Vikipediya Ana Sehife Xeberler 33 Hefte 2020 - Wikipedia
Vikipediya:Ana_Səhifə:Xəbərlər/33._Həftə_2020 - Haqqında Məlumat
- Altı üzvdən ibarət Körfəz Əməkdaşlıq Şurası (GCC) Birləşmiş Millətlər Təşkilatından İrana qarşı beynəlxalq silah embarqosunun müddətinin uzadılmasını istəyib.
- Əfqanıstan prezidenti Əşrəf Qəni Əhmədzay 400 Taliban məhbusunun sərbəst buraxılacağını elan etməklə, ABŞ-ın vasitəçiliyi ilə sülh danışıqlarına erkən başlamağın yolunu açıb.
- İyulun 29-u gecə Belarusun hüquq-mühafizə orqanlarının əməkdaşları Minsk yaxınlığında xarici özəl hərbi şirkət olan Vaqnerin hamısı Rusiya Federasiyasının vətəndaşı olan 33 hərbçisini saxlayıblar.
- Ukrayna Baş prokuroru Ruslan Ryaboşapka azərbaycanlı Gündüz Məmmədovu (şəkildə) özünə müavin təyin edib.
- Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayışlar nəticəsində ən azı 220 nəfər həlak olub, 7 mindən çox adam yaralanıb.
Son ölümlər: 2020