Vikipediya Heftenin Yaxsi Meqalesi 21 Hefte 2021 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/21._Həftə_2021 - Haqqında Məlumat
Aleksandra Trusova — Rusiyanı təmsil edən fiqurçu. O, 2020-ci ildə baş tutan Avropa Çempionatının və ISU Qran-Pri Finalının bürünc medalına sahib olub. Trusova həmdə, Kanada Qran-Prisinin (2019) və Rusiya Qran-Prisinin (2019) qalibi olub. Rusiya Çempionatlarında 2018-ci ildə gümüş, 2019-cu ildə isə bürünc medala sahib olan Trusova, gənclər arasında Avstraliya (2017), Belarus (2017), Litva (2018) və Ermənistan (2018) Qran-Prilərinin də qalibi olub, gənclər arasında ISU Qran-Pri Finalında isə 2017-ci ildə qızıl, 2018-ci ildə isə gümüş medala sahib olub. 2018 və 2019-cu illərdə gənclər arasında Dünya Çempionatının qalibi olmağıda bacaran Trusova, Yelena Radionovadan sonra 2 dəfə gənclər arasında Dünya Çempionatının qalibi olmağı bacaran idmançısıdır. O, həmdə 2018 və 2019-cu illərdə gənclər arasında Rusiya Çempionatının qalibi olub. |