Vikipediya Heftenin Secilmis Siyahisi 5 Hefte 2020 - Wikipedia
Vikipediya:Həftənin_seçilmiş_siyahısı/5._Həftə_2020 - Haqqında Məlumat
Kimya üzrə Nobel mükafatı laureatlarının siyahısı — İsveç Kral Elmlər Akademiyası tərəfindən kimyanın müxtəlif sahələri üzrə elm adamlarına təqdim olunan illik mükafat. Bu mükafat Alfred Nobelin 1895-ci ildəki vəsiyyəti əsasında təsis edilmiş edilmiş beş Nobel mükafatından biridir. Bu mükafatlar kimya, fizika, ədəbiyyat, sülh və fiziologiya və ya tibb sahələri üzrə əlamətdar töhfələr verənlərə təqdim olunur.
Nobelin vəsiyyətinə əsasən, mükafat Nobel Fondu tərəfindən idarə olunur və Royal İsveç Elmlər Akademiyası tərəfindən verilir. Kimya üzrə Nobel mükafatına ilk dəfə 1901-ci ildə hollandiyalı alim Yakob Vant-Hoff layiq görülmüşdür. Hər laureat bir medal, bir diplom və illər ərzində dəyişən miqdarda pul mükafatı alır. |