim. Belə saxta təsübkeşlik etməklə nə əldə olunur ? Deyirsiz ki, Azvikidə seçilmiş məqaləni bir qrup şəxslər tərəfindən yaradılır. Sefer azeri və Keete 37-ə seçilmiş məqalələrinə görə çox sağol deməkdən gəlib burada insanları borclu çıxardırsınız. Elə bil kimsə seçilmiş məqalə yazdı və biz buna imkan vermədik. Yoxsa sizin möhtəşəm bir məqaləniz olub və biz onu seçməmişik ?Gülməli yox dəhşət gülməli danışırsız vallah. Yazdıqlarınızı oxuyub, daha sonra Səhifəni qeyd et düyməsini sıxın. Hörmətlə:--Baskervill müzakirə 11:34, 12 yanvar 2015 (UTC)
- Cənab Baskervill, siz tamamilə haqlısınız! - yəqin ki bu söz hamı kimi sizin də xoşunuza gələcəkdir. Bəli siz haqlısınız, bundan sonra sizinlə yalnız belə danışacağam, amma mənim yazdıqlarım da yalan deyil. Bu kino "afişası sözü" mənim dilimə elə-belə düşməyibdir, 1-2 ay avvəl həftənin baş məqaləsi ilə əlaqədar narazılıq yarananda, diqqət yetirmişdim ki dalbadal kinolar haqqında məqalələr həftənin seçilmiş məqaləsi olur, xatırlayırsınızmı? Siz də o vaxt Neftçala məqaləsini deyəsən 1-2 saatlıq seçilmiş məqalə etmişdiniz? Həftənin seçilmiş məqaləsi həm də aktual mövzuda olmalıdır. Mən burada belə şey xatırlamıram, nə vaxt baxıramsa qeyri-aktual, maraqsız məqalələr həftənin seçilmiş məqaləsi olur. Deyirsiniz siz də bir seçilmiş məqalə yaradın. Necə, cənab Baskervill? Mənim məqaləm indiki durumda heç laborotoriyadan belə keçməyəcəkdir. Buna əminəm. Azvikidə heç bir statusu olmayan o qədər parlaq məqalələr var ki, onlar da labaratoriyadan belə keçmirlər, keçəndə də seçilmirlər. Halbu ki həftələrin baş məqalələrindən 10 qat keyfiyyətli və maraqlıdırlar. İndi ana səhifədə nə məqləsidi? Həmin məqalə ən azından 2013-cü ildə də baş məqalə olubdur, elə ona görə də deyirəm ki naftalin iyi gəlir. Eyni məqalələr bir də görürsən, ildə neçə dəfə ana səhifəyə çıxarılır, yalan deyirəmsə, deyin yalan deyirəm? -- Hörmətlə, Afrasiyab (talk) 12:46, 12 yanvar 2015 (UTC)
- Bütün məqalələr seçilməlidir və ya bütün məqalələr Laboratoriyadan uğurla keçməlidir kimi bir qayda yoxdur. Hər bir seçilmiş məqalə onu hazırlayan şəxsin maraqlarına uyğun olaraq yaradılır. Yəni heç kim burada sizin və ya mənim maraqlarımı nəzərə almır. Əgər sizi bir mövzu maraqlandırsa o mövzunu özünüz işləməlisiniz. Dalbadal kinolarla bağlı məqalələrin olması isə bir təsadüf idi və sizi əmin etmək istərdim ki, bu hal bir daha təkrarlanmayacaq. Birdə ki, burada bu qədər gərəksiz müzakirələr aparmaqdan, hər şeyə bir qulp qoymadansa sizdə bir maraqlı mövzuda seçilmiş məqalə hazırlayın və məndə onu laboratoriyaya əlavə edim. Bu mənim burada bu başlıq altında verəcəyim sonuncu cavab idi. Lütfən daha çox məsələni uzatmayın. Tez-tez yeni başlıqların açılması hədəfdən yayınmağımıza səbəb olur. Lütfən müzakirələr ayırdığınız vaxtı yeni məqalələrin yaradılmasına və ya mövcud məqalələrin zənginləşdirilməsinə həsr edin. Hörmətlə:--Baskervill müzakirə 13:07, 12 yanvar 2015 (UTC)
Olmuşdur, ya olmuşdu? Gəlmişdir, ya gəlmişdi?
- I şəxsin təki: mən gəl+dim, mən gəl+miş+dim
- I şəxsin cəmi: biz gəl+dik, biz gəl+miş+dik
- II şəxsin təki:sən gəl+din, sən gəl+miş+din
- II şəxsin cəmi:siz gəl+diniz, siz gəl+miş+diniz
- III şəxsin təki: o, gəl+di, o, gəl+miş+di
- III şəxsin cəmi: onlar gəl+di+lər, onlar gəl+miş+di+lər
Yağlı hərflərlə göstərilən III şəxsin təkinə və cəminə diqqət yetirin. Aydın görünür ki, miş şəkilçisindən sora "di", yazıla bilər, "dır" yox. Bu məsələyə filoloqların da münasibət bildirməsini xahiş edirəm. Yəni miş şəkilçisindən sonra "dir", yox, "dı" yazılması məsələsinə. "Dır/dir/dur/dür" şəkilçisi isə məncə yalnız isimlərin təsdiqi manasında işlədilməlidir. Məsələn, bu kitab+dır, bu dəftər+dir. -- Hörmətlə, Afrasiyab (talk) 10:14, 12 yanvar 2015 (UTC)
Salam həmkarlar. Rus dilindən sərbəst tərcüməni bacaran yoldaşlardan xaiş edirəm bu (ru) məqaləni Azərbaycan dilinə tərcümə edib, AzVikidə yaradasız. Gələn ayın 26-da ildönümü qeyd olunacaq Xocalı faciəsi ərəfəsində bu vacibdir. Həmin deputat erməni parlamentində cürətlə olanları doğru-dürüst ifadə etmişdir. --Araz Yaquboglu (talk) 10:50, 13 yanvar 2015 (UTC)
Hamıya salam. Təklif edirəm Herman Melvill məqaləsinin tərkibi German Melvill məqaləsinə köçürülsün və digər məqalə silinsin. --Yuşin (münazirə) 17:17, 13 yanvar 2015 (UTC)
- Həll edildi. --Araz Yaquboglu (talk) 10:32, 15 yanvar 2015 (UTC)
Təkrar məqalə
iOS-a aid 2 dənə məqalə mövcuddur: 1) https://az.wikipedia.org/wiki/?axtar=%C4%B0OS 2) https://az.wikipedia.org/wiki/?axtar=%C4%B0os
2-ci məqaləni silmək lazımdır. Həm Google Translate-də tərcümə olunub copy+paste edilib həm də artıqdır. --N1C4T97 (talk) 09:37, 15 yanvar 2015 (UTC)
Hər ikisi eyni mövzu barədədir. Birinci məqalə təkmil olduğuna görə saxlandı, ikinci isə silindi.--Acategory (talk) 10:09, 15 yanvar 2015 (UTC)
Azərbaycanlı və Türk anlayışı
Salamlar hər birinizə. Mən vaxt tapdıqca girib Məhəmməd Əmin Rəsulzadə məqaləsini redaktə edirəm. Bir-iki gün qabaq milliyət yazılan yerə türk sözünü yazdım. Sonra dəyişdirib azərbaycanlı etdilər. Azərbaycanlı olmaq vətəndaşlıqdır axı. Niyə milliyət yerinə türk yox azərbaycanlı yazırsız? Bununla daha əvvəllər Azərbaycan məqaləsində də rastlaşmışam. Müzakirə səhifəsinə baxdım hələ müzakirələr gedirdi. Sonradan səhifə mühafizə olundu. Heç nəyi redaktə etmək olmur. Bu sualı daha əvvəl də vermişəm. Azərbaycanlı deyəndə türk nəzərdə tutulur cavabını verdilər. Elə bir başa türk yazın da. Hörmətlə N1C4T97 (talk) 16:00, 18 yanvar 2015 (UTC)
- Cənab N1C4T97. Siz bu boyda - 30 milyondan çox azərbaycan xalqını inkar emək istəyirsiniz? Bütün dünya bizi bir xalq və millət kimi tanıdığı vaxt, sizcə sizin sözünüzlə milliyyətimizi danmalıyıq? Hörmətlə Afrasiyab (talk) 20:57, 18 yanvar 2015 (UTC)
- Niyә inkar etmәk olur axı?! Siz mәnim demәk istәdiyimi başa düşmәmisiniz, amma hәr nәysә. Ümid edirәm ki başa düşәrsiz. Müәyyәn sәbәbә görә bu müzakirәni davam etdirә bilmәyәcәm. Tәbii ki, hәlәlik. Ona görә dә müzakirәni silә bilәrsiniz. Hörmәtlә! N1C4T97 (talk) 08:43, 19 yanvar 2015 (UTC)
Commons:İlin Resimi/2014
Merhaba Vikipediyaçılar, 17 Yanvar 2015, 00:00 (UTC) ilə Commonsda İlin Resimi yarışması başladı. Hər il Vikipediyanın ən yaxşı şəkillərinin seçildiyi yarışmağa siz də qatılın. Bəyəndiyiniz şəkillər üçün səs istifadə etməniz yaxşı olar. Səs vermək üçün isə 1 Yanvar 2015-ci əvvəl Commonsda açılmış bir hesabınız və hər hansı bir viki layihəsində ən az 75 dəyişikliyinin olması lazımdır. İlk tur 31 Yanvar 2015-ci ilə qədər davam edəcək. Ən çox səs alan şəkillər ikinci tura çıxacaq. Hər cür sual üçün bəyanatı açığıq. Hər kəsə asan gəlsin. Uğurkent (talk) 16:46, 19 yanvar 2015 (UTC)
- Hər bir bölmədə mütləq səs verəcəm. Məlumatlandırdığınız üçün isə sizə təşəkkür edirəm. Hörmətlə:--Baskervill müzakirə 19:48, 19 yanvar 2015 (UTC)
- Məlumat üçün çox sağ olun, səsimi verdim --Serk@nl@nd 12:26, 18 fevral 2015 (UTC)
- 3 fotoya səs verdim...görüm onlardan qalib olan olurmu..--namikilisu 12:51, 18 fevral 2015 (UTC)
- Məlumat üçün çox sağ olun, səsimi verdim --Serk@nl@nd 12:26, 18 fevral 2015 (UTC)
Sizcə tüstüdə yaşamaq olarmı?!
Hörmətli həmkarlar. Kobud və qərəzli təhriflərlə azvikinin anasını ağlatmış İstifadəçi:Asparux_Xan_Bulqar, indi də Qars vilayəti məqaləsində rusca "dım" sözünü tüstü kimi təqdim etmək istəyir:>> Ona nə qədər izah etməyə çalışdım ki, burada "dım" tüstü demək deyil, ev deməkdir, üstəlik, müvafiq rus vikipediyası məqaləsinə keçid də göstərdim, nəticəsi olmadı. Bəlkə siz ona izah edəsiniz, çünkü mən deməkdən yoruldum. Hörmətlə Afrasiyab (talk) 11:45, 20 yanvar 2015 (UTC)
- Hörmətli İstifadəçi:Afrasiyab bəy. Tüstü anlayışından bizim əksər kitab və mənbələrdə istifadə olunur. Yəni ərazidə olan evlərin sayını bildirən bir vahiddir. Hal hazırda istifadə olunmasada bütün köhnə mənbələrdə tüstü yazılır. Məsələn: [2] səh:20-21--namikilisu 11:11, 21 yanvar 2015 (UTC)
- Cənab namikilisu. Göstərdiyiniz mənbə daha çox bələdçi-məlumat kateqoriyasına uyğun gəlir. Yəni elmi kitab deyil. Orada da rusca "dım" sözü səhvən "tüstü" kimi tərcümə olunmuşdur. Nədir sizi məcbur edən ki, iddia edirsiniz ki, guya "Hal hazırda istifadə olunmasada bütün köhnə mənbələrdə tüstü yazılır". Heç vaxt, heç bir mənbədə tüstü-zad yazılmamışdır. Hansı kitabda oxumusunuz ki, insanlar evdə yox, tüstüdə yaşayırlar?! Vergi ilə bağlı sənədlərdə "dım" sözü ev sözünə uyğun gəlir: ru:Дым (налогообложение) və "ev" kimi də tərcümə olunur. Sözsüz ki sizin baba-nənəniz evdə yaşamışdır. Desəm ki, sizin baba-nənələriniz evdə yox, tüstüdə yaşamışdır, xoşunuza gələrmi? Deməzsinizmi, məni niyə ələ salırsınız? Hörmətlə Afrasiyab (talk) 11:45, 21 yanvar 2015 (UTC)
- Heç kəs tüstüdə yaşamır. Elə məntiqlə tüstü anlayışı evi bildirir. Hər bir evdən çıxan tüstü sonda ümumi evlərin yəni ailələrin sayını bildirir. Düzdü istənilən halda bu şərti bir termindir və mən fərqli fərqli mənbələrdə tüstü terminini dəfələrlə görmüşəm.--namikilisu 11:51, 21 yanvar 2015 (UTC)
- Azərbaycan dilinin izahlı lüğətində "TÜSTÜ" sözünün mənası izah olunur:[3] səyfə:388.--namikilisu 12:27, 21 yanvar 2015 (UTC)
- Cənab namikilisu. Yazırsınız ki, "Hər bir evdən çıxan tüstü sonda ümumi evlərin yəni ailələrin sayını bildirir." Bəs yayda necə olacaq? Yazda, yayda, payızın əvvəllərində isə evlərdən tüstü çıxmır axı? Onda ailələrin sayını necə hesablayacaqlar? Bu söz rus dilinə aid termindir, azərbaycan dilinə ev, yaxud ailə kimi tərcümə olunur. Yalnız təcrübəsiz tədqiqatçılar və vikipediya istifadəçiləri onu tüstü kimi tərcümə edə bilərlər. Ruslar 19-cu əsrdə buralarda hər on iki ildən bir siyahıyaaalma keçirmişlər, bütün sənədlərdə də "dım" yazıblar. İndi açın azərbaycan dilində olan hər hansı akademik ədəbiyyatı. Baxın görün harada yazılıb ki, adamlar tüstüdə yaşayıblarmış, evdə yox? Azərbaycan dilində tüstü sözünün cəmi bir mənası var, o da tüstüdür. Başqa mənası yoxdur. Hörmətlə Afrasiyab (talk) 15:38, 21 yanvar 2015 (UTC)
- O zaman cənab Afrasiyab, yeni bir Azərbaycan dilinin izahlı lüğətini tərtib etsəniz yaxşı olar. Təcrübəsiz tədqiqatçıların və bizlərin canı qurtarar bu anlaşmazlıqdan--namikilisu 17:08, 21 yanvar 2015 (UTC)
- Cənab namikilisu. Yazırsınız ki, "Hər bir evdən çıxan tüstü sonda ümumi evlərin yəni ailələrin sayını bildirir." Bəs yayda necə olacaq? Yazda, yayda, payızın əvvəllərində isə evlərdən tüstü çıxmır axı? Onda ailələrin sayını necə hesablayacaqlar? Bu söz rus dilinə aid termindir, azərbaycan dilinə ev, yaxud ailə kimi tərcümə olunur. Yalnız təcrübəsiz tədqiqatçılar və vikipediya istifadəçiləri onu tüstü kimi tərcümə edə bilərlər. Ruslar 19-cu əsrdə buralarda hər on iki ildən bir siyahıyaaalma keçirmişlər, bütün sənədlərdə də "dım" yazıblar. İndi açın azərbaycan dilində olan hər hansı akademik ədəbiyyatı. Baxın görün harada yazılıb ki, adamlar tüstüdə yaşayıblarmış, evdə yox? Azərbaycan dilində tüstü sözünün cəmi bir mənası var, o da tüstüdür. Başqa mənası yoxdur. Hörmətlə Afrasiyab (talk) 15:38, 21 yanvar 2015 (UTC)
- Azərbaycan dilinin izahlı lüğətində "TÜSTÜ" sözünün mənası izah olunur:[3] səyfə:388.--namikilisu 12:27, 21 yanvar 2015 (UTC)
- Məncə vikipediya qaydalarına diqqət yetirsəniz, kifayətdir və mənim yeni kitab yazmağıma da ehtiyac qalmır. Qaydalara görə məqalə hamının başa düşəcəyi, aydın, anlaşıqlı dildə yazılmalıdır. Elə deyilmi? Ona görə də məqalədə "ev" əvəzinə "tüstü" yazmaq, sonra isə bunun guya nə vaxtsa ev anlamında işlədildiyini iddia etmək doğrumu? Söhbət evdən gedirsə, niyə də ev yazılmalı deyil? Siz bunu mənə izah edə bilərsinizmi? Yeri gəlmişkən, xətrinizə dəyməsin, təsadüfən, siz o bayaq istinad etdiyiniz İlisu haqqında kitabın redaksiya heyətinin üzvü deyilsinizmi? Çünki mənə elə gəlir ki, həmin kitabda yol verilən kobud səhvin ört-basdır edilməsi üçün siz burada da "ev" əvəzinə "tüstü" yazılmasına səy göstərməkdəsiniz. Hörmətlə Afrasiyab (talk) 17:18, 21 yanvar 2015 (UTC)
- Baxıram siz mübahisə etməyi çox sevirsiz və bu məqsədlə əsassız mülahizələr belə irəli sürüb məsələni dahada dramatikləşdirirsiz. Əvvəla mən o kitabın nə redaksiya heyyətinə daxiləm, nə də kitabın çapında heç bir əməyim belə olmayıb. Siz tüstüdə yaşamaq olarmı sözünü artıq 4-5 dəfə işlədirsiz. Bizdə bilir ki, tüstü nədir və orda yaşamaq olmaz. Sadəcə onu demək istəyirəm ki, tüstü vaxyilə başqa mənadada işlənilib. Siz həmdə deyirsiz yayda, payızda tüstü olmayanda necə olur? Unutmaq lazım deyil insanlar əvvəllər yeməyidə ocaqda, sobada bişiriblər.Evlərdə xüsusi buxarılar olub və mətbəxtdə isə həmişə odun yanıb. Və onun tüstüsüdə təbii ki, yayadada olub. Sonda onuda yada salım ki, mən burda Azərbaycan Elimlər Akademiyasının, Nəsimi adına dilçilik inistutunun 2006-ci ildə çap olunmuş Azərbaycan dilinin izahlı lügətindən sizə fakt gətirimişəm.Yenədə deyirəm: vaxtınız olanda səyfə 388 baxın.Əyər bu kitabı qəbul etmirsizsə o zaman nə vaxtsa ondan nə istifadə etməyin, istifadə etmisizsə deməli əsasızdır.--namikilisu 18:03, 21 yanvar 2015 (UTC)
- Hörmətli Namik bəy sizi mənasız müzakirəyə vaxtınızı sərf etməməyə çağırıram. Amma dəyərli töhfəniz üçün təşəkkür edirəm. Mən müvafiq müraciəti etdim. Həmkarımız şəxsən məni mübahisəyə qoşmaq üçün çalışır. Ancaq mən işimi davam etdirəcəm: baxmayaraq ki, bu oyun bu gün alındı. Mən "müzakirə"yə yazmaqdan Qars vilayətində yarımçıq qalan işimi davam edə bilməmişəm.--Asparux Xan Bulqar (talk) 18:12, 21 yanvar 2015 (UTC)
- Baxıram siz mübahisə etməyi çox sevirsiz və bu məqsədlə əsassız mülahizələr belə irəli sürüb məsələni dahada dramatikləşdirirsiz. Əvvəla mən o kitabın nə redaksiya heyyətinə daxiləm, nə də kitabın çapında heç bir əməyim belə olmayıb. Siz tüstüdə yaşamaq olarmı sözünü artıq 4-5 dəfə işlədirsiz. Bizdə bilir ki, tüstü nədir və orda yaşamaq olmaz. Sadəcə onu demək istəyirəm ki, tüstü vaxyilə başqa mənadada işlənilib. Siz həmdə deyirsiz yayda, payızda tüstü olmayanda necə olur? Unutmaq lazım deyil insanlar əvvəllər yeməyidə ocaqda, sobada bişiriblər.Evlərdə xüsusi buxarılar olub və mətbəxtdə isə həmişə odun yanıb. Və onun tüstüsüdə təbii ki, yayadada olub. Sonda onuda yada salım ki, mən burda Azərbaycan Elimlər Akademiyasının, Nəsimi adına dilçilik inistutunun 2006-ci ildə çap olunmuş Azərbaycan dilinin izahlı lügətindən sizə fakt gətirimişəm.Yenədə deyirəm: vaxtınız olanda səyfə 388 baxın.Əyər bu kitabı qəbul etmirsizsə o zaman nə vaxtsa ondan nə istifadə etməyin, istifadə etmisizsə deməli əsasızdır.--namikilisu 18:03, 21 yanvar 2015 (UTC)
- Cənab namikilisu. Mən sizin yazdığınızı diqqətlə oxumuşam və sizə sual vermişəm ki, "məqalədə məqalədə "ev" əvəzinə "tüstü" yazmaq, sonra isə bunun guya nə vaxtsa ev anlamında işlədildiyini iddia etmək doğrumu? Söhbət evdən gedirsə, niyə də ev yazılmalı deyil? Siz bunu mənə izah edə bilərsinizmi?" amma siz bu sualıma cavab vermək əvəzinə yenə də sübut etmək istəyirsiniz ki, ev əvəzinə tüstü yazmaq olar?! Nədir burada marağınız? Nəyə görə ev əvəzinə tüstü yazmalıyıq? Əsas məsələ budur. İzah edə bilirsinizsə, izah edin, izah edə bilmirsinizsə... Mən isə sizdən fərqli olaraq səbəb göstərirəm. Yazıram ki, "qaydalara görə məqalə hamının başa düşəcəyi, aydın, anlaşıqlı dildə yazılmalıdır", mənim dediyim və istəyim budur, bəs siz nə istəyirsiniz? Siz istəyirsiniz ki, ev əvəzinə tüstü yazılsın? Bunu bildim, amma nəyə görə ev əvəzinə tüstü yazılmasını istəməyinizi başa düşə bilmirəm. Mmkünsə bunu mənim üçün izah edin. Hörmətlə Afrasiyab (talk) 18:24, 21 yanvar 2015 (UTC)
- Afrasiyab ... Sadəcə təssüf edə bilərəm ki, siz yenədə vəziyyəti dramatikləşdirməklə məşğul oldunuz. 2-3 gündən bir kənd meydanında müzakirələr açmaq, bir çox aktiv istifadəçini nələrdəsə günahlandırmaq və nəticədə insanları məqalələr yaratmaqdan kənarlaşdırıb sizin müzakirələrinizə rəy yazmağa məcbur etmək. Əlbəttə də siz deyə bilərsiniz ki, mən kimə deyirəm ki, gəlib burada fikir bildirsin. Sadəcə adınızı işarələdiyiniz insanlar cavab hüququndan istifadə edir və nəticədə sizə bir sözü bir yox bir necə dəfə ifadə etmək lazım gəlir. Bir tüstü söhbətinə görə 1 həftə bloklandınız. Bu səfər gərək ki, məni əff edəsiniz. Sizin blokunuzu bu dəfə vaxtından əvvəl aça bilməyəcəm. Sizə mən bir yox bəlkə altı-yeddi dəfə demişdim ki, özünüzü müzakirələrdən kənar tutun maraqlı məqalələr, şablonlar yaradın. Siz çox gözəl şablon yaradan idiniz. Ancaq nə oldu ? bir tüstü hər şeyi alt üst etdi. 1 həftədən sonra sizin gəlib burada tonqal davası döyməyəcəyinizə isə məncə heç kim zəmanət verə bilməz. İşimiz Allaha qalıb, vallah..--Baskervill müzakirə 20:55, 21 yanvar 2015 (UTC)
- Hörmətli Afrasiyab - "tüstü" terminindən ev sayını bildirmək üçün həmişə istifadə edilib. İndi bütün azviki yığışıb sizi buna inandırmağa borcludurmu? Yuxarıda idarəçinin qeydlərini nəzər alın. Digər istifadəçilərlə bu tonda ("Kobud və qərəzli təhriflərlə azvikinin anasını ağlatmış") danışmayın. "Mən belə düşünürəm, bu cür olmalıdır" düşüncəsi ilə davam etsəniz fəaliyyətiniz burada məhdudlaşdırılacaq. Ümid edirəm ki, bundan sonrakı fəliyyətinizdə bunu nəzərə alacaqsınız. Hörmətlə:--Sortilegus (talk) 21:27, 21 yanvar 2015 (UTC)
- Çox hörmətli həmkarlarım! Heç istəməzdim ki, dəyərli vaxtınızı belə mübahisələrə sərf edəsiniz. Mən heç birinizi şəxsən tanımadığım üçün məsələyə bacardığım qədər neytral yanaşmağa çalışacam.
Ola bilər ki, tüstü sözünün keçmişdə ev mənasında işləndiyini böyük əksəriyyət bilmir. Ancaq bunun üçün mübahisə etmək yox, tüstü sözünü gizlədib ev yazmaq yox, elə vikipediyada olan Tüstü məqaləsinə baxmaq və bu mənada işlənən sözlərə tüstü məqaləsinə keçid vermək kifayətdir. --Elməddin Hacıyev (talk) 06:01, 22 yanvar 2015 (UTC)
Burada əslində iki məsələ müzakirə edilir.
Birincisi - bu vergi növü azərbaycan dilində baca vergisi adlanır. Haradasa oxumuşam, təəssüf ki, XAtırlamıram. Yəni, vaxtı ilə Rusiyada şəRTi olaraq təsərrüfatdan alınan vergi bacadan çıxan tüstü vergisi adlanıb. Azərbaycan dilinə isə məzmununa görə baca vergisi kimi tərcümə edilib.
İkincisi - istifadəçi həmkarımız Afrasiyabın yenə də polemika qaydalarını pozmasıdır. Cənab Afrasiyabı burada elmli, zəhmətkeş, elmi mənbələrə marağı olan bir kəs kimi müşahidə edirəm. Ancaq müraciətlərində vaxtaşrı qeyir-etik ifadələrə rast gəlinir, digəriləri ilə səbirlə işləmək həvəsi azdır. O bilməlidir ki, Asparux Xan Bulqar azərbaycanca vikipediyada böyük xidmətləri olan, hamı ilə səmimi davranaın, elmi mənbələr əsasında işləyən bir həmkarımızıdr. İstəyirik ki, Afrasiyab da belələrindən biri olsun.
Hesab edirəm ki, o müracitlərində bir qədər diqqətli olmağı bacarmalıdır. Hörmətlə --Acategory (talk) 17:12, 22 yanvar 2015 (UTC)
- Hörmətli həmkarım Acategory bu addımınızı bəyənirəm. Amma mən, Səfər bəyədə haqq qazandırıram. O, düzgün qərar çıxarmışdır. Məncə Elməddin Hacıyev tüstü məsələsini Afrasiyab bəyə çox gözəl izah etdi. Afrasiyab bəy AzViki üçün dəyərli bir istifadəçidir. Ancaq bu ona haqq vermir ki, müraciətlərində istifadəçilərə qarşı vaxtaşrı qeyir-etik ifadələr işlədə. Məndə sizin kimi ona inanır və güvənirəm. Yəqin ki, bundan sonra müzakirələr zamanı etik qaydalara tam əməl edəcək. -- ■ Sultan mesaj 19:19, 25 yanvar 2015 (UTC)
- Sultan bəy, vallah, kim mənimlə hörmətlə danışırsa, mən onunla 2 qat hörmətlə danışıram. Hətta 1 dəfə, 2 dəfə, 3 dəfə güzəştə də gedə bilərəm... "Tüstü" sözünə gəldikdə isə mən inkar etmirəm ki, rusca vergi termini olan "dım" sözü nə vaxtsa azərbaycan dilinə "tüstü" kimi tərcümə olunmuşdur, hətta İzahlı lüğətə də adı düşmüşdür. Bunu mən də bilirəm. Amma hal-hazırda "ev" sözü əvəzinə "tüstü" yazılmır. Bu akademik mənbə, o həmin "дым" сözü, burada "təsərrüffat" adıyala göstərilir (səh.25). Əgər rusca "dım" sözü dilimizdə indi də "tüstü" kimi tərcümə olunursa, niyə bu kitabda həmin termin yoxdur? Digər tərəfdən, vikipediya məqalələri hamının başa düşdüyü dildə yazılmalıdır. Ona görə də "ev" əvəzinə köhnəlmiş "tüstü" terminin yazılması doğru deyil. Evlərdən tüstü çıxmağına gəlincə isə Bakı-Abşeron istisna olmaqla, digər regionlarda məncə heç bir evdən tüstü çıxmayıbdır. Çünki müsəlman evlərində tüstü dama qalxırdı və damda yayılırdı. Heç ictimai hamamların qazanxanalartının tüstüsü belə olmayıbdır. Qazanxanaların tüstüsü saxsı borularla hamamın içində dövr edirdi və bayıra tüstü çıxmırdı. Mənim fikrim bu. Kim nə yazır yazsın, bundan sonra başqa yazacağım yox. Hamının fikrinə də hörmətlə yanaşram. Ümidvaram ki ortaq nəticə vikipediya qaydalarına tam uyğun olacaqdır. Hörmətlə Afrasiyab (talk) 19:44, 25 yanvar 2015 (UTC)
- Hörmətli həmkarım Acategory bu addımınızı bəyənirəm. Amma mən, Səfər bəyədə haqq qazandırıram. O, düzgün qərar çıxarmışdır. Məncə Elməddin Hacıyev tüstü məsələsini Afrasiyab bəyə çox gözəl izah etdi. Afrasiyab bəy AzViki üçün dəyərli bir istifadəçidir. Ancaq bu ona haqq vermir ki, müraciətlərində istifadəçilərə qarşı vaxtaşrı qeyir-etik ifadələr işlədə. Məndə sizin kimi ona inanır və güvənirəm. Yəqin ki, bundan sonra müzakirələr zamanı etik qaydalara tam əməl edəcək. -- ■ Sultan mesaj 19:19, 25 yanvar 2015 (UTC)
Content translation
Merhaba, Google yardımı ile farklı dildeki Vikipediler arası tercüme işlemini kolaylaştıran bir program yapmışlar. Şimdilik 8 dil için kullanılabilir durumda. Azerbaycanca ve Türkçe yok ama program yine de çalışıyor.(Google Traslate yok.) Yapılması gerekenler şöyle:
- Beta Wiki'ye üye olun ve giriş yapın.
- Beta özelliklerden Content translation'ı aktif hala getirin.
- Bu link üzerinden tr->az çeviri,
- Bu link üzerinden en->az çeviri yapılabilir.
Ben burada seçkin madde olan "Qafqaz İslam Ordusu"nu Türkçeye çevirmeye başladım. Kolay gelsin. --Mavrikant (talk) 18:33, 22 yanvar 2015 (UTC)
- Bilginiz için teşekkürler --Serk@nl@nd 19:04, 22 yanvar 2015 (UTC)
Azərərbaycanlılar məqaləsində vandalizm
Salam. Azərbaycanlılar məqaləsi bir ay əvvəl İstifadəçi:Afrasiyab tərəfindən mənbəli zadlı silinərək ruscadan tərcümə edildi. Biz öz haqqımızda məqaləni ruslardan öyrənirik. Bu başlı-başına səhv hərəkətdir və qərəzli məqalə yaradılmasına səbəb oldu. Məni burda əsas maraqlandıran isə həmin istifadəçinin məqalədə əvvəldən olan ciddi mənbələri silməsidir. Mən bunu hər dəfə geri alsam da İstifadəçi:Sefer_azeri həmin istifadəçiyə söz verdiyi kimi məni blokladı. Həm də söz vermişdi ki məqalənin tərcüməsi qurtarandan sonra mənbələr geri qaytarılacaq ancaq heç biri geri qaytarılmayıb. İndi mən bunu təkrar geri qaytara bilərəm ancaq Sefer Azeri daha başqa bir bəhanəylə mənə mane olmağa çalışacaq. Ancaq bu məqalə həddən artıq əhəmiyyətli məqalədir. Xahiş edirəm gözünüzdən qaçırmayın və nə vandalizmə nə də ruscadan qərəzli məlumatların köçürülməsinə imkan verməyin. Digər mövzularda heç problem deyil ancaq öz tariximizlə bağlı məqalələri xahiş edirəm başqa dillərdən olduğu kimi köçürməyin. Son olaraq İstifadəçi:Sefer_azeri-nin söz verdiyi kimi silinən mənbələri geri qaytarmasını tələb edirəm. Mən bunu etsəm İstifadəçi:Sefer_azeri idarəçi statusundan sui istifadə edərək yenidən mövzunun unudulmasına nail olacaq.--Maximilien 11:11, 23 yanvar 2015 (UTC)
Seçilmiş siyahı laboratoriyası
Azvikidə aktivliyin gündən-günə artdığını nəzərə alıb yeni əlavələr tətbiq etmək məcburiyyətində qalırıq. Əslində bu bir məcburiyyət yox sadəcə etməli olduğumuz zamanın tələbinə uyğun əlavə və dəyişikliklərdir. Laboratoriya bölməsində hal-hazırda böyük bir sıxlıq müşahidə olunur. Bunun əsas səbəbi isə seçilmiş məqalə, siyahı və portal kimi başlıqların bir yerdə cəm edilməsidir. Təklif edirəm ki, həmin bölməni sadəcə məqalə üçün saxlamaqla yeni bir laboratoriya bölməsi yaradaq və orada siyahıların və birdə gərək olduğunda portalların seçilməsini həyata keçirdək. İrada, Wertuose, Cekli829, Sortilegus, Acategory, Sultan11, sefer azeri, Araz Yaquboglu və digər aktiv yoldaşların məsələ barədə fikirlərini öyrənmək çox maraqlı olardı. Hörmətlə--Baskervill müzakirə 15:57, 25 yanvar 2015 (UTC)
Əslində pis olmaz. Mən razıyam. --Serk@nl@nd 16:29, 25 yanvar 2015 (UTC)
Laboratoriya bölməsində uzun müddət aktiv şəkildə fəaliyyət göstərmişəm. Hazırda müəyyən səbəblər üzündən AzVikiyə daxil olmaq imkanım çox az olduğu üçün bu sahədə aktiv olmağım mümkün deyil. Ona görə də alınacaq istənilən qərarı dəstəkləyəcəyəm. Xüsusilə də bu sahədə Baskervillin təşəbbüslərini nəzərə alaraq, müvafiq layihələrin inkişafı ilə bağlı əsas nəzarətçi kimi onun iştirakını (təbii ki, özü də buna razı olarsa) vacib hesab edirəm. Laboratoriya bölməsinin gələcək fəaliyyətində hamıya uğurlar arzu edirəm. --►Cekli829 17:13, 25 yanvar 2015 (UTC)
Seçilmiş məqalə, portal, siyahı və yaxşı məqalələr üçün prinsiplər hazırlayıb təklifləri orada qeyd etmək lazımdır. Belə kənd meydanında 5-10 nəfərin razılaşmağı ilə nəyinsə prosedurunu dəyişə bilmərik. Düzdür, indiki vəziyyət də hər hansı prinsipə uyğun deyil. Amma bu formada müzakirə ilə qərar qəbul etmək olmaz. Prinsipləri hazırlamaq lazımdır. --Emin • ismarış 17:18, 25 yanvar 2015 (UTC)
- Baskervillin dediklərini etmək olar. Pis olmaz. --Araz Yaquboglu (talk) 18:15, 25 yanvar 2015 (UTC)
- Ümumiyyətlə, laboratoriyaya ehtiyac var bizim vikipediyada? Çox dəyişikliklər etmək olar, Yaxşı məqalə üçün də ayırmaq olar. Amma prinsiplər qəbul edəndən sonra bütün prosedur dəyişəcək onsuz. Bu gün 8 məqalə, 3 siyahı var orada. Tutaq ki, siyahılar üçün ayrı səhifə yaratdıq. 4-5 ay sonra 15 məqalə laboratoriyada olsa nə edəcəyik?--Emin • ismarış 18:35, 25 yanvar 2015 (UTC)
- Eminn bəs yaxşı Laboratoriyanın olmasının bu qədər əlehinəsənsə məqalələri hansı üsul ilə seçilməsini təklif edərdin ? Digər bir tərəfdən biz laba limit tətbiq edə bilərik. Məsələn 10 məqalədən çox təqdim etmək olmaz və bunu ancaq idarəçilər etsinlər. Yoxsa kimin ürəyi hansı məqaləni istəyirsə onu ora əlavə edəcəksə əlbbət də ki, böyük bir xaos yaranacaq. Necə ki, artıq yaranıb.--Baskervill müzakirə 20:25, 25 yanvar 2015 (UTC)
- Statuslarla bağlı ciddi prinsiplər hazırlanmalıdır, şərtlər qoyulmalıdır. Şərtləri ödəyən məqalələr birbaşa səsverməyə çıxarılmalıdır. İndiyə qədər laboratoriyadakı 1 ay ərzində hansı məqalədə ciddi dəyişiklik olub? Demək olar ki, bütün məqalələr hazır vəziyyətdə laboratoriyaya gəlir, 5-10 nəfər səs verir. Daha sonra növbəti səsvermə, yenə də eyni adamlar səs verir və status verilir. Laboratoriyaya limiti və ya başqa məsələləri yalnız prinsiplər hazırlayıb səsvermə keçirməklə qəbul etdirmək olar.--Emin • ismarış 11:27, 26 yanvar 2015 (UTC)
- Eminin Ümumiyyətlə, laboratoriyaya ehtiyac var bizim vikipediyada? fikri ilə mən də razıyam. Bu zaman əslində məqalə üzərində işlənməlidir. Bizdə isə sadəcə səsvermə gedir. --Araz Yaquboglu (talk) 11:41, 26 yanvar 2015 (UTC)
- Çox qarışıq görünməməsi üçün laboratoriya səhifəsində sadəcə məqalə adlarını qeyd edib, səsvermə səhifəsinə keçid vermək lazımdır. Yeganə çıxış yolu budur.--Emin • ismarış 12:05, 26 yanvar 2015 (UTC)
Yeri gəlmişkən, Kənd Meydanında xeyli mövzu (36) yığılıb, sıxlıq yaranıb. Arxivləşdirmə olsa yaxşı olar. --Serk@nl@nd 18:35, 26 yanvar 2015 (UTC)
- Serkanland, yerinə yetirildi.--Emin • ismarış 11:59, 27 yanvar 2015 (UTC)
- Məsələn türkçə vikidə YM labında ayrı, SM labında da ayrıca admin var. Və ən əsası prinsiplər var. Məqalə verilir laba. Hansı şərti, prinsipə uyğun deyilsə admin bunu deyir və məqaləni təqdim edən də ya həll edir ya da etmir. Bundan başqa lab admini prinsipdə olmayan şey də tələb edə bilir. Məsələn deyir ki, linkli istinadları cite news şablonu ilə ver. Məqaləni təqdim edən (M.t.e.) soruşanda ki, niyə ? Bu iş üzrə nəzarətçi deyir ki, sabah birigün link ya sayt ölsə mənbə diri qalsın. M.t.e. görür ki, bəli məntiqli və xeyirli təklifdi deyir baş üstə və edir. Mən tez-tez onlarda olan SM-YM müzakirələrinə baxıram, əsassız səs/dəstək, və ya əksinə əleyhinə səs çox az olur. Hər kəs fikrini konkret-səlis əsaslandırır. Bizdə bir də baxırsan ki, idarəçidi əleyhinə səs verir. Vikipediyadan başı çxamayn tpoy da gətirib göstərsən deyər ki, qardaş bu şəxs qəsdən əleyhinə səs verib. Əlbəttə ki, biz nə bu kimi idarəçiləri nə laboratoriya nəzarətçisi təyin edə bilərik, nə də belə istifadəçi və idarəçilərlə bu mövzuda irəli gedə bilərik. Bir şeyi də qeyd edim ki, bəzi idarəçilər son vaxtlar kukla istifadəçilər yaradıb idarəçi kimi söz keçirə bilmədikləri istifadəçilərə o kukla istifadəçilər vasitəsilə də təyziq etməyə başlayıblar.--samral müzakirə 17:02, 27 yanvar 2015 (UTC)
Elton İsgəndərov
Elton İsgəndərov məqaləsində problem var. Başı çıxan varsa baxsın.--Yuşin (münazirə) 12:43, 31 yanvar 2015 (UTC)
Problem nədən ibarətdir? --Serk@nl@nd 15:02, 31 yanvar 2015 (UTC)
- Heç bir problem yoxdur, kimsə Şablon:Milli Qəhrəmana barmaq eləmişdi, geri qaytardım, bəlkə də botdur, diqqət yetirmədim, belə çıxır ki 19 oktyabrdan bütün Milli Qəhramanlar haqqında məqalələr bu vəziyyətdə olub, amma heç kim görməyibdir. Hər həlda ilk olaraq gördüyünə görə İstifadəçi:Kim Yushinə təşəkkürlər... Hörmətlə, Afrasiyab (talk) 15:11, 31 yanvar 2015 (UTC)
- Milli qəhrəmanlara aid məqalələrin əksəriyyətində şəxs şablonu işlədilib. --Zaur Turan (1994) (Söhbət) 15:22, 31 yanvar 2015 (UTC)