Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2020 Dekabr - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bərpa olunsun: Ensiklopediklik şərtlərinə cavab verir. Bərpa edilməsini təklif edirəm — NKO zi 11:26, 19 avqust 2020 (UTC)
- Şərh: Burada məqalənin qalması üçün qərar verilib. Sizlər də baxın, bəlkə səhv edə bilərəm. Əgər belədirsə müzakirəsiz bərpa edilməlidir. Araz Yaquboglu (müzakirə) 17:55, 19 avqust 2020 (UTC)
- Əleyhinə: hər iki SNS-də ümumi rəy var. Sadəcə olaraq, yenidən qalmaqalı ilə gündəmə gəlib — ►Doctor 18:47, 20 avqust 2020 (UTC)
- Kəramət Böyükçöl axtarışı Googlda 170 min nəticə verir. — NKO zi 06:35, 24 avqust 2020 (UTC)
- Bərpa olunsun: Ensiklopedikdir.Araz Yaquboglu (müzakirə) 18:57, 20 avqust 2020 (UTC)
- Şərh: Silinməyinə dair verilən səslər məndə qərəz fikrini oyadır. — NKO zi 06:44, 24 avqust 2020 (UTC)
- Bərpa olunsun: mənasız hissələr silinsin, bəs edir. --► Hörmətlə: SolaVirum 16:14, 26 avqust 2020 (UTC)
- Əleyhinə: Bu adam ədəbiyyat adamı deyil. Ədəbi sahədən başqa adı hər yerdə çəkildiyinin şahidi olmuşam. Yaxşı romanları var, amma ki bu yersiz mübahisələri, danışığını bilməməyi bu ədəbi sahəsinə qarşı pərdə rolunda çıxış edib. Yaxşı söz oyunu var, əvvəl belə adamlara sözbaz deyirdilər. Fəqət ensiklopedik nəsə görmürəm. AYB-dən də qovulub, müxtəlif intriqalara hər zaman meyilli şəxsdir. Elə Kamran M. Yunislə mübahisəsinə baxmaq kifayət edir. Hörmətlə.--Maqamedd (müzakirə) 16:46, 27 avqust 2020 (UTC)
- Şərh: Bu arqumentasiyanın Vikipediya qaydalarına heç bir dəxli yoxdur. Biz Kəramətin ədəbi bacarığına qiymət verən qurum deyilik. Ensiklopediklik tanınırlıq əsasında ortaya çıxan prinsipdir. Kəramət də bu cəhətdən ensiklopedikdir. — NKO zi 06:35, 1 sentyabr 2020 (UTC)
- Əleyhinə: Maqamedd bəyin fikirləri ilə razıyam.— Elshad Iman (Elşad İman) (müzakirə) 20:22, 29 avqust 2020 (UTC)
- Bərpa olunsun:— Turkmen müzakirə 20:42, 29 avqust 2020 (UTC)
- Şərh: AYB-dən qovulanda ensiklopedikliyi azalmır əksinə artır. Onda gərək Əkrəm Əylisli də ensiklopedik olmaya. Araz Yaquboglu (müzakirə) 04:02, 30 avqust 2020 (UTC)
ümumi qərara əsasən bərpa edildi. NKOzi zəhmət olmasa məqaləyə düzəlişlər edərdiniz.— Turkmen müzakirə 21:31, 17 dekabr 2020 (UTC)
Səhifənin silinməsi, doğru hesab etmirəm. Yanlış olduğunu düşünürəm. Şəbnəm xanım, 10 ildir psixoterapevt və cinsi terapist olaraq fəaliyyət göstərir. Hollandiyada təhsil alıb və Azərbaycanın ilk cinsi terapevti kimi fəaliyyətə başlayıb. Avropa Tibbi Seksologiya Federasiyası və Beynəlxalq Tibbi Seksologiya Cəmiyyəti tərəfindən bu sertifikasiyadan keçən ilk Azərbaycanlıdır. Əvvəllər, özünə aid “Terapiya Evi” psixoterapiya mərkəzində və Bakı Dövlət Universitetində işləyirdi. Terapiya Evi layihələrlə əlaqəli İstanbul, İzmir, Hanoidən (Vyetnam) sonra hazırda Bakıda fəaliyyət göstərir. Azərbaycanda ilk dəfə olaraq Reproduktiv Sağlamlıq Mərkəzində sonsuzluq diaqnozundan müalicə alan cütlüklərə psixoterapiya yardımı sistemini qurmuşdur. Həmçinin Bakıda ilk dəfə olaraq Onlayn Psixoterapiya sistemini yaratmışdır və artıq 6 ildən çoxdur ki, daxildən və xaricdən rəsmi saytı vasitəsilə bu imkandan yararlanırlar. Holland, ingilis, rus, və türk dillərində sərbəst danışır, alman və fars dilini başlanğıc səviyyədə bilir.
Hal-hazırda aşağıdakı problemlərin psixoterapiyası ilə məşğuldur:
Cinsi disfunksiyalar Postpartum (doğuş sonrası) depressiya Həyəcan pozuntuları Panik atak Depressiya Obezlik xəstəliyi (şişmanlama) Anoreksiya nervoza, Bulimiya nervoza Yuxu pozğunluqları Manik pozğunluq Post-travmatik stress Obsessiv-kompulsiv pozuntu Sosial fobiya və digər fobiyalar
Bu şəxsin səhifəsinin silinməsini anlaya bilmirəm. Ümid edirəm, idarəçilər bunu diqqətə alacaqlar. — Tural Əlisoy (müzakirə) 09:25, 13 iyul 2020 (UTC)
- Salam. Zəhmət olmasa bunları təsdiq edəcək etibarlı mənbə göstərin.— NMW03 (müzakirə) 16:19, 17 iyul 2020 (UTC)
-Saalam. Buyurun. Avropa Tibbi Seksologiya Federasiyası və Beynəlxalq Tibbi Seksologiya Cəmiyyəti tərəfindən verilmiş sertifikat Onlayn terapiya qeyddiyat formu Vietnamda olan "Sexophone Talks" layihəsi çıxışından bir hissə rəsmi səhifəsində və instagram hesabında daha çox məlumatla tanış ola bilərsiniz — Tural Əlisoy (müzakirə) 09:23, 25 iyul 2020 (UTC)
Yekunlaşdırma: Məqalə bərpa edilmədi. Zəhmət olmasa Etibarlı mənbələr qaydasına nəzər yetirin. Instagram etibarlı mənbə deyil.— NMW03 (müzakirə) 01:02, 17 dekabr 2020 (UTC)
- Orxan Bahadırsoy müasir Azərbaycan ədəbiyyatında və dramaturgiyasında öz sözünü demiş ədiblərdən biridir. Hal-hazırda o qədər şair, yazıçı var ki, axın-axın axışırlar, fəqət heç biri seçilmir, seçilsələr belə bu ədiblərin fəaliyyəti Bahadırsoy qədər uğurlu ola bilməz. Bahadırsoyun özünəməxsus bir yeri var ki, qopmaz yerindən. Tanınmaq üçün ya özünəməxsus cərəyan gətirməlisən, ya daki qələmin tam fərqli cür yonulmalıdı. Orxan Bahadırsoyun ümumən yazdığı şeirlərdə dərin poetik fəlsəfi fikirlər var, və özünəməxsus güclüləyə malikdir şeirləri. Bahadırsoyun "Üşüdünsə, bağışla", "Köhnə sevgilim", "Mən də istəməzdim belə olsun, üzgünəm", "Gəldim", "Qolların ömür yolum", "Yaxşı yol", "Gəl, sənə çay dəmləyim", "Təəssüf daha!", "Eybi yox", "Bütün tənha adamlar", və bu kimi şeirləri bəs edir ki, onun qələminin bənzərsizliyinin şahidi olasan. Yazıçının yazdığı dramaturji əsərləri də çox olub və onun əsərlərinin bəziləri Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında səhnələşdirilib, O. Bahadırsoy "Next Stage Europe 3" layihəsinə qatılıb, 400 namizəd arasından seçilən 12 dramaturqdan biri olub, və eyni zamanda onun "Saçını satan aktrisa" pyesi də iyul ayının 6-da Hans Otto həmin teatrın səhnəsində nümayiş olunub. Pyes, Hans Otto teatrının repertuarına uzunmüddətli daxil edilib. Yazıçının yazdığı "Günahdır səni sevmək" adlı əsəri də ona şöhrət gətirən əsərlərindən biridir. Romanları, kitabları və məqalələri ilə də Orxan Bahadırsoy tanınmışdır. Aktyor kimi Milli Dram Teatrının səhnəsində obrazları olub, eyni zamanda künc yazarıdır. Haqqında da KİV-də yetərincə məlumatlar vardır. Elə buna görə də, Bərpa olunsun: deyirəm. Hörmətlə. Maqamedd (müzakirə) 17:07, 27 avqust 2020 (UTC)
- Sual: Burada müzakirə davam edir, ya necə? anlamadım doğrusu, çünki bərpası qəbul edilməmiş artıq məqalə aktivdir. Müzakirə davam edirsə onda mənim şəxsi fikrim Əleyhinə: — Elshad Iman (Elşad İman) (müzakirə) 20:17, 29 avqust 2020 (UTC)
- Şərh: Elshad Iman (Elşad İman) məqalənin bərpa olunması üçün müzakirə başladanda məqalə mövcud deyildi, hal-hazırda isə məqalə mövcuddur. Lakin yenə də bir müddət sonra silinmək üçün müzakirəsi başladıla bilər. Bu səbəbdən bura da müzakirə edilməsi yaxşıdır.--Maqamedd (müzakirə) 07:11, 30 avqust 2020 (UTC)
- Bərpa olunsun: Orxan Bahadırsoy Azərbaycanda kifayət qədər tanınmış və sevilən bir şairdir. Adamın facebook üzərindəki paylaşımları on minlərlə oxuyuca xitab edir. Bir çox gənc şair, yazıçıdan fərqli olaraq fəaliyyəti təkcə facebookdan ibarət deyil. Məsələ burasındadır ki, Orxan Azərbaycanda LQBTQ+ ədəbiyyatının nümayəndələrindən biridir və bu mövzuda bir çox ədəbi nümunə yaradıb. Yazıçı tərəfindən yazılmış Günahdır səni sevmək məqaləsinin də oxşar səbəblərdə silinməsi bir daha dediklərimi sübut edir. Orxanın faəliyyəti təkcə LQBTQ+ üzərində qurulmayıb və o bütün kəsimdən olan şəxslərə xitab edir. Məqalə mütləq formada bərpa olunmalıdır.— Baskervill (müzakirə) 07:37, 6 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: Baskervillin fikirlərinə qoşuluram. Hörmətlə — sefer azeri 07:39, 6 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: yuxarıdakı rəy əsasında. --► Hörmətlə: SolaVirum 10:04, 6 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: Baskervillin fikirləri ilə razıyam. — eldarado ✉ 07:38, 8 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: Grenzsoldat (müzakirə) 06:32, 10 sentyabr 2020 (UTC)
ümumi qərara əsasən bərpa edildi. Maqamedd zəhmət olmasa məqaləyə düzəlişlər edərdiniz.— Turkmen müzakirə 21:33, 17 dekabr 2020 (UTC)
- Bitərəf: - İlkin Şükürov 18:05, 3 sentyabr 2020 (UTC)
- Əleyhinə: - İstənilən aktyor və ya aktrisanın məqaləsini yaratmaq doğru deyil. Bəlkə gələcəkdə viki prinsiplərə uyğun olaraq ensiklopedik sayıla bilər. — eldarado ✉ 08:09, 24 sentyabr 2020 (UTC)
- Əleyhinə: — ►Doctor 21:02, 9 noyabr 2020 (UTC)
- Bərpa olunsun: - Ensiklopedik şəxsdir. Yetəri qədər filmlərə də çəkilib. Ensiklopedik olması üçün daha nələr etməlidir ki ? - Xəyal Haşımov (müzakirə) 06:02, 27 noyabr 2020 (UTC)
- Əleyhinə: Məqalə müzakirə bitməmiş yenidən yaradılıb. Məqalə silinməli və bu adda məqalə yazılmasına blok qoyulmalıdır. — Thunder Storm (müzakirə) 22:37, 18 dekabr 2020 (UTC)
- Lehinə: Yetərincə tanınmış aktrisadır.Yeniheyat2020 (müzakirə) 08:52, 24 dekabr 2020 (UTC)
- Lehinə: - Hörmətlə, Malik202045 (müzakirə) 08:41, 25 dekabr 2020 (UTC)
Yekunlaşdırma: Ensiklopedikliyini sübut edəcək arqumentlər göstərilmədiyinə görə məqalə bərpa edilmədi.— NMW03 (müzakirə) 09:06, 27 dekabr 2020 (UTC)
- Bərpa olunsun: - diğər stilistlərdən heçdə zəif tərəfi yoxdur bərpa olunması yaxşı olardı. İlkin Şükürov 20:02, 3 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: - İlkin Şükürovun fikrinə əsasən mənim fikrimcə də bərpa olunmalıdır. Bundan əlavə ensiklopedikliyini təsdiq edən yeteri qədər istinadı və mənbəsi vardır - Xəyal Haşımov (müzakirə) 06:07, 27 noyabr 2020 (UTC)
Yekunlaşdırma: Ensiklopedikliyini sübut edəcək arqumentlər göstərilmədiyinə görə məqalə bərpa edilmədi.— NMW03 (müzakirə) 09:04, 27 dekabr 2020 (UTC)
- Bərpa olunsun: 200-dən çox çapdan çıxmış əsəri vardır. Filologiya üzrə elmlər doktoru, professordur.— Nuray95 (müzakirə) 10:36, 15 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: Şəxs professordur və kifayət qədər kitab və əsərləri var, məncə biraz diqqətli olmaq lazımdır məqalələri silərkən. Çox güman ki, mənbə azlığından silinib. Əgər mükafat və kitabları ilə bağlı mənbə varsa bərpa olunmalıdır. Hörmətlə — eldarado ✉ 08:13, 24 sentyabr 2020 (UTC)
- Bərpa olunsun: professordu. — Araz Yaquboglu (müzakirə) 11:15, 4 oktyabr 2020 (UTC)
- Bərpa olunsun: Araz Yaquboglunun qərarı ilə tam razıyam - Xəyal Haşımov (müzakirə) 06:40, 27 noyabr 2020 (UTC)
- Bərpa olunsun: Eldarado ilə razıyam.— Turkmen müzakirə 19:40, 17 dekabr 2020 (UTC)
ümumi qərara əsasən bərpa edildi. Nuray95 zəhmət olmasa məqaləyə düzəlişlər edərdiniz.— Turkmen müzakirə 21:36, 17 dekabr 2020 (UTC)
Bərpa olunsun: Bu meqale Xəlilov Ariz meqalesine göre silinir Xəlilov Ariz seflikle elave edilmişdi qaralama olaraq hazırlayırdım sehifeni seflikle yayımlamışam müzakire açıldığı zaman görmemişem hazırkı sehifeni Ariz Xəlilov ise wikipedia qaydalarına uygun olaraq elave etmişem bu sehifenin Xəlilov Ariz sehifeye göre silinmemesini xahiş edirem eyer bu sehifede nese düzgün olmayan birşey varsa düzeltmeye hazıram şexsin ensklopedik şexs olduğunu düşünürem --Nemerki (müzakirə) 08:14, 29 oktyabr 2020 (UTC)
Şərh: Meqaleye istinadlar elave olunub Elmlər doktoru müdafiesi Milli kitabxananın saytından istinad elave etmişem silinmesine sebeb olan sehife ile tamam ferqlidir --Nemerki (müzakirə) 10:05, 2 dekabr 2020 (UTC)
Yekunlaşdırma: Ensiklopedikliyini sübut edəcək arqumentlər göstərilmədiyinə görə məqalə bərpa edilmədi.— NMW03 (müzakirə) 09:13, 27 dekabr 2020 (UTC)
- Bərpa olunsun: ümumiyyətlə, belə şəxslər haqqındakı məqalələrin silinməsi çox absurddur. KVN-şikdir, "Planet Parni iz Baku"nun iştirakçılarındandır, qısametrajlı filmlər seriyası ilə ölkə miqyasında populyarlıq əldə etmişdir. Ümid edirəm, həmkarlar Azərbaycan haqda olan məqalələrə daha liberal yanaşarlar. --► Hörmətlə: SolaVirum 14:03, 21 noyabr 2020 (UTC)
- Bərpa olunsun: SNS-də müzakirələrə baxdım. Və mən də bərpa olunmasına tərəfdaram. — Araz Yaquboglu (müzakirə) 04:58, 23 noyabr 2020 (UTC)
- Bərpa olunsun: tanınmış şəxsdir.— Turkmen müzakirə 18:59, 26 noyabr 2020 (UTC)
- Bərpa olunsun: — Solavirum-un fikirlərinə qatılıram - Xəyal Haşımov (müzakirə) 18:40, 9 dekabr 2020 (UTC)
ümumi qərara əsasən bərpa edildi. Solavirum zəhmət olmasa məqaləyə düzəlişlər edərdiniz.— Turkmen müzakirə 13:44, 18 dekabr 2020 (UTC)