Vikipediya Burokrat Muzakiresi Arxiv 1 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
İdarəçilərin təftişi
Sortilegus, Eldarado salam bu müzakirə ilə bağlı nə düşünürsüz? Məncə idarəçilərin statusu saxlanılsın və yeni qaydanın qəbulu üçün müzakirə açılsın. Çünki hazırki qaydalar vəziyyəti tam əhatə etmir.— Turkmen müzakirə 16:56, 10 may 2022 (UTC)
- İdarəçilərin statusu saxlanılsın. Aktiv olmayan idarəçilərə xəbərdarlıq edilsin. Yeni qayda hazırlansın. 500 redaktə və 25 idarəçi əməliyyatı lazımsız şeydi. Mən olur ki, 2 gündə 500 redaktə edirəm. Onda belə çıxır ki, 5 ay 28 gün heç nə eləməsəm də olar. Nəsə başqa mexanizm fikirləşmək lazımdır. "Əsgərlik" söhbətini-filanı da prinsipdən çıxarmaq lazımdır. Bir idarəçi söyləsə ki, əsgərlikdədir, məgər onu yoxlamaq mexanizmimiz var? Gərək kimisə onun hərbi hissəsinə göndərək? Və ya hərbçi bir idarəçimiz olsa onda o ömürlük əsgərlikdə sayılmalıdır? Mövcud prinsipdə xeyli boşluqlar var, bu boşluqlara görə 2-3 idarəçimizi "qurban verməyi" düzgün saymıram.— Sortilegus (müzakirə) 23:36, 10 may 2022 (UTC)
- Mən də statusların saxlanılmasının tərəftarıyam. Yox əgər alınacaqsa qaydalara uyğun olaraq ilk öncə idarəçilər arasında səsvermə başladılıb daha sonra vikicəmiyyət arasında səsverməyə çıxarılmalı olduğunu düşünürəm. Qeyri fəal idarəçilər üçün bunu tətbiq edə bilərik. Yeni qaydalar tərtib olunduqdan sonra həmin qaydalara uyğun hərəkət edərik. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 07:59, 11 may 2022 (UTC)
- Qəbul edilmədi - idarçilərin statusu saxlanılır. Qaydaların təkmilləşdirilməsi üçün müzakirə açılacaq.— Turkmen müzakirə 10:48, 11 may 2022 (UTC)
İki inzibatçı namizədi ilə bağlı
Dəyərli həmkarlarım Sortilegus və Turkmen, bu qaydaya əsasən namizədliyini irəli sürmüş Wealszy və Moses, qəbul edilmiş rəsmi prinsiplərə zidd olaraq kütləvi şəkildə dəvət göndəriblər. Biri çox qısa zamanda 25 və digəri isə 45 dəvət gödərib. Qaydalara əsaslanaraq namizədliklərini ləğv etməli olduğumuzu düşünürəm. Müəyyən bir müddət təyin edib həmin müddətdən sonra namizədliklərini verə biləcəklərini bildirə bilərik. İcmanı səsvermə ilə bağlı xəbərdar etmək üçün isə KM-də elan vermək kifayət edər deyə düşünürəm. Lütfən hər biriniz mövqeyinizi bildirin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 12:55, 4 may 2023 (UTC)
- Gördüyüm qədər burda istifadəçilərin müzakirə səhifələrinə açıq mesaj göndəriblər. Səsverməyə dəvət əslində azvikidə qabaqlar da vardı. Bu prinsipin 2021-də qəbulundan sonra gərək diqqətli olaydılar. Görəsən email vasitəsilə də kiməsə nəsə yazıblar? Əgər email, vatsap kimi başqa əlaqə vasitələri ilə seçkidə iştiraka dəvət, təzyiq, təhdid yoxdursa, məncə, xəbərdarlıq edək, amma səsverməni dayandırmayaq. Yeni prinsipləri idarəçi seçkisi səhifəsində bir yerlərdə qeyd eləmək lazımdır ki, namizədliklərini irəli sürmədən öncə redaktorlarımız oxusunlar.— Sortilegus (müzakirə) 01:05, 5 may 2023 (UTC)
- Sortilegus ilə razıyam məncə sadə xəbərdarlıq kifayət edər. Turkmen müzakirə 06:34, 12 may 2023 (UTC)
Toplu etimad səsverməsinin dayandırılması
Hörmətli bürokratlar Sortilegus, Toghrul R, Turkmen, burada başladılan səsvermənin qaydalara uyğun olmadığı üçün dayandırılmasını təklif edirəm. Heç bir qaydada səbəb göstərilmədən inzibatçının etimadı üçün səsverməyə çıxarmağın mümkün olması qeyd olunmayıb. Təklif edirəm ki, səsvermə dayandırılsın və kimlər üçün etimad səsverməsi başladılacaqsa səbəbləri ilə müzakirəsi təklif olunsun. Səbəb göstərilmədən müzakirəyə çıxarmaq gələcəkdə problemlərə səbəb olacaq. Bu boşluqdan istifadəçilər sui istifadə edə bilərlər. Zəhmət olmasa hər biriniz mövqeyinizi bildirin. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 09:06, 15 fevral 2024 (UTC)
- Əlbəttə ki, qanunsuz səsvermədi. Kütləvi səsvermə nədir? Belə çıxır ki, 5-6 nəfər kefləri istəyəndə bir yerə yığışıb bütün azvikinin inzibatçılarının statusunun alınmasını səsverməyə çıxara bilər? Nəzəri cəhətdən də hesab edək ki, bütün inzibatçılara etimadsızlıq göstərib hamısının statusu alına bilər? Deməli, məqsəd azvikiyə zərər vurmaqdan ibarətdir. Ümumiyyətlə bu təşəbbüslə çıxış edən və dəstəkləyən istifadəçilərin fəaliyyəti araşdırılmalıdır. Konkret inzibatçılara qarşı şəxsi inciklik, qisas, gözdən salma halları varsa, həmin istifadəçilər müəyyən müddətə bloklanmalıdırlar. Çünki fəaliyyətləri birbaşa azvikinin işini pozmağa yönəlib. Nə azvikinin praktikasında, nə hər hansısa digər vikinin praktikasında belə hal yoxdur və çox məntiqsiz, qərəzli addımdır. — Sortilegus (müzakirə) 09:41, 15 fevral 2024 (UTC)
- @Eldarado məncə, bu səsverməni dayandırmaq lazımdır. Düzdür, qaydalarda 7 gün ərzində həmin səhifədə səsvermənin keçirilməsinin mümkünlüyü qeyd edilib. Amma bunun kütləvi şəkildə edilməsinin legitimliyinə dair bənd, qeyd yoxdur. Həmin bənd tək-tək, ayrı-ayrılıqda müzakirə etmək üçün nəzərdə tutulub. @Sortilegus Məsələni dramatikləşdirməyə də ehtiyac yoxdur. Qaydaya müəyyən əlavələr etmək olar ki, kütləvi etimad prosesi həyata keçirilsin. İcmanın yanaşmasını anlayışla qarşılamaq lazımdır — Toghrul R (m) 09:47, 15 fevral 2024 (UTC)
- Hazırki hazırki mental vəziyyətim daha dərin araşdırma və müzakirəni oxuma üçün uyğun deyil. Lakin müzakirənin doğru olduğunu düşünürəm. Çünki qaydalarda (bax İBSQ) sadəcə etimad barədə danışılır. Yəni orada kütləvi olması/olmaması barədə heçnə yoxdur. Sadəcə gələcək təkmilləşdirmələrə getmək olar. Lakin təşəbbüsləri dayandırmaq düzgün deyil, icazə verək cəmiyyət qərar versin. Və qaydalara da zidd olduğunu düşünmürəm. Bu arada orada toplu etimad səsverməsi getmir. Sadəcə hansı inzibatçının "etimad səsverməsi başladılmalıdır" deyə icma qərar verir. Bu İBSQ-yə görə ilkin mərhələdir.Turkmen müzakirə 10:02, 15 fevral 2024 (UTC)
- @Eldarado məncə, bu səsverməni dayandırmaq lazımdır. Düzdür, qaydalarda 7 gün ərzində həmin səhifədə səsvermənin keçirilməsinin mümkünlüyü qeyd edilib. Amma bunun kütləvi şəkildə edilməsinin legitimliyinə dair bənd, qeyd yoxdur. Həmin bənd tək-tək, ayrı-ayrılıqda müzakirə etmək üçün nəzərdə tutulub. @Sortilegus Məsələni dramatikləşdirməyə də ehtiyac yoxdur. Qaydaya müəyyən əlavələr etmək olar ki, kütləvi etimad prosesi həyata keçirilsin. İcmanın yanaşmasını anlayışla qarşılamaq lazımdır — Toghrul R (m) 09:47, 15 fevral 2024 (UTC)
- Fikirlərinizi əsaslandırdığınız üçün hər birinizə təşəkkür edirəm. Ümumi qərara əsasən səsvermə dayandırılır. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 10:17, 15 fevral 2024 (UTC)