Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2022 Mart - Wikipedia
Vikipediya:Bərpa_üçün_namizəd_səhifələr/Arxiv/2022_Mart - Haqqında Məlumat
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bu müzakirə bağlıdır. Xahiş olunur, heç bir dəyişiklik etməyin.
Hörmətli həmkarlar, buradakı müzakirəyə əsasən məqalənin bərpa olunmasını təklif edirəm. — E.Imanoff müzakirə 11:16, 19 yanvar 2022 (UTC)
- Şərh: bərpa oluna bilər. Linklər olsa baxılardı. — Araz Yaquboglu (müzakirə) 06:42, 25 yanvar 2022 (UTC)
- Şərh: bərpa üçün linkləri sizlərə təqdim edirəm və bildirmək istəyirəm ki, Pantural məşhurlar siyahısındadır, işlərinə görə beynəlxalq səviyyədə tanınan 2-ci azərbaycanlı qrafik dizayner tanımıram. O, məşhur qrafik dizayner kimi tanınır və işləri Avropada təqdim olunur. Bərpa olunsun:
- © imdb.com
- Azərbaycanda 5 milyon manatlıq film © lent.az
- Azərbaycanlı dizayner Pantural 140 min manata kompüter aldı © baku.ws
- Азербайджанский режиссёр представит проект бюджетом в 5 млн. манатов © vesti.az
- CGI news - Rendered speechless - 2009 © topgear.com
- Azerbaijani filmmaker: "Rape all women dressed inappropriately" © jam-news.net
- Activists treat apologies by Azerbaijani blogger Pantural as insufficient © kavkaz-uzel.eu — E.Imanoff müzakirə 00:05, 26 yanvar 2022 (UTC)
- Şərh: Hörmətli Araz Yaquboglu, zəhmət olmasa məsələyə baxarsınız, dediyiniz kimi linklər əlavə olundu tərəfimdən. Təşəkkürlər — Elşad İmanverified 21:52, 4 fevral 2022 (UTC)
- Əleyhinə: yeganə tanınma səbəbi camaatı qadınlarə zorlamağa çağırış etməkdir. Əsl fəaliyyəti nə ensiklopediklik səviyyəsində əhəmiyyətlidir, nə də düz əməlli əhatə olunub. --► Hörmətlə: SolaVirum 23:06, 4 fevral 2022 (UTC)
- Şərh: Hörmətli həmkar, Yeganə tanınma səbəbi bir amilə əsaslanmır, son olanlar ötüb keçən və bir neçə ildən sonra yaddan çıxan məsələyə aiddir amma şəxsin məşhur qrafiq dizayner olması və bu sahədə fəaliyyəti danınmazdır və yaddan çıxan amillərə şamil edilmir. Təşəkkürlər fikrinizə görə — Elşad İmanverified 04:20, 5 fevral 2022 (UTC)
- Şərh: populyar şəxsdir, vizual sahədə bəlkə də hamı tərəfindən tanınır. Buna görə ensiklopedik hesab edilə biləcəyini düşünürəm. — Toghrul R (m) 18:22, 12 fevral 2022 (UTC)
- Bərpa olunsun: etibarlı mənbələr var və həm də tanınır. — Araz Yaquboglu (müzakirə) 10:29, 13 fevral 2022 (UTC)
- Bərpa olunsun: Lavici mesaj? 10:59, 13 fevral 2022 (UTC)
- Bərpa olunsun: zatən silinməyə namizəd olanda əleyhinə səs vermişdim. — İrövşən (müzakirə) 11:23, 13 fevral 2022 (UTC)
- Bərpa olunsun: — Xeyal (müzakirə) 20:23, 19 fevral 2022 (UTC)
- Əleyhinə: yuxarıda adı çəkilən film hələ heç hazır da deyil. Bunu xəbər kimi qiyməti ola bilər amma ensiklopedik məlumat deyil indi. Şəxs qeyri-ensiklopedikdir. — Drabdullayev17 (müzakirə) 07:47, 26 fevral 2022 (UTC)
- Şərh: yuxarıda adı çəkilən filmin hazır olmaması aktyorun səhfi deyil, sadəçə olaraq film yüksək maliyyə vəsaiti tələb etdiyi üçün çəkiliş müvəqqəti olaraq dayandırılıb amma 2005-ci ildə ssenarisi və montajı özünə məxsus “Koma 0,1 saniyədə” adlı film çəkmişdir. Həmən filmdə baş rolun ifaçısı da özü olmuşdur. Sözü gedən filmin özü belə ensiklopedikdir. — Elşad İmanverified 12:08, 26 fevral 2022 (UTC)
- Hörmətli Araz Yaquboglu, BNS-də məqalənin iki aydan çox qalması, heç də yaxşı hal deyil. Əksəriyyət bildirib ki, bərpa olunsun. Xahiş edirəm yekunlaşdırın müraciəti. — Elşad İmanverified 17:31, 19 mart 2022 (UTC)
- Yekunlaşdırma: Bərpa edildi. — Araz Yaquboglu (müzakirə) 05:29, 20 mart 2022 (UTC)