Vikipediya Heftenin Yaxsi Meqalesi 36 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/36._Həftə_2020 - Haqqında Məlumat
Əlinin qətli — xarici Əbdürrəhman ibn Mülcəm əl-Muradi tərəfindən 26 yanvar 661-ci il tarixində, indiki İraqın Kufə şəhərində yerləşən Böyük Kufə məscidində Rəşidi xəlifəsi və şiə islamın birinci imamı Əli ibn Əbu Talibə qarşı törədilmiş sui-qəsd hadisəsi. Əli başına zəhərli qılıncla zərbə endirilməsindən iki gün sonra, hicri təqvim ilə 40-cı ilin ramazan ayının 21-də (və ya 19-da), miladi təqvim ilə yanvar ayının 28-də 661-ci ildə aldığı yaralardan vəfat etmişdir. O, Ömər və Osmandan sonra sui-qəsdə uğramış ardıcıl üçüncü xəlifədir.
Əli Osmanın 656-cı il tarixində sui-qəsd ilə öldürülməsindən sonra xəlifə olmuşdur. Buna baxmayaraq, o, Levant valisi I Muaviyə də daxil olmaqla müxtəlif fraksiyaların müxalifəti ilə qarşılaşdı. Erkən İslam dövlətində İlk fitnə adlanan vətəndaş müharibəsi baş verdi ki, bu da Əməvilər sülaləsinin hakimiyyətə gəlməsi ilə nəticələnmişdir. |