Vikipediya Heftenin Yaxsi Meqalesi Yanvar 2025 - Wikipedia
Həftənin yaxşı məqaləsi arxivi
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
- 1. Həftə
Əhməd Cəlayır — Cəlairilər sultanlığının hökmdarı, şair. 1382–1410-cu illərdə fasilələrlə hakimiyyətdə olmuşdur. Cəlairi taxtına 1382-ci ildə qardaşı sultan Hüseyn Cəlaləddini devirərək çıxmışdır. İk dövrlərində daxili üsyanlarla məşğul olmuş və ilk növbədə qardaşı Şeyx Əlini, daha sonra isə digər qardaşı Bəyazidi və onun müttəfiqi Əmir Adili məğlub edərək İraqda və Azərbaycanda tam hakimiyyət qurmuşdur. Sultan Əhmədin hakimiyyət dövründə Yaxın Şərqdə və Qafqazda siyasi vəziyyət stabil deyildi. XIV əsrin 80-ci illərindən etibarən Cəlairi hakimiyyətini qorumaq üçün Teymurilərlə mübarizə aparmışdır. Əmir Teymur tərəfindən Cəlairilər 1786-cı ildə Azərbaycan, 1393-cü ildən sonra isə İraqdan çıxarıldılar. Daha sonra Əhməd Cəlayır qısa müddətlik Bağdad ətrafında hakimiyyətini bərpa etsə də, 1399-cu ildə yenidən İraqı tərk etdi. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
Vitold Zqlenitski — Azərbaycanda fəaliyyət göstərmiş polyak alim, geoloq və xeyriyyəçi. İlk dəfə o, Xəzər dənizinin dibindən neftin çıxarılması təklifini verib. Göstərdiyi fəaliyyətə görə Çar Rusiyası tərəfindən kollej asessoru rütbəsi alıb və Qacar şahı Müzəffərəddin şah Qacar tərəfindən "Şiri-Xurşid" ordeni ilə təltif olunub. Ölümündən sonra bütün sərvətini elm və xeyriyyə fondlarına vəsiyyət edib. Xeyriyyəçilik fəaliyyətinə görə "Polşalı Nobel" adını alıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
İsmixan Rəhimov — Azərbaycan tərcüməçisi, dilçi alimimi, antisovet "İldırım" təşkilatının qurucularından biri. Hacı Zeynalov və Gülhüseyn Hüseynoğlu ilə birlikdə sovet işğalına qarşı millətçi tələbə təşkilatı qurduğuna görə eləcə də göstərdikləri fəaliyyətə görə bütün əmlakı müsadirə olunmaq şərtilə 5 il seçki hüququndan, 25 il isə azadlıqdan məhrum edilib. Cəzasını Sibirdə əmək düşərgəsində çəkib. Orta və ali məktəbi fərqlənmə ilə vaxtından əvvəl bitirib. İngilis dilinin öyrədilməsi sahəsində özünəməxsus metodikası olub. Dilçilik sahəsində bir neçə kitab və lüğət müəllifidir. 2000-ci il oktyabrın 28-də Azərbaycanda təhsil sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. 2002-ci ildən isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olub. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
Mustafa Fəhmi Xubilay — Türkiyə müəllimi və subleytenantı. O, 23 dekabr 1930-cu ildə Menəmən hadisəsi zamanı Menəməndə məhəllə gözətçiləri Həsən və Şövqi ilə birlikdə respublika əleyhdarı bir qrupun üsyanı əsnasında Dərviş Mehmet tərəfindən öldürülmüşdür. Dərviş onu öldürdükdən sonra özü də zərərsizləşdirilmiş və qısa müddət sonra edam olunmuşdur. O, Xubilay xana olan heyranlığına görə dostları tərəfindən "Xubilay" ləqəbiylə yad edilmişdir. Bu ləqəb onun həyatında mühüm yer tutmuş və sonradan Mustafa Fəhmi Xubilay kimi tanınmağa başlanmışdır. Xubilay təyin olunduğu məktəblərin birində tanış olduğu müəllim dostu Fatma Vədidə xanımla ailə həyatı qurmuş və onların bir oğlu olmuşdur. Xatirəsinə bir çox əsərlər ithaf edilmiş və müxtəlif obyektlərə onun adı verilmişdir. Hər il öldüyü gün – 23 dekabrda onun xatirəsinə anım məclisləri təşkil olunur. |
bax – müzakirə et – redaktə et – tarixçə