Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2024 Noyabr - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Elxan Bəşirov
Qaralama:Elxan Bəşirov • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar) • [versiyalar]
Mənbə axtar: Google (xəbər • kitab • akademik • azad şəkillər) • JSTOR
Rəsmi mail ünvanından mənim mail ünvanıma daxil olan xahişi nəzərə alaraq, İxtiraçı və iş adamının məqaləsini qaralama fəzasına çəkərək orada düzəlişlər aparmaq, yeni istinad və mənbələrin əlavə olunmasına, məqalədə kardinal dəyişikliklər və düzəlişlər aparılmasına qərar verdim, məqalə tam olaraq tərəfimdən yeniləndiyi üçün və sözügedən şəxsin xahişinə istinad edib aşağıdakı müraciət formasını icmanın nəzərinə çatdırıb rica edirəm məqalənin bərpası istiqamətində vikipediyaçılar kimi əlimizdən gələn köməkliyi edək.
- Hörmətli Vikipediya cəmiyyəti,
Düşünə bilərsiniz ki, hörmətli və çox təcrübəli admin məqalədə reklam xarakterli cümlə tapıb və məqaləni tamamilə haqlı olaraq 7 (yeddi) ay bundan öncə silinməyə təqdim edib (Spam), digər bir ehtimal isə məqalə ödənişli redaktorluq sayəsində ərsəyə gəldiyinə baxmayaraq bu barədə vikimedia fonduna məlumat verilməyib və bu halın özü təcrübəli inzibatçını özündən çıxarıb, israrla məqalənin silinməsini istəyib, nəticədə məqalə silinib.
Lakin sözügedən şəxsin ensiklopedik olması VP:ƏSAS meyarlarına uyğun olaraq müstəqil mənbələr tərəfindən əsaslandırıla bilər, müstəqil nüfuzlu mənbələrin sayı cəmi üç ədəd olsa belə şəxsin ensiklopedikliyi çox asanlıqla sübut oluna bilər və bərpa olunması üçün müraciət olunmasına əsas yarada bilər. Müstəqil mənbələri vikipediya cəmiyyətinin nəzərinə çatdırmaq əlbətdəki bərpa üçün namizədlik səhifəsinə müraciət edənin öz üzərinə düşür, bu səbəbdən sizlərə mənbələri təqdim etməkdə borcluyam, buyurun tanış olun xahiş edirəm, bu mənbələrin bir necəsi məqalənin qaralama səhifəsinədə istinad kimi əlavə edilib zənginləşdirilib məqalənin cümlələrinə relevant olaraqda yerləşdirilib.
- Президент строительной компании "Матанат-А" Эльхан Баширов в ходе интервью Sputnik Азербайджан,
- Газета Эхо. Избранные архивные материалы,
- "Haqqin.az" Эльхан Баширов основал еще одну таинственную компанию - Это 11-ая по счету основанная им компания в Азербайджане.
- Müəyyən bir şəxsin əhəmiyyəti barədə qərar verərkən, onu (bəlkə də adın müxtəlif yazılışlarında) iki və ya üç əsas axtarış sistemi vasitəsilə yoxlamaq faydalıdır: onlar hansı keçidlərdir, bu bağlantılarda hansı məlumatlar verilir? Bir çox hallarda mənbələrin çoxluğu yaxşı göstərici hesab edilir, Şəxs VP:ŞEƏ meyarlarına cavab verir, şəxsin əhəmiyyəti VP:ƏSAS bəndinə uyğundur. Əgər şəxs haqqında etibarlı, bir-birindən və mövzudan asılılığı olmayan ikinci dərəcəli mənbələrdə əhəmiyyətli məlumat mövcuddursa, o ensiklopedik hesab oluna bilər ( Mənbələr - Предприниматель Эльхан Баширов расширяет бизнес (turan.az), İki şəxsə “Əməkdar mühəndis” fəxri adı verilib (news24.az), Узбекистан – Азербайджан: перспективы сотрудничества в производстве стройматериалов (yuz.uz), Президент Азербайджана принял участие в открытии гипсового завода "Yeni Ağdağ" (ФОТО) (trend.az), 525-ci qəzet - "Elberg" zavodunun açılışı oldu, 1 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17)
Azərbaycan Respublikasının əməkdar mühəndisi olmaqla yanaşı tikinti sektoru sahəsində 4 patent müəllifi olması, onun innovativ yanaşmalarını və texnoloji inkişafını ön plana çıxarır. Bu patentlər, tikinti materiallarının istehsalı və tətbiqi sahəsində yeni metodlar və məhsullar təqdim etməklə yanaşı, sektorda keyfiyyətin və səmərəliliyin artırılmasına da kömək edir.
- Fəallaşdırılmış Gipsin Alınması Üsulu: Bu patent, gipsin aktivləşdirilməsi və onun daha effektiv istifadə olunmasını təmin edən yeni bir metod təqdim edir. Bu yanaşma, tikinti materiallarının keyfiyyətini artırır. copat.az
- Gips Qarışığı: Bu ixtira, gips qarışıqlarının tərkibini və istehsal metodunu inkişaf etdirərək, müxtəlif tikinti proseslərinə uyğunlaşdırılmış yüksək keyfiyyətli məhsulların əldə edilməsini mümkün edir. copat.az ЕВРАЗИЙСКАЯ ПАТЕНТНАЯ ОРГАНИЗАЦИЯ (ЕАПО) (eapo.org)
- Quru Dekorativ və Bitirmə Qarışığı: Bu ixtira, estetik görünüşü artıraraq, tikinti prosesini daha səmərəli edir. СУХАЯ СМЕСЬ ДЛЯ ИЗГОТОВЛЕНИЯ ОБЛИЦОВОЧНЫХ ФАСАДНЫХ ПЛИТ FASNATURAL® (Патент ЕА и РСТ № а 2009 0228)
- Blokların və Dekorativ Ornamentlərin İstehsalı üçün Tikinti Qarışığı və Onların Hazırlanması Üsulu: Bu patent, blokların və dekorativ elementlərin istehsalında istifadə olunan spesifik qarışıqların hazırlanması üsulunu təsvir edir. Bu yanaşma, materialların keyfiyyətini yüksəldir. Строительная смесь для изготовления блоков и декоративных орнаментов и способ их изготовления - Google Patents
Bu ixtiralar, Azərbaycan tikinti sektorunun inkişafına və beynəlxalq standartlara uyğunlaşmasına da böyük töhfə verir. İxtiraçı şəxslər, xüsusilə tikinti sektoru kimi dinamik sahələrdə, çox əhəmiyyətli hesab edilə bilərlər, İxtiraçılar yeni texnologiyalar, materiallar və metodlar təqdim edərək sektorda yeniliklər yaradırlar. Mötəbər müstəqil mənbələr tərəfindən təsdiq edilmişdir ki, şəxsin dörd ixtirası var. Bu da şəxsin hətda VP:YARADICIMÜTƏXƏSSİS qaydasının 2-ci bəndinin meyarlarınada tam olaraq uyğun gəlməsinin göstəricisi hesab edilə bilər.
- Vikipediya cəmiyyəti tərəfindən müzakirə olunması üçün Bərpaya təqdim olunur. Təşəkkürlər!
namikilisu 18:00, 27 noyabr 2024 (UTC)
Yekunlaşdırma: Rədd edildi. VP:BLOKDANYAYINMA qaydasına əsasən istifadəçi müstəqil fikir bildirə bilmirsə bloklanmış istifadəçinin göstərişi ilə məzmun əlavə edə bilməz. Namikilisu, yadda saxlayın ki, bloklanmış istifadəçinin (Elşad İman) xahişi, göstərişi ilə müzakirədə iştirak etmək, məqalə redaktə etmək eyni sanksiyaların sizə də tətbiq olunması ilə nəticələnəcək. Hörmətlə, Nemoralis (müzakirə) 21:23, 27 noyabr 2024 (UTC)