Vikipediya Bilirsinizmi 35 Hefte 2024 - Wikipedia
Vikipediya:Bilirsinizmi/35._Həftə_2024 - Haqqında Məlumat
- AXC Parlamentinin üzvü Aslan bəy Qardaşov (şəkildə) təmsil etdiyi Zaqatala dairəsinin əvvəlcə Dağıstana, sonra Türkiyəyə, daha sonra Azərbaycana, işğaldan sonra isə Gürcüstana birləşdirilməsini dəstəkləmişdir.
- Kainatdakı yadplanetli sivilizasiyaların qorxduqları üçün özlərini gizli saxladıqlarını iddia edən Qaranlıq meşə fərziyyəsinin adı 2008-ci ildə nəşr olunmuş eyniadlı romandan götürülmüşdür.
- Almaniya yəhudiləri Holokostdan əvvəl Adolf Hitleri dəstəkləmək üçün Almaniya Milli Yəhudilər Assosiasiyasını yaratmışdılar.
- "Dinosaur Game" videooyununda oyun personajının dinozavr olmasının səbəbi müasir dövrdə internetin olmamasının tarixdən əvvəlki dövrlərdə yaşamağa bərabər olması fikri olub.
- Boliviya Deputatlar Palatasının keçmiş üzvü Edqar Fernandesin əsl peşəsi taksi sürücüsüdür.