Vikipediya Burada Ensiklopediyani Genislendirmek Ucun Olmaq - Wikipedia
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 26 fevral — 13 mart 2022
- Qüvvədədir: 5 aprel 2022-ci ildən
Bizim ensiklopediyamız ümumi və ixtisaslaşdırılmış ensiklopediya, almanax və coğrafi sorğu kitabçalarının bir çox xüsusiyyətləri özündə cəmləşdirir. Vikipediya siyasi tribuna, reklam lövhəsi, anarxiya və ya demokratiya təcrübəsi, dolaşıq məlumatlar toplusu və ya veb kataloq deyil. Vikipediya lüğət, qəzet və ya mənbə sənədlərinin toplusu deyil, baxmayaraq ki, bunların bəziləri üçün VikiLayihələr mövcuddur. — Beş əsas prinsip |
Vikipediyanın mühüm prinsipi odur ki, həm ensiklopediya, həm də onu genişləndirən redaktorlar birliyidir. Bu o deməkdir ki, redaktor ilk növbədə ensiklopediyanın məqalələrini və məzmununu təkmilləşdirməyə kömək etmək, layihə və məzmunun keyfiyyətini yaxşılaşdırmaq üçün ictimai müzakirələrə və proseslərə konstruktiv töhfə vermək və bunu nəzərdə tutulan layihə hüdudlarına, təlimatlara, daha geniş missiyaya, Vikipediyanın qayda və prosedurlarına uyğun olaraq etməkdir. Vikipediya əməkdaşlığa əsaslanan bir icma olduğuna görə şəxsi niyyət və hərəkətləri layihənin məqsədi ilə ziddiyyət təşkil edən redaktorlar redaktə etmək hüququndan məhrum olmaq təhlükəsi ilə üzləşirlər.
"Ensiklopediyanı genişləndirmək üçün buradadır" ifadəsi uzun müddətdir konstruktiv və qeyri-konstruktiv istifadəçiləri və səhifələri ayırd etmək üçün istifadə edilən bir qaydadır.
Burada ensiklopediyanı genişləndirmək üçün olmaq
İstifadəçinin burada ensiklopediyanı genişləndirmək üçün olduğunu göstərən əlamətlərə aşağıdakılar daxildir:
- Səmimi maraq və töhfə
- Ensiklopedik məzmunun (məqalələr və media) təkmilləşdirilməsinə səmimi maraq. Bu, çox vaxt geniş maraq dairəsini, əhəmiyyətli redaktələri, məqalələrin yazılmasını və ya digər mühüm fəaliyyətləri (məsələn, kodlaşdırma və patrulluq) əhatə edir. Bura həmçinin, məzmunun təkmilləşdirilməsi və ya Vikipediyaya mənfi təsir göstərən problemlərin yumşaldılması və azaldılması ilə bağlı proseslərə əhəmiyyətli konstruktiv töhfələr də aid edilə bilər.
- Əsas redaktə standartlarına uyğunluq
- Məzmun və davranış qaydaları daxil olmaqla, qəbul edilmiş əsas redaktə qaydalarına uyğun davranmaq.
- Ensiklopediyanın genişləndirilməsinə diqqət
- Qeyri-ensiklopedik töhfələr ensiklopediyaya və ya onun redaksiya proseslərinə müsbət və birbaşa konstruktiv töhfələrə nisbətən məhduddur.
- Özünə düzəliş və zehinlilik dərsləri
- Səhvlərə yol verildikdə, onlardan dərs götürmək üçün səy müşahidə olunur. İstifadəçi, görünür ki, redaktə fəaliyyətini ciddi qəbul edir, redaktə bacarıqlarını və daxiletmə keyfiyyətini artırır.
Burada ensiklopediyanı genişləndirmək üçün olmamaq
İstifadəçinin burada ensiklopediyanı genişləndirmək üçün olmadığını göstərən əlamətlərə aşağıdakılar daxildir:
- Dar şəxsi maraq və ya özünüzün və ya biznesinizin tanıdılması
- Məqalələr yazarkən dar şəxsi marağın mövcudluğu və ya tanıtım xarakterli fəaliyyət.
- Vikipediyaya sosial şəbəkə saytı kimi diqqət yetirmək
- Diqqət Vikipediyaya sosial media məkanı kimi yönəlmişdir (CV, sosial media tipli səhifələr və s.). Əlavə məlumat üçün bura baxın.
- Ümumi destruktiv davranış nümunələri
- Müsbət niyyətin mövcudluğunu sübut edən nümunələrin az və ya heç olmaması və uzun destruktiv davranış tarixi.
- Vikipediyadan kənarda xeyir xalları qazanmağa çalışmaq
- Düzəlişlər sadəcə redaktənin olduğu kimi qalmasını gözləməmək və ya qalmadığı halda buna əhəmiyyət verməmək şərti ilə Vikipediyadan kənar üçüncü tərəfləri heyran və ya məmnun etmək məqsədi daşıyır. Nümunə kimi öz dininizlə bağlı məqalələri savab qazanmaq üçün redaktə etmək və ya "gözəllik" məqaləsində sevdiyiniz şəxsin adını əlavə etməyi göstərmək olar.
- ni döyüş meydanı kimi qəbul etmək
- Subyekti həddən artıq təbliğ etmək, mübahisələri alovlandırmaq, təkrarlanan bədxah aqressivlik və bu kimi hallar istifadəçinin bura ensiklopediyanı genişləndirmək üçün yox, döyüşmək üçün gəldiyini göstərə bilər. İstifadəçi bir mübahisədədirsə, onlardan layihənin mənfəətinə ən böyük üstünlüyü verməsi və mübahisənin həllini tapmağa çalışması gözlənilir. Qəzəbi onu mübtəla edirsə, deməli onun diqqəti ensiklopediyanı genişləndirməkdənsə, mübarizə aparmağa çevrilmişdir.
- Nanəcib davranış və qaydalarla oynamaq
- Qaydalarla oynamaq, kukla hesablardan istifadə etmək və redaktədə nanəcibliyin digər formaları. Vikipediya bütövlükdə etimad əsasında fəaliyyət göstərir və bu cür hərəkətlər həmin inamı sarsıdır və digərlərinin problem və uğursuzluqlarından əylənmək, eləcə də yaxşı redaktə təcrübələrinə tam maraq göstərməmək başqa motivlərin olduğunu təklif edir.
- Birgə işləməyə maraq az olması və ya ümumiyyətlə olmaması
- Fikir ayrılılıqlarının mövcud ola biləcəyi icma ilə konstruktiv və kollaborativ işləməyə marağın həddindən artıq olmaması. Başqalarının legitim narahatlıqlarını dinləməyə marağın həddindən artıq olmaması; qarşıdakını qısqırtmaq məqsədilə nəzakətli davranışa məhəl qoymamaq, fikir ayrılığı vasitəsi kimi blok tətbiq etmək, mübahisələrin həllini hədəflərdən yayındırmaq, məhsuldar redaktorları qovmaq və ya məqalə mülkiyyəti kimi davranışlarla münaqişəni yumşaltmaqdansa, davam etməkdə maraqlı olmaq.
- Ciddi və ya barışmaz münasibət və ya niyyət münaqişəsi
Vikipediya ilə əlaqəli fəaliyyətlərlə bağlı əsas münasibət münaqişələri. İstifadəçi bəzi sahələrdə ekstremist və hətta kriminal baxışları və ya həyat tərzini dəstəkləyə bilir və eyni zamanda "ensiklopediyanı genişləndirmək üçün burada" ola bilər. Bununla belə, bəzi fəaliyyətlər redaktə girişi ilə mahiyyət etibarilə uyğun gəlmir. Digər istifadəçilərə qarşı hüquqi təhdidləri, təqibləri və ya açıq şəkildə fərqli niyyətləri ifadə edən və ya bütövlükdə layihəni ciddi şəkildə sarsıdan buradan kənar fəaliyyətləri buna nümunə kimi göstərmək olar. Redaktorlar kollegial şəkildə birlikdə rahat olmağı bacarmalıdırlar. Nəzakəti qorumaq hər bir mübadilədə vacibdir. İstər redaktədə, istərsə də bütövlükdə layihəyə münasibətdə fundamental fikir ayrılıqları səviyyəsi var, bunu gözləmək ağlabatan deyil.
- Ensiklopediyanın genişləndirilməsi ilə ziddiyyətli uzunmüddətli gündəm
- hüquqlarından yalnız reklam və ya digər şəxsi mövqeyi legitimləşdirmək üçün istifadə etdikləri Vikipediya ilə əlaqəli vacib dəlillər əsasında müşahidə olunan istifadəçilər. Məsələn, sözləri və ya hərəkətləri "ensiklopediyanı genişləndirmək üçün buradadır" ifadəsi ilə uyğun olmayan uzunmüddətli motivi nümayiş etməsinə baxmayaraq, ensiklopediyanın genişləndirilməsi üçün yox, özlərini produktiv redaktor kimi təsdiqləyəmək üçün bəzi təməl redaktə ilə məşğul olmaq.
- Layihənin faktiki məqsəd və metodlarına münasibətdə açıq-aydın dəyər çatışmazlığını göstərən uzunmüddətli və ya "ifrat" tarixə malik olmaq
- Buna heç birinə məhəl qoyulmayan, təkrarlanan şanslar və xəbərdarlıqlar və ya qeyri-səmimi, sui-istifadə edilmiş vədlər, ya da saxlanılmayan söz və ya davranış aid ola bilər.
- Mümkün qədər çox istifadəçi hüququnu və ya mükafatını əldə etməyə maraq (və ya ümumiyyətlə hüquqlara həddindən artıq diqqət yetirmək)
- Mümkün qədər çox mükafat almaq istəyən və ya prinsiplərlə oynayaraq istifadəçi hüquqlarını əldə etməyə çox diqqət yetirən istifadəçi. Ümumi mənzərədə mükafatlara sahib olmaq mənfi xarakter daşımasa da, onları və istifadəçi giriş səviyyələrini imtiyaz kimi qiymətləndirmək əvəzinə onlara hüquq kimi iddia etmək zərərlidir.
- Yalnız istifadəçi məkanında redaktə
- Yalnız öz istifadəçi fəzasını redaktə etməkdə, ya da qaralamanı canlı məqaləyə çevirəcəyi barədə əlamət göstərməyərək qaralama fəzasını redaktə etməkdə maraqlı olan istifadəçi.
"Ensiklopediyanı genişləndirmək üçün buradadır" nə deyil?
Bəzi istifadəçilər Vikipediyanın prinsipləri əsasında ensiklopediyanı genişləndirməkdə maraqlı ola bilərlər, lakin bəzi başqa istifadəçilərin məqsədlərinə və ya nəzərlərinə fərqli istiqamətlər və ya yanaşmalara malik ola bilərlər. Hər iki istifadəçi xoş niyyət ilə layihəni təkmilləşdirməyə çalışarkən yaranan mübahisəni onların "burada ensiklopediyanı genişləndirmək üçün olmamaq" fikri ilə səhv salmaq olmaz.
- Niş mövzulara fokuslanmaq
- İstifadəçi digər istifadəçilərin əhəmiyyətsiz hesab etdiyi və az tanınan mövzu ilə maraqlana bilər və ya başa düşülməsi çətin olan məzmun yayımlaya bilər. Bir çox sahələr üzrə mütəxəssislərin maraq və fikirlərinin müxtəlifliyi bizə hərtərəfli ensiklopediya kimi fəaliyyət göstərməyə kömək edir. XVI əsr fəlsəfəsinin müəyyən bir az tanınan məktəbi və ya fizikada az tanınan bir teorem haqqında heç vaxt eşitməmiş olsanız belə, etibarlı mənbələrdə geniş şəkildə əhatə edilmişdirsə, hətta bu mənbələr çap olunmuş kitablar və ixtisaslaşdırılmış akademik jurnallar olsa belə, bu, Vikipediya məqaləsi olacaq qədər ensiklopedikdir.
- Müəyyən proseslərə fokuslanmaq
- İstifadəçi məqalələr hazırlamaqda, məqalələri vikifiləşdirmə üçün teq etməkdə, məqalənin stil kitabçasına uyğunluğunu yaxşılaşdırmaqda və ya məqalələrin silinməsini planlaşdırmaqda maraqlı ola bilər. Bunlar ensiklopediyanı dolayı yolla təkmilləşdirən mühüm tədbirlərdir. On minlərlə istifadəçinin birgə redaktə etməsi üçün bir çox pərdəarxası proseslər və fəaliyyətlər lazımdır. Hər redaktorun məqalələr yazaraq və yeni qaydalar tərtib edərək ön planda olması lazım deyil.
- Siyasətlərə və ya təlimatlara düzəlişlər üçün təbliğat
- İcma çox geniş baxışları əhatə edir. İstifadəçi kommunal normanın məsələyə çox dar və ya zəif toxunduğuna inana bilər və daxili olaraq bu baxışa uyğun hərəkətlər edə bilər, məsələn, müzakirələrdə müəyyən mövqeləri qorumaq. Bu cür diskussiyalar Vikipediyanın təkmilləşdirilməsinin əsasını təşkil edir, bir şərtlə ki, istifadəçi bunu ensiklopediyanı konstruktiv şəkildə təkmilləşdirmək üçün vicdanlı cəhdlə edir və istifadəçinin hərəkətləri özlüyündə destruktiv deyil.
- Xoşniyyət və davranış normaları ilə bağlı çətinliklər
- Bir sıra istifadəçilər redaktə etmək istəyir, lakin kollaborativ redaktə, şəxsiiyyətə yönəlmiş hücumlardan qaçınmaq və hətta redaktələrinə öz fikirlərini əlavə etməmək kimi davranış normalarına uyğunlaşmaqda çox çətinlik çəkirlər. Bu problem, bələdçilik vasitəsilə, sözügedən istifadəçilərə Vikipediyanın üslub və standartlarına uyğunlaşmaq üçün məzmuna necə töhfə vermək və ya onu redaktə etmək barədə sadələşdirilmiş təkliflər verməklə həll edilə bilər. Azsaylı hallarda bu, qısamüddətli bloklara, hətta bəzi hallarda uzunmüddətli bloklara səbəb ola bilər. Normaya uyğunlaşmamaq özlüyündə istifadəçinin produktiv töhfə verməyə çalışmadığına dəlil deyil. Bəzi istifadəçilərin köməyə ehtiyacı ola bilər, ona görə də diqqətsiz olmayın.
- Qeyri-destruktiv formada populyar olmayan fikirlərin ifadə edilməsi
- Etibarlı mənbələrdən istifadə edərək sadəcə Vikipediya məqalələrini və ya qaydalarını təşviq etmək və dəyişdirməyə icazəsi verilir. Baxmayaraq ki, edilən bu dəyişikliklər Vikipediyanın bəzi qayda və təlimatlarına uyğun gəlmir, bu, "ensiklopediyanı genişləndirmək üçün buradadır" ifadəsi ilə eyni deyil. Razılaşmayan redaktor Vikipediyanın qayda və təlimatlarını pozmamağa diqqət etməlidir, məsələn, konsensusun əldə edilmədən geri çevirməmək, mahiyyəti başa düşmək və populyar olmayan fikirlərə nəzakətlə etiraz etmək.
Bütün davranışı nəzərdən keçirin
Bəzi redaktorların vandalizm kimi müşahidə oluna bilən redaktələri tənzimləməyə cəhd edərkən tendensiyalı redaktə ilə məşğul olması mümkündür. Bu halda redaktor Vikipediyanı tənqid etməklə məşğul olmamalı və qaydalara əməl etməlidir. Onlar xoşa gəlməyəcək tərzdə təxminlər irəli sürmək və bu formada fikir yürütmək kimi impulsiv instinktlərə tab gətirməlidirlər. Layihəyəyə yeni qoşulan və ya konstruktiv istifadəçi vaxtaşırı səhvlər edə bilər. Həmçinin, onların öz davranışlarını icmanın üsul və normalarına uyğunlaşdırması xeyli vaxt tələb edə bilər. Hətta təcrübəli istifadəçi də səhvə yol verə bilər. Səhv etmək insana xasdır və istifadəçinin səhvə yol verdiyini etiraf etməsi məqbul bir təcrübədir. Bundan əlavə, bəzi destruktiv istifadəçilərin bloklanmamaq üçün bəzən yalnız müəyyən fasilələrlə qeyri-konstruktiv redaktələr yayımlaması mümkündür. Bu hallarda cəsur olun, bu dəyişiklikləri geri qaytarın, dəyişikliklərin xülasəsini təqdim edin və çətin hallarda inzibatçılarla əlaqə saxlayın. Alternativ olaraq, əgər özünüzə əminsinizsə, mübahisələri həll etməkdə mahirsinizsə və kollaborativ bacarıqlarınız varsa, kiçik münaqişələri məqalənin müzakirə səhifəsində həll etməyə çalışın. Nəticəyə dözümlü olun, burada son tarix yoxdur və layihədə həmişə iş gedir.
"Ensiklopediyanı genişləndirmək üçün burada" olmaq Vikipediyanı redaktə edərkən istifadəçinin ümumi məqsədi və davranışı ilə bağlıdır. İstifadəçinin ensiklopediyanı genişləndirmək üçün burada olub-olmadığını nəzərdən keçirərkən, istifadəçinin redaktə fəaliyyəti və töhfəsinin tam modeli, həmçinin keçmiş xəbərdarlıqların (mənasız xəbərdarlıqlar istisna edilməlidir) və ya təlimatların aydınlığı, eləcə də özünü təkmilləşdirmək cəhdləri ümumi olaraq nəzərə alınmalıdır.
Digər məzmun
Vikipediya təkcə ensiklopediya yox, həm də bir icma olduğundan, icma məqbul həddə ensiklopedik olmayan məzmuna dözümlüdür. Nümunələrə bəzi aşağılayıcı olmayan yumoristik səhifələr, istifadəçi qutuları və bir sıra istifadəçi səhifəsi dizaynı daxildir.
Bununla belə, bundan həddən artıq kənara çıxan səhifələr çox vaxt icma proseslərinin bir hissəsi kimi silinir. Bu hal, xüsusən də icma onların əsas müəllifinin burada ensiklopediya yazmaq üçün olmadığını düşünəndə baş verir. Nümunələrə sosial media səhifələri və istifadəçi səhifələrindəki reklam məzmunu, digər istifadəçilər haqqında neqativ səhifələr və həddindən artıq destruktiv ola və ya ziddiyyət yarada biləcək qeyri-layihə məzmun aiddir.