Vikipediya Heftenin Yaxsi Meqalesi 50 Hefte 2023 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/50._Həftə_2023 - Haqqında Məlumat
Litvada vətəndaş müharibəsi (1389–1392) — əmi oğlanları: Polşa kralı və Böyük Litva knyazlığı hersoqu Yaqaylo və hersoq Vitovt arasında hakimiyyət uğrunda gedən ikinci müharibədir. Onların ilk qarşıdurması barışıqla nəticələnsə də, əsas ziddiyyətlər aradan qaldırılmadı. Yadviqa ilə nikahından sonra Yaqaylo 1386-cı ildə II Vladislav adı ilə Polşa taxtına çıxdı və yerinə qardaşı Skirqaylonu hersoqluğun qubernatoru təyin etdi. Skirqaylonun əhali arasında populyar olmamasından istifadə edən, Vitovt Litva taxtı uğrunda mübarizəni davam etdirmək qərarına gəldi.
Böyük Vilnüs hersoqluğunun paytaxtını ələ keçirmək üçün uğursuz cəhddən sonra Vitovt Tevton ordeninin cəngavərləri ilə ittifaqa girdi. Orden Litvanın yeganə düşməni idi, lakin öz maraqlarına görə bir çox Litva knyazları, xüsusən də, Vitovt və Yaqaylo onunla müttəfiqlik münasibətləri qurmağa can atırdılar. Qarşıdurmada qalib müəyyən edilmədiyindən, bu da tərəfləri güzəştə getməyə vadar etdi. 1392-ci ildə bağlanmış Ostrov müqaviləsinin şərtlərinə görə Vitovt Yaqaylonu Litvanın ali hökmdarı kimi tanıdı və özü də Böyük Litva knyazlığının hersoqu oldu. |