Vikipediya Heftenin Secilmis Siyahisi 35 Hefte 2019 - Wikipedia
Vikipediya:Həftənin_seçilmiş_siyahısı/35._Həftə_2019 - Haqqında Məlumat
Masters turniri çempionlarının siyahısı — 1934-cü ildən bəri təşkil edilən illik qolf turniri. Turnirin ilk çempionu Horton Smitdir. Hər il təşkil edilən dörd böyük turnirdən birincisi olan Masters turnirinin son günü aprel ayının ikinci bazar gününə uyğun gəlir. Hər il eyni yerdə (Auqust Milli Qolf Klubu) təşkil edilən yeganə böyük turnirdir. Masters çempionları digər böyük turnirlərdə (Açıq Amerika, Açıq Britaniya, PGA Çempionatı) 5 il ərzində iştirak etmək və Masters turnirində istədikləri zaman iştirak etmək şansını qazanarlar.
Masters turnirində birinci yeri əldə edən qolfçu "yaşıl pencəyi"də əldə edir. İlk yaşıl pencəyi 1949-cu ildə Sem Snid qazanmışdır. Bu pencək çempion tərəfindən bir il saxlanılır və sonra geri qaytarılır. Bu turniri birdən çox qazanan oyunçunun vücudunda çox böyük dəyişiklik olmadığı təqdirdə yalnız bir yaşıl pencək qazanacağı mənasına gəlir. |