Vikipediya Ana Sehife Xeberler Yanvar 2021 - Wikipedia
Xəbərlər arxivi
2014: Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2015: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2016: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2017: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2018: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2019: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2020: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2021: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2022: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
2023: Yanvar - Fevral - Mart - Aprel - May - İyun - İyul - Avqust - Sentyabr - Oktyabr - Noyabr - Dekabr
Bu gün 13 dekabr 2024, Cümə (İlin 50. həftəsi); bu an saat 17:54 UTC
- 1. Həftə
- Çinin şimal hissəsində bir neçə gündür müşahidə olan şaxtalı hava şəraiti Huanhe çayının 787 kilometrlik hissəsinin donmasına səbəb olub
- Britaniyada hakim "WikiLeaks" saytının qurucusu Culian Assanjın ekstradisiyasına dair ABŞ-nin xahişini rədd edib, bu qərarın onun zehni sağlığına "ziyanlı" olacağını bildirib.
- ABŞ-ın keçmiş prezidenti Barak Obama Vaşinqtonda ABŞ Konqres Binasına hücumu ABŞ tarixinə böyük biabırçılıq anı kimi düşəcəyini söyləyib.
- Facebook və onun Instagram tətbiqi ABŞ prezidenti Donald Trampın hesablarına qoyulan qadağanın müddətini uzadıblar.
- Blits şahmat üzrə "Airthings Masters" turnirinin finalında Azərbaycanı təmsil edən Teymur Rəcəbov (şəkildə) Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 2. Həftə
- Səudiyyə Ərəbistanı ölkəyə giriş qadağasını ləğv edib.
- Blits şahmat üzrə "Airthings Masters" turnirinin finalında Azərbaycanı təmsil edən Teymur Rəcəbov (şəkildə) Ermənistan şahmatçısı Levon Aronyanı məğlub edib.
- İran İslam Respublikasının Ticarətin Təşviqi Təşkilatının nümayəndəsi Ermənistanın 2 250 türk malını İran malları ilə əvəzlədiyini açıqlayıb.
- ABŞ-da naməlum şəxslər Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin evinin divarlarına qraffiti çəkiblər və şüarlar yazıblar. Pelosinin evin qarşısına həmçinin kəsilmiş donuz başı atılıb və həyətə süni qan tökülüb.
- Ukrayna ilə İsrail arasında sərbəst ticarət zonası haqqında saziş qüvvəyə minib.
bax – müzakirə et – redaktə et – tarixçə
- 3. Həftə
- Almaniyadan Moskvaya təyyarə ilə gələn Rusiya müxalifətinin lideri Aleksey Navalnı (şəkildə) paytaxtın hava limanında saxlanılıb.
- Fransanın Milli Maliyyə Prokurorluğu ölkənin keçmiş prezidenti Nikola Sarkozinin Rusiyanın Reso-Qarantiya sığorta şirkəti ilə bağladığı 3 milyon avroluq müqavilənin ilkin araşdırmasını aparıb.
- Azərbaycan sakinlərinə sms-icazəsiz küçəyə çıxmağa icazə verildi.
- Dünya üzrə koronavirusdan ölənlərin sayı 2 milyon nəfəri keçib.
- Almaniyada ilk Azərbaycan xeyriyyə təşkilatı olan "Varlıq" Fondu fəaliyyətə başlayıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 4. Həftə
- Avropa İnsan Haqları Məhkəməsi 2008-ci il 12 avqustdan sonra münaqişə zonasında Gürcüstan vətəndaşlarının hüquqlarının pozulmasına dair bütün faktlarla bağlı Rusiyanın məsuliyyətini təsbit edib.
- SpaceX kompaniyası bazar günü Falcon-9 raket daşıyıcısının 143 raketlə buraxılışını həyata keçirib.
- Türkiyənin "Fənərbaxça" futbol klubu Məsud Özil ilə bağlı "Arsenal"la anlaşmanın əldə olunduğunu, futbolçu ilə 3.5 illik müqavilənin imzalandığını bəyan edib.
- Çilidəki zəlzələdən sonra Antarktikadan 160-dan çox insan təxliyə edilib
- İsrailin missiya rəhbəri Eytan Naenin səfər etdiyi Əbu-Dabidə (şəkildə) yəhudi dövlətinin səfirliyi açılıb.
bax – müzakirə et – redaktə et – tarixçə
- 5. Həftə
- Fransanın müxtəlif şəhərlərində minlərlə insan küçələrə axışaraq süni mayalanmaya (şəkildə) etiraz edib.
- Azərbaycanda suyun qiyməti iki qat bahalaşıb.
- Birləşmiş Ərəb Əmirlikləri Fars körfəzində sərmayədarlara və yüksək ixtisaslı mütəxəssislərə vətəndaşlıq verən ilk ölkə olacaq.
- Rusiyanın müxtəlif bölgə və şəhərlərində həbsdə olan Kreml tənqidçisi Aleksey Navalnının hüquqlarının müdafiəsi ilə bağlı aksiyalar başlayıb.
- Norveç hökuməti vətəndaşlar üçün 16,3 milyard Norveç kronu (təxminən 1,9 milyard ABŞ dolları) məbləğində yeni iqtisadi dəstək tədbirləri tətbiq edib.
bax – müzakirə et – redaktə et – tarixçə