Vikipediya Ana Sehife Xeberler 39 Hefte 2017 - Wikipedia
Vikipediya:Ana_Səhifə:Xəbərlər/39._Həftə_2017 - Haqqında Məlumat
- "Playboy" jurnalının təsisçisi Hyu Hefner (şəkildə) 91 yaşında vəfat edib.
- İsveçrənin Nyon şəhərində keçirilən UEFA-nın XIII Növbədənkənar Konqresi zamanı 2018/19 mövsümündə Çempionlar Liqasının, Avropa Liqasının final oyunlarının keçiriləcəyi stadionların adları müəyyənləşib. Avropa Liqasının finalı Bakı Olimpiya Stadionunda keçiriləcək.
- Sloveniya milli basketbol komandası tarixində ilk dəfə basketbol üzrə Avropa çempionu olub. Həlledici görüşdə Sloveniya 93:85 hesabı ilə Serbiyanı məğlub edib. Üçüncü yer uğrunda matçda İspaniya Rusiyadan üstün olub.
- 15 sentyabr Azərbaycanda Bilik Günü kimi qeyd edilir. Bu il Azərbaycanın orta məktəblərinə bütün siniflər üzrə 1.445.049 şagird gedəcək. Yeni tədris ilində 164.945 şagird respublikanın ümumtəhsil məktəblərinin I siniflərində təhsil alacaq.
- Beynəlxalq Olimpiya Komitəsinin Perunun paytaxtı Limada keçirilən 131-ci sessiyasında 2024 və 2028-ci illərdə Yay Olimpiya Oyunlarını təşkil edəcək şəhərlər müəyyənləşib. 2024 Yay Olimpiya Oyunları Fransanın paytaxtı Paris şəhərində, 2028 Yay Olimpiya Oyunları isə ABŞ-ın Los-Anceles şəhərində keçiriləcək.
Son ölümlər:
Hyu Hefner, Ədalət Nəsibov, Lütfi Zadə, Bayram Kürdəxanlı, Yusif Aslanov, Fuad Musayev, Əbdül Hüseynov, Zöhrab Əmirxanlı, Ninel Qarayeva, Maşallah Xudubəyli