Vikipediya Berpa Ucun Namized Sehifeler Arxiv 2019 Avqust - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Bərpa olunsun: Bu prodakşın 2 il əvvəl, 1 həftəyə, demək olar ki, müzakirəsiz, səsvermə şəklində, səs verənlərin də səslərini əsaslandırmadığı bir formada tez-tələsik silinmişdi. Məqalənin silinməsindən sonra idarəçilərə müraciət etsəm də bir nəticəsi olmamışdı. Bu prodakşn efirə getdiyi vaxt geniş əks-sədaya səbəb olmuş "Ruslar Vadisi Orxan" sənədli filminin istehsalçısıdır. Hansı ki bu film YouTube-da yarım milyondan çox izlənib. Bundan əlavə "Mühacirlər", "Böyük Oyun", "Kəlbəcər düyünü" və s. sənədli filmlər də bu prodakşının istehsalıdır. "Marka Film" həmçinin "Meydana Gəl" verilişinin də müəllifidir. YouTube kanalının 17 mindən çox abunəsi var. YouTube-dan başı çıxanlar bilir ki, YouTube-da hansısa Azərbaycan prodakşınının bu qədər abunəsi olması heç də elə-belə bir şey deyil. Bütün bunlar məncə "Marka Film Production"-u ensiklopedik edir.--samral müzakirə 18:52, 14 iyul 2019 (UTC)
- N YouTube kanalında filan qədər abunəsi olması, ensiklopedikliyi müəyyələnləşdirmir. YouTube üzərində bir neçə sənədli film hazırlaması da, həmçinin.--127-ci yapon imperatoru 19:18, 14 iyul 2019 (UTC)
- Şərh: White Demon, bir quranlıq söz yazmışam, sən bir tək abunə söhbətində ilişdin? İkincisi də o nə deməkdir ki "YouTube üzərində hazırlama"? Əvvəla nə vaxtdan YouTube-da film hazırlanır? Mən bildiyim qədərilə YouTube-da filmlər paylaşılır, yayımlanır, nəinki hazırlanır. Bu filmlər bəyəm "video screen shot" zaddı? Sən o sənədli filmlərə baxdınmı demirəm, göz gəzdirdinmi ümumiyyətlə? Yəni həqiqətən də sən o filmlərdəki peşəkar film istehsalçılığını müşahidə etmədin? Yox əgər sadəcə YouTube-da paylaşılmasını, yayımlanmasını nəzərdə tutursansa... AzTV-də nümayiş olunmalı idi ya Azərbaycan kinoteatrında? Biz Azərbaycanda yaşayırıq, ya dünyanın ən demokratik hansısa Qərb ölkəsində? Belə məzmunda obyektiv kinolar, sənədli filmlər axırıncı dəfə nə vaxt hansısa Azərbaycan kanalında və ya kinoteatrında nümayiş edilib? 15, ya 20 il əvvəl? Bəlkə də daha əvvəl. Zəhmət olmasa məsələlərə real və praqmatik yanaşaq.--samral müzakirə 21:48, 18 iyul 2019 (UTC)
- Bir şeyi aydınlaşdırmaq istəyirəm. Marka Film Production tərəfindən istehsal olunan sənədli filmlər televiziyada verilib?--127-ci yapon imperatoru 22:33, 18 iyul 2019 (UTC)
- Şərh: White Demon, bir quranlıq söz yazmışam, sən bir tək abunə söhbətində ilişdin? İkincisi də o nə deməkdir ki "YouTube üzərində hazırlama"? Əvvəla nə vaxtdan YouTube-da film hazırlanır? Mən bildiyim qədərilə YouTube-da filmlər paylaşılır, yayımlanır, nəinki hazırlanır. Bu filmlər bəyəm "video screen shot" zaddı? Sən o sənədli filmlərə baxdınmı demirəm, göz gəzdirdinmi ümumiyyətlə? Yəni həqiqətən də sən o filmlərdəki peşəkar film istehsalçılığını müşahidə etmədin? Yox əgər sadəcə YouTube-da paylaşılmasını, yayımlanmasını nəzərdə tutursansa... AzTV-də nümayiş olunmalı idi ya Azərbaycan kinoteatrında? Biz Azərbaycanda yaşayırıq, ya dünyanın ən demokratik hansısa Qərb ölkəsində? Belə məzmunda obyektiv kinolar, sənədli filmlər axırıncı dəfə nə vaxt hansısa Azərbaycan kanalında və ya kinoteatrında nümayiş edilib? 15, ya 20 il əvvəl? Bəlkə də daha əvvəl. Zəhmət olmasa məsələlərə real və praqmatik yanaşaq.--samral müzakirə 21:48, 18 iyul 2019 (UTC)
- Şərh: Əgər hazırladığı filmlər heç bir telekanalda nümayiş etdirilməyibsə o zaman ensiklopedik sayıla bilməz. Youtubeda film hazırlayan yüzlərlə kanal var. Gərək hamısı haqqında məqalə yazılsın?--NMW03 (müzakirə) 22:35, 18 iyul 2019 (UTC)
- White Demon və NMW03, əvvəla sizin televiziya şərtiniz vikiqaydalara uyğun bir şərt deyil. Yəni ki, vikiqaydalarda belə bir şərt yoxdur ki, hansısa bir prodakşının ensiklopedik olması üçün gərək mütləq məhsulları televiziyada göstərilsin. Bu 1. 2-cisi də mən bir daha təkrar edirəm ki, siz o sənədli filmlərə, verilişə bir nəzər yetirin. Baxın demirəm, heç olmasa nəzər yetirin. Azərbaycanın Sarı mətbuatdan heç bir fərqi olmayan, tərəfli, qeyri-obyektiv, yaltağ və qorxaq tv-lərindən hansının cürəti çatar belə şeyləri yayımlamağa? Siz indiyə kimi hansı kanalda belə sənədli film və ya veriliş görmüsüz? Seçki ərəfələrindəki 4-5 dəqiqəlik məcburi efir vaxtından başqa hansı kanalda hansı müxalifətçini görmüsüz? Siz zarafat edirsiz ya məni dolamısız, ya Azərbaycandan bixəbər bir şəkildə hansısa demokratik Qərb ölkəsində yaşayırsız? Bu nə məntiqdi, bu nə tələbdi, bu nə şərtdi?--samral müzakirə 08:50, 19 iyul 2019 (UTC)
- Əleyhinə: həmkarların fikirləri əsasında. --► Hörmətlə: SolaVirum 12:03, 19 iyul 2019 (UTC)
- Vikipediyaya siyasəti qatmayın. Mənə maraqlı deyil, verilişlər kimin tərəfini tutur. Youtube üzərində ir neçə sənədli film hazırlayıblar, gəlib deyirsən şirkət ensiklopedikdir. Keyfiyyətin nə dəxlisi? İstəyirlər 3D, IMAX çəksinlər. Bizdə ümumiyyətlə çox şey haqqında qaydalar yoxdu. Hər adam gəlib "filan şey yazılmayıb, siz filan məqaləni silə bilməzsiz" desə, işimiz var.--127-ci yapon imperatoru 22:21, 19 iyul 2019 (UTC)
- Samral, Azərbaycan telekanallarının bunu yayımlamaması vikipediyaçıların problemi deyil. Filmlərin ensiklopedik qaydasına nəzər yetirin--NMW03 (müzakirə) 22:29, 19 iyul 2019 (UTC)
- Solavirum həmkarlarıva verdiyim cavabları oxumamısan deyəsən. NMW03 sənin məntiqinlə götürsək onda gərək Şimali Koreyada iqtidara müxalif və əlbəttə ki, Şimali Koreya telekanallarına yayımlanmamış olan heç bir sənədli film, veriliş barədə məqalə olmasın da onda? NMW03, öz də biz filmləri yox, prodakşını müzakirə edirik əsas. Yaman dirəşmisiz tv kanal - tv kanal. Məsələn Meydan TV-də yayımlanıb. İndi də deyəcəksiz ki, yox gərək AzTV və ya şərti olaraq AzTV 2, AzTV 3 deyə biləcəyimiz digər Azərbaycan telekanallarında yayımlansın? NMW03, yazmısan ki, Azərbaycan telekanallarının bunu yayımlamaması vikipediyaçıların problemi deyil. Mən bəyəm dedim niyə yayımlanmır və ya vikipediyaçıların problemidir?--samral müzakirə 09:28, 20 iyul 2019 (UTC)
- Samral, yaxşı oxumuşam. Hətta silinməyə namizəd verən də mən idim. --► Hörmətlə: SolaVirum 09:31, 20 iyul 2019 (UTC)
- Əleyhinə: 17 min abunə qazanmaq, 1-2 milyon baxış toplamaq, yayımlanmış film haqqında 1-2 saytda məlumat olması və s. ensiklopediklik kriteriləri ola bilməz. İnternetin belə yayğın olduği bir dövrdə bu cür statistika əldə etmək elə də çətin deyil, bu cür kanallar hətta kiçik hesab olunur. İzlənmə, abunə sayını ensiklopediklik şərti kimi nəzərə alsaq, gərək Azərbaycanda trend olan (məncə) zövqsüz, bayağı, IQ endirən "sənət əsərlər"inin müəllifləri, ifaçısı, yayımlandığı kanal və s. haqqında məqalələr yaradaq, qısacası, xaos--gabbani ∆ mesaj 10:25, 20 iyul 2019 (UTC)
- N Yekunlaşdırma: Müzakirənin nəticəsinə əsasən məqalə bərpa edilmədi.--NMW03 ✉ 00:45, 11 avqust 2019 (UTC)
Sevdiyim bir tamaşadır.--Abutalub (müzakirə) 17:00, 4 avqust 2019 (UTC)
- Bərpa olunsun: Abutalub bu və bu kimi filmlər barədə olan məqalələri Vusal1981 müzakirəsiz sildiyi üçün mən gördükcə idarəçilərə deyirəm bərpa edirlər. Bunu da deyərəm bərpa edərlər inşallah. Müzakirəsiz silindiyi üçün, bərpa edilməli və kimsə silinməyini istəyirsə o zaman SNS-də müzakirə edilməlidir.--samral müzakirə 14:00, 8 avqust 2019 (UTC)
- Bərpa olunsun: --Araz Yaquboglu (müzakirə) 14:36, 8 avqust 2019 (UTC)
- Bərpa olunsun: Patriot Kor (müzakirə)
- Y Yekunlaşdırma: Müzakirəyə əsasən səhifə bərpa edildi.--NMW03 ✉ 00:46, 11 avqust 2019 (UTC)
Ensiklopedik əhəmiyyəti olduğu üçün bərpa edilməsini təklif edirəm. --NKO zi 07:08, 8 avqust 2019 (UTC)
- Əleyhinə: bu şəxs ensiklopedik deyil.--samral müzakirə 13:23, 8 avqust 2019 (UTC)
- Əleyhinə: Samral kimi düşünürəm.--Turkmen müzakirə 13:35, 10 avqust 2019 (UTC)
- N Yekunlaşdırma: Müzakirəyə əsasən məqalə bərpa edilmədi.--NMW03 ✉ 00:48, 23 avqust 2019 (UTC)