Vikipediya Heftenin Yaxsi Meqalesi 22 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/22._Həftə_2020 - Haqqında Məlumat
Nefertitinin büstü — Misir fironu Exnatonun həyat yoldaşı Nefertitinin əhəngdaşı və stukkodan hazırlanmış büstüdür. Büstün e.ə. 1345-ci ildə heykəltəraş Tutmos tərəfindən yaradıldığı düşünülür. Beləki, büst Misirdə, Amarna şəhərində yerləşən Tutmosun atelyesindən tapılmışdır. Qədim Misirin ən çox surəti çıxarılmış əsərlərindən biridir. Əsərin tapılması ilə Nefertiti antik dünyanın ən tanınmış qadınların biri kimi qəbul edildi və qadın gözəlliyinin simvoluna çevrildi.
Büst Ludviq Borxardtın rəhbərlik etdiyi alman arxeoloji qrupu tərəfindən 1912-ci ildə Tutmosun atelyesində aşkar olundu. Tapıldıqdan sonra büst, bir bankın zirzəmisində, Merkers-Kizelbax duz mədənində, Dahlem muzeyində, Şarlottenburqdakı Misir muzeyində və Qədim Muzeydə saxlanıldı. Hazırda İkinci Dünya müharibəsindən əvvəl sərgiləndiyi Berlinin Yeni Muzeyində sərgilənir. Nefertitinin büstü Qədim Misirdən başqa Berlinin də mədəniyyət simvoluna çevrildi. Nefertitinin özü də bir simvola çevrildi. Nefertiti həm gözəlliyi, həm də bacarıqlı olması ilə tanınır. |