Vikipediya Heftenin Secilmis Siyahisi 28 Hefte 2022 - Wikipedia
Macarıstan forintinin sikkələri — Sikkələr 1946-cı ildən bu günə qədər buraxılır. Forint sikkələri Macarıstan pul vahidi olan Macarıstan forintinin bir hissəsidir.
1806–1982-ci illər arasında macar dilində "forint" sözü Avstriya-Macarıstan imperiyasının pulu Avstriya quldeninə deyilirdi. Forint rəsmi olaraq İkinci Dünya müharibəsi bitdikdən sonra, 1946-cı ilin avqustunda, İkinci Macarıstan Respublikası hökuməti tərəfindən Macarıstanın pul vahidi olaraq qəbul edildi. Valyuta 20 il ərzində sabitliyini qoruyub saxlaya bilmişdir. Lakin sonradan sosialist iqtisadi sistemin zəifləməsi inflyasiyaya gətirib çıxardı, bu, forintin alıcılıq qabiliyyətinə təsir edərək 1990-cı illərdə böhrana səbəb oldu. Valyutanı sabitləşdirmək yalnız XXI əsrin əvvəllərində mümkün olmuşdur. Müxtəlif dövrlərdə 2, 5, 10, 50 filler və 1, 2, 5, 10, 20, 50, 100, 200 forint nominalında sikkələr dövriyyədə idilər. Bundan əlavə, 1948-ci ildən geniş dövriyyəyə xatirə sikkələri buraxılır, 1949-cu ildən isə investisiya sikkələri və dövriyyə üçün nəzərdə tutulmayan sikkələr buraxılmağa başlandı. |