Vikipediya Heftenin Yaxsi Meqalesi 17 Hefte 2017 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/17._Həftə_2017 - Haqqında Məlumat
2001 UEFA Superkuboku — 24 avqust 2001-ci ildə Monakodakı II Lui stadionunda keçirilmiş sayca 26-cı UEFA Superkuboku matçı. Superkubok uğrunda 2000/01-ci il mövsümündə Çempionlar Liqasının qalibi olmuş Almaniyanın "Bayern Münhen" klubu ilə 2000/01-ci il mövsümündə UEFA Kubokunun sahibi olmuş İngiltərənin "Liverpul" klubu üz-üzə gəlib. "Bayern" Superkubok uğrunda matçda üçüncü dəfə iştirak edirdi, Münhen təmsilçisi buna qədər 1975-ci və 1976-cı illərdə iki dəfə məğlubiyyətlə üzləşmişdi. "Liverpul" Superkubokda dördüncü dəfə iştirak edirdi, komanda 1977-ci ildə kuboku qazanmış, 1978-ci və 1984-cü illərdə isə məğlub olmuşdu.
Klublar Avropanın iki mövsümi turnirlərində qalib gələrək yarışda çıxış etmək hüququ qazanıblar. Superkubokun hər iki iştirakçısı öz yarışlarının finalında İspaniya komandalarına qalib gəliblər. "Bayern" Çempionlar Liqasının finalında "Valensiya"nı penaltilər seriyasında məğlub edərək qalib olub. "Liverpul" isə UEFA Kubokunun finalında "Deportivo Alaves"i əlavə vaxtda məğlub edərək qələbə qazanıb. Superkubok uğrunda görüş Monakoda yerləşən və 18.523 tamaşaçı tutumuna malik olan II Lui stadionunda oynanılıb. Görüşü stadiondan canlı olaraq, 13.824 tamaşaçı izləyib. (Davamı...) |