Vikipediya Ana Sehife Xeberler 21 Hefte 2020 - Wikipedia
Vikipediya:Ana_Səhifə:Xəbərlər/21._Həftə_2020 - Haqqında Məlumat
- Avropa İttifaqına üzv olan 27 ölkənin səfirləri Belarus vətəndaşlarının blokun ərazisinə girişini asanlaşdıracaq və ucuzlaşdıracaq iki razılaşmanı qəbul ediblər.
- Yunanıstan COVID-19 pandemiyası səbəbilə tətbiq olunan məhdudiyyətləri yumşaltmağa başlayıb və nəticədə 500 çimərliyi ictimaiyyətə açıb.
- Dağıstanın baş səhiyyə rəsmisi 40-dan çox həkimin ya koronavirus, ya da pnevmoniya nəticəsində öldüyünü bildirib.
- Yeni Zelandiya və Tayland çərşənbə günü yeni koronavirusa yoluxma hallarının olmadığını bildirib. Bu ölkələrin hökumətləri karantin məhdudiyyətlərini daha da yüngülləşdirməyə hazırdır.
- Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev 2014-cı ilin 11 iyul tarixində Kəlbəcər rayonunun Şaplar kəndində ermənilər tərəfindən əsir götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin vəziyyəti ilə əlaqədar açıqlama yayıb. Şöbə müdiri bildirib ki, girov götürülmüş şəxslərin səhhəti ilə bağlı Beynəlxalq Qırmızı Xaç Komitəsi vasitəsi ilə tədbirlər həyata keçirilir.
Son ölümlər: 2020