Vikipediya Heftenin Secilmis Siyahisi May 2020 - Wikipedia
Həftənin seçilmiş siyahısı arxivi
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 18. Həftə
Uolt Disneyin qazandığı və namizəd olduğu "Oskar" mükafatlarının siyahısı — Amerikalı rəssam-multiplikator, kinoprodüser və "The Walt Disney Company" şirkətinin yaradıcısı Uolt Disney öz karyerası ərzində toplam olaraq, iyirmi altı "Oskar" mükafatı əldə edib.
Hazırda "Oskar" mükafatını ən çox qazanmış, həmçinin mükafata ən çox namizəd olmuş şəxs rekordu Disneyə məxsusdur. Disney qazandığı və namizəd olduğu bütün "Oskar" mükafatlarını prodüser qismində əldə edib. Disney özünün birinci "Oskar"ını ("Güllər və ağaclar" filminə görə "Ən yaxşı qısametrajlı animasiya filmi" kateqoriyasında) və Kinematoqrafiyaya verdiyi töhfələrə görə Akademiyanın xüsusi mükafatını (Mikki Maus personajını yaratdığı üçün) 1932-ci ildə baş tutmuş 5-ci Oskar mükafatı mərasimində əldə edib. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 19. Həftə
İngiltərə milli futbol komandasının het-triklərinin siyahısı — İngiltərə milli futbol komandası tarixində bir futbol oyununda üç və ya daha çox qol vuran futbolçuları özündə birləşdirir. Beynəlxalq futbolun başlanğıcı olan 1872-ci ildən bu günümüzə qədər 57 İngiltərə kişi milli komanda futbolçusu het-trik etmişdir. İngiltərə üçün het-trik edən ilk futbolçular Hovard Voqton və Artur Alfred Broundur.
Aston Villa FK klubunun futbolçuları olan bu ikili 1882-ci ildə İrlandiya ilə oynanılan dostluq oyununda üçdən çox qol vurmuşlar. Dörd futbolçu — Voqton, Stiv Blumer, Villi Holl və Malkolm Makdonald bir oyunda beş qol vurma nailiyyəti göstərmişlər. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 20. Həftə
Masters turniri çempionlarının siyahısı — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar.
Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 21. Həftə
Sülh üzrə Nobel mükafatı laureatlarının siyahısı — Sülh üzrə Nobel mükafatı hər il Norveç Nobel Komitəsi tərəfindən "millətlər arasındakı qardaşlıq, daimi orduların ləğvi və ya azaldılması və sülh qurultaylarının keçirilməsi və təşviqi üçün ən çox və ya ən yaxşı işlər görmüş şəxsə" təqdim edilir. Nobelin vəsiyyətinə əsasən, mükafat Norveç Nobel Komitəsi tərəfindən idarə olunur və Norveç Parlamenti tərəfindən seçilmiş beş nəfərdən ibarət komitə tərəfindən verilir.
Hər laureatbir bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. Bu mükafat kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələrində insanlığa əlamətdar töhfələr verənlərə təqdim edilən Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş beş Nobel mükafatından biridir. |
bax – müzakirə et – redaktə et – tarixçə
- 22. Həftə
Fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatlarının siyahısı — Fiziologiya və ya tibb üzrə Nobel mükafatı — (isv. Nobelpriset i fysiologi eller medicin) Karolinska İnstitutu tərəfindən fiziologiya və ya tibbin müxtəlif sahələri üzrə alimlərə və həkimlərə təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur. Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və beş üzvdən ibarət bir komitə və Karolinska İnstitutu tərəfindən seçilmiş bir icra katibi tərəfindən verilir.
Əsasən Tibb üzrə Nobel mükafatı olaraq adlandırılsa da, Nobel vəsiyyətində mükafatın xüsusi ilə "fiziologiya və ya tibb" üzrə veriləcəyini qeyd etmişdir. Bu səbəbdən mükafat daha geniş sahələr üzrə verilə bilər. Fiziologiya və ya tibb üzrə ilk Nobel mükafatı 1901-ci ildə almaniyalı Emil fon Berinqə verildi. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. |
bax – müzakirə et – redaktə et – tarixçə