Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2024 Fevral - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Qiyas Hüseynov (Qiyas Adil oğlu Hüseynov; d.10 iyun 1960; Kurud, Qafan rayonu, Zəngəzur, Qərbi Azərbaycan) — Azərbaycan tibb alimi, tibb üzrə fəlsəfə doktoru (2007).
Həyatı
Hüseynov Qiyas Adil oğlu 10 iyun 1960-cı ildə Qafan rayonunun Kurud kəndində anadan olmuşdur. 1977-ci ildə Qafan rayonu Gığı kənd orta məktəbini əla qiymətlərlə bitirmiş və 1978-ci ildə N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutuna daxil olmuşdur. 1984-cü ildə tibb institutunu bitirmiş, təyinatla İmişli rayonuna göndərilmiş və 3 il orada işləmişdir. 1988-ci ildə müsabiqə yolu ilə B.Ə.Eyvazov adına Elmi Tədqiqat hematologiya və transfuziologiya institutuna (indiki Hematologiya və Transfuziologiya Mərkəzi) elmi işçi kimi işə qəbul olunmuşdur. Qiyas Hüseynov 1989-cu ildə qan preparatları şöbəsinə müdir təyin olunmuşdur. 1998-2005-ci ilə kimi B. Ə. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və transfuziologiya institutunun nəzdindəki qan bankının (indiki Mərkəzi Qan Bankı) baş həkimi işləmişdir. 2006-cıidən Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun hematologiya kafedrasında assent işləyir.
Elmi fəaliyyatı
Qiyas Hüseynov 1989-cu ildə qan preparatları şöbəsinə müdir təyin olunduqdan sonra onun təşəbbüsü ilə respublikada ilk dəfə olaraq rezusəleyhinə immunoqlobulin və polibiolin preparatları hazırlanmışdır. 1990-cı illərin əvvəllərində ölkəmizə qan koservantlarının gətirilməsi çətinləşdiyindən xəstələrin qanla təminatında çətinlik yaranmışdı. Q. Hüseynov şöbədə “qlükosir” adlanan qan konservantı hazırlamağa başlamış və bir neçə il Bakı şəhərinin əsas klinikaları həmin konservantdan istifadə etmişdir. 1980–cı iliərin sonlarında SSRİ-də quru plazma istehsalı ləğv edilmişdir. Qarabag savaşında isə cəbhə bölgəsində “quru plazmaya” böyük ehtiyac yaranır. Qiyas həkim “quru plazma” hazırlanmasını bərpa etmişdir. Hazırlanmış “quru plazma” əsasən cəbhə bölgəsinə göndərilmişdir. O, ölkəmizin qan xidmətinin inkişafı və aparılacaq islahatlar üçün bir çox xarici ölkədə (Rusiya, Türkiyə, İran, Norveç və s.) təcrübədə və elmi konfranslarda iştirak etmişdir. 2007 ci ildə hematologiya ixtisası üzrə müdafiə edərək tibb üzrə fəlsəfə doktoru elmi adına layiq görülmüşdür.
Elmi tədqiqatları
3 kitabın və 30 dan çox elmi məqalənin müəllifidir.
Salam Sizdən xahiş edirəm bu səhifəni bərpa edərdiniz. Minnətdaram 5.197.223.31 17:27, 4 fevral 2024 (UTC)
- Üzürlü sayin sayta daxil olmadan yazdim adim getmedi, Poladqafan (müzakirə) 17:37, 4 fevral 2024 (UTC)
- 2023cu ildə "Qan xidməti və transfuzion təbabət" adlı dərs vəsaiti də Qiyas Hüseynov müəllifliyi ilə çap olunmuşdur Poladqafan (müzakirə) 17:40, 4 fevral 2024 (UTC)
- salam bəy. mənbələr lazımdır. çünki verdiyiniz məlumatar mənbəsiz sadəcə iddiadır. Atakhanli (müzakirə) 18:10, 4 fevral 2024 (UTC)
Yekunlaşdırma: Bərpa olunmamasına qərar verildi. Namizədlik müddətində məqaləyə əlavələr edilməyib Nemoralis (müzakirə) 07:10, 7 mart 2024 (UTC)
müğənni mövzuları həssas olduğunu nəzərə alaraq məqalənin bərpasında marağım olmadığını qeyd etmək istərdim. məqalənin bərpası üçün icmaya təqdim edirəm. Atakhanli (müzakirə) 19:29, 29 fevral 2024 (UTC)
- Bərpa olunsun: Silinməsinə qarşı idim. Bu şəxs şüphəsiz ensiklopedikdir. — Patriot (müzakirə) 19:32, 29 fevral 2024 (UTC)
- Bərpa olunsun: Şübhəsiz ensiklopedik şəxsdir. Özü və fəaliyyəti nüfuzlu mənbələr tərəfindən geniş şəkildə işıqlandırılıb. Müxtəlif ölkələrdə konsertlər verməsi, Türkiyənin məşhur simaları ilə duetlər oxuması və çıxışının dövlət başçıları tərəfindən xüsusi rəğbətlə qarşılanması kimi əhəmiyyətli faktlar mənbələrlə yoxlanılabiləndir. — Sura Shukurlu (müzakirə) 20:02, 29 fevral 2024 (UTC)
- Bərpa olunsun: şübhəsiz ensiklopedikdir. Qeyd edilən bütün faktlar və mənbələrdə bunların öz əksini tapması onu ensiklopedik edir. Hörmətlə, Gadirmüzakirə 20:03, 29 fevral 2024 (UTC)
- Bərpa olunsun:— Nicat49 ⋠müzakirə⋡ 03:15, 1 mart 2024 (UTC)
- Bərpa olunsun: göstərilən arqumetlərə əsasən ensiklopedikdir. — Araz Yaquboglu (müzakirə) 05:03, 1 mart 2024 (UTC)
- Bərpa olunsun: şəxs kifayət qədər tanınan ifaçıdır və məqalə bərpa üçün uyğundur.Redivy (müzakirə) 09:26, 1 mart 2024 (UTC)
- Bərpa olunsun: məqalə tam olaraq ensklopetikdr -- ☞QRAF☜ (✉ → ♕) 06:39, 7 mart 2024 (UTC)
Yekunlaşdırma: Müzakirə əsasında bərpa olunmasına qərar verildi. Atakhanli (müzakirə) 09:21, 7 mart 2024 (UTC)