Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2024 May - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Aysu Murtuzayeva
Qaralama:Aysu Murtuzayeva • ( müzakirə | qeydlər | keçidlər | izlə | SNS-də axtar) • [versiyalar]
Azərbaycanlı peşəkar futbolçudur. Hazırda Yüksək Qızlar Liqasında çıxış edir. Hansı ki, Azərbaycanın ən böyük peşəkar qadın liqasıdır. Həmçinin futbolçu U19 Milllisində də çıxış edir. Bu səbəblə futbolçunun ensklopedik olduəunu düşünürəm. Asif Məmmədov (müzakirə) 19:37, 15 may 2024 (UTC)
- @Asif Məmmədov, qaralamada bərpa etdim. Lütfən əlavələriniz və düzəlişləriniz olacaqsa edin ki, daha rahat fikir bildirilə bilinsin və müzakirə getsin. Hörmətlə, Gadirmüzakirə 07:44, 19 may 2024 (UTC)
Bərpa olunsun: Salam əziz yazıçılar. İstədim fikrimi tam toplayım, qısaca izah edim. Mənim fikrimcə məqalə ensklopedikdir. Futbolçu Azərbaycan Yüksək Qızlar Liqasında çıxış edir, Azərbaycanı U19 yaş qrupu üzrə UEFA rəhbərliyi altında rəsmi çempionatlarda təmsil edir. Bu sezon Azərbaycan Yüksək Qızlar Liqasında "Neftçi" forması ilə çempionluq yaşayıb. Həmçinin, növbəti sezon "Neftçi" forması ilə "UEFA Qadınlar Çempionlar Liqası" turnirində də iştirak edəcək. Sadaladığım bütün bu amillər, futbolçunun kifayət qədər peşəkar olduğunu, məqaləsinin Wikipediyada yer almasının çox önəmli olduğunu sübutudur deyə düşünürəm. Çox sağolun. Asif Məmmədov (müzakirə) 10:17, 19 iyun 2024 (UTC)
- @Grenzsoldat @Nicat49 lütfən fikir bildirə bilərsiniz? Atakhanli (müzakirə) 21:34, 10 avqust 2024 (UTC)
Salam. Təəssüf ki, bizdə hələ də futbolçuların ensiklopedik əhəmiyyətlilik kriteriyaları rəsmi olaraq qəbul edilməyib. Düşünürəm ki, FİFA üzvü olan istənilən Futbol Federasiyasının ən yüksək səviyyəli liqasında azı bir oyunda çıxış etmiş istənilən futbolçunu ensiklopedik hesab etmək olar. Rusca vikidə bənzər məqalələr "n" qədərdir. Bərpa olunmasının lehinəyəm. Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 23:31, 10 avqust 2024 (UTC)
- Şərh: növbəti sezondan sonra ensiklopedik saymaq olar deyə düşünürəm əgər həqiqətən UEFA-nın təşkil etdiyi liqada cıxıs edərsə - Aylanabi (müzakirə) 08:40, 1 sentyabr 2024 (UTC)
- Bərpa olunsun: liqada çıxış edir. Qalması daha düzgündür - Hersoq01 (müzakirə) 11:56, 15 oktyabr 2024 (UTC)
Yekunlaşdırma: Bərpa edilməsinə qərar verildi. Nemoralis (müzakirə) 10:06, 31 oktyabr 2024 (UTC)
AXP-yə aid şəxsim tərəfindən yaradılan məqalə silinmişdir. Sizdən xahişim məqalni bərpa etməkdir məqalə bərpa olunarsa çatışmzlıqlar düzəldiləcəkdir.
Hörmətlə : @Siyasivikiler Siyasivikiler (müzakirə) 11:43, 7 may 2024 (UTC)
- Araz Yaquboglu, zəhmət olmasa, məqaləni qaralamada bərpa edərdiz, müzakirə edilməsi üçün. Hörmətlə, Gadirmüzakirə 11:54, 7 may 2024 (UTC)
- @Siyasivikiler, zəhmət olmasa, mövzu ilə bağlı fikir bildirilə bilməsi üçün səhifə üzərində işləyin. Hörmətlə, Gadirmüzakirə 13:32, 7 may 2024 (UTC)
- Bərpa olunmasın: Hər siyasi partiya haqda məqalə olmalı deyil + bu istifadəçi siyasi partiyaların PR-nı aparır. Grenzsoldat 15:32, 7 may 2024 (UTC)
Müzakirə müddətincə səhifə üzərində heç bir düzəliş aparılmadığından bərpa olunmamasına qərar verildi. Hörmətlə, Gadirmüzakirə 05:34, 2 iyun 2024 (UTC)
Əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərin effektivliyini artırmaq, səhiyyə sisteminin maliyyə dayanıqlığını və vətəndaşların keyfiyyətli səhiyyə xidmətlərinə əlçatanlığını təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidenti 13 may 2022-ci il tarixində Fərman imzalamışdır. Vəzifənin cənab prezident tərəfindən fərmanda qeyd edildiyi kimi yaradılması, həmin vəzifənin nə qədər məsul, önəmli olduğunun əhəmiyyətini kəsb edir. Birbaşa Azərbaycan Respublikası Prezidentinə tabedir. Hər hansısa orqana tabe deyil. Bu, vəzifənin əhəmiyyətinin hansı dərəcədə olduğunu göstərir. TƏBİB-in fəaliyyətinə cari rəhbərliyi isə TƏBİB-in Müşahidə Şurasının vəzifəyə təyin və vəzifədən azad etdiyi İcraçı direktor və onun 3 müavini həyata keçirir. Vəzifə olduqca böyük əhəmiyyət kəsb edir. Şəxsin siyasi-ictimai fəaliyyəti olduqca aktivdir. Şəxs xüsusi əhəmiyyətə malik olan hadisələrdəki əhəmiyyətli rolu adətən kifayət qədər mətbuatda geniş geniş şəkildə işıqlandırılıb. Təsdiq edən etibarlı mənbəyə istinadlar mövcüddur. Yetərincə məşhur şəxsdir və KİV-lərdə yetərli mənbələr vardır. Belə ki, şəxs VP:ŞEƏ-nin tələblərini ödəyir. Bu cür arqumentləri məqalənin bərpası üçün ciddi əsaslardır. A.Aida88 (müzakirə) 13:27, 12 may 2024 (UTC)
- müzakirəyə təqdim olunan məqalə üzərində işlənilməlidir. məqalə üzərində işlənilmədən bərpaya namizəd göstərilib Atakhanli (müzakirə) 09:22, 23 may 2024 (UTC)
- Salam dəyərli həmkarım. Mütləq nəzərə alacam. Təşəkkür edirəm şərhiniz üçün. A.Aida88 (müzakirə) 09:43, 23 may 2024 (UTC)
Bərpa olunsun: - Yuxarıda qeyd etdiyim arqumentlərə əsasən. — A.Aida88 (müzakirə) 13:28, 12 may 2024 (UTC)
- Şərh: Bioqrafiyası ilə buradan tanış olmaq olar — 85.132.29.163 06:21, 13 may 2024 (UTC)
- Bərpa olunsun: az qala səhiyyə naziri qədər mühüm bir vəzifədir. samral müzakirə 19:36, 21 may 2024 (UTC)
- Bərpa olunsun: .Yuxarıda sadalanan və dostların arqumentlərə əsasən Turan Etibaroğlu müzakirə 17:05, 22 may 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Təbib şəxsi ensklopedik etmir,düzdür şəxs mediada müəyyən qədər statusa malikdir amma təbib ensklopedik edəcək dərəcədə yox. Bərpa olunmasın:Redivy (müzakirə) 09:18, 23 may 2024 (UTC)
- Bərpa olunmasın: Qeyd edilən məlumatlar yanlış olmasa da, məlumatlarda müəyyən qədər natamamlıq var və bu da icmada çaşqınlıq yarada bilər deyə aydınlıq gətirim: TƏBİB-in prezident tərəfindən yaradılması onun sədrinin ensiklopedik olmasına heç bir formada əsas vermir. Azərbaycanda irili-xırdalı demək olar bütün dövlət qurumları prezidentin sərəncamı ilə yaradılır. Həmçinin, xeyr, TƏBİB müstəqil təşkilat deyil və birbaşa prezidentə tabe deyil. TƏBİB İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin nəzdində yaradılıb və ona tabedir. Yəni bu faktla da şəxsin ensiklopedik olduğunu əsaslandırmaq mümkün deyil və bu vəzifə göstərilməyə çalışılan qədər yüksək vəzifə deyil. Bu vəzifəni səhiyyə naziri vəzifəsi ilə müqayisə etmək isə ümumiyyətlə doğru deyil. Şəxsin özü və fəaliyyəti mənbələrdə əhatə olunmayıb, mediada sadəcə sözügedən qurumun adına istinadlar var ki, zatən bütün dövlət qurumlarının adı mediada zaman-zaman hallanır. Şəxsin ensiklopedikliyi ilə bağlı sadəcə bu vəzifə arqument göstərilir və vəzifənin əhəmiyyəti əsalandırılmağa çalışılır, çünki nə məqalədə, nə də mənbələrdə şəxsin ensiklopedikliyini iddia edəcək başqa heç bir fakt yoxdur. Bu vəzifənin tək başına şəxsi ensiklopedik etmədiyi isə qeyd etdiklərim ilə göz qabağındadır. Müzakirə sonunda adminlərdən səs ovu, əsassız arqument və digər vasitələrlə məqalənin bərpa edilməsinə çalışılması məsələsini diqqətdə saxlamasını istəyirəm. — Sura Shukurlu (müzakirə) 13:26, 23 may 2024 (UTC)
- Ümumiyyətlə, hər şey bir yana, bu halı ilə bərpa olunacaq? Çox maraqlıdır mənə. Tərtib belə edilməyib demək olar. Hörmətlə, Gadirmüzakirə 13:37, 23 may 2024 (UTC)
- Bu halını da təqdim olunduğunu görüb mən bərpa etdim ki, üzərində işlər aparılar bəlkə. Hörmətlə, Gadirmüzakirə 13:40, 23 may 2024 (UTC)
- Təşəkkür edirəm hörmətli həmkarım. Qeyd etdiklərinizi nəzərə alaraq, məqaləni tamamlamağa çalışacam. A.Aida88 (müzakirə) 18:15, 23 may 2024 (UTC)
- Bərpa olunsun:@A.Aida88 xanımın fikrinə əsasən ☞QRAF☜ (✉ → ♕) 04:53, 25 may 2024 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Təşəkkür edirəm hörmətli həmkarım. Qeyd etdiklərinizi nəzərə alaraq, məqaləni tamamlamağa çalışacam. A.Aida88 (müzakirə) 18:15, 23 may 2024 (UTC)
- Bərpa olunsun: vəzifəsinə görə ensiklopedikdir. — Araz Yaquboglu (müzakirə) 07:23, 25 may 2024 (UTC)
- Məqaləni müəyyən maraqlara görə bərpa etdirmək üçün bütün icmanı bura dəvət eləmək heç də etik deyil :) Heç olmaya, gələnlər məqaləyə klik edib məzmununa baxardı... — Sura Shukurlu (müzakirə) 08:20, 25 may 2024 (UTC)
- Hörmətli həmkarım Siz nəyi ima edirsiniz? Etik olmayan nə var burda? İcmanın sərbəst şəkildə səs verməsinə Siz bu cür yanaşa bilməzsiniz. Bu etik deyil! Sizin dediyiniz kimi "gələnlər" arasında dəyərli idarəçimiz Araz Yaquboğluda var. Əlinizdə heç bir sübut olmadan heç kimi belə yarqılaya bilməzsiniz. A.Aida88 (müzakirə) 09:27, 25 may 2024 (UTC)
- @A.Aida88, kimin necə və nəyə görə gəldiyini çox gözəl bilirik. Qabağında səs ovu şablonu olmayan istifadəçilərin də necə və niyə gəldiyini. İnandırım ki, digər təcrübəli istifadəçilər də bilir. Bundan sonra kimlərin də gələcəyini rəqəmləyə bilərəm :) Sura Shukurlu (müzakirə) 10:08, 25 may 2024 (UTC)
- Bu Sizin fikrinizdir və iddihamlarınızdır. Amma bir daha deyirəm icmanı bu cür aşağılaya və yarqılaya bilməzsiniz! Hələki əlinizdə heç bir dəlil, sübut olmadan! A.Aida88 (müzakirə) 10:22, 25 may 2024 (UTC)
- @A.Aida88, kimin necə və nəyə görə gəldiyini çox gözəl bilirik. Qabağında səs ovu şablonu olmayan istifadəçilərin də necə və niyə gəldiyini. İnandırım ki, digər təcrübəli istifadəçilər də bilir. Bundan sonra kimlərin də gələcəyini rəqəmləyə bilərəm :) Sura Shukurlu (müzakirə) 10:08, 25 may 2024 (UTC)
- Hörmətli həmkarım Siz nəyi ima edirsiniz? Etik olmayan nə var burda? İcmanın sərbəst şəkildə səs verməsinə Siz bu cür yanaşa bilməzsiniz. Bu etik deyil! Sizin dediyiniz kimi "gələnlər" arasında dəyərli idarəçimiz Araz Yaquboğluda var. Əlinizdə heç bir sübut olmadan heç kimi belə yarqılaya bilməzsiniz. A.Aida88 (müzakirə) 09:27, 25 may 2024 (UTC)
- Bu məqalə ilə bağlı qərar vermək üçün Ramin Bayramlı məqaləsi ilə müqayisə aparmaq lazımdır. Əgər Ramin Bayramlını tutduğu vəzifəyə görə ensiklopedik hesab etmişiksə, eynilə Vüqar Bayramov da ensiklopedik hesab edilməlidir. O qədər dövlət qurumu var ki, sözün düzü, müqayisə etmək, hansı qurumun hansına tabe olduğunu müəyyənləşdirmək çətindir. Yeni yarananda mən elə güman edirdim ki, TƏBİB Səhiyyə Nazirliyini əvəz etmək üçün yaradılıb. Amma bu baş vermədi. Şəxsin ensiklopedikliyi mübahisəlidir, amma məqalənin vikiləşdirilməli olduğu dəqiqdir. Belə CV formalı məqalələrin Vikipediyada saxlanılmasının əleyhinəyəm. @Sura Shukurlu, mən bu məsələni araşdırdım bir az, yaradılanda TƏBİB İST-nin tabeliyində olub, amma sonradan dəyişiklik edilib, ora tabe deyil. Şəxsin fəaliyyəti ətraflı araşdırılsa və əsaslandırılsa, məqaləni bərpa etmək olar. SNS müzakirəsindən sonra heç bir dəyişiklik etmədən məqaləni bərpa etmək doğru deyil. Eminn (müzakirə) 06:34, 31 may 2024 (UTC)
- Razıyam. Ramin Bayramlının ensiklopedik edən onu TƏBİB-in sədri olması deyil, digər fəaliyyətləridir. Məqalənin özünə də baxanda bu açıq-aydın görünür (istənilən halda müzakirəyə təqdim oluna bilər). Vüqar Qurbanov məqaləsində isə sadəcə TƏBİB sədri olması barədə məlumatlar yer alıb və ensiklopedik olması üçün iddia edilən əsas faktor da bu göstərilir. Təbii ki, TƏBİB sədri olmaq şəxsi birbaşa ensiklopedik edəcək vəzifə deyil. TəBİB-i Səhiyyə Nazirliyi ilə müqayisə etmək isə ümumiyyətlə doğru deyil. Sura Shukurlu (müzakirə) 15:36, 5 iyun 2024 (UTC)
- Bərpa olunsun: Qeyd edildiyi kimi, TƏBİB rəhbəri əhəmiyyətli vəzifədir. Məqalənin strukturu dəyişdirilməlidir. Fəaliyyəti punkt-punkt deyil, cümlələrlə yazılmalıdır. — Toghrul R (m) 17:17, 5 iyun 2024 (UTC)
- Bütün dövlət qulluqçuları və dövlət xadimlərinin vəzifələri əhəmiyyətlidir, əhəmiyyətsiz olan var ki?)) Burada vəzifənin əhəmiyyətindən danışılmır, şəxsi təkbaşına ensiklopedik edib-etmədiyindən danışılır ki, bu vəzifənin də tələb olunan şərtləri ödəmədiyi aydındır. Mənim dünənki arqumentimdən sonra gəlib burada fikir bildirmək üçün xahiş almamısınız ki?)) Sura Shukurlu (müzakirə) 08:10, 6 iyun 2024 (UTC)
- Hər nə olur olsun, sizcə, belə etməyiniz doğrudur? Sübut olmadan (bilirəm ki, olan da deyil). İndi, məsələn, mən öz iradəmlə iştirak etsəm, eyni şeyi olacaq? Hörmətlə, Gadirmüzakirə 09:35, 6 iyun 2024 (UTC)
- Bütün dövlət qulluqçuları və dövlət xadimlərinin vəzifələri əhəmiyyətlidir, əhəmiyyətsiz olan var ki?)) Burada vəzifənin əhəmiyyətindən danışılmır, şəxsi təkbaşına ensiklopedik edib-etmədiyindən danışılır ki, bu vəzifənin də tələb olunan şərtləri ödəmədiyi aydındır. Mənim dünənki arqumentimdən sonra gəlib burada fikir bildirmək üçün xahiş almamısınız ki?)) Sura Shukurlu (müzakirə) 08:10, 6 iyun 2024 (UTC)
Şərh: Pis əhatə olunmayıb. Amma məqalənin bu halı ilə konkret fikir bildirə bilmirəm, lehinə səs bildirən təcrübəli həmkarlarımızın mövqeləri maraqlıdır. Məqaləyə nəzər yetirmisinizmi? CV-ya oxşayır, "həmçinin bax" bölməsində verilmiş xarici keçidlərin nə məqsədlə olduğunu da anlamadım. Düzgün tərtib edilmədiyi aşikardır. Hörmətlə, Gadirmüzakirə 23:12, 7 iyun 2024 (UTC)
- Yekunlaşdırma: Bərpa olunmasına qərar verilmişdir. Hörmələ — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:25, 14 iyun 2024 (UTC)
Zəhmət olmasa, kimsə mənə əsaslı bir səbəb göstərə bilər ki, bu məqalə nəyə əsasən silinib? Məqalə Asif Məmmədov tərəfindən yaradılıb, Redivy tərəfindən SNS edilib. Amma hansı səbəb əsas götürülərək SNS edilib, çox maraqlıdır. Futbolçu Azərbaycanın ən yüksək qadın liqası olan Yüksək Qızlar Liqasında çıxış edir, üstəgəl də U-19 millisində çıxış edib. SNS-də göstərilmiş yeganə arqument odur ki, əsas millidə çıxış etməyibsə, ensiklopedik deyil. Bu isə heç bir qaydada öz əksini tapmayan bir fikirdir. Belə futbolçular (Hilal Çetinkaya) başqa vikilərdə ensiklopedik olur, bizdə yox?— Kosmik Ozan utora! 17:45, 13 may 2024 (UTC)
- > Nahidə Məmmədova MARXAL FK (ŞƏKİ) klubunda çıxış edən [1] xanımdır və xüsusi dəyər görmədiyim üçün SNS etmişəm əgər gözümdən yayınan detal olubsa xahiş edirəm qeyd edərsiniz. Redivy (müzakirə) 08:37, 14 may 2024 (UTC)
- Salam. Üzrlü sayın bəy, söhbətinizə müdaxiləsi etmiş kimi oldum, lakin bir neçə nüansı vurğulamaq çox önəmlidir. AFFA'nın saytındaki məlumatlar çox köhnədir. Bir neçə nümunə çəkmək istəyirəm: Alina Nəhmətova "Balxurma"dan 2 il öncə çıxıb, o Türkiyədə legioner həyatı yaşadı və indi "Sumqayıt" klubunda çıxış edir.[1] Aytac Feyzullayeva da, Marxaldan çıxdı, uzun müddət Türkiyədə çıxış etdi, hətta gəlib "Sumqayıt"da da çıxış etdi, indi bir həftədir Qazaxıstana transfer olub.[2] Saytda göstərilən "8-li İOEUGİM" 2 ildən çoxdur fəaliyyətini dayandırıb, orda heç bir oyunçu yoxdur. Leyla Ağayeva futbolu tərk etdi, indi məşqçilik edir, onun komandası "Gömrükçü" keçən il fəaliyyətini dayandırdı... Yəni aradan illər keçib, sadəcə rəsmi saytda görünür böyük gecikmə var. Ona görə tövsiyə edirəm, indi və bundan sonra da başqa istinadlara göz gəzdirəsiniz. Çox sağolun Asif Məmmədov (müzakirə) 07:28, 15 may 2024 (UTC)
- @Asif Məmmədov Maraqlı məlumatdır AFFA niyə saytda yenilik etmir.? siz dediniz gördüm lakin hələdə şəxsin ensklopedik olduğunu düşünmürəm. Bərpa olunmasın: Redivy (müzakirə) 07:12, 28 may 2024 (UTC)
- Salam. Üzrlü sayın bəy, söhbətinizə müdaxiləsi etmiş kimi oldum, lakin bir neçə nüansı vurğulamaq çox önəmlidir. AFFA'nın saytındaki məlumatlar çox köhnədir. Bir neçə nümunə çəkmək istəyirəm: Alina Nəhmətova "Balxurma"dan 2 il öncə çıxıb, o Türkiyədə legioner həyatı yaşadı və indi "Sumqayıt" klubunda çıxış edir.[1] Aytac Feyzullayeva da, Marxaldan çıxdı, uzun müddət Türkiyədə çıxış etdi, hətta gəlib "Sumqayıt"da da çıxış etdi, indi bir həftədir Qazaxıstana transfer olub.[2] Saytda göstərilən "8-li İOEUGİM" 2 ildən çoxdur fəaliyyətini dayandırıb, orda heç bir oyunçu yoxdur. Leyla Ağayeva futbolu tərk etdi, indi məşqçilik edir, onun komandası "Gömrükçü" keçən il fəaliyyətini dayandırdı... Yəni aradan illər keçib, sadəcə rəsmi saytda görünür böyük gecikmə var. Ona görə tövsiyə edirəm, indi və bundan sonra da başqa istinadlara göz gəzdirəsiniz. Çox sağolun Asif Məmmədov (müzakirə) 07:28, 15 may 2024 (UTC)
- Bərpa olunsun: Düşünürəm şəxs ensklopedikdir. Azərbaycan Yüksək Qızlar Liqası 2021/2022 sezonunda Bombardir olmuşdur. Nəzərə ala bilərik ki, Azərbaycan Yüksək Qızlar Liqası tam peşəkar liqadır. Hətta bu mövsümdən etibarən, çempion olan "Neftçi" qadın klubu, Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək. Bu isə sübutdur ki, bu liqa peşəkardır. Nahidə isə, bu liqada 17 qolla bombardir olmuşdur, buna əsasən xüsusən mükafat da almışdır. Yəni, məqalənin silinməsi üçün bir səbəb görmürəm. Bərpa olunsun. Asif Məmmədov (müzakirə) 11:20, 28 may 2024 (UTC)
İstinadlar
- Yekunlaşdırma: Bərpa olunmasına qərar verilmişdir. Hörmələ — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 05:28, 14 iyun 2024 (UTC)
@Lidiya567nın müraciəti üzrə məqaləni BNS-ə təqdim edirəm. Qaralama:Mina Munşiyeva — Bikar müzakirə 10:53, 23 may 2024 (UTC)
- @Bikar Potentləri və fəaliyyəti ensklopedikdir fikrimcə lakin uyğun nüansları istinadlar ilə əsaslandırıb məqalədə düzəlişlər etmək olar. Redivy (müzakirə) 07:33, 25 may 2024 (UTC)
- Указанные ссылки недостаточны? Куда внести корректировки? Lidiya567 (müzakirə) 05:25, 27 may 2024 (UTC)
- @Lidiya567 Пожалуйста, пишите в соответствии с правилами азербайджанского языка, ссылки должны быть сделаны на первичные и вторичные источники. Redivy (müzakirə) 06:53, 27 may 2024 (UTC)
- Привет, Bikarǃ
- Наши переводчики проверили грамотное написание данного текста и я добавила вторичные ссылки (сколько смогла). Вы уже можете опубликовать страницу Мины Муншиевой в википедии? Lidiya567 (müzakirə) 07:47, 6 iyun 2024 (UTC)
- @Lidiya567 Пожалуйста, пишите в соответствии с правилами азербайджанского языка, ссылки должны быть сделаны на первичные и вторичные источники. Redivy (müzakirə) 06:53, 27 may 2024 (UTC)
- Указанные ссылки недостаточны? Куда внести корректировки? Lidiya567 (müzakirə) 05:25, 27 may 2024 (UTC)
- Şərh: Mövcud halı ilə qətiyyən bərpa edilə bilməz. Vikipediya standartlarına uyğunlaşdırılmalıdır, ensiklopediklik kriteriyalarına da cavab verirsə, bərpa edilə bilər, amma öncə standartlara uyğunlaşdırılması zəruridir, yoxsa müzakirə nəticəsiz yekunlaşdırılacaq. Əlavə olaraq, hər alimə məqalə yaradılmasına icazə verilmir. Bura AMEA sayt-portalı yox, ensiklopediyadır. Unutmayaq. Hörmətlə, Gadirmüzakirə 23:04, 7 iyun 2024 (UTC)
- Привет, Гадирǃ
- Я создавала статью Мина Муншиева в соответствии со стандартами википедии, по рекомендациям шаблона. Может мне создать новую версию статьи, если ее нельзя восстановить из черновиков. Если вы укажите почему эта статья не соответствует стандартам и что надо изменить , буду вам благодарна. Lidiya567 (müzakirə) 05:41, 11 iyun 2024 (UTC)
Mövcud vəziyyəti ilə bərpa edilmədi. 1 aydan artıq vaxtdır qaralama ad fəzasında olduğu və bu müddət ərzində üzərində lazımlı düzəlişlər aparılmadığı üçün bərpa olunmadı. Əsaslı işlənilib təkrar təqdim oluna bilər. Hörmətlə, Gadirmüzakirə 21:39, 11 iyul 2024 (UTC)
Salam, hər vaxtınız xeyir olsun. "İsa Körpülü" təxəllüsü ilə şeirlərini yazmış mərhum şair İsa Həsən oğlu Mansurov barəsində olan məqaləni bərpa etməyinizi xahiş edirəm. Belə ki, ləğv etdiyiniz səhifəyə dair fikirləriniz və tövsiyələriniz əsasında bərpa üçün təqdim etdiyim hazırkı səhifəni inkişaf etdirmişəm. Mirzə Ənsərlinin müəllifi olduğu 2016-cı ildə "Elm və Təhsil" nəşriyyatında dərc edilmiş "Qərbi Azərbaycan - Yazarlar" kitabına keçid verib İsa Körpülünün ensiklopedik şəxs olmasına istinad etmişəm. Bundan əlavə, İsa Körpülünün müəllifi olduğuç müvafiq olaraq "Günəş" və "Səda" nəşriyyatarında dərc edilmiş "Sevməzdim dünyanı, sən olmasaydın" və "Gəl sağollaşaq" kitablarına dair istinadlar səhifəyə əlavə edilib. Həmçinin, məşhur qiraətçi Xəzər Süleymanlının səsləndirdiyi "Gözlərim səni axtarır", "Gəl sağollaşaq" və "Kəndimiz hər gecə yuxuma girir" şeirlərinə çəkilmiş kliplərin "Youtube" platformasındakı keçidləri əlavə edilib. Noyemberyan rayonunun, Yuxarı Körpülü kəndinin vikipediya səhifəsində kəndin məşhur simaları arasında İsa Körpülünün də adı qeyd edilmişdir. Diqqətinizə görə təşəkkür edirəm. Ener44 (müzakirə) 07:26, 27 may 2024 (UTC)
- Bərpa olunmasın: Xahişlə olmur axı. Vikipediyanın ensiklopedik əhəmiyyətlilik ilə bağlı qaydaları var. Mənbə kimi göstərdiyiniz 6 keçiddən 3-ü YouTube linkidir, 1-ci və 2-ci mənbələr eynidir, "redaktor.az" isə etibarlı mənbədirmi, deyilmi, müzakirə mövzusudur, həmçinin o kitab da. Bundan əlavə, şəxsin fəaliyyətinin ikinci dərəcəli mənbələrdə əhatəsini görmürəm, tərəfsiz, etibarlı, əhəmiyyətli mənbələr də mövcud deyil (ən azından bunu məqalədə də görmürəm). Məşhurluq ensiklopediklik deyil. Hörmətlə, Gadirmüzakirə 14:38, 27 may 2024 (UTC)
Bərpası üçün əsaslı arqumentlər təqdim edilməyi və məqalənin cari halı da nəzərə alınaraq bərpa olunmamasına qərar verildi. Hörmətlə, Gadirmüzakirə 21:39, 11 iyul 2024 (UTC)
Salam əziz həmkarlar, mən hələ də bu adamın tam ensiklopedik olduğunu düşünürəm. Ümid edirəm ki, bu dəfə daha çox insan məni dəstəkləyəcək.
İlkin Məmmədov, Milli Məclisin Beynəlxalq Münasibətlər şöbəsinin müdiridir.
Bu şəxs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən “Tərəqqi” medalı və “Dövlət qulluğunda fərqlənməyə görə” medalı, Rusiya spikeri Valentina Matviyenko tərəfindən medal alıb.
O, yüksək rütbəli sayılan 3-cü dərəcəli dövlət müşaviridir.
2016-cı ildə Parisdə Qarabağ münaqişəsi ilə bağlı fransız dilində məlumat verib.
Siyasi tədbirlərlə yanaşı, o, 2008-ci və 2011-ci illərdə Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında futbol turniri təşkil edib, 2013-cü ildə Azərbaycanda ilk dəfə “Azərbaycan Prezidentinin kuboku” Beynəlxalq KVN festivalını təşkil edib, və 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin 100 illik yubileyinə həsr olunmuş parlament komandaları arasında beynəlxalq futbol turniri keçirib.
Həmçinin, Milli Məclisin “Dream Team (MM)” futbol komandasının kapitanıdır. 2003-cü ildə Britaniya Şahzadəsi Dianaya həsr olunmuş “İngiltərənin qızıl gülü” adlı kitabı dərc eləyib.
Bunlar onun ölkəmizə verdiyi töhfələrdən yalnız bir neçəsidir. Ümid edirəm ki, bu geniş araşdırma fikirlərimi sübut edir. Çox sağ olun. [2] James Abloh (müzakirə) 17:41, 14 may 2024 (UTC)
- @James Abloh Zəhmət olmazsa istinadlarda yetəri qədər düzəliş edin. Redivy (müzakirə) 09:18, 23 may 2024 (UTC)
- @Redivy Salam, yuxarıda və məqalədə bütün məlumatları istinadlarnan qeyd etmişəm. Məndən nə etmək istədiyinizi tam başa düşmədim. James Abloh (müzakirə) 22:24, 23 may 2024 (UTC)
- @James Abloh birinci və ikinci dərəcəli istinadlar edin məqalədə əhatəli olsun. Redivy (müzakirə) 06:41, 24 may 2024 (UTC)
- Məqalə bu yaxınlarda SNS ilə silinib və siz indi üzərində heç bir ciddi dəyişiklik etmədən bərpasını tələb edirsiniz. Məqalə qaralamada bərpa olunub, ona ki, zəhmət olmasa oradakı iradları da nəzərə alıb üzərində əhəmiyyətli dəyişikliklər edəsiniz, yoxsa nəticə dəyişməyə və müzakirə həmən vaxtından əvvəl yekunlaşdırıla bilər. Hörmətlə, Gadirmüzakirə 07:48, 24 may 2024 (UTC)
- @Gadir @Redivy Əlavə faydalı məlumatlar əlavə etdim və hər şeyi mənbələrə istinad edildi. Zəhmət olmasa baxarsız. James Abloh (müzakirə) 10:39, 24 may 2024 (UTC)
- @Redivy Salam, yuxarıda və məqalədə bütün məlumatları istinadlarnan qeyd etmişəm. Məndən nə etmək istədiyinizi tam başa düşmədim. James Abloh (müzakirə) 22:24, 23 may 2024 (UTC)
- Əlavə edilən istinadlardan sonra və şəxsin 3-cü dərəcə dövlət müşaviri olması ilə yanaşı Milli Məclisinin Beynəlxalq Münasibətlər şöbəsinin müdiri olduğuna görə. Bərpa olunsun: Redivy (müzakirə) 07:16, 28 may 2024 (UTC)
- Məqalə CV formatında tərtib edilib. Cümlələr ayrı-ayrı abzaslarda verilməməlidir, ardıcıl şəkildə, 2-3 bölməyə ayırmaqla yazılmalıdır. — Toghrul R (m) 17:25, 5 iyun 2024 (UTC)
- Salam, sorğunuza uyğun olaraq, Vikipediya standartlarına uyğun görünməsi üçün dəyişikliklər etdim. Zəhmət olmasa baxarsız. James Abloh (müzakirə) 20:35, 5 iyun 2024 (UTC)
- Bərpa olunmasın: Mövzunun internetdə əhatə dairəsi yoxdur. 2-3 "kimdir, nəçidir" başlıqlı linkdən başqa bir şey tapa bilmədim. Tərtibatda da problemlər var. CV-ya oxşayır məqalə. Bu məqalə kimi tərtib olunmalıdır. Mükafatlar məlumat kimi qeyd olunmalı, müvafiq bölmədə ad (şablon) olaraq qalmalıdır. Bunları məlumat üçün qeyd edirəm, zatən bərpasının əleyhinəyəm, şərtləri ödəmir. Əhatəli və ətraflı tərəfsiz mənbələr yoxdur, ilkin mənbələrdən istifadə olunub, onlar da etibarlı və əhəmiyyətlidir, amma tərəfsiz deyil. Hörmətlə, Gadirmüzakirə 22:15, 7 iyun 2024 (UTC)
- @Gadir
- @Toghrul R şərhindən sonra məqalənin formatını düzəltdim və sizin təqdim etdiyiniz məqalə ilə tamamilə eyni formatdadır. Hər iki məqalədə həmin şəxsin müxtəlif illərdə etdikləri və bəzi əlavə məlumatlar da qeyd olunub. Məqalə ümumiyyətlə CV-yə oxşamır.
- Fərqli mükafatları bir-birinə bağlamağın mənası yoxdur, çünki onlar bir-birinə əlaqəsi yoxdur, buna görə də fərqli cərgələrdədirlər. James Abloh (müzakirə) 18:10, 8 iyun 2024 (UTC)
- Fikirlərimi bildirmişəm. Sizin bu məqalənin bərpasında nəsə xüsusi bir marağınız yoxdur ki? Yaxud sözügedən şəxslə hər hansısa bir əlaqəniz varmı? Demək olar indiyə kimi bütün fəaliyyətiniz ancaq bu şəxslə əlaqəli olub. Hörmətlə, Gadirmüzakirə 12:18, 12 iyun 2024 (UTC)
- Bərpa olunmasın: 3-cü dərəcəli dövlət müşaviri yüksək vəzifə olsa da, şəxsi tək başına ensiklopedik edə bilmir. Geri qalan vəzifələri və mükafatları da şəxsi birbaşa ensiklopedik edə biləcək faktlar deyillər. İkincidərəcəli mənbələrdə şəxs və fəaliyyəti əhəmiyyətli dərəcədə əhatə olunmayıb. — Sura Shukurlu (müzakirə) 11:51, 8 iyun 2024 (UTC)
- @Sura Shukurlu 3-cü dərəcəli dövlət müşaviri olmaq vəzifə deyil və təbii ki, bu şəxsi ensiklopedik edən tək şey deyil. Məqaladə qeyd etdiyim kimi, bu şəxs bir çox tədbirlərin təşkilinə cavabdehdir, və dövlət işindən başqa, həm KVN-nin yaradıcılarından biridir, həm də Milli Məclisin futbol komandasının (Dream Team MM) kapitanıdır. James Abloh (müzakirə) 18:20, 8 iyun 2024 (UTC)
- Məqaləni təkmilləşdirdiyiniz üçün təşəkkürlər. Əlavə vikiləşdirmə işləri apardım. Düşünürəm ki, şəxsin tutduğu vəzifə (inzibati vəzifələrin birinci təsnifatına uyğun) və fəaliyyəti əhəmiyyətlidir . Ölkənin ali kateqoriya dövlət orqanında əhəmiyyətli şöbənin rəhbəridir. 2 dəfə Prezident tərəfindən təltif edilib, və 3-cü dərəcə dövlət müşaviri ixtisas dərəcəsi verilib. — Toghrul R (m) 07:51, 13 iyun 2024 (UTC)
- Bərpa olunmasın: SNS səhifəsində qeyd etmişəm səbəbini. Grenzsoldat 21:04, 25 iyul 2024 (UTC)
- Yekunlaşdırma: Konsensus qəbul edilmədi. --Sura Shukurlu (müzakirə) 07:06, 20 avqust 2024 (UTC)