Vikipediya Heftenin Yaxsi Meqalesi 13 Hefte 2019 - Wikipedia
Vikipediya:Həftənin_yaxşı_məqaləsi/13._Həftə_2019 - Haqqında Məlumat
İblis — (az.-əski. ابلیس), bəzən "Şeytan", "Satana" və ya "Cin" adlanır — 1918-ci ildə Azərbaycan şairi və dramaturq Hüseyn Cavid tərəfindən yazılmış dörd aktlı faciə, poetik pyes (şeirli drama). Pyesin Birinci Dünya müharibəsi illərində yazıya alınması, Hüseyn Cavidin burada bir filosof və humanist insan kimi düşüncələrinin açılması, ədalətsiz müharibələrə, müharibə qızışdırıcılarına nifrət hissləri oyatması ideyalarını əks etdirir.
Faciə ilk dəfə 1920-ci ildə Abbas Mirzə Şərifzadə tərəfindən səhnəyə qoyulmuşdur. 1920-ci illərin əvvəllərində pyesa əhəmiyyətli müvəffəqiyyət qazanmışdır. "İblis" səhnələşdirilən ilk Azərbaycan poetik dramdır. Drama yalnız mürəkkəb fəlsəfi məzmunu ilə deyil, həm də romantik üslubu ilə diqqətə layiqdir. "İblis" Hüseyn Cavidin ilk səhnəyə qoyulan əsəridir. Pyesa ilk dəfə 1924-cü ildə nəşr olunmuşdur. Daha sonra əsər 1927, 1959, 1969, 1982, 2001 və 2005-ci illərdə nəşr olunmuşdur. 1931-ci ilin Kiçik Sovet Ensiklopediyasında əsər poema adlandırılmışdır. Əsər Hüseyn Cavidin ən yaxşı dramlarından sayılır. |