Vikipediya Inzibatcilar Arxiv13 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Mündəricat
- 1 İdarəçi statusunun verilməsi ilə bağlı səsvermələr
- 1.1 Drabdullayev17 (müzakirə • töhfələr • statistikalar)-yə idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
- 1.2 Xeyal (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
- 1.3 Solavirum (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
- 1.4 Sura Shukurlu (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
- 1.5 Sura Shukurlu (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə2
- 1.6 Xeyal (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
- 2 İdarəçi statusunun alınması ilə bağlı səsvermələr
- 2.1 Baskervill (müzakirə • töhfələr • statistikalar)-dən idarəçi və bürokrat statusunun alınması ilə bağlı səsvermə
- 2.2 Azerifactory (müzakirə • töhfələr • statistikalar)-dən idarəçi statusunun alınması ilə bağlı səsvermə
- 2.3 Baskervill (müzakirə • töhfələr • statistikalar)-dən idarəçi statusunun alınması ilə bağlı səsvermə
İdarəçi statusunun verilməsi ilə bağlı səsvermələr
Drabdullayev17 (müzakirə • töhfələr • statistikalar)-yə idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 23 yanvar – 7 fevral 2020-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 7 fevral 2020-ci il saat 23:59-da səsvermə dayandırılır)
- Lehinə: Drabdullayev17 istifadəçi kimi hər zaman aktiv fəaliyyəti ilə seçilib. İstifadəçi tərəfindən zənginləşdirilmiş Amerika Birləşmiş Ştatları və ya yaradılmış Nyu-York metropoliteni məqalələrinə baxmaq kifayət edir ki, şəxsin üzərində işlədiyi məqalələrə olan münasibətini görə bilək. Hal-hazırda Azvikidə 14 idarəçi olsa da, təəssüflər olsun ki, idarəçilərmizin 80% üzərlərinə düşən məsuliyyətlərini tam olaraq icra etmirlər. Ana səhifə, Lab, SNS yenilənmələri və ya vandalizm halları ilə mübarizə həmişə eyni imzalar tərəfindən aparılır. Maraqlıdır ki, hansısa ada haqqında məqalə yazmaq, atan haqqında məqalə yaratmaq və ya özünü hansısa sosial şəbəkədə reklam etmək üçün mütləq şəkildə idarəçimi olmaq lazımdır ? Azvikinin sözün həqiqi mənasında əsil idarəçilərə ehtiyacı var. Drabdullayev17 çox layiqli bir imzadır və lokal və beynəlxalq qaydaları çox gözəl bilir. İngilis dili yüksək səviyyədədir. --Baskervill (müzakirə) 06:21, 23 yanvar 2020 (UTC)
- Lehinə: Səs verməzdən öncə istifadəçinin fəaliyyətini tərəziyə qoydum. Əgər bəzi hallarda əsəblərini cilovlaya bilməməsini çıxsaq (inşallah bundan sonra bu cür hallar baş verməz), tam normal fəaliyyəti var. O səbəbdən lehinəyəm. Çünki həm Vikilüğətdən idarəçi təcrübəsi var, həm də illərin aktiv və təcrübəli istifadəçisidir. --Turkmen müzakirə 15:26, 23 yanvar 2020 (UTC)
- Lehinə: bir dəfə namizədlik vermişdi deyəsən və mən hələ tez olduğunu vurğulamışdım. Görünür indi vaxtı gəlib. --► Hörmətlə: SolaVirum 07:26, 24 yanvar 2020 (UTC)
- Lehinə: Dəyərli istifadəçi olduğunu və idarəçi kimi azvikiyə daha çox xeyir verəcəyini düşünürəm. Uğurlar. --eldarado ✉ 08:59, 24 yanvar 2020 (UTC)
- Lehinə: Fikrimcə cənab çalşqan bir vikiçidir və bu cəmiyyəti savadlardırmaq üçün əlindən gələni edənlər sırasındadır.II Sαðåм Гυsειη تفاش🔎 10:17, 24 yanvar 2020 (UTC)
- Lehinə: Fəaliyyəti alqışa layiqdir. İdarəçilikdə uğurlar arzu edirəm!--namikilisu 11:50, 24 yanvar 2020 (UTC)
- Lehinə: Uğurlar --Rəcəb Həsənbəyov (müzakirə) 13:18, 24 yanvar 2020 (UTC)
- Lehinə: -- Layiq olduğunu düşünürəm. Fəaliyyətində də uğurlar arzulayıram.AfraimMammadov (müzakirə) 21:04, 24 yanvar 2020 (UTC)
- Lehinə:--sefer azeri 07:49, 25 yanvar 2020 (UTC)
- Lehinə: Bacarıqlı istifadəçi olduğunu və idarəçi kimi azviki daha çox xeyir verəcəyini düşünürəm. Uğurlar arzulayıram. -- Turan Etibaroğlu 09:02, 26 yanvar 2020 (UTC)
- Lehinə: Çox idarəçiləri bəyənmir. Mənə maraqlıdır görək özü necə idarəçi olacaq.--Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 22:42, 26 yanvar 2020 (UTC)
- Lehinə:--NMW03 ✉ 00:25, 27 yanvar 2020 (UTC)
- Lehinə: Səbirli olmasını arzu edirəm, uğur olsun--Elshad Iman (Elşad İman) (müzakirə) 05:41, 27 yanvar 2020 (UTC)
- Lehinə: Təcrübəli istifadəçidir. Digər vikilayihələrdən idarəçilik təcrübəsi də var.--samral müzakirə 20:41, 27 yanvar 2020 (UTC)
- Lehinə:-- Şöhrət✉ 06:26, 28 yanvar 2020 (UTC)
- Lehinə: --Hilal knight (müzakirə) 06:33, 29 yanvar 2020 (UTC)
- Lehinə: Uğurlar arzulayıram. Rəşid Nurməmmədov (müzakirə) 18:01, 31 yanvar 2020 (UTC)
- Lehinə: Uğurlar hörmətli, Drabdullayev17. --Patriot Kor (müzakirə) 08:05, 1 fevral 2020 (UTC)
- Lehinə: Uğurlar sizə!--Xayala Mammadli (müzakirə) 10:48, 1 fevral 2020 (UTC)
- Lehinə: Fəaliyyətini ən çox bəyəndiyim istifadəçilərdən biridir, idarəçilikdə də faydalı olacağını düşünürəm.—gabbani ∆ mesaj 16:09, 1 fevral 2020 (UTC)
- Lehinə: həmkarın idarəçi kimi fəaliyyətinin azvikiyə müsbət nəticə verəcəyinə inanıram. — Toghrul Rahimli • M/F 19:28, 1 fevral 2020 (UTC)
- Lehinə: Viki layihəsi üçün olduqca önəmli insansınız və idarəçi olmağa layiqsiniz. Uğurlar! --Rüfət Həsənli 17:42, 4 fevral 2020 (UTC)
- Lehinə: Adından məlum olurki həkimdir, bir həkim kimi həmkarıma idarəçiliyində uğurlar arzu edirəm--►Doctor 18:44, 7 fevral 2020 (UTC)
- Əleyhinə: Problemli istifadəçidir. Nəzakət qaydalarını tez-tez pozur, müzakirələrdə kobudluq edir, texniki məsələlərdə çox naşıdır. İdarəçi kimi faydasından qat-qat çox zərərinin olacağını düşünürəm. --Sortilegus (müzakirə) 23:43, 24 yanvar 2020 (UTC)
- Əleyhinə: Məncə hələ hazır deyl--Azerifactory (müzakirə) 18:17, 25 yanvar 2020 (UTC)
- Əleyhinə: Təcrübəsi çox olsa da, nəzakətsizlik halları hələ də davam edir. Əlavə statusun verilməsinin müsbət nəticə verməyəciyini düşünürəm.--Eminn ismarıc 17:14, 27 yanvar 2020 (UTC)
- Əleyhinə: Sortilegus və Eminnin fikirləri ilə həmrəyəm. --Araz Yaquboglu (müzakirə) 13:55, 28 yanvar 2020 (UTC)
- Əleyhinə: İstifadəçi kimi çox təcrübəlidir, amma idarəçiliyə hazır olmadığını düşünürəm.--Maqamedd (müzakirə) 08:36, 29 yanvar 2020 (UTC)
- Kifatət qədər idarəçi var.HulaguKaan (müzakirə) 20:35, 23 yanvar 2020 (UTC)
Şərhlər
Şərh: Hörmətli həmkarlar. Artıq 5 ilə yaxındır ki Vikipediyada aktiv fəaliyyət göstərirəm. Bu dövrdə müxtəlif mövzularda kifayət qədər redaktə edərək idarəçilik üçün lazım olduğunu düşündüyüm təcrübəni yığdığıma inanıram. Həmçinin qaydalar ilə də yaxından tanış olmuşam. İlk dövrlərdə bəzi istifadəçilər ilə aramda problemlər olsa da artıq bunlar geridə qalıb və uzun müddətdir heç bir istifadəçi ilə mübahisə yaşamıram. Gün ərzində dəfələrlə son dəyişikliklər səhifəsini izləyirəm və bunu müxtəlif saatlarda etdiyim dəyişikliklərdən də görə bilərsiniz. Bütün bunları nəzərə alaraq aşağıdakı səbəblərə görə idarəçiliyə namizədliyimi irəli sürürəm :
- Vandalizmlə mübarizə - Rolbaker və patrul hüquqlarına malikəm. Lakin bir çox halda bunlar kifayət etmir. Dəfələrlə idarəçilərə müraciət edərək vandalizim edən istifadəçilərin, xüusilə də ip-lərin fəaliyyətinin qarşısının alınmasını təmin etmişəm.
- Texniki işlər və digər istifadəçilərə kömək - xüsusilə ana səhifədə olmaqla dəfələrlə xətalarla qarşılaşıram. Həmçinin istifadfəçilərin idarəçilərə müraciətinin gec cavablandırılması və SNS-yə təqdim edilmiş müraciətlərinin yekunlaşdırılmamasını müşahidə etmişəm. Bunların aradan qaldırılması üçün də idarəçi hüququ lazımdır.
- Məsuliyyətin artırılması - Vikipediyada idarəçi olmağım mənim daha məsuliyyətli olmama səbəb olacaq, bunun nəticəsində də bu işə daha çox vaxt ayırmağa nail olacam. Fəaliyyətimin artacağını düşünürəm. Hörmətlə --Drabdullayev17 (müzakirə) 06:13, 23 yanvar 2020 (UTC)
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 29
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 29
- Lehinə — 23
- Əleyhinə — 5
- Bitərəf — 1
Y Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Drabdullayev17 (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusu verilmişdir. Hörmətlə --eldarado ✉ 21:26, 7 fevral 2020 (UTC)
Xeyal (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 18 may – 2 iyun 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 2 iyun 2021-ci il saat 23:59-da səsvermə dayandırılır)
- Lehinə: — NMW03 (müzakirə) 10:52, 18 may 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 11:50, 18 may 2021 (UTC)
- Lehinə: — Töhfələrini yoxladım qarşıma zərərverici bir fəaliyyəti çıxmadı. Həmçinin təcrübəli istifadəçidir. Məncə bacarar.— Turkmen müzakirə 13:53, 18 may 2021 (UTC)
- Lehinə: — Xeyal Azerbeyli (müzakirə) 14:47, 18 may 2021 (UTC)
- Lehinə: — Burocan (müzakirə) 19:10, 18 may 2021 (UTC)
- Lehinə: — MusaSəmədov✉ 19:17, 18 may 2021 (UTC)
- Lehinə: — yenilənmə olmadan inkişaf olmaz, uğurlar olsun.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 07:11, 19 may 2021 (UTC)
- Lehinə: Fəaliyyətinizdə uğurlar, hörmətli həmkar. — Sevindiknesiboglu2008 (müzakirə) 10:17, 19 may 2021 (UTC)
- Lehinə: — Uğurlar olsun —— Xayala Mammadli (müzakirə) 15:55, 19 may 2021 (UTC)
Lehinə: — A.Aida88 (müzakirə) 05:43, 20 may 2021 (UTC)(səsini geri çəkib)
- Lehinə: faydalı və zəhmətkeş Vikipediya istifadəçisi kimi, idarəçi də olacağına inanıram.— İrövşən (müzakirə) 10:08, 20 may 2021 (UTC)
- Lehinə: — Vikipediya fəaliyyətinizi çox uğurlu gördüm və düşünürəm ki, idarəçi seçilməniz sizin gələcək fəaliyyətinizə çox daha yaxşı təsir göstərəcək. Actual Psycho (müzakirə) 06:04, 22 may 2021 (UTC)
- Lehinə: Lehinə səs vermək üçün tərəddüdlərim vardı, ona görə bir qədər gözlədim. Bir həftəlik müşahidəm nəticəsində lehinə səs vermə qərarı aldım. Yenilikdən zərər gəlməz. İstifadəçi yeni olsa da bir çox köhnə (o cümlədən mən) istifadəçilərdən daha aktiv və səmərəli fəaliyyət göstərir. Hər hansı vandalizm, qərəzli fəaliyyətini görməmişəm. Yeni, fəal və fərqli idarəçilərə ehtiyac var. Ümid edirəm ki, idarəçi seçiləcəyiniz təqdirdə lehinə səs verdiyimiz üçün peşman olmarıq :)). Fəaliyyətinizdə uğurlar. — Dr.Wiki54 (müzakirə) 08:48, 25 may 2021 (UTC)
- Lehinə: —Vahid Məmmədov (müzakirə) 11:10, 26 may 2021 (UTC)
- Lehinə: — Həsən İmanov (müzakirə) 17:05, 26 may 2021 (UTC)
- Lehinə: -— Kamil Cəlal oğlu İbrahimov (müzakirə) 21:11, 28 may 2021 (UTC)
- Əleyhinə: Fikrimcə dəyərli istifadəçi olsa da, hələ tezdir.— Azerifactory (müzakirə) 21:08, 18 may 2021 (UTC)
- Əleyhinə: Azerifactory ilə razıyam, istifadəçinin qeydiyyatdan keçməyindən heç 1 il keçməyib. Əsasən bu ildən aktiv olan istifadəçi üçün tez olduğunu düşünürəm. Gələcəkdə yenidən düşünmək olar. Hörmətlə.— Nicat49 ⋠müzakirə⋡ 22:47, 18 may 2021 (UTC)
- Əleyhinə: Məncə də, hələ tezdir. Üstəlik hələ heç bir mövzulu ay yarışmasına belə qatılmayıb. — Mr rqasimzade (müzakirə) 08:48, 19 may 2021 (UTC)
- Əleyhinə: Vikipediyada yeni idarəçilərə ehtiyac var, lakin Xeyal, məncə, hələki bu statusu almağa hazır deyil.— Eminn (müzakirə) 13:09, 19 may 2021 (UTC)
- Əleyhinə: İstifadəçinin daha geniş fəaliyyət müddəti və təcrübə əldə etməyinə ehtiyac var. — Babək Akifoğlu (müzakirə) 17:12, 19 may 2021 (UTC)
- Əleyhinə: — Hilal knight (müzakirə) 14:06, 21 may 2021 (UTC)
- Əleyhinə: İdarəçilərin kifayət qədər olduğunu düşünürəm. — Elshad Iman (Elşad İman) (müzakirə) 19:54, 22 may 2021 (UTC)
- Əleyhinə: İstifadəçinin fəaliyyəti yeni başlayıb (redaktə sayı çox azdır). Fəaliyyətində uğurlar! — Leila1717 (müzakirə) 08:48, 26 may 2021 (UTC)
- Əleyhinə: Daha çox sanki bot fəaliyyətinə meyilli istifadəçidir. Bir az müzakirələrdə, fikir mübadilələrində, mübahisəli məsələlərlə bağlı yazışmalarda iştirak edib təcrübə toplayandan sonra məncə idarəçi statusu ala bilər. — Sortilegus (müzakirə) 14:29, 28 may 2021 (UTC)
- Əleyhinə: istifadəçi yaxşıdır, lakin idarəçilik roluna uyğun olduğu fikrində deyiləm. --► Hörmətlə: SolaVirum 01:31, 29 may 2021 (UTC)
- Əleyhinə: Yuxarıda qeyd olunan fikirlərin əksəriyyəti ilə razıyam. — eldarado ✉ 11:39, 30 may 2021 (UTC)
- Bitərəf: --Azərbaycan qızı , göylərin ulduzu (müzakirə) 12:35, 19 may 2021 (UTC)
- Bitərəf: Uzun müddətli təcrübədə istifadəçinin fəaliyyəti qüsursuzdur. İstifadəçi patrullama işləri üzrə geniş təcrübəyə sahibdir. Məqalələrində elədə ciddi nöqsanlar yoxdur. Sadəcə bir problem var. İstifadəçi heç bir il fəaliyyətə sahib deyil. Səhv eləmirəmsə 8 aydır buradadır. Düşünürəm 2022-ci ilin birinci rübündə namizəd olsaydı, səsvermədə mütləq qalib olardı. Amma hal-hazırda heç bir il fəaliyyətə sahib olmayan istifadəçinin lehinə səs verməyə tərəddüd edirəm, əleyhinə səs verməm üçün isə arqumentim yoxdur :-D Ona görə də bitərəf qalıram. Səsvermənin davamı necə olacaq, deyə bilmərəm. Ümid edirəm yaxşı olacaq :-D Grenzsoldat (müzakirə) 16:28, 21 may 2021 (UTC)
- Bitərəf: Grenzsoldatın fikiləri ilə razıyam. İstifadəçinin olduqca təqdirəlayiq fəaliyyəti var, amma bir qədər tez olduğu üçün nədənsə tərəddüd edirəm. — Surə 🗯 15:11, 23 may 2021 (UTC)
Şərhlər
Şərh: Hörmətli həmkarlar. AzVikidə aktiv fəaliyyət göstərdiyim üçün və VP:İF qaydalarına daha yaxından bələd olduğum üçün bu hüququn verilməsini xahiş edirəm. Bu dövrdə müxtəlif mövzularda kifayət qədər redaktələr edərək idarəçilik üçün lazım olduğunu düşündüyüm təcrübəni yığdığıma inanıram. Gün ərzində dəfələrlə son dəyişikliklər səhifəsini izləyirəm və bunu müxtəlif saatlarda etdiyim dəyişikliklərdən də görə bilərsiniz. Bütün bunları nəzərə alaraq aşağıdakı səbəblərə görə idarəçiliyə namizədliyimi irəli sürürəm:
- Vandalizmlə mübarizə – Rolbaker və patrul hüquqlarına malikəm. Lakin bir çox halda bunlar kifayət etmir. Dəfələrlə idarəçilərə müraciət edərək vandalizm edən istifadəçilərin, xüsusilə də IP-lərin fəaliyyətinin qarşısının alınmasını təmin etmişəm.
- Texniki işlər və digər istifadəçilərə kömək – xüsusilə ana səhifədə olmaqla dəfələrlə xətalarla qarşılaşıram. Həmçinin istifadfəçilərin idarəçilərə müraciətinin gec cavablandırılması və SNS-yə təqdim edilmiş müraciətlərinin yekunlaşdırılmamasını müşahidə etmişəm. Bunların aradan qaldırılması üçün də idarəçi hüququ lazımdır.
- Məsuliyyətin artırılması – Vikipediyada idarəçi olmağım mənim daha məsuliyyətli olmama səbəb olacaq, bunun nəticəsində də bu işə daha çox vaxt ayırmağa nail olacam. Fəaliyyətimin artacağını düşünürəm. — Xeyal (müzakirə) 10:16, 18 may 2021 (UTC)
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 29
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 29
- Lehinə — 15
- Əleyhinə — 11
- Bitərəf — 3
Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Xeyal (müzakirə • töhfələr • statistikalar)-a Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusunun verilməsindən imtina edilmişdir. Hörmətlə — eldarado ✉ 13:47, 3 iyun 2021 (UTC)
Solavirum (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 20 iyun – 5 iyul 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 5 iyul 2021-ci il saat 23:59-da səsvermə dayandırılır)
- Lehinə: — Fikrimcə yetəri qədər təcrübəli istifadəçidir və idarəçi kimidə bacarağına şübhəm yoxdur. — Xeyal (müzakirə) 20:43, 19 iyun 2021 (UTC)
- Lehinə: — Turkmen müzakirə 20:44, 19 iyun 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 20:58,19 iyun 2021 (UTC)
Lehinə: Ümumi fəaliyyətini uzun müddətdir izlədiyim və təqdir etdiyim istifadəçilərdəndir. İnanıram ki, idarəçi olduğu təqdirdə daha ədalətli və tərəfsiz fəaliyyət göstərəcək. İdarəçi heyətində yeni, aktiv simalar görməyə ehtiyacımız var.— Dr.Wiki54 (müzakirə) 21:07, 19 iyun 2021 (UTC)
- Lehinə: Bu platformada olduğum vaxtlarda həmişə istifadəçinin fəaliyyətini bəyənmişəm və heç bir qüsur görməmişəm. Düşünürəmki idarəçi hüququnun ona verilməsi məqsədə uyğundur. — MusaSəmədov✉ 05:48, 20 iyun 2021 (UTC)
- Lehinə: istifadəçinin suallarıma verdiyi cavablar qaneedicidir məncə. Ümid edirəm ki, idarəçilik fəaliyyətində heç bir narazıçılıq yaradacaq redaktələri olmayacaq. Hörmətlə, — 127-ci yapon imperatoru 13:54, 20 iyun 2021 (UTC)
- Lehinə: — NMW03 (müzakirə) 14:10, 20 iyun 2021 (UTC)
- Lehinə:— Azerifactory (müzakirə) 14:20, 20 iyun 2021 (UTC)
- Lehinə: Əla istifadəçidi. İnşallah əla da idarəçi olar. — Araz Yaquboglu (müzakirə) 14:36, 20 iyun 2021 (UTC)
- Lehinə: — Leila1717 (müzakirə) 13:39, 21 iyun 2021 (UTC)
Lehinə: Ayxan uzun illərdir fəaliyyət göstərir. Yaxşı uşaqdır, yaxşı istifadəçidir. Düşünürəm yaxşı da idarəçi olacaq. Sadəcə biraz səbrli olmalıdır, bəzi məsələlərdə tez özündən çıxır. Uğular arzu edirəm. Ümid edirəm ümidlərimizi doğruldacaq. Grenzsoldat (müzakirə) 15:18, 21 iyun 2021 (UTC)
- Lehinə: İdarəçi seçiləcəyi təqdirdə daha məsuliyyətli olacağını ümid edirəm. Uğurlar ! .— Nicat49 ⋠müzakirə⋡ 21:46, 21 iyun 2021 (UTC)
Lehinə: Uğurlar. — eldarado ✉ 08:40, 24 iyun 2021 (UTC)
- Lehinə: Digər istifadəçilərin fikri ilə razıyam — Surə 🗯 06:17, 27 iyun 2021 (UTC)
- Lehinə: Tam layiqdir.— Cavadxan1804 (müzakirə) 21:47, 27 iyun 2021 (UTC)
- Lehinə: - Bəzi idarəçilərdən daha çox iş görüb və görür. — Rəcəb Həsənbəyov (müzakirə) 10:04, 28 iyun 2021 (UTC)
- Lehinə: Ayxan uzun illərdir fəaliyyət göstərir. Yaxşı uşaqdır, yaxşı istifadəçidir. Düşünürəm yaxşı da idarəçi olacaq. Sadəcə biraz səbrli olmalıdır, bəzi məsələlərdə tez özündən çıxır. Uğular arzu edirəm. Ümid edirəm ümidlərimizi doğruldacaq. Grenzsoldat (müzakirə) 11:32, 28 iyun 2021 (UTC)
- Lehinə: — Aqşin Abasov (müzakirə) 21:11, 30 iyun 2021 (UTC)
- Lehinə: İstifadəçiyə idarəçi olmaq üçün daha çox təmkin çatışmırdı, sanki bu problemi son bir ildə həll edib. Aşağıdakı müzakirələri oxudum, bəzi qüsurları yenə də görürəm, amma düşünürəm ki, şans vermək olar. — Sortilegus (müzakirə) 03:45, 2 iyul 2021 (UTC)
- Lehinə: Bütün istifadəçilərin fəaliyyətində səhvlər olur. Solavirumun da səhvləri var və olacaq, amma, mən güman və arzu edirəm ki, bunlar yalnız texniki səhvlər olacaq, nəzakətsizlik halları olmayacaq. Səhvən məqalə silmək olar, blok müddətini səhv seçmək olar, amma "təsadüfən" kimisə təhqir etmək olmur. Fikrimi, yəqin ki, başa düşdünüz. Uğurlar!— Eminn (müzakirə) 15:24, 2 iyul 2021 (UTC)
- Lehinə: Səsimi dəyişməyimdən sonra müzakirə (şərh bölməsində) davam etdi. Nəticəsini yenidən analiz etdim. Solavirum kimi dəyərli istifadəçiyə bir şansın verilməsi qənaətinə gəldim. Məndən daha çox müddətdir vikidədir və demək olar hər sahədə fəaliyyət göstərib. Yenidən vəziyyəti dəyərləndirdiyim zaman indiki halda bitərəf səsimin Solaviruma haqsızlıq olduğu qənaətinə gəldim. Ümidvaram ki, fəaliyyətində olan bəzi boşluqlar (aşağıda və yuxarıda qeyd olunan) isə məncə həll olunacaq. - Dr.Wiki54 (müzakirə) 15:46, 2 iyul 2021 (UTC)
- Əleyhinə: İstifadəçinin olduqca dəyərli töhfələri olsa da, bir sıra müzakirələrdə məsələlərə ümumi yanaşma tərzinə əsasən gəldiyim qənaət bundan ibarətdir ki, idarəçi kimi fəaliyyəti bəzi aspektlərdən məqsədəuyğun olmaya bilər. — Burocan (müzakirə) 21:18, 19 iyun 2021 (UTC)
- Əleyhinə: İstifadəçi xüsusən müzakirələrdə digər istifadəçilərə qarşı dözümsüzlük nümayiş etdirir, ensikopedik məsələlərin müzakirəsində belə aqresiv münasibət göstərir və qeyri-etik ifadələrə yol verir. Buna misal kimi hələ yazılmamış məqaləyə "silməyə namizəd şablonu" qoyması və bunu əsaslandırdıqda heç bir arqument gətirməməsidir. Halbuki məhv edilmiş və sıfırdan yığılan Ağdam şəhərinin bərpası necə qeyri-ensiklopedik ola bilər? Hal-hazırda mənə qarşı göstərilən münasibət bu davranışın bir daha təzahürüdür. Şəxs hazırda idarəçilərin aid olduğu vəzifələri mənimsəyərək, məqalənin namizəd olub olmamasına belə idarəçi kimi müdaxiləyə yol verir. İstifadəçi kimi fikir bildirib və idarəçi tərəfindən fikrin cavablandırıldıqdan və məsələ bitdikdən sonra şəxsimə qarşı ittifam edici şərh yazır. Ondan bunun səbəbini soruşduqda isə mənə qarşı "şər atmaq", "ədəbsizlik" və "vorzakon" və "davranışınıza fikir versəniz" kimi ifadələrə yol vermişdir. Halbuki mən nəinki burda digər aktiv olduğum internet seqmentlərində və sosial şəbəkələrdə belə heç vaxt şəxsimə qarşı bu cür ifadələr işlənməyib və işlənməsi belə mümkün deyil, çünki davranışım buna səbəb olmayıb. Amma bu şəxs mənə qarşı belə ifadələrə yol verib. Amma mən təmkin göstərərək heç bir etik çərçivə normalarını aşmamışam. Bütün bunlara və əvvəllərdə bir sıra müzakirələrdə şəxsin ümumi yanaşma tərzinə əsasən verdim qərar belədir ki, şəxsin idarəçi kimi fəaliyyəti məqsədəuyğun ola bilməz. — İrövşən (müzakirə) 06:34, 25 iyun 2021 (UTC)
- Əleyhinə: Səsimi dəyişməyimin səbəbini aşağıda Şərh bölməsində qeyd etmişəm. Təəssüf ki, istifadəçi idarəçiliyə namizəd dövründə belə qaydaları pozub. — eldarado ✉ 22:05, 27 iyun 2021 (UTC)
- Əleyhinə: İstifadəçi kimi fəaliyyətinə söz ola bilməz. İdarəçi kimi isə hələ də tez olduğunu hesab edirəm.— Baskervill (müzakirə) 22:15, 27 iyun 2021 (UTC)
- Bitərəf: Solavirum uzun zamandır, Vikipediyaya dəyərli töhfələr verən və hörmət etdiyim istifadəçidir. Xüsusilə müharibə dövründə envikidə bu istiqamətdə böyük əməyi olub. İdarəçiliyə, fikrimcə, layiqdir, lakin müzakirələrdə bəzən səbrsiz olması və kobud ifadələrdən istifadə etməsi səbəbindən tam olaraq "lehinə" səsini verə bilmirəm. Fəaliyyətinin azviki üçün müsbət olacağından şübhəm yoxdur. Uğurlar! — Toghrul R (m) 19:03, 20 iyun 2021 (UTC)
Bitərəf: Grenzsoldat (müzakirə) 22:12, 26 iyun 2021 (UTC)Bitərəf: Təəssüf ki, aşağıda qeyd olunan mövzuya görə fikrim dəyişdi. - Dr.Wiki54 (müzakirə) 22:07, 27 iyun 2021 (UTC)
Şərhlər
İlk öncə hər kəsə salam. Azərbaycanca Vikipediyada nə az, nə çox 4 il yarım fəaliyyət göstərmişəm, ümumi viki fəaliyyətimin müddəti isə 5 ili çoxdan keçib. sayım 45 min civarındadır. Bu dövrdə 5 seçilmiş məqalə, 31 yaxşı məqalə və 4 seçilmiş siyahının müəllifi olmuşam. Yaratdığım məqalələrin sayı artıq minə çatacaq, şablonlarla da aram yaxşıdır. Bir neçə qaydanı da mən tərtib etmişəm. Bütün bunlara əlavə olaraq, son bir ilimi İngiliscə Vikipediyaya ayırmışam. Oradan yığdığım təcrübəni (oradakı vəziyyət AzViki ilə müqayisə edilməz dərəcədə fərqli və ətraflıdır) burada tətbiq edə bilərəm. Orada 10 min redaktəm var, bir yaxşı məqalə yaratmışam, daha üç yaxşı məqalə status almaq yolundadır. --► Hörmətlə: SolaVirum 20:34, 19 iyun 2021 (UTC)
- Salam, Ayxan. Səsimi verməzdən qabaq bəzi suallar vermək istəyirəm ki, idarəçi olsan, idarəçi fəaliyyətinin həqiqətən Vikipediyaya problem gətirməyəcəyimdən əmin olum. Məlum məsələdir ki, bizdə idarəçi seçilən yoldaşlarla bağlı çox problem, narazıçılıq olub, hətta hazırda bir istifadəçinin statusunun alınma prosesi gedir. Seçilmiş statuslu məqalələr yaratmaq idarəçilik üçün bəs etmir. Bunu adi istifadəçi də edə bilər. Suallarım belədir:
- Hər hansı digər idarəçi ilə hansısa məsələdə münaqişə yaşasan, bu zaman hansı addımı atacaqsan?
- Təcrübəli bir istifadəçinin redaktələrini destruktiv hesab etdiyinin halda bu zaman həmin istifadəçiyə qarşı hansı addımları atacaqsan?
- Hansısa istifadəçi (erməni istifadəçi də ola bilər) Azərbaycanın əlehinə olan, lakin etibarlı mənbələrlə təsdiqlənən məlumatlar əlavə etsə, bu zaman hansı yolu izləyəcəksən?
- Bir istifadəçinin səni təhqir etdiyini düşünsən, bu zaman hansı addımı atacaqsan?
- Yeni bir istifadəçinin etdiyi, təcrübsizlikdən qaynaqlanan səhvləri gördükdə hansı addımı atacaqsan?
- Hansısa istifadəçi ilə redaktə müharibəsinə girsən, bu zaman hansı addımları atacaqsan?
- Hansı hallarda səhifəni mühafizə edəcəksən?
- İdarəçi olduqdan sonra idarəçi funksiyalarından aktiv istifadəçi edəcəksən? Yəni mütəmadi və qaydalara uyğun şəkildə bloklama, silmə, bərpaetmə, birləşdirmə funksiyalarından istifadə edəcəksən?
- Hansı hallarda kütləvi məqalə silmə həyata keçirə biləcəyini düşünürsən?
- Bir idarəçi səni bloklasa, bu halda hansı addımı atacaqsan?— 127-ci yapon imperatoru 10:31, 20 iyun 2021 (UTC)
- Salam, White Demon, problem deyil. Cavablandıraram.
- Münaqişə ideal halda iki tərəf arasında qalmalı, razılıq (niyəsə, AzVikidə səs çoxluğu kimi qeyd olunub qaydalarda, əslində elə deyil) əldə edilməlidir. Razılıq əldə edilməliyi halda müzakirəyə mövzu ilə çox da əlaqəsi olmayan bir tərəfi dəvət edilir, o da öz fikirlərini bildirir. Bu momentdən sonra razılıq əldə olunmuş olur artıq.
- Belə halda ilk öncə istifadəçiyə müraciət edəcəm və redaktələri geri çevirməyini, daha sonra isə mənimlə müzakirədə iştirak etməyini xahiş edəcəm. qaydalara əsaslanmırsa (buna etibarlı mənbə məsələsi də aiddir), redaktəsinin haqlı olduğunu sübut etmək əəlavəni edən istifadəçinin məsuliyyətidir. Tərəddüd edib müzakirəyə qoşulmaqdan və redaktəni geri çevirməkdən imtina etdiyi halda da redaktəni mən geri çevirməli olacam və istifadəçiyə qaydaları pozmamaqla bağlı xəbərdarlıq verəcəm.
- Mən əslində etibarlı mənbələrin əsas götürülməsini dəstəkləyirəm. Məsələn, siyasi məsələlərdə kiminsə durub "Ermənistan Artsaxı qurtardı" yazmasına icazə vermərəm, lakin Qafqaz Albaniyasının türk dövləti olmadığını kimsə etibarlı mənbələrlə qeyd etsə, mənim üçün no problemo.
- İstifadəçinin ilk öncə həmin yazdığı mətndəki məqsədi müəyyənləşdirib, nəticəyə əsasən istifadəçi keçmişinə nəzərə alaraq ona əbərdarlıq verəcəm, ya da fəaliyyətinə yenə istifadəçi keçmişinə görə məhdudiyyət qoyacam.
- Bunun kimi bir şey edəcəm.
- müharibəsini bayaqları dediyim əsaslarla dayandırmağa çalışacam. Olmadə, ya üçüncü tərəfi çağıracam, ya da ki redaktəni geri çevirmək üçün müzakirənin bir nəticəyə çatmasını gözləyəcəm.
- Kütləvi vandalizm və destruktiv redaktələrin olduğunu hallarda. Məsələn, müharibə vaxtı İkinci Qarabağ müharibəsi məqaləsini IP redaktələrdən mühafizə etmək lazım idi.
- Bəli.
- Müəyyən sayda istifadəçi tərəfindən razılıq aldığım halda. Burada kütləvi halı soruşursan, yəni, məsəlçün, qeyri-ensiklopedik hesab etdiyim məqalələr silsiləsi. Sözsüz ki, ilk öncə razılıq almalıyam, öz başına davranmaq düzgün deyil.
- Qarışıq və dayaz sualdır. Kontekstə əsaslanır. Mübahisəli haldırda, məni bloklayan idarəçidən həmkarların fikrini almağı xahiş edərəm.
Bu qədər olmalıdır deyəsən. --► Hörmətlə: SolaVirum 12:39, 20 iyun 2021 (UTC)
- Salam Solavirum, bir ildən artıqdır ki, sakit bir fəaliyyətiniz var. Ümid edirəm ki, əvvəlki aqressivlik artıq olmayacaq. Diqqətimi çəkən bir məsələ isə azvikidə son zamanlarda əvvəlki aktivliyinizin olmamasıdır. İdarəçi seçiləcəyiniz təqdirdə əvvəlki fəaliyyətiniz bərpa olunacaq? İdarəçi seçiləcəyiniz təqdirdə məqalə yaratmağı bir kənara qoyub yalnız idarə işləri görəcəksiniz? Ümumiyyətlə nə üçün idarəçi olmaq istəyirsiniz? Seçiləcəyiniz təqdirdə gələcək bir il ərzində onlayn və offlayn olaraq hansı fəaliyyətlərlə məşğul olmağı planlayırsınız? Hörmətlə — eldarado ✉ 21:29, 22 iyun 2021 (UTC)
- Eldarado, salam. Bəli, fəaliyyətimi bərpa etməyə bir müddətdir ki, yavaş-yavaş başlamışam. İstəyirdim digər vikilərdə təcrübə yığım, o da oldu. Məktəbdən məzun olmuşam, qəbul imtahanıma da az qalıb. Yəni, vaxtımı digər vikilərə əlavə olaraq, AzVikiyə də daha çox ayıra biləcəm. Xeyr, məqalə yaratmaq/təkmilləşdirmək işinə son qoymayacağam. Azərbaycanca Vikipediyada hələ də idarəçi fəaliyyətinin zəifliyi müşahidə olunur təəssüf ki. Bəzi istifadəçiləri görürəm ki, diqqətsizlikdən şikayət edir (məs. məqalə namizədləri bölməsindən). Bəzi yerlərdə texniki işlər görəcəm. Çalışacağam ki, Ana səhifədə xəta olmasın. Offlayna gəldikdə isə idarəçi olmağın öz "nüfuzu" təsir edəcək deyə daha da yaxşı işlər görə bilərəm deyə düşünürəm. Hal-hazırda offlayn bir neçə şey üzərində işləyirəm, ümidvaram istifadəçi statusumda bu gözlənilən yeniliyin həmin işlərə müsbət təsiri olar. --► Hörmətlə: SolaVirum 00:12, 23 iyun 2021 (UTC)
- Salam Solavirum, bir ildən artıqdır ki, sakit bir fəaliyyətiniz var. Ümid edirəm ki, əvvəlki aqressivlik artıq olmayacaq. Diqqətimi çəkən bir məsələ isə azvikidə son zamanlarda əvvəlki aktivliyinizin olmamasıdır. İdarəçi seçiləcəyiniz təqdirdə əvvəlki fəaliyyətiniz bərpa olunacaq? İdarəçi seçiləcəyiniz təqdirdə məqalə yaratmağı bir kənara qoyub yalnız idarə işləri görəcəksiniz? Ümumiyyətlə nə üçün idarəçi olmaq istəyirsiniz? Seçiləcəyiniz təqdirdə gələcək bir il ərzində onlayn və offlayn olaraq hansı fəaliyyətlərlə məşğul olmağı planlayırsınız? Hörmətlə — eldarado ✉ 21:29, 22 iyun 2021 (UTC)
- Rövşən bəyin fikirləri ilə heç də razı deyiləm. Burada görmək olur ki, 200-dən artıq söz yazaraq öz fikrimi əsaslandırmışam. Necə yəni "heç bir arqument gətirməməsidir"? Rövşən bəydən xahiş edirəm ki, reallıqdan danışsın. Məqalə namizədləri səhifəsində görmək olur ki, idarəçi Nəriman bəyin əsaslandırmasına "bu boyda yazı və zəhmətin müqabilində mənasız bəhanələr" deyə cavab verib, sonra da acıqverici halda "Artıq ikinci imtinadır, daha heç bir məqalə qoymayacam" yazıb. Mən qeyd etdim ki, bu formada danışıq qayda pozuntusudur və yersizdir. Cavabında da yazdı ki, "Mən bir dəfə deyəsən yazmışdım ki, hər məsələyə münasibət bildirmək zorunda deyilsiniz" yazdı. Sizdən soruşmaq istəyirəm, Rövşn bəy kimdir ki, mənə qanun qoysun? Rövşən bəy onsuz da nəzakət qaydalarını tapdalamışdı, lakin eyni mətndə "Sizin buna müdaxilə etməyiniz isə sadəcə qızışdırıcı və arxadan atılan daş mənasına gəlir" ifadəsi ilə başqa bir qaydanı pozmuşdur (bu). Daha sonra "Sizin isə buraya müdaxilə etmənizin özü nəzakət qaydasının pozulmasıdır" yazaraq istifadəçi olmayan bir qaydanın olmayan bir bəndinə istinad edir. Rövşən bəy istifadəçilərə sərt və nəzakətsiz formada cavab verir. İstifadəçinin burada verdiyi səs isə Vikipediyanın inkişafı üçün yox, mənimlə olan həmin problemə görə verib. İstifadəçini təşviq edirəm ki, qaydalara riayət etsin, əvəzində əvvəlkinin on qatını edir. Hətta ən yaxşısı, Rövşən bəy barədə şikayət edəcəyəm. --► Hörmətlə: SolaVirum 16:23, 25 iyun 2021 (UTC)
- Salam Rövşən İşık, zəhmət olmasa qeyd etdiyiniz ifadələri təsdiq edən viki keçidləri bura qeyd edin. Solavirum şikayət etmək deyəndə nəyi nəzərdə tutursunuz? İdarəçi seçildikdən sonra buna bənzər birə bir münaqişələr zamanı hansı addımlar atacaqsınız? — eldarado ✉ 08:39, 26 iyun 2021 (UTC)
- Salam.buyurun https://az.wikipedia.org/wiki/?axtar=Vikipediya:Se%C3%A7ilmi%C5%9F_m%C9%99qal%C9%99_namiz%C9%99dl%C9%99ri eldarado ✉ — İrövşən (müzakirə) 08:52, 26 iyun 2021 (UTC)
- Eldarado, zəhmət olmasa, VP:İM səhifəsinə baxın. İdarəçi seçildiyim halda, bu cür insidentlərdə istifadəçinin səhv olduğunu düşündüyüm halda belə onu bloklamamağa çalışaram. Çünki envikidəki təcrübə elədir, buna səbəb idarəçinin yanlış fikirdə olması ehtimalı və əsas da məsələdə iştirak edir deyə hansısa səviyyədə qərəzə sahib olmasıdır. --► Hörmətlə: SolaVirum 09:56, 26 iyun 2021 (UTC)
- Eldarado və məni məyus edən odur ki, Rövşən bəy burada məsələni bitərəf şəkildə izah etmir. Özü məsələnin hansı hissəsini istəyirsə, orasına toxunur. --► Hörmətlə: SolaVirum 09:57, 26 iyun 2021 (UTC)
- Bu mövzuda artıq heç nə yazmayacam. Bu səbəbə ki, kimsə məni nəticəyə təsir etməkdə ittiham etməsin. Hər şey göz önündədir Arbitraj (tritey hakim) sizsiniz. Qərarı Eldarado arbitraj versin.— İrövşən (müzakirə) 10:34, 26 iyun 2021 (UTC)
- Eldarado, zəhmət olmasa, VP:İM səhifəsinə baxın. İdarəçi seçildiyim halda, bu cür insidentlərdə istifadəçinin səhv olduğunu düşündüyüm halda belə onu bloklamamağa çalışaram. Çünki envikidəki təcrübə elədir, buna səbəb idarəçinin yanlış fikirdə olması ehtimalı və əsas da məsələdə iştirak edir deyə hansısa səviyyədə qərəzə sahib olmasıdır. --► Hörmətlə: SolaVirum 09:56, 26 iyun 2021 (UTC)
- Salam.buyurun https://az.wikipedia.org/wiki/?axtar=Vikipediya:Se%C3%A7ilmi%C5%9F_m%C9%99qal%C9%99_namiz%C9%99dl%C9%99ri eldarado ✉ — İrövşən (müzakirə) 08:52, 26 iyun 2021 (UTC)
- Salam Rövşən İşık, zəhmət olmasa qeyd etdiyiniz ifadələri təsdiq edən viki keçidləri bura qeyd edin. Solavirum şikayət etmək deyəndə nəyi nəzərdə tutursunuz? İdarəçi seçildikdən sonra buna bənzər birə bir münaqişələr zamanı hansı addımlar atacaqsınız? — eldarado ✉ 08:39, 26 iyun 2021 (UTC)
- Öz işinizdir. Mən açıqca yazdım ki, qaydaları pozursunuz. Okey demək əvəzinə siz durub adamı ittiham etdiniz, daha da nəzakətsiz ifadələrə yol verdiyiniz, hətta faktiki olaraq həqiqəti əks etməyən iddialar qaldırdınız. Bu qədər. --► Hörmətlə: SolaVirum 16:32, 26 iyun 2021 (UTC)
- Solavirum, Rövşən İşık, Seçilmiş məqalə namizədlər səhifəsində hər ikiniz qaydaları pozmusunuz. İlk olaraq qeyd edim ki, istifadəçi yalnız idarəçi qərar verməlidir. Qərardan narazı olan istifadəçi həmin idarəçinin və ya məqalənin müzakirə səhifəsində hansı hissələrin düzəldilməsindən sonra yenidən təqdim edə biləcəyini soruşmalıdır. Yekunlaşdıran idarəçi bu barədə məlumat verməyə borcludur. Solavirum, siz isə ümumiyyətlə məsələyə aidiyyatınız olmadığı halda müdaxilə etmisiniz və nəzakətsiz ifadə qeyd etmisiniz. Ümumiyyətlə aranızda münaqişə açıq şəkildə hiss olunur və hər ikiniz nəzakət qaydalarını pozmusunuz. Solavirum, Keçmişdə olanlardan sonra çox istərdim ki, şans verək lakin görürəm ki, hələ də qaydaları pozursunuz. Görünür ki, biraz daha gözləməlisiniz. Bu mənim fikrimdir. Məncə bizə artıq problemli idarəçilər lazım deyil, bu azvikinin inkişafına maneə olur və istifadəçiləri həvəsdən salır. Təəssüf ki, lehinə səsimi əleyhimə verməli olacağam. Ümid edirəm ki, bu dəfə idarəçi seçilməyib daha da diqqətli fəaliyyət göstərərək yenidən idarəçiliyə namizəd olacaqsınız. Rövşən İşık siz də mümkün qədər vikiqaydalara riayət edin. Eyni qayda pozuntularını təkrarlamamağa çalışın. Hər birinizə uğurlar arzu edirəm. Hörmətlə — eldarado ✉ 22:00, 27 iyun 2021 (UTC)
- Eldarado, siz qeyd etdiyiniz məsələlər ümumiyyətlə, harada qeyd olunub? Mən hələ də orada "müdaxiləsi məsələsi" istisna olmaqla nəyisə pozduğumu düşünmürəm. Formal olaraq fikir bildirmişəm, cavabında istifadəçi mənim fəaliyyətimə "qayda qoymaq" qərarını alıb. Son olaraq, istədiyiniz formada səs verməkdə sərbəstsiniz. Uğurlar --► Hörmətlə: SolaVirum 22:04, 27 iyun 2021 (UTC)
- Solavirum, "Vikipediyada vorzakon yoxdur" ifadəsi ilə Nəzakət qaydalarının 4, 11 və 12-ci bəndləriniz pozmusunuz. Bundan əlavə də qeyd etdiyiniz kimi müdaxilə etməklə qayda pozmusunuz. İdarəçi seçiləcək şəxs belə sadə qaydaları pozmamalı və bu kimi hallarda hisslərini cilovlayaraq doğru addım atmalıdır. Hörmətlə — eldarado ✉ 22:36, 27 iyun 2021 (UTC)
- Eldarado, mən onu demirəm. "Məsələyə aidiyyatınız olmadığı halda müdaxilə etmisiniz" nəzərdə tuturam. Mənim orada fikir bildirməyimə maneə olan qayda bəndi mövcuddur? Varsa, səhvimi boynuma alım. --► Hörmətlə: SolaVirum 22:41, 27 iyun 2021 (UTC)
- Solavirum, Yeni layihəni hazırladığımız zaman bununla bağlı xeyli müzakirələr getdi və ilk etapda müzakirə olmayacağı ikinci etapda isə müzakirə olunacağı qeyd olundu. Hətta bununla bağlı səsvermədə olmuşdu. Qaydalara hələki əlavə olunmaya bilər lakin ən azından təcrübəli istifadəçi kimi bilməlisiniz ki, yekunlaşdırılan mövzularda müzakirəyə davam etmək olmaz. — eldarado ✉ 22:51, 27 iyun 2021 (UTC)
- Eldarado, xəbərim yoxdur. Bunun müzakirəsi edilibsə, ümumi razılıq alınıbsa, qaydaya ehtiyac yoxdur əslində. Sadəcə böyük ehtimalla müzakirənin həmin hissəsindən kənarda olmuşam və indiki layihənin keçmiş sistemdən bu məsələdə fərqli olmasını göstərən bir şeyə rast gəlməmişəm. Yekunlaşdırılmaya rəğmən müzakirə davam edirdi deyə mən də öz fikrimi bildirdim. Keçmiş təcrübələrdə və digər vikilərdə belə tətbiq yoxdur deyə məlumatım olmayıb. Xəbərdar etdiyiniz üçün təşəkkür edirəm və sırf bu aspektdən yanlış addım atdığımı qəbul edirəm. Ümid edirəm ki, mən tərəfdən belə anlaşılmazlığa əsaslanan addım atılmaz bir də. --► Hörmətlə: SolaVirum 23:06, 27 iyun 2021 (UTC)
- N məncə istifadəçi ciddi bir qayda pozuntusuna yol verməyib. Qaydanı bilərək pozmaqla qaydanı bilərək pozmaq fərqli şeylərdi. Vikipediyada heç bir istifadəçi (idarəçi də) bütün qaydalara 100% hakim ola bilməz və mütləq bir boşluq buraxır. İstifadəçinin işlətdiyi ifadələr (vorzakon istisna olmaqla) də mənə nəzakət pozuntusu kimi gəlmədi. Kiminsə xoşuna gəlməyən iradları bildirmək nəzakət pozuntusu sayılacaqsa, onda biz Vikipediyada keyfiyyətli məzmun yaradanda problemlərlə qarşılaşacayıq.— 127-ci yapon imperatoru 11:34, 28 iyun 2021 (UTC)
- Salam White Demon, "Qaydanı bilərək pozmaqla qaydanı bilərək pozmaq fərqli şeylərdi." bu cümlə doğrudursa fərqini bilmək istəyərdim. Əgər "bilməməklə" yazmaq istəmisinizsə bu da istifadəçiyə haqq qazandırmır. Qaydanı bilmirsə demək ki, hələ tezdi qaydalarla yaxşı tanış olmalıdır. Nəzakətsiz davranaraq istifadəçiləri həvəsdən salmaq ciddi qayda pozuntusu deyil sizin fikrinizcə? İlk başda mən də düşündüm ki, bəlkə əvvəlki kimi deyil fəaliyyəti bəlkə düzəlib. Lakin gördüm ki elə deyilmiş. — eldarado ✉ 12:19, 28 iyun 2021 (UTC)
- Eldarado, faktiki olaraq, "məqalə namizədləri səhifələrinə üçüncü istifadəçi müdaxilə edə bilməz" deyə bir qayda heç bir yerdə yazılmayıb. Mənim bunu bilməyim üçün gərək müəyyən tarixdə müəyyən səsvermənin müəyyən qismini oxumuş olum. İstifadəçinin nəzakətsiz və mənə "yuxarıdan aşağıya baxdığı"nı göstərən ifadəsinə də qıcıqlanıb "vorzakon" kimi bir ifadəni işlətməyimin isə mən tərəfdən yanlış bir addım olduğunu qəbul edirəm. --► Hörmətlə: SolaVirum 12:57, 28 iyun 2021 (UTC)
- Eldarado, o qaydalarla heç mən də tanış deyiləm, fikir verdinizsə, buna görə o bölmədə fəaliyyətim yoxdur. Bunla bağlı qayda ilə özüm də indi tanış oluram. Zəhmət olmasa, bu qayda ilə bağlı səhifə keçidini ata bilərsiz? Oxumaq istərdim.— 127-ci yapon imperatoru 13:08, 28 iyun 2021 (UTC)
- Eldarado, faktiki olaraq, "məqalə namizədləri səhifələrinə üçüncü istifadəçi müdaxilə edə bilməz" deyə bir qayda heç bir yerdə yazılmayıb. Mənim bunu bilməyim üçün gərək müəyyən tarixdə müəyyən səsvermənin müəyyən qismini oxumuş olum. İstifadəçinin nəzakətsiz və mənə "yuxarıdan aşağıya baxdığı"nı göstərən ifadəsinə də qıcıqlanıb "vorzakon" kimi bir ifadəni işlətməyimin isə mən tərəfdən yanlış bir addım olduğunu qəbul edirəm. --► Hörmətlə: SolaVirum 12:57, 28 iyun 2021 (UTC)
- Salam White Demon, "Qaydanı bilərək pozmaqla qaydanı bilərək pozmaq fərqli şeylərdi." bu cümlə doğrudursa fərqini bilmək istəyərdim. Əgər "bilməməklə" yazmaq istəmisinizsə bu da istifadəçiyə haqq qazandırmır. Qaydanı bilmirsə demək ki, hələ tezdi qaydalarla yaxşı tanış olmalıdır. Nəzakətsiz davranaraq istifadəçiləri həvəsdən salmaq ciddi qayda pozuntusu deyil sizin fikrinizcə? İlk başda mən də düşündüm ki, bəlkə əvvəlki kimi deyil fəaliyyəti bəlkə düzəlib. Lakin gördüm ki elə deyilmiş. — eldarado ✉ 12:19, 28 iyun 2021 (UTC)
- Yuxarıda qeyd etmişəm bununla bağlı. — eldarado ✉ 06:38, 29 iyun 2021 (UTC)
- Eldarado hər halda, ortada bir qayda yoxdur, olmayan qaydanın pozuntusu da olmur. --► Hörmətlə: SolaVirum 16:08, 29 iyun 2021 (UTC)
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 23
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 23
- Lehinə — 18
- Əleyhinə — 4
- Bitərəf —1
Y Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Solavirum (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusu verilmişdir. Hörmətlə — Baskervill (müzakirə) 22:28, 5 iyul 2021 (UTC)
Sura Shukurlu (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 1 iyul – 16 iyul 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 16 iyul 2021-ci il saat 23:59-də səsvermə dayandırılır)
Hərkəsə salam. Vikidə çox da uzun müddət fəaliyyətimin olduğunu deyə bilmərəm. İstifadə etdiyim hesab 2 il əvvəl açılsa da tam olaraq mənə aid olmayıb və fəaliyyətimə də əsasən keçən ildən başlamışam. Əsasən də pandemiya ilə əlaqədar olaraq keçən il yay aylarında fəaliyyətimi bir qədər də genişləndirmiş, patrul hüququnu aldıqdan sonra vandalizmlə mübarizəzə başlamışam. Fəaliyyətimi bu dövrdə əsasən gündəlik dəyişikliklərin yoxlanılması, vandalizmlə mübarizə, yeni istifadəçilərə kömək, həmçinin aktiv müzakirələr və səsvermələrdə iştirak və müəyyən qədər də məzmun redaktəsi (kiçik həcmli düzəlişlər) təşkil edib. Həmçinin müəyyən layihələr daxilində və statuslu məqalələr üzərində işləyərkən əlaqəli mövzuda məqalələr də yaratmışam. Şablonlar üzərində də işləmiş, həm yeniləmələr aparmış, həm də yeni şablonlar yaratmışam. Qısamüddətli aktiv fəaliyyətim dövründə vikinin demək olar ki, "əlim çatan" bütün bölmələrində aktivlik göstərmiş və təcrübə qazanmışam. Bündan sonrakı fəaliyyətimdə aktivliyimi bir qədər də artırıb daha geniş həcmli töhfələr vermək istəyirəm. Bu statusa sahib olmağım mənə "daha geniş qapılar açacaq" və eyni zamanda böyüyən vikidə idarəçilərin yükünü bölüşməmə kömək edəcək. Hörmətlə: Surə 🗯 02:26, 1 iyul 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 05:59, 1 iyul 2021 (UTC)
- Lehinə: Əleyhinə səs verənlərin fikirlərini oxudum. Məncə həmkarlarım tamamilə yanılırlar. Biz bu günə qədər vikipediyada səslərimizlə qısa müddət fəaliyyət göstərən bir çox həmkramızı idarəçi etdik. Sura xanımın fəaliyyəti az olsa da təcrübəsi çox genişdir. Vikipediya fəaliyyətinin normal yox, normalın üzərində olduğunu görürəm. Hesab edirəm mənim kimi vikipediyada heç bir statusu olmayan istifadəçilər üçün ən çətin iş, şablonların yaradılmasıdır. Həmkarımızın bu mövzuda kifayət qədər təcrübəsi olduğunu görürəm. Həmçinin bütün istifadəçilərə yaxından kömək göstərir. Uzun illər fəaliyyətimdə vikipediyada xanım idarəçi görməmişəm. 2014-cü ildən əvvəl olubmu bilmirəm. Bütün sahələrdə xanımlara idarəçilik verilməsinin tərəfdarı olaraq Sura xanımın da burada idarəçi seçilməsi, inanıram ki Azərbaycan vikipediyamıza yeni nəfəs gətirəcək. Do hard work! —Vahid Məmmədov (müzakirə) 20:27, 1 iyul 2021 (UTC)
- Lehinə: Müzakirələrdə iştirakını ara-sıra izləyirəm, kifayət qədər fəaldır və tərəfsiz mövqe tuta bilir. Bu, idarəçi üçün vacib xüsusiyyətdir. Həm də çox yenilkçidir, bəzi müzakirələrdə katalizator rolu oynayır. Ən çatışmayan cəhəti təcrübəsizliyi idi. Son dövr fəaliyyətində bu çatışmazlığın da aradan qalxdığını müşahidə edirəm. Məncə, belə bir xanım idarəçimizin olması heç də pis olmazdı. — Sortilegus (müzakirə) 03:51, 2 iyul 2021 (UTC)
- Lehinə: — Yuxarıda göstərilən səbəblərə görə lehinə səs vermək qərarına gəldim. Xanım köhnə istifadəçidir, həmdə yenilikçidir. Yeniliklərdən heçvaxt ziyan gəlməz. — Xeyal (müzakirə) 12:06, 2 iyul 2021 (UTC)
- Lehinə: Uğurlar. — Araz Yaquboglu (müzakirə) 12:09, 2 iyul 2021 (UTC)
- Lehinə: Sortilegus ilə razıyam.— Turkmen müzakirə 12:40, 2 iyul 2021 (UTC)
- Lehinə: İdarəçilər üçün ən zəruri keyfiyyətlərdən biri olan kommunikasiya bacarıqlarına sahibdir. Bundan əlavə, vandalizm məsələsində də aktiv fəaliyyət göstərəcəyini güman edirəm. — Burocan (müzakirə) 15:14, 2 iyul 2021 (UTC)
- Lehinə: Təcrübə zamanla yox fəaliyyətlə ölçülür. Kiminsə üç ilə yığdığı təcrübəni Sura Shukurlu bir ilə əldə edibsə, bu, onun uğurudur. İdarəçilik fəaliyyət müddəti ilə verilmir. Uğurlar!— Eminn (müzakirə) 15:29, 2 iyul 2021 (UTC)
- Lehinə: Hər zaman istifadəçilərə kömək etmiş, nəzakətli və təcrübəli istifadəçilərdən biridir. Niyə də yox? — NMW03 (müzakirə) 15:35, 2 iyul 2021 (UTC)
- Lehinə: Yuxarıda səslənənlərin əksəriyyəti ilə razıyam. İdarəçilər arasında xanımların da olması yaxşı olar. Uğurlar. — eldarado ✉ 05:22, 6 iyul 2021 (UTC)
- Lehinə: əhəmiyyətli töhfələr verən, kiçik nüanslara diqqət yetirən istifadəçidir. Fəaliyyətinin azviki üçün müsbət olacağına inanıram. — Toghrul R (m) 06:39, 6 iyul 2021 (UTC)
- Lehinə: Bu status sayəsində fəaliyyətinin daha da səmərəli olacağına inanıram. — Thunder Storm (müzakirə) 19:52, 16 iyul 2021 (UTC)
Lehinə: Bəzi istifadəçilər idarəçi olduqdan sonra təəssüf ki, fəaliyyətində azalma müşahidə olunur. Fəaliyyətində azalma olmayacağını ümid edərək, idarəçi olmasının tərəfdarıyam. — Khidirzada (müzakirə) 21:48, 16 iyul 2021 (UTC)Bakı vaxtı ilə səsvermə bitdikdən sonra səs verilib. - Eldarado tərəfindən yoxlanıldı
- Əleyhinə: Surə xanımın fəaliyyəti normaldır. Lakin idarəçilik üçün hələ tez olduğunu düşünürəm. Ümid edirəm ki, yanlış anlaşılmaram. Hər halda, uğurlar! - Dr.Wiki54 (müzakirə) 03:41, 1 iyul 2021 (UTC)
- Əleyhinə: Suranın fəaliyyətinə diqqət elədim. Fəliyyəti normaldır. Amma zənnimcə 1 il fəaliyyət azdır. Əgər növbəti il namizəd olsaydı və bu müddət ərzində qüsursuz fəaliyyət göstərsəydi, hə, idarəçi seçilə bilərdi. Amma hələ tezdir. İstifadəçiyə uğurlar arzu edirəm. Grenzsoldat (müzakirə) 09:32, 1 iyul 2021 (UTC)
- Əleyhinə: fəal istifadəçidir, amma daha çox təcrübə yığmalı olduğunu düşünürəm.— 127-ci yapon imperatoru 11:08, 1 iyul 2021 (UTC)
- Əleyhinə:— Azerifactory (müzakirə) 00:19, 10 iyul 2021 (UTC)
- Əleyhinə: son zamanlarda olan aktivliyini alqışlayıram, məncə belə də davam etməlidir. Azərbaycanca Vikipediyaya bu cür fəaliyyət daha çox faydalıdır. Eyni zamanda maksimum 50 fərqli aktiv istifadəçinin fəaliyyət göstərdiyi vikipediyada 16 idarəçi hədsiz çoxdur. Bu nəyi göstərə bilər, məncə insani olaraq titullar, rütbələr (İDARƏ EDƏN daha çox cəzbedici olduğu üçün insanlar idarəçiliyə can atır. Həmçinin təcrübəmdən onu da deyim ki, aktiv istifadəçilər idarəçi olduqdan sonra fəaliyyətləri bıçaq kimi kəsilir.—gabbani ∆ mesaj 04:36, 16 iyul 2021 (UTC)
- Əleyhinə: yuxarıda səslənən fikirlərə qatılıram — Nuray95 (müzakirə) 17:31, 16 iyul 2021 (UTC)
- Əleyhinə: Yoldaşların fikirlərinə qatılıram. Toqoo ✉ 19:49, 16 iyul 2021 (UTC)
- Bitərəf: fəal və konstruktiv istifadəçidir. Həmkarlarla müzakirə zamanı normal davranış sərgiləyir. Bunlara rəğmən hələ də əmin deyiləm. --► Hörmətlə: SolaVirum 02:56, 1 iyul 2021 (UTC)
- Bitərəf: Tam əmin olmadığım üçün bitərəf qaldım.— Baskervill (müzakirə) 06:57, 9 iyul 2021 (UTC)
Şərhlər
İlk növbədə iştirak edən hər kəsə təşəkkür edirəm. Onu da qeyd edim ki, idarəçi statusu üçün müraciət etməyimin əsas səbəbi zaman azlığını nəzərə alaraq məzmun redaktəsi yerinə daha çox texniki mövzularda fəallıq göstərmə istəyimdir. Patrul hüququnu aldıqdan sonra da məzmun redaktəsi ilə məşğuliyətimi azaldıb tamamilə fəaliyyətimi həmin yöndə yönəltmişdim. İndi də fəaliyyətimin yönünü bu yöndə dəyişdirirəm. Gabbani qeyd etdiyiniz mövzuyla tam razıyam. Problem istifadəçilərin "İdarəçilik"ə hüquq olaraq deyil, rütbə olaraq baxmasıdır. Əslində vikidəki sistemi buna görə sevirəm, heç bir rütbə / vəzifə yoxdur, sadəcə hüquq və məsuliyyətlərin paylanması var o qədər. — Surə 🗯 09:27, 16 iyul 2021 (UTC)
- Sortilegus, Eldarado, Baskervill səsverməni yekunlaşdıra bilərsinizmi? — Surə 🗯 18:15, 18 iyul 2021 (UTC)
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 22
- Etibarsız səs sayı — 1
- Etibarlı səs sayı — 21
- Lehinə — 12
- Əleyhinə — 7
- Bitərəf — 2
N Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Sura Shukurlu (müzakirə • töhfələr • statistikalar)-ə latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusu verilməsindən imtina edilmişdir. Hörmətlə — eldarado ✉ 06:50, 19 iyul 2021 (UTC)
Sura Shukurlu (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə2
Səsvermə 29 noyabr – 14 dekabr 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 14 dekabr 2021-ci il saat 23:59-də səsvermə dayandırılır)
Hərkəsə salam. Son zamanlarda vikidə mövcud olan qeyri-aktivlik və mənim vikiyə ayıracaq yetərli zamanımın mövcud olduğunu nəzərə alaraq düşündüm ki, status üçün müraciət edim. Daha əvvəl də qeyd etdiyim kimi vikidə 2 ildir fəaliyyət göstərirəm. Xatırladığım üzrə 1 il əvvəl patrul hüququ almışam və zaman-zaman digər fəaliyyətlərimi dondursam belə bu hüquqdan daimi istifadə etmişəm. Azvikinin demək olar ki, bütün bölmələrində təcrübəm var. Bu hüquq üçün yenidən müraciət etməyimin əsas səbəbi bəzi bölmələrdəki boşluqlar və həmin boşluqların doldurulması üçün bu hüquqa ehtyacımın olmasıdır. Əsasən də, müzakirələrin yekunlaşdırılması, vandalizmlə mübarizə və ya mövcud kriteriyaları ödəyən səhifələrin silinməsi kimi işlərdə boşluqlar mövcuddur. Vikidəki təcrübəyə görə istifadəçilərin idarəçi seçildikdən sonra fəaliyyətlərinin dayandığı düşünülür, amma mənim məqsədim əksinədir :) — Surə 🗯 17:35, 29 noyabr 2021 (UTC)
- Lehinə: təcrübəli istifadəçidir və aktivdir.— Turkmen müzakirə 17:56, 29 noyabr 2021 (UTC)
- Lehinə: Adekvatdır və aktivdir.— Azerifactory (müzakirə) 22:39, 29 noyabr 2021 (UTC)
- Lehinə: İstifadəçinin təcrübəsi, aktivliyi və ən əsası kommunikasiya bacarıqları nəzərə alındıqda idarəçilik üçün uyğun olduğu aşkardır. — Burocan (müzakirə) 02:27, 30 noyabr 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 02:48, 30 noyabr 2021 (UTC)
- Lehinə: Ötən səsvermənin əksinə indi Surə xanımın namizədliyini dəstəkləyirəm. İndiki passivlik dönəmində aktiv idarəçiyə ehtiyacımız var :) - Dr.Wiki54 (müzakirə) 09:06, 30 noyabr 2021 (UTC)
- Lehinə: uğurlar — Toghrul R (m) 09:09, 30 noyabr 2021 (UTC)
- Lehinə: — Xeyal (müzakirə) 16:31, 1 dekabr 2021 (UTC)
- Lehinə: — Uğurlar! Lavici (müzakirə) 21:46, 1 dekabr 2021 (UTC)
- Lehinə: yaxşı istifadəçidi, yaxşı da idarəçi olar. — Araz Yaquboglu (müzakirə) 13:56, 2 dekabr 2021 (UTC)
- Lehinə: Səhv etmirəmsə Sura Shukurlu bir dəfə də idarəçiliyə namizəd olmuşdu və idarəçi olması üçün çox az səsi çatmamışdı. Düşünürəm ki, namizəd tam layiqli idarəçi olacaq və ona göstərilən etimadı doğruldacaq. — Sortilegus (müzakirə) 14:29, 3 dekabr 2021 (UTC)
- Lehinə: İstifadəçinin çox yaxşı idarəçi olacağına inanıram. Uğurlar!— Eminn (müzakirə) 17:47, 5 dekabr 2021 (UTC)
- Lehinə: həmkarların fikirləri əsasında. --► Hörmətlə: SolaVirum 21:58, 8 dekabr 2021 (UTC)
- Lehinə: Həm fikirlərə qatılıram həmdə laiq olduğunuzu düşünürəm. - İlkin Şükürov müzakirə 23:54, 9 dekabr 2021 (UTC)
- Lehinə: Uğurlar! Wikipediya M (müzakirə) 14:36, 11 dekabr 2021 (UTC)
Şərhlər
Hörmətli Sortilegus, Eldarado, Baskervill, səsverməni yekunlaşdıra bilərsinizmi? — Surə 🗯 19:28, 14 dekabr 2021 (UTC)
Hörmətli Sura Shukurlu, Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarında "Səslərin hesablanması və nəticə" bölməsinə əsasən səsvermənin etibarlı olması üçün 15 səs lazım idi. Təəssüf ki, bu səsvermədə cəmi 14 istifadəçi iştirak etdi. Bu, sizin fəaliyyətinizlə bağlı problem deyil. Son aylarda Vikipediyada qeyri-aktivlik var və bu da onun nəticəsidir. Səsvermənin bitməsindən 2 gün keçməsinə baxmayaraq yekunlaşdırılmaması da ayrıca problemdir. Lakin həmin qaydada əlavə olaraq belə bir fikir yazılıb: "Əvvəlcədən elan olunmuş müddət sonunda lazımi miqdarda səslərin toplana bilməməsi halında səsvermə baş tutmamış sayılır və hər hansı istifadəçinin istəyinə bağlı olaraq, həmin və ya başqa müddətdə olmaq üzrə təkrarlana bilər." Bu təcrübədən istifadə olunduğunu xatırlamıram və həmçinin səsverməni yenidən başlatmağın yeni namizədlik hesab olunacağını dəqiq bilmirəm.— Eminn (müzakirə) 15:57, 16 dekabr 2021 (UTC)
- @İstifadəçi:Eminn məlumat üçün təşəkkür edirəm. Qeyd edilən əlavəyə uyğun addım atılması üçün ümumi konsensus olmalıdır. Çünki qeyd etdiyiniz kimi daha əvvəl belə bir təcrübədən istifadə edilməyib. Odur ki, deyəsən bunun üçün uzun müddət gözləməli olacam. Edəcək bir şey yoxdur. Surə 🗯 16:16, 16 dekabr 2021 (UTC)
- Eminn Fikirləriniz ilə tam razıyam düşünürəm ki, bu barədə çox haqlısınız. - İlkin Şükürov müzakirə 23:51, 16 dekabr 2021 (UTC)
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 14
- Etibarsız səs sayı — 14
- Etibarlı səs sayı — 0
- Lehinə — 14
- Əleyhinə — 0
- Bitərəf — 0
Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Sura Shukurlu (müzakirə • töhfələr • statistikalar)-yə Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusunun verilməsindən imtina edilmişdir (səsverənlərin sayı 15-dən daha az olduğu üçün səsvermənin nəticələri etbirasız sayılmışdır). — Sortilegus (müzakirə) 01:54, 17 dekabr 2021 (UTC)
Xeyal (müzakirə • töhfələr • statistikalar) idarəçi statusunun verilməsi ilə bağlı səsvermə
Səsvermə 3 dekabr – 18 dekabr 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 18 dekabr 2021-ci il saat 23:59-də səsvermə dayandırılır)
Son zamanlarda vikidə mövcud olan qeyri-aktivliyə görə məndə yenidən namizədliyimi irəli sürmək qərarına gəldim. Bir çox funksiyaları yerinə yetirmək üçün hal-hazırki statusum buna imkan vermir. Daha geniş fəaliyyət göstərmək üçün bu statusa ehtiyacım olduğunu düşünürəm. — Xeyal (müzakirə) 22:10, 2 dekabr 2021 (UTC)
- Əslində istifadəçinin fəaliyyətində çatışmayan cəhətlər var. Amma hal-hazırda vikipediyada idarəçilər arasında qeyri-fəallıq var. Səsvermələrdə yetərsay toplanmır, səsvermənin bitməsinə 2 gün qalmış cəmi 3 səsin olmağı vəziyyətin hansı həddə olduğunu göstərir, belə hal heç 10-15 il əvvəl baş vermirdi. Çox ciddi problemlərimiz var və belə məqamda idarəçi namizədliyini irəli sürən istifadəçini dəstəkləməyi (nəticəni dəyişdirməyəcəyini bilsəm də) məqsədəuyğun hesab edirəm. Vikipediyamızın yeniliyə və yeni idarəçilərə ehtiyacı var.— Eminn (müzakirə) 15:45, 16 dekabr 2021 (UTC)
- Əleyhinə: Xeyal fəaliyyət statistikanızı izlədim, azvikinin çox dəyərli redaktorlarından birisiniz. Müəyyən qədər təcrübə toplamağa ehtiyacınızın olduğunu düşünürəm. Elə bu səsvermənin özü də sizin üçün bir təcrübə olacaq. Gələcəkdə sizin çox dəyərli idarəçi ola biləcəyinizi ehtimal edirəm. Fəaliyyətinizdə uğurlar arzulayıram. — Sortilegus (müzakirə) 14:37, 3 dekabr 2021 (UTC)
- Əleyhinə: Hələ tezdir.— Azerifactory (müzakirə) 01:40, 4 dekabr 2021 (UTC)
- Əleyhinə: mən hələ idarəçi seçilmək üçün tez olduğunu düşünürəm, amma gələcəkdə namizədliyinizi uğurla irəli sürə bilərsiniz.--Wikipediya M (müzakirə) 14:51, 11 dekabr 2021 (UTC)
- Əleyhinə: Tezdir.— samral müzakirə 17:13, 18 dekabr 2021 (UTC)
Şərhlər
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 5
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 5
- Lehinə — 1
- Əleyhinə — 4
- Bitərəf — 0
Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Xeyal (müzakirə • töhfələr • statistikalar)-a Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusunun verilməsindən imtina edilmişdir (səsverənlərin sayı 15-dən daha az olduğu üçün səsvermənin nəticələri etbirasız sayılmışdır).— Sortilegus (müzakirə) 19:47, 19 dekabr 2021 (UTC)
İdarəçi statusunun alınması ilə bağlı səsvermələr
Baskervill (müzakirə • töhfələr • statistikalar)-dən idarəçi və bürokrat statusunun alınması ilə bağlı səsvermə
Səsvermə 7 yanvar – 22 yanvar 2020-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 22 yanvar 2020-ci il saat 23:59-da səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Crepusculum olaraq dəyişdirmişdir. |
- Lehinə: Kukla hesabdan istifadə edib saxtakarlıq etdiyi, həmçinin burada qeyd etdiyim faktları və bu stildə müzakirə aparmağını nəzərə alaraq statusunun alınmasını dəstəkləyirəm.--Turkmen müzakirə 10:34, 7 yanvar 2020 (UTC)
- Lehinə: Statusunun alınması üçün kifayət qədər səbəblər VP:İMZ-də göstərilib. --Araz Yaquboglu (müzakirə) 10:46, 7 yanvar 2020 (UTC)
- Lehinə: Statusun alınmasını dəstəkləyirəm! --Ramil Cəbrayıl (müzakirə) 15:50, 7 yanvar 2020 (UTC)
Lehinə:--Siyavuş Əmirli (müzakirə) 12:21, 7 yanvar 2020 (UTC) məqalələri sildiyinə görə statusunun alınmasını dəstəkləyirəmsəsvermə hüququ yoxdur - Eldarado tərəfindən yoxlanıldı
- Lehinə: səsimi verərkən əsaslandırmaq istərdim ki, Baskervill müəllim dəfələrlə vikipediyada olan fəaliyyətimə bilavasitə mane olub. Şəxs mənim də içərisində olduğum səsvermədə səs toplayaraq bürokrat oldu və daha sonra həmin statusun ona verdiyi güvənə dayanaraq məni dəfələrlə blokladı. Düşünürəm ki, elədikləri həm mədəni davranışlara zidd, həm də statusdan sui-istifadədir. --Sura Türksoy (müzakirə) 14:36, 7 yanvar 2020 (UTC)
- Lehinə: səbəblər əksəriyyətimizə açıq aydın bəllidi deyə, tay 1-1 qeyd etməyə, keçid verməyə lüzum görmürəm.--samral müzakirə 17:26, 7 yanvar 2020 (UTC)
- Lehinə: Yaxın günlərdə geniş şərh yazacam. Baskervillin fəaliyyətindən narazıyam və vikicəmiyyətdə son 1 ildə gərginlik yaratdığını düşünürəm.--Eminn ismarıc 18:00, 7 yanvar 2020 (UTC)
- Lehinə:--127-ci yapon imperatoru 22:05, 7 yanvar 2020 (UTC)
- Lehinə:--Azerifactory (müzakirə) 22:57, 7 yanvar 2020 (UTC)
Lehinə: Statusunun alınması üçün kifayət qədər səbəblər var. 11:10, 08 yanvar 2020 (UTC)ip-lərin səsvermə hüququ yoxdur - Eldarado tərəfindən yoxlanıldı
- Lehinə: Bürokrat statusunun alınması ilə bağlı fikrim lehinə amma idarəçi kimi yenidən seçilməsinə normal baxıram, geniş fəaliyyəti var pis-yaxşıda olsa. Hörmətlə:--Elshad Iman (Elşad İman) (müzakirə) 11:33, 8 yanvar 2020 (UTC)
- Lehinə: Ola bilsin ki, Bakservillə qarşı hansısa kompaniya başladıla bilər, amma fakt faktlığında qalır ki, idarəçi olaraq kukla hesabdan istifadə edəcəyi halda qaydanı pozacağını bilmiyə bilməzdi.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 21:48, 8 yanvar 2020 (UTC)
- Lehinə: Baskervill qaydaları bildiyi halda düz 3 dəfə onları pozub fərqli hesablar yaradıb, səsvermələrdə iştirak edib. Son olan hadisələr və intriqalar mənə maraqlı deyil. Fakt ortada qayda pozuntusu var və bunun cəzası olmalıdır. “Son bir şans” istəməklə iş bitmir. İstifadəçinin qaydanı pozması ilə idarəçi və bürokratın qayda pozması fərqlidir. Yəni ədalətə qalsa idarəçi və bürokrat istifadəçidən daha çox cəza almalıdır çünki qaydalar ilə tanış olub və onları bilərəkdən pozub. Baskervill indiki halda cəza almasa ondan sonra da kimsə qaydanı pozsa gərək onlara qarşı da belə yumşaq davranasız.--Rəcəb Həsənbəyov (müzakirə) 10:28, 9 yanvar 2020 (UTC)
- Lehinə: --Sword313 müzakirə 15:10, 9 yanvar 2020 (UTC)
- Lehinə: - Baskervillin Azərbaycan Vikipediyası üçün verdiyi töhfə 2x2=4 qədər açıq və aydındı. İndiyə qədər və inanıram ki, indidən sonrakı fəaliyyətinə görə bir azərbaycanlı kimi öz təşəkkürümü bildirirəm. Ancaq, ortadan bir qayda pozuntusu var və lazımi addımlar atılmalıdı. Yoxsa, bu yeni inkişaf edən vikipediyamızda özbaşınalıqlara gətirib çıxara bilər. O ki, qaldı intriqa məsələsinə. Facebookum olmadığı üçün məsələlərdən xəbərsizəm ama belə bir hücumun olması belə qayda pozuntusu etməyə haqq qazandırmır. Ümidvaram hər şey sonda azvikinin xeyrinə həll olar. AfraimMammadov (müzakirə) 14:35, 9 yanvar 2020 (UTC)
- Lehinə: Düşünürəm ki, elə bircə kukla hesab işlətməsi və bu hesabla səsvermələrə qatılması bütün statuslarının alınıb ən azı 6 ay bloklanması üçün kifayətdir. --Sortilegus (müzakirə) 21:18, 19 yanvar 2020 (UTC)
- Əleyhinə: əslində, səsim neytral olacaqdı, ancaq axır vaxtlarda baş verənlərdən sonra əmin oldum ki, bu, Baskervill-ə qarşı istiqamətləndirilmiş sistematik, planlaşdırılmış bir hücumdur. Baş verən hadisələrdə daşın altından həmişə eyni adların çıxması, elə bu səsvermədə qeyri-aktiv istifadəçinin səs verməsi də buna bir dəlildir. Sırf buna görə də azad fəaliyyət göstərən həmkarları əleyhinə səs verməyə dəvət edirəm. --► Hörmətlə: SolaVirum 11:12, 7 yanvar 2020 (UTC)
- Əleyhinə:-- Şöhrət✉ 11:30, 7 yanvar 2020 (UTC)
- Əleyhinə: Solavirumla həmfikirəm.--Maqamedd (müzakirə) 12:14, 7 yanvar 2020 (UTC)
- Əleyhinə: Solavirumla razıyam və bunu da deyim ki, vikipediyaya daxildən və xaricdən zərbə vurmaq istəyənlərə inad mən də hamını əleyhinə səs verməyə dəvət edirəm.--gabbani ∆ mesaj 21:20, 7 yanvar 2020 (UTC)
- Əleyhinə: idarəçi kimi faydasının ziyanından çox olduğunu düşünür və statusunun saxlanmasının düzgün olacağını düşünürəm. Bəli, səhv edib, lakin, bir az eşələsək idarəçilərimizin də istifadəçilərimizin də daha kobud səhvlərə yol verdiklərini üzə çıxarmaq olar. Sadəcə olaraq düşünürəm bu heç kimə maraqlı deyil, ona görə də heç kim vaxt itirmir buna. --sefer azeri 06:50, 8 yanvar 2020 (UTC)
- Əleyhinə: Lehinə səslərin koordinasiyalı və mütəşəkkil formada verilməsi açıq görünür. Təəssüf ki, 10 illik zəhməti olan bir idarəçi və bürokratı belə asanlıqla Azvikidən kənarlaşdırmaq istəyirlər. -- Turan Etibaroğlu (müzakirə) 11:26, 8 yanvar 2020 (UTC)
- Əleyhinə: İdarəçi kimi faydaları çox olmuş. Düşünürəm bir şans vermək olar.Sonuncu şans.--namikilisu 08:23, 8 yanvar 2020 (UTC)
- Əleyhinə: 8 ildir Vikipediyada fəaliyyət göstərən biri kimi yəqin ki, idarəçilik barədə səsvermələrdə çox da iştirak etmədiyimi, ümumiyyətlə intriqalara maraqlı olmadığımı bilirsiniz. Mənimki yazmaqdır. Açıq deməliyəm ki, əvvəlcə bitərəf səs vermək istəsəm də son şanslara inanıram. İdarəçiliyin mümkün itirilmə halından sonra belə Vikipediyada fəaliyyətə davam etməsini ümid edirəm. İş görmək lazımdır. Cavid Ağa (müzakirə) 08:52, 8 yanvar 2020 (UTC)
- Əleyhinə: Baskervill bəzi şeyləri düz etməyib, ama bu şəkildə cəzalandırmaq da olmaz. --Mehman 97 15:52, 8 yanvar 2020 (UTC)
- Əleyhinə: Bundan əvvəlki səsvermələrdə iştirakım zamanı da bildirmişəm ki, vikipediyada fəaliyyət göstərmək üçün heç də idarəçi, bürokrat, stüard vs. olmaq məcbur deyil. Lakin təəssüf ki, bütün idarəçilər bunun ölüm-qalım, varlıq-yoxluq kimi dəyərləndirib, bu statusdan vazkeçmək istəmirlər. Bilmirəm, bəlkə də, mənim nöqteyi-nəzərimdə bu belə sadə görsənir. Ona görə demək olar ki, bütün səsvermələrdə, neytral qalmışam, bir və ya ikisindən savayı. Hətta zənnimcə idarəçi seçimində ilk "lehində" qərarımı, bu seçkinin səbəbkarının referansı ilə, bu seçkinin baiskarına vermişəm. Baskervillin öz səhvi "istifadəçi və idarəçilər arasında baş verən mübahisələrdə daima bitərəf mövqeydən çıxış etməsi" ilə məşhur olan digər idarəçi tərəfindən görülən tədbirlər nəticəsində bu gün bu seçki baş tutur. Haqqı demək lazımdır, vikipediyanın ən primitiv qaydasının belə peşəkar istifadəçi tərəfindən pozulması olduqca təəccüblüdür. Lakin, həqiqətin məncə bir üzü olmur. Daha əvvəlki seçkilərdə də, müzakirələr də, qeyd etmişdim ki, adminlər və bir qrup istifadəçilər arasında gizli qruplaşmalar mövcuddur. Real həyatda görüşmə də elə bunun müəyyən əsasını təşkil edir. Bəzi insanlarda xəstəlik, hərislik dərəcəsində ambisiyalar ola bilir. Bu ambisiyalarına müxtəlif donlar da geyindirə bilərlər - vətənpərvərlik, təəssübkeşlik vs. Vikipediyanın özündə belə bəzən səsvermə nəticəsində kimsə, yaxud hansısa iddia "haqlı", "gerçək" qəbul edilə bilir və burada həlledici məsələ sadəcə səsverən istifadəçi sayıdır. Ona görə ambisiyası olan istənilən şəxs, vikipediyadan da öz məqsədləri üçün istifadə edə bilər. Nəzərə alaq ki, vikipediya axtarış saytlarında ilk sıralarda çıxır və bundan hər cür məqsədlə istifadə etmək istəyənlərin iştahı qabarır. Bu gücü nəzarətdə saxlamaq istəyənlər də mütləq var və bu da tərəfimdən anlaşılandır. Məhz həmin ambisiya sahibləri bu gün sahib olmadıqları səlahiyyətlərin, onların nəzarətində olmayan birində olmasına da razı deyillər, ola da bilməzlər. Onlar bu gücə sahib ola bilməsələr, mütləq onu dağıtmağa çalışarlar. Ona görə də Baskervillin səlahiyyətlərinin əlindən alınması gözlənilən idi. Belə gözləntimin olduğunu başqa bir idarəçinin səlahiyyətinin alınması məsələsində bildirmişdim. İndi də bildirirəm, həmin ambisiya sahibləri, müəyyən dairələrdən birbaşa göstəriş aldıqlarına inandığım o qrup bundan sonra da boş dayanmayacaq. Baskervilldən sonra da "bitərəf idarəçi"ni vuracaqlar. Belə olacaq! Ona görə də, bunu indidən dayandırmaq lazımdır. Hörmətlə HulaguKaan (müzakirə) 20:47, 8 yanvar 2020 (UTC)
- Əleyhinə: Hələ də mənə aydın deyil ki, Baskervill niyə kukla profil yaratmağa ehtiyyac görüb. Bu məsələ meydana çıxdığı gündən fikirləşirdim ki, səsvermədə statusun əlindən alınmasına səs verəcəm. Lakin son hadisələr fikrimin dəyişməsinə səbəb oldu. Həmçinin, müstəsna istifadəçilərə son şansların verilə biləcəyinə inanıram. Azərbaycanca vikipediya üçün çox işlər görüb. Hörmətlə,--Qızılbaş (müzakirə) 07:59, 9 yanvar 2020 (UTC)
- Əleyhinə: Düşünürəm ki, Baskervillin Azərbaycanca Vikipediyaya verdiyi töhfələrin üstündən birdəfəlik xətt çəkərək idarəçi statusunun alınması lehinə səs vermək düzgün deyil. Mən bilmirəm, Baskervill həqiqətən kukla hesablara ehtiyac duyub, yoxsa ümumiyyətlə belə bir şey olmayıb, sadəcə belə bir Vikipediyaçının fəaliyyət həvəsini sıfıra endirməyin heç də xoş olmayacağını bildiyimdən əleyhinə səs verirəm. -- 𝖍𝖚𝖘𝖊𝖞𝖓𝖟𝖆𝖉𝖊 (✍️müzakirə) 06:40, 10 yanvar 2020 (UTC)
- Əleyhinə: İlk növbədə, Baskervill digər bir istifadəçi adı ilə fəaliyyət göstərmək və onu gizlətməklə, yəgin ki, mənim kimi bir çox istifadəçini təəccübləndirməkdə davam edir və bunun geniş bir açıqlamaya ehtiyac olduğunu düşünürəm. (hələ heç bir açıqlaması qane etmir) Lakin mən bir çox istifadəçidən çox-çox əvvəl, ilk dəfə 2009-cu ildə yalnış redaktələrlə başlamışam vikipediya fəaliyyətimə. O zamanlar mənə düzgün istiqamət göstərənlərin bir çoxu indi fəaliyyət göstərmir. O zamandan bu zaman bir çox idarəçi, istifadəçilərin fəaliyyətlərini görmüşəm. Hesab edirəm ki, Baskervill-in fəaliyyəti AzViki üçün yüksək qiymətləndirilməlidir. Amma hörmətli Baskervill, sizə demək istəyirəm ki, ilk öncə siz üzünüz də öz fəaliyyətinizi yüksək qiymətləndirməyi bacarmalısınız. Çünki səsvermədə sizin fəaliyyətinizin üzərindən xətt çəkmək istəməyənlər, sizə dəstək çıxanlar, sizi təkrar idarəçi və bürokrat seçənlərdir. Sizə deyilənlər doğrudur. Əvəzolunmaz insan yoxdur. Lakin mənim kimi zəif bir istifadəçi daxil, vikipediyada sözünü demiş, fəaliyyəti geniş olan, hansı ki, sizin fəaliyyətinizi gözü ilə görən bir neçə istifadəçi sizə etimad göstərir və sizə daha bir şansı verməkdə qəti qərarlıdır. Bəlkə də bu artıq 3-cü şansdır. Son zamanlar vikipediyada baş verən xoşagəlməz hadisələrə son qoyulmalıdır! İçdən dağılma təhlükəsi var! Bu böyük fəsadlar törədə bilər. Bürokratlar da, idarəçilər də əslində, həm də bir istifadəçi olduğunu unutmamalıdırlar və sıradan istifadəçilərlə birlikdə bir əsas nöqtəyə yönlənməlidirlər; AzVikinin inkişafına! Patriot Kor (müzakirə) 08:10, 10 yanvar 2020 (UTC)
- Əleyhinə: Nə üçün kukla hesab yaratdığı mənə də maraqlıdır. Amma verdiyi töhfələrin üstündən birdəfəlik xətt çəkərək idarəçilik statusunun alınması düzgün deyil. Solavirumun dedikləri ilə razıyam. Həqiqətəndə Facebookdakı müzakirələrdən, qeyri-aktiv istifadəçilərin səs verməsindən görünür ki, Baskervillə qarşı sistematik hücum var. --NMW03 ✉ 09:06, 10 yanvar 2020 (UTC)
- Əleyhinə: prosesi ilk gündən səbrlə izləyirəm. Səsimi vermədən öncə də dəfələrlə düşündüm. Baskervillin yeganə səhvi kukla hesab ilə səsvermə olmuşdur. Amma onun ikinci istifadəçi adı ilə fəaliyyət göstərməsi qadağan deyil və məncə lazım idi. Çünki erməni rəqqasə haqqında məqalə yaradılması müzakirə mövzusu oldu. Belə məqaləni öz istifadəçi adı ilə yaradan digər həmkarlara nələr deyildiyini müşahidə etmişik. Vaxtı ilə digər istifadəçiləri qruplaşmada günahlandıran bəzi şəxslər indi özü qrup yaratmağa çalışırlar. Buna görə də Vikipediyada balansın saxlanılması üçün idarəçiyə son dəfə şans verilməsinin tərəfdarıyam. İnanıram ki, bu şansı verməklə ona etimad edən istifadəçilərin təşəkkürünü fəaliyyətini artıraraq, daha obyektiv və qayğıkeş olmaqla bildirəcək. --Drabdullayev17 (müzakirə) 13:08, 10 yanvar 2020 (UTC)
- Əleyhinə: bu olan və gedən proseslərin nə səbəbini nə də pərdəarxasını bilmirəm. Baskervillin vikipediyada qoyduğu əmək danılmazdı. Səsimi sırf buna görə verirəm. Ümid edirəm belə hallar bir də yaşanmaz.--Əhməd Qurbanov (müzakirə) 15:15, 12 yanvar 2020 (UTC)
- Əleyhinə: Cənab Solavirum ilə razıyam.Hər insan bir səhv edə bilər.Baskervilldə kukla hesab açıb deyə onu bu hüquqlardan məhrum buraxmaq ədalətsizlikdir.Fikrimcə səsvermə mənasızdır.Çünki Vikinin Baskervill kimi istifadəçilərə ehtiyacı var.Vikinin çiçəklənməsində Baskervillin böyük rolu var.1 səhvə görə onun əziyyətlərinin hamısına göz yummaq məncə axmaqlıqdır.II Sαðåм Гυsειη تفاش🔎 12:31, 13 yanvar 2020 (UTC)
- Əleyhinə: Açıq formada görünür ki, elektron ensiklopediyanın ölkədə kütləviləşdirilməsi üçün fəaliyyət göstərmiş bir şəxsi qərəzli formada idarəçilikdən kənarlaşdırmağa çalışırlar. Bundan əlavə aktiv fəaliyyəti olan idarəçinin statusunun alınmasının tərəfində olmağım doğru olmaz.-- Toqoo ✉ 13:10, 13 yanvar 2020 (UTC)
- Əleyhinə: Cəzalandırılaraq Bürokrat və İdarəçilikdən məhrum olunması düzgün olmaz, bürokrat adını hələki tez alıb görünür, elə İdarəçi kimi qalması təqdirə layiq olar--►Doctor 23:09, 14 yanvar 2020 (UTC)
- Əleyhinə: Vikipediyamızın inkişafında kifayət qədər töhfələri vardır. Şəxsi münasibətləri pozmasını qınayıram,bu cür narazılıqlara son qoymağı məsləhət görürəm.Gələcəkdə fəaliyyətində müsbət dönüş edəcəyinə ümidvaram.Shafa Movsumov
- Əleyhinə: --Hilal knight (müzakirə) 06:33, 29 yanvar 2020 (UTC)
Şərhlər
Çox təəssüf edirəm ki, haqqımda növbəti dəfə səsvermə başladılıb. Hər şey mənə 2019-cu ilin iyun ayında icmanın qərarı ilə verilmiş bürokrat statusundan sonra başladı. Əvvəlcə özü də idarəçi və bürokrat olan Sortilegus mənə bürokrat statusunun verilməsinə idarəçi müzakirəsi səhifəsində öz etirazını bildirdi. Ardınca Turkmen tərəfindən müvafiq statuslarımın alınması üçün 4 dəfə cəhd edildi. Cəhdlərin ardıcılığı yadımdan çıxsa da, xatırladığım bunlardır; Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi I və II cəhd (eyni səhifədə), Qaydaların pozulması - III cəhd və meta-da çekyuzer olunmaq üçün müraciət IV cəhd. Stüardlar yoxlamanın aparılması üçün ciddi əsasın olmadığını bəyan etsə də, Turkmen israr yoxlamanın aparılmasında təkid etmişdir. Mənə görə bura qədər hər şey normaldır. Ən qəribə gələn və sözün əsil mənasında tüklərimi biz-biz edən Turkmenin oktyabr ayında mənim və Gabbani arasında oxşar çekyuzer əməliyyatını aparmasıdır. Buradan bu nəticə çıxır ki,Turkmen bütün aktiv istifadəçilərin fəaliyyətlərini izləyir və yazı tərzindən, səsvermələrdən özü üçün bir hədəf təyin edir və son olaraq həmin hesabın yoxlanılması üçün müraciət edir.
Əziz vikicəmiyyət, Turkmenin bürokrat olması üçün mənim idarəçilik və bürokratlıqdan çıxmağım mütləqdirmi ? Əgər belə bir hadisə baş verərsə, bir daha mənim idarəçi seçilməyim yaxın 5 il ərzində mümkün olmayacaq. Hamı bilir ki, idarəçi seçilmək üçün səslərin əhəmiyyətli hissəsi müsbət çoxluqda olmalıdır və hər dəfə yuxarıda adı keçən şəxslər ərki çatan 4-5 adam tapıb mənim idarəçi kimi fəaliyyət göstərməyimə sədd çəkəcəklər. Dediklərimin ən böyük sübutu birinin mənə gecə bürorkatı deyib təhqir etməsi, digərinin isə qaraba-qara bütün fəaliyyətimi izləməsini göstərmək olar. Sura Türksoy adlı şəxsin dediklərinə gəlincə isə həmin şəxs facebook üzərindən məni ağır formada təhqir etmişdi və bloklanmasının səbəbi də bununla bağlı idi. Məsələ ilə bağlı AMEA Mərkəzi Elmi Kitabxanasının rəhbər şəxslərinə də məlumat vermişdim.
Son 3 gündə facebookda baş verənləri hamı gördü. Bu barədə ümumiyyətlə danışmaq istəmirəm, ancaq bircə onu bilin ki, mübarizəni bu formada aparmazlar. Mən bu sayta 10 il zəhmətimi vermişəm, cibimdən pul qoyub tədbir keçmişəm və icmanı xarici tədbirlərdə təmsil etmişəm, 65.000+ redaktə ilə Azviki tarixində ən çox redaktəyə sahib VII şəxsəm. Elə bir gün yoxdur ki, Laboratoriya səhifəsini yoxlamayım və ya elə bir gün yoxdur ki, yeni yaradılan məqalələr səhifəsinə baxmayım. Ana səhifə barəsində isə xüsusi olaraq danışmaq istəyirəm. Ötən həftə maraqlı bir hadisə oldu. Vikipediya vaxtı ilə təqvim 2020-ci ilin 1 yanvar 00:00 tarixini göstərən kimi Ana səhifə yeniləndi və anidən 3 bölmənin boş olduğunu gördüm. Həmin vaxtı Torontonun mərkəzində idim və vacib bir işin arxasınca gəlmişdim. İşimi çox çətinliklə təxirə saldım və yaxınlıqdakı McDonald'sa gedib internetə bağlandım və həmin boş bölmələri düzəltməyə başladım. Bunu sonra da, edə bilərdim, ancaq görüş müddətində ağlım orada qalacaqdı ki, Mən necə idarəçiyəm ki, əlimdə bu hüquq ola-ola Ana səhifə yaman gündə qalsın.
Əsla hansısa TV və ya internet kanalına müsahibə vermədim ki, bəs salam məleykim, mən dünya üzrə 20 idarəçidən biriyəm, inşallah bir azdan da 10 idarəçidən biri olacam və Azərbaycanda məndən bir dənədi .. Buna nə ehtiyac vardı axı ? Kimə göstərirdim ki, özümü ? Xəbərlər 3 il əvvəl mənim tərəfimdən yaradılıb. Bu bölmə üzərində tez-tez Azerifactory ilə mübahisə edirdik ki, xəbərləri sürətlə dəyişməyək ki, azı 1 həftə qalsın. Mən bu mübahisəni bir tək bu şəxslə etmişəm, çünkü ikimizdən başqa yumuşaq formada desək heç kimin vecinə olmayıb həmin bölmə. Bir digər hadisə isə Qasım Süleymaninin öldürülməsi ilə bağlı olmuşdu. İranlı generalı sui-qəsd nəticəsində həlak olandan cəmisi 2-3 saat sonra haqqında Bağdad Beynəlxalq Hava Limanına hücum məqaləsini yaratmışdım və həmin an da məqalə cəmisi 2 dildə mövcud idi. Oxşar hadisə dünən yaratdığım Avstraliya yanğınlarına da aiddir. Mən idarəçilikdən çıxarılandan sonra kimdən xahiş edəcəm ki, həmin məqalələri Ana səhifəyə əlavə edin ? 1 dəfə xahiş edərəm, 2 dəfə xahiş edərəm, 3-cü dəfə həmin şəxs mesajımı oxuyub, cavab yazmaz.
Sefer azeridə həmişə sosial şəbəkə üzərindən mənə xəbərlər göndərir ki, bunu Ana səhifəyə əlavə et.. Başqa kimə desin ? Bütün yuxardakı suallarımı facebookda dostluğumda olan idarəçilərin bəzilərinə və aktiv istifadəçilərə ünvanlamışdım. Bir yoldaş dedi ki, bu həyat gəldi-gedərdi, yaxşı olar , digəri dedi ki, əvəzolunmaz heç kim yoxdur və bir digəri də, dedi ki, əsas odur ki, həyat da uduzmayasan, Vikipediya boş şeydi. Bütün bu fəlsəfi söhbətlərdən başa düşdüm ki, icmanın bir hissəsi məni çoxdan məzara qoyub və üzərimi torpaqlayıb, sadəcə mənim xəbərim yoxdur. Yol verilmiş qayda pozuntularına görə səmimi peşimançılıq hissləri keçirdirəm və xahiş edirəm ki, 2020-ci ildə mənə öz fəaliyyətimi daha mükəmməl formada qurmaq üçün son bir şans daha verəsiniz. Söz verirəm ki, heç bir halda, heç kiminlə kobud davranmayacam və əsla icma tərəfindən qəbul edilmiş qaydaları pozmayacağam. Hörmətlə:--Baskervill (müzakirə) 06:51, 8 yanvar 2020 (UTC)
- Baskervill, xəbərlərin bura nə aidliyi var? Kukla hesabı açmısan, qaydanı pozursan, və indi aləmi də bir-birinə qatırsan--Azerifactory (müzakirə) 17:18, 8 yanvar 2020 (UTC)
- Azerifactory idarəçi olmadan Xəbərlər bölməsini və ya Ana səhifəni necə yeniləmək mümkündür ? --Baskervill (müzakirə) 18:00, 8 yanvar 2020 (UTC)
- Baskervill, xəbərlərin bura nə aidliyi var? Kukla hesabı açmısan, qaydanı pozursan, və indi aləmi də bir-birinə qatırsan--Azerifactory (müzakirə) 17:18, 8 yanvar 2020 (UTC)
- @Baskervill,, səndən əvvəl Ana Səhifəyə necə nəzarət edilirdisə, inşallah yenə edilər. Uzaq başı 1-2 dəfə problem olar, daha sonra başa düşülər ki, daha Baskervill yoxdu, Ana Səhifəyə nəzarət etmək lazımdı. Bütün qeyd etdiyin səbəblər əsas deyil ki, sən qaydaları kobud şəkildə pozasan, kukla hesab açasan, o hesablarla səsvermələrdə iştirak edəsən, bu barədə şübhə yarananda ya inkar edəsən, ya da susasan, qəribə bloklamalar edəsən, müzakirəsiz, xəbərdarlıqsız, hətta SNS belə etmədən VP:SSK və VP:SK qaydalarını kobud şəkildə pozub məqalə siləsən, sonra da bütün bu haqsızlıqlar səbəbilə sui-istifadə etdiyin idarəçilik statusun alınmaq istənəndə, deyəsən ki, mənə qarşı kampaniya var, mən olmasam Xəbərlər bölməsini kim yeniləyəcək? Bütün bunlardan əlavə mən şəxsən sənin "son şans" sözlərinə o vaxt inanardım ki, bütün bu söhbətlərdən sonra heç olmasa qaydaları kobud şəkildə pozmasaydın. Amam sən məsələn götürdün mənim müraciətimdən sonra blokun açılan kimi mənim yaratdığım, təkmilləşdirdiyim İsa Şükürov məqaləsini, 35 istinadı, 20 kb məzmunu, intervikisi ola-ola, ondan daha betər gündə olan məqalələri SNS etdiyin halda bunu birbaşa sildin. Hər kəs gördü və bildi ki, sən sırf bu şeyi mənə qarşı qərəzli şəkildə, prinsipə etdin. Bu bir daha göstərdi ki, sən haqqında bu qədər əsaslı şikayət və haqlı narazılıq ola-ola hələ də kobud şəkildə qayda pozmağa davam edirsən. Əleyhinə səs verənlərə də deyirəm ki, düz etmirsiz. Baskervill-in qayda pozuntularına özünüz məruz qalmamısız deyə, "əsas odu mənə nəsə etməyib, kimə nə edib etsin" prinsipi ilə hərəkət etməklə qaydalara qarşı etinasızlıq edirsiz. Baskervill-in etdiklərini hansısa sıravi bir istifadəçi edəndə çox sərt cəzalandırılır, halbuki. Deməli AzVikidə qaydaların tətbiqi 2 cürdü. İstifadəçi edəndə sərt cəza, idarəçi edəndə başqa cür.--samral müzakirə 05:26, 9 yanvar 2020 (UTC)
- Samral başa düşənlər bu günə qədər çoxdan başa düşməli idi məncə. Burada istər lehinə istərsə əleyinə səs vermiş şəxslərin səsləri sorğulanmır. Bu səbəbdən kiməsə məsləhət verməyə ehtiyac yoxdur. İsa Şükürovun ensiklopedik olmadığını düşünürəm. Şəxsin sayt rəhbəri olması onu əsla ensiklopedik etmir və bu tipli məqalələr hər zaman gələcək qeyri-ensiklopedik məqalələrin yaranmasına mənfi formada zəmin hazırlayıb. Birdə, lütfən kimisə səsverməyə dəvət etməmişdən əvvəl birinci baxın görün ki, səsvermə hüququ var yoxsa yoxdur. --Baskervill (müzakirə) 07:24, 9 yanvar 2020 (UTC)
- Baskervillin son fəaliyyəti keçmiş idarəçimiz Cekli829-un fəaliyyətini xatırladır. Hal-hazırda bu səsvermə də mənə 9 il qabaq keçirilmiş bu səsverməni xatırladır. Bu ötən 9 ildə Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) prinsipini hazırlaya bilməsək də, düz 12 idarəçini yola salmışıq və bu da növbəti 13-cü belə hal ola bilər. Şəxslər dəyişir, amma situasiya dəyişmir. Həmişə problem yaradan bir idarəçi tapılır. Hamının fəaliyyətində problemlər, səhvlər olur, bu qaçılmazdır. Amma Baskervillin xüsusən bürokrat seçiləndən sonra davranışı heç də xoş deyil. İdarəçinin son vaxtlar bütün müzakirələri şəxsi müstəviyə gətirməsi və facebookda hər kəsin inboxuna səsvermələrlə bağlı bildirişlər göndərməsi və fikirlərinə təzyiq etməsi yol verilməz haldır. Səhvən məqalə silmək olar, texniki səhv etmək olar, amma səhvən istifadəçiyə qarşı kobudluq etmək, təhqir etmək olmur. Kimsə hislərini cilovlaya bilmirsə, buna görə vikicəmiyyət məsuliyyət daşımır. Heç bir istifadəçinin vikipediyadan uzaqlaşmağının tərəfdarı deyiləm və hətta bir gün Amd628-in, TimBitsتِمبِتس-in və indi fəaliyyət göstərməyən bütün keçmiş idarəçi və təcrübəli istifadəçilərin yenidən fəaliyyətə başlayacağına ümid edirəm. Vikipediya aqresiya yeri olmamalıdır, burda şəxslər yox məqalələr, prinsiplər, layihələr müzakirə olunmalıdır. Əgər bu, bu gün belə deyilsə, bunun birbaşa günahkarı idarəçilər və xüsusən bürokratlardır. Bürokratlıq yalnız səsvermə yekunlaşdırıb status verməklə kifayətlənmir. Onlar həm də vikicəmiyyətdə münaqişələrin yaranmaması üçün fəaliyyət göstərməli idilər, amma mən belə bir halla rastlaşmamışam və hətta bəzən mübahisələri daha da böyüdən, istifadəçilərə qarşı kobudluq edənlər elə onlar olur.--Eminn ismarıc 15:41, 9 yanvar 2020 (UTC)
- Hörmətli Eminn, məsələni çox gözəl izah etdiz və haqlı olduğunuzu da düşünürəm. Sadəcə son cümlələrinizlə razılaşmaq çətindir. Əgər məsələyə azviki üzərindən baxsaq görə bilərik ki, azvikinin normal işini poza biləcək məsələ yoxdur. Poza biləcək bir ikinci hesab məsələsidir, o da üzə çıxarıldı və yarana biləcək ciddi problemin qarşısı alındır. Digər münaqişələrin demək olar ki, hamısı azviki xaricində, yəni müəyyən sosial şəbəkələr üzərindən baş tutur. Öz adımdan danışsam, mənim isə səlahiyyətim yalnız viki üzərində baş verən münaqişələri yoluna qoymağa cəhd göstərməkdir. Əgər istər idarəçilik istərsə də bürokratlıq kimi fəaliyyətimdə boşluqlar varsa istənilən istifadəçi bunu çəkinmədən müzakirə səhifəmə yazaraq mənə bildirə bilər. Əmin olun ki, bunu xoş qarşılayar və boşluqları aradan qaldırmağa çalışaram. Hər səsvermə zamanı bürokratlar haqqında belə fikirlər yazılması heç də xoş hal deyil. Bu cür sorunlar hər bir vikidə tez-tez yaşanan sorunlardır və hər birində olduğu kimi bizdə də qaydalar əsasında həll olunur. Hörmətlə --eldarado ✉ 07:37, 10 yanvar 2020 (UTC)
- Baskervillin son fəaliyyəti keçmiş idarəçimiz Cekli829-un fəaliyyətini xatırladır. Hal-hazırda bu səsvermə də mənə 9 il qabaq keçirilmiş bu səsverməni xatırladır. Bu ötən 9 ildə Vikipediya:Ensiklopedik əhəmiyyətlilik (şəxslər) prinsipini hazırlaya bilməsək də, düz 12 idarəçini yola salmışıq və bu da növbəti 13-cü belə hal ola bilər. Şəxslər dəyişir, amma situasiya dəyişmir. Həmişə problem yaradan bir idarəçi tapılır. Hamının fəaliyyətində problemlər, səhvlər olur, bu qaçılmazdır. Amma Baskervillin xüsusən bürokrat seçiləndən sonra davranışı heç də xoş deyil. İdarəçinin son vaxtlar bütün müzakirələri şəxsi müstəviyə gətirməsi və facebookda hər kəsin inboxuna səsvermələrlə bağlı bildirişlər göndərməsi və fikirlərinə təzyiq etməsi yol verilməz haldır. Səhvən məqalə silmək olar, texniki səhv etmək olar, amma səhvən istifadəçiyə qarşı kobudluq etmək, təhqir etmək olmur. Kimsə hislərini cilovlaya bilmirsə, buna görə vikicəmiyyət məsuliyyət daşımır. Heç bir istifadəçinin vikipediyadan uzaqlaşmağının tərəfdarı deyiləm və hətta bir gün Amd628-in, TimBitsتِمبِتس-in və indi fəaliyyət göstərməyən bütün keçmiş idarəçi və təcrübəli istifadəçilərin yenidən fəaliyyətə başlayacağına ümid edirəm. Vikipediya aqresiya yeri olmamalıdır, burda şəxslər yox məqalələr, prinsiplər, layihələr müzakirə olunmalıdır. Əgər bu, bu gün belə deyilsə, bunun birbaşa günahkarı idarəçilər və xüsusən bürokratlardır. Bürokratlıq yalnız səsvermə yekunlaşdırıb status verməklə kifayətlənmir. Onlar həm də vikicəmiyyətdə münaqişələrin yaranmaması üçün fəaliyyət göstərməli idilər, amma mən belə bir halla rastlaşmamışam və hətta bəzən mübahisələri daha da böyüdən, istifadəçilərə qarşı kobudluq edənlər elə onlar olur.--Eminn ismarıc 15:41, 9 yanvar 2020 (UTC)
Yekunlaşdırma
Yekun nəticə:
- Səs verənlər — 36
- Etibarsız səs sayı — 2
- Etibarlı səs sayı — 34
- Lehinə — 14
- Əleyhinə — 20
- Bitərəf — 0
Yekun nəticə: Bürokratların statuslarının alınması qaydalarına əsasən idarəçi və bürokrat Baskervill (müzakirə • töhfələr • statistikalar)-in statuslarının saxlanılmasına qərar verilmişdir. Hörmətlə --eldarado ✉ 13:12, 25 yanvar 2020 (UTC)
Azerifactory (müzakirə • töhfələr • statistikalar)-dən idarəçi statusunun alınması ilə bağlı səsvermə
Səsvermə 5 iyul – 20 iyul 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 20 iyul 2021-ci il saat 23:59-da səsvermə dayandırılır)
- Lehinə: Fikirlərimi idarəçi müzakirəsi səhifəsində qeyd etmişəm. Hörmətlə — eldarado ✉ 05:44, 5 iyul 2021 (UTC)
- Lehinə: — NMW03 (müzakirə) 07:11, 5 iyul 2021 (UTC)
- Lehinə: - hörmətli idarəçilərin fikirlərinə qatılıram. 1 illik aktiv vikifəaliyyətim dövründə Azerifactory-nin idarəçilik fəaliyyətindən bir istifadəçi olaraq narazı olmuşam. Bəzən bu narazılıq səlahiyyətin sui-istifadəsi səbəbindən də olub. İnanıram ki, Azerifactory bəy, bu səsvermənin nəticəsindən asılı olmayaraq fəaliyyətinə davam edəcək. Çünki vikipediya üçün dəyərli məqalələr yaradan istifadəçilərdəndir. İstənilən halda uğurlar arzulayıram! - Dr.Wiki54 (müzakirə) 07:31, 5 iyul 2021 (UTC)
- Lehinə: — Burocan (müzakirə) 11:23, 5 iyul 2021 (UTC)
- Lehinə: — Mirəli2001 (müzakirə) 11:33, 5 iyul 2021 (UTC)
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 11:37, 5 iyul 2021 (UTC)
- Lehinə: əslində, məlum məsələdə fikrim yoxdur. İdarəçinin yanlış və ya düzgün olduğunu qeyd etmirəm. Lakin özü idarəçi fəaliyyətini davam etdirməyəcəyinə də işarə edib deyə xatırlayıram. Bu sadəcə formal xarakterli bir səsvermədir nəticədə. --► Hörmətlə: SolaVirum 20:09, 5 iyul 2021 (UTC)
- Lehinə: istifadəçilərin, ümumiyyətlə cəmiyyətdəki istənilən fərdin fərdi xüsusiyyətlərinin onların fəaliyyətinə təsir etməsinin əleyhinəyəm. Hər halda aktiv idarəçilərdən biridir və dəyərli fəaliyyəti var. Müzakirəni oxuduqda da dəqiq qərara gələ bilmədim. Buna görə də səsimi idarəçinin zatən fəaliyyətini dayandıracağını qeyd etməsi səbəbilə lehinə olaraq verirəm. Azerifactory ümid edirəm fəaliyyətinizə status olmadan belə davam edərsiniz. — Surə 🗯 18:08, 6 iyul 2021 (UTC)
- Lehinə: — Xeyal (müzakirə) 07:32, 7 iyul 2021 (UTC)
- Lehinə: Gələcək fəaliyyətində uğurlar arzulayıram! — Patriot Kor (müzakirə) 16:25, 9 iyul 2021 (UTC)
- Lehinə: — Khidirzada (müzakirə) 21:50, 16 iyul 2021 (UTC)
- Lehinə: — Nuray95 (müzakirə) 06:50, 19 iyul 2021 (UTC)
- Əleyhinə: Fəaliyyətini dayandıracağını söyləməsinə baxmayaraq (harada qeyd edib bunu bilmirəm - yuxarıda qeyd edilən fikirlərə əsasən) yol verdiyi nöqsanları düzəltməli və fəaliyyətini davam etdirməli. Əgər belə bir açıqlama veribsə də düşünürəm bir səbəbi var. Keçmiş fəaliyyətin nəzərə alaraq səsimi əleyhinə verirəm. Əgər yorulubsunuzsa Cənab, bir müddət istirahət edin. Keçmiş idarəçimiz Tərxan kimi birdəfəlik çıxıb getməyin. Çıxıb getmənin düzgün yol olmadığını dəfələrlə gördük. —Vahid Məmmədov (müzakirə) 17:44, 8 iyul 2021 (UTC)
- Əleyhinə: Hal-hazırda hədəf taxtasında olan iki idarəçidən biridir Azerifactory. Kimlərsə köhnə idarəçiləri yola salır və əvəzinə yeni idarəçiləri namizəd edirlər.. Bütün bunları görməmək mümkün deyil. — Baskervill (müzakirə) 07:01, 9 iyul 2021 (UTC)
- Əleyhinə: İdarəçinin səhvləri çox ola bilər, amma istifadəçi və idarəçilərin bir qisminin onun idarəçilikdən uzaqlaşdırmaq və mümkünsə vikipediyadan tamamilə uzaqlaşdırmaqda maraqlı olduğu şübhələrini məndə oyadlr. Sırf bu idarəçiyə qarşı yersiz aqressiya və qısnama kampaniyası aparılır illərdir. Məncə vikipediyada qalmalı və faydalı töhfələrə davam etməlidir. Yenə də deyirəm, səhvləri çoxdur, amma ikinci şanaı haqq etdiyi üçün və təşkilatlanmış linçə prinsipial olaraq qarşı çıxdığım üçün əleyhinə səs verirəm.—gabbani ∆ mesaj 04:47, 16 iyul 2021 (UTC)
Şərhlər
- Şərh:, "Kimlərsə köhnə idarəçiləri yola salır və əvəzinə yeni idarəçiləri namizəd edirlər". Bu konspirasiya nəzəriyyələri haradan çıxır, başa düşmürəm. Biri deyir filankəsin troll ordusu var, indi də biri deyir ki, nədi, troll idarəçilər dəstəsi gəlir? Sabah Cimmi Ueylsi də reptilyan çıxaracaqlar. --► Hörmətlə: SolaVirum 04:58, 10 iyul 2021 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 15
- Etibarsız səs sayı — 0
- Etibarlı səs sayı — 15
- Lehinə — 12
- Əleyhinə — 3
- Bitərəf — 0
Yekun nəticə: Səsvermənin nəticələri Vikipediya:İdarəçilərin və bürokratların seçilməsi qaydalarına əsasən hesablanmış və bu qaydalara uyğun olaraq Azerifactory (müzakirə • töhfələr • statistikalar)-dən latın əlifbalı Azərbaycan dilində olan vikipediyanın idarəçisi statusu alınmışdır. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 13:31, 30 iyul 2021 (UTC)
Baskervill (müzakirə • töhfələr • statistikalar)-dən idarəçi statusunun alınması ilə bağlı səsvermə
Səsvermə 21 iyul – 5 avqust 2021-ci il tarixləri arasında keçirilir (Bakı vaxtı ilə 5 avqust 2021-ci il saat 23:59-da səsvermə dayandırılır)
İstifadəçi sonradan istifadəçi adını Crepusculum olaraq dəyişdirmişdir. |
- Lehinə: — Araz Yaquboglu (müzakirə) 05:53, 21 iyul 2021 (UTC)
- Lehinə: Səbəblərini VP:İMZ-da qeyd etmişəm. Statusu sadəcə "2" məqalə silib deyə alınmır.— NMW03 (müzakirə) 06:06, 21 iyul 2021 (UTC)
- Lehinə: Baskervill mənim AzVikidə hörmət bəslədiyim idarəçilərdən biridir, amma son dövrlərdə baş verən ardıcıl qayda pozuntuları məni çox böyük təəssüf hissi ilə bu səsi verməyimə səbəb oldu. Mən 2019-cu ildəki səsvermədə Baskervillin yenidən idarəçi seçilməsinə səs verəndə də qeyd etmişdim ki, ümid edirəm bundan sonra idarəçi yoldaş bir daha AzVikidə narazıçılığa səbəb olacaq fəaliyyətə yol verməyəcək. Amma sonrakı 2 ildəki fəaliyyətindəki problemlərdən narazı qaldım.— 127-ci yapon imperatoru 06:08, 21 iyul 2021 (UTC)
- Lehinə: Fikirlərimi VP:İMZ-də qeyd etmişəm.— Turkmen müzakirə 06:25, 21 iyul 2021 (UTC)
- Lehinə: VP:İMZ-də olanlar əsasında. --► Hörmətlə: SolaVirum 10:11, 21 iyul 2021 (UTC)
- Lehinə: — Dr.Wiki54 (müzakirə) 09:55, 22 iyul 2021 (UTC)
- Lehinə: — A.Aida88 (müzakirə) 06:43, 27 iyul 2021 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Lehinə: @Baskervill, Bu qədər insanın sizə qarşı qarayaxma kompaniyası keçirəcəyini necə düşünə bilərsiniz. Bu düşüncədə olmaq, özünüzü çox ciddiyə aldığınızı göstərir. Yəni bir baxın görün sizin lehinizə kimlər səs verib. Sizin lehinizə səsverənlərin əksəriyyətin ən azından vikipediya tədbirlərindən tanıyırıq kimdir. Ocür intellektual insanların sizə qarşı bir qarayaxma kompaniya keçirdiyinə inanmaq və özünü bununla müdafiə etmək sadəcə çılğınlıqdır. Zaman dəfələrlə göstərdi ki siz idarəçiliyə layiq deyilsiniz. Sizin özbaşına fəaliyyətinizə görə neçə-neçə istifadəçilər vikipediya fəaliyyətin dayandırdı. İstər inanın istər inanmayın sizin vikipediyaya necə bağlı olduğunuzu məndən daha yaxşı heç kim başa düşməz budur ki vikipediya idarəçiliyindən yaxşı olardı ki könüllü əl çəkəsiniz ona görə ki inanın səmimiyyətimə sizin idarəçilikdən çıxmağınız vikipediyaya daha çox fayda verəcək. Əvvəlki idarəçi statusunuzun alınmasında baş verən səsvermələrdə səs çoxluğu ilə lehinə səs verilsədə idarəçiliyiniz əlinizdən alınmadı. Əvvəlki səsvermələrdə ki kimi səs çoxluğuna baxmayaraq yəqin ki bu səsvermədə də alınmayacaq statusunuz əlinizdən amma mən yenə də öz səsimdən artıq istifadə edirəm. Həmçinin @Eldarado, Cənablarının sizi nə üçün hər fürsətdə, hər dəfəsində, bu qədər möhkəm müdafiə etdiyi icma üçün anlaşılan deyil. Sizə dəfələrlə fürsət verildi səhvlərinizi düzəltməyiniz üçün lakin siz düzəltmədiniz. Əgər bir səhvi təkrarlayırsansa artıq o bir səhv deyil qərardır. —Vahid Məmmədov (müzakirə) 20:32, 28 iyul 2021 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Lehinə: — Eminn (müzakirə) 09:32, 31 iyul 2021 (UTC)
- Lehinə:— samral müzakirə 09:41, 1 avqust 2021 (UTC)
Lehinə:— Həlimə (müzakirə) 12:12, 4 avqust 2021 (UTC)istifadəçinin səsvermə hüququ yoxdur. Yoxladı: Eldarado
- Əleyhinə: qeyd olunan səbəblərin əksəriyyəti keçmişdə baş verib və həmin qayda pozuntuları üçün səsvermə baş tutub və idarəçi etimad qazanıb. Həmin səsvermədən bu günə kimi də hüququnun alınmasına səbəb olacaq qayda pozuntusu olduğunu düşünmürəm. Hörmətlə — eldarado ✉ 04:21, 21 iyul 2021 (UTC)
Əleyhinə: Grenzsoldat (müzakirə) 08:35, 21 iyul 2021 (UTC)istifadəçi səsini geri götürüb. Yoxladı: Eldarado
- Əleyhinə:— Azerifactory (müzakirə) 10:15, 21 iyul 2021 (UTC)
- Əleyhinə: təcrübəli idarəçidir, ciddi qayda pozduğunu düşünmürəm. — Nuray95 (müzakirə) 18:38, 21 iyul 2021 (UTC)
- Əleyhinə: düşünürəm ki, təcrübəli idarəçilərdən status alınmamalıdır. — Nigar Bağırova (müzakirə) 08:17, 22 iyul 2021 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: — hörmətli Baskervill mənim AzVikidə hörmət etdiyim idarəçilərdən biridir. Xidmətləri çox olub. İnanmıram ciddi qayda pozuntusuna yol verər. İnşallah hər şey yaxşı olar və fəaliyyətində uğurlu nailiyyətlər əldə edər - Turan Etibaroğlu (müzakirə) 18:30, 22 iyul 2021 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Baskervillə qarşı belə bir səsvermənin keçirilməsinə belə çox təəssüflənirəm, nəinki hüquqların alınmasına. Digər vikiçilərin də qeyd etdiyi kimi kifayət qədər təcrübəli və danılmaz fəaliyyəti olduğunu düşünürəm Baskervillin. Hüquqların alınmasının əleyhinəyəm.— Toqoo ✉ 01:27, 30 iyul 2021 (UTC) — Qeyd: İstifadəçilərdən biri və ya bir neçəsi bu istifadəçinin bu səsverməyə səs ovçuluğu edilərək dəvət edildiyini düşünür.
- Əleyhinə: Baskervill 10 ildir idarəçi kimi fəaliyyət göstərib və xidmətləri yetərincə çoxdur. Ciddi səbəb olmadan bu qədər idarəçi statusunun alınmasına cəht göstərilməsinə səbəb görmürəm.— namikilisu 10:17, 3 avqust 2021 (UTC)
- Əleyhinə: Lakin hörmətli Baskervill, istifadəçilərə qarşı müraciət, və ünsiyyət tərziniz əvvləkindən çox fərqlənir. Nəzərə alın ki, sizin fəaliyyətinizi yüksək qiymətləndirən samballı isimlərin sayı çox az qalıb! — Patriot Kor (müzakirə) 10:51, 4 avqust 2021 (UTC)
- Əleyhinə: Qeyd olunan irad kiçikdir. Status alınması ilə nəticələnməməlidir.— Qızılbaş (müzakirə) 11:16, 4 avqust 2021 (UTC)
Əleyhinə: Salamlar. Adiçekilen idareçinin Azvikide ozunemexsus tohfeleri vardir.İdareçi kimi qalmasinda sixinti gormurem.Umid edirem shexsi munasibetleri yoluna qoyarsiniz.Haminiza hormetle İstifadəçi:Shafa MovsumovSəsvermə müddəti bitdikdən sonra verilən səslər nəzərə alınmır. Yoxladı: Eldarado
- Bitərəf: Mövzuyla əlaqəli arxivdəki bütün müzakirələri gözdən keçirdim. Sonuncu müzakirədə göstərilən arqumentlər illər əvvələ aiddir və bu qədər çox arqumentin göstərilməsi "vizual olaraq çoxluq təşkil edərək" insanı yanıldır. Amma hal-hazırda qəbul etdiyim arqumentlər nəzakət qaydalarının poulması və məqalələrin açıqlamasız bərpasıdır. Birinci mövzuya görə idarəçidən bürokrat statusunun alınmasının lehinəyəm. Amma düşünmürəm ki, bu eyni zamanda iki statusun da alınması üçün yetərli olsun. İkinci mövzuya gəldikdə isə bu mövzu haqqında tam məlumatım yoxdur, yəni tam olaraq araşdırmamışam. Əgər bu mövzuda da yetərli arqument göstərilsə, onda səsimi dəyişdirə bilərəm. Bununla birlikdə arxivlərə baxanda bütün ilin arxivlərində idarəçinin adına rast gəldim. Bu da vikidə həqiqətəndə "qütbləşmə"nin olduğunu göstərir. Bir yandan da bu amilə görə səsimi bitərəf olaraq istifadə edirəm. Baskervill buradakı fikrinizə də münasibət bildirmək istərdim: deyək ki, həqiqətən də belə bir sistem qurulub və köhnə idarəçilərdən status alınır və yeni namizədlər irəli sürülür. Bu halda heç bir şəkildə məni namizəd olaraq irəli sürməzdilər. Çünki, bu zaman elə istifadəçi seçərdilər ki, stausun ona verilməsi ehtimalı çox olsun. Mənim fəaliyyətim azdır və status üçün müraciət edəndə də, (tamamilə könüllü şəkildə) bunu gözə almışdım. Ki, eyni səbəbdən də səsvermə nəticəsində status verilmədi. Yəni, bu sistem mövcud olsa belə onun içində yoxam və heç bir istifadəçi ilə şəxsi olaraq tanışlığım və ünsiyyətim də yoxdur. Ümumiyyətlə heç bir idarəçinin ciddi arqument olmadığı halda statusunun alınmasında marağım yoxdur və Azerifactory-nin səsverməsindəki lehinə səsimi sadəcə, amma sadəcə idarəçi özü fəaliyyətini dayandıracağını dediyi üçün vermişəm. — Surə 🗯 13:50, 21 iyul 2021 (UTC)
Şərhlər
Şərh: Bu səsvermə idarəçi statusunun alınması ilə bağlıdır. Onda demək bu səsvermə nəticəsində həm də bürokrat statusu alınacaq? — Surə 🗯 06:33, 21 iyul 2021 (UTC)
- Bəli hər ikisi alınacaq. İstifadəçi bürokrat olduğu üçün hesablamalar bürokrat statusunun alınması qaydalarına uyğun aparılacaq. — eldarado ✉ 08:04, 21 iyul 2021 (UTC)
- Eldarado təkcə bürokrat statusunun alınması üçün səsvermə aparılması doğru olmazdımı? Bəlkə elə şəxs olacaq ki, təkcə bürokrat statusunun alınması üçün səsverəcək, idarəçi statusunun alınmasına razı olmayacaq? Şəxsən mən özüm. Həm də ümumiyyətlə ikisinin bir yerdə alınması bir qədər doğru deyil fikrimcə. — Surə 🗯 08:09, 21 iyul 2021 (UTC)
- İstifadəçi bürokrat yox idarəçi hüquqqlarından istifadə edərək qaydaları pozub. Səsvermənin başlığında "idarəçi statusunun alınması" yazılıb. İdarəçi statusu alındıqda avtomatik bürokrat da alınır çünki bürokrat olan şəxs həm də idarəçi olmalıdır. NMW03 (müzakirə) 09:24, 21 iyul 2021 (UTC)
- Eldarado təkcə bürokrat statusunun alınması üçün səsvermə aparılması doğru olmazdımı? Bəlkə elə şəxs olacaq ki, təkcə bürokrat statusunun alınması üçün səsverəcək, idarəçi statusunun alınmasına razı olmayacaq? Şəxsən mən özüm. Həm də ümumiyyətlə ikisinin bir yerdə alınması bir qədər doğru deyil fikrimcə. — Surə 🗯 08:09, 21 iyul 2021 (UTC)
- Salam hörmətli Turkmen, zəhmət olmasa yuxarıdakı bildirişi qaldırın. Heç bir səsvermədə bu cür bildiriş yayımlanmayıb. Bu istifadəçiləri səsvermədə fəal iştirak etməkdən çəkindirəcək və bu istifadəçiləri blokla hədələmək sayılır. Əgər kimsə bu qaydaları pozsa həmin istifadəçiyə xəbərdarlıq edə bilərsiniz. İstəyirsinizsə bunu müzakirə edib bundan sonrakı səsvermələrdə tətbiq edə bilərik əgər razılıq olarsa. Hörmətlə — eldarado ✉ 11:40, 21 iyul 2021 (UTC)
- Əvvəlki səsvermələrdə olmayıb deyə bunda da olmamalıdırı kim deyir? Baskervillin istifadəçiləri səsvermələrə necə səfərbər etdiyini hər kəs bilir. Bu bildiriş təhdid yox adı üstündə bildirişdir. NMW03 (müzakirə) 12:51, 21 iyul 2021 (UTC)
- Bəli hər ikisi alınacaq. İstifadəçi bürokrat olduğu üçün hesablamalar bürokrat statusunun alınması qaydalarına uyğun aparılacaq. — eldarado ✉ 08:04, 21 iyul 2021 (UTC)
- Qeyd etdiyim kimi bu istifadəçiləri hədələmək sayılır. — eldarado ✉ 12:58, 21 iyul 2021 (UTC)
- Xəbərdarlığın adını dəyişdirib "hədə" qoysaq onda idarəçi səlahiyyətlərinin 90 faizi ləğv olunmalıdır. Lakin bu yeniliyi əlavə etməzdən əvvəl konsensus əldə edilməli idi --► Hörmətlə: SolaVirum 13:33, 21 iyul 2021 (UTC)
- Təbii ki, konsensus əldə olunmalıdı ilk öncə. — eldarado ✉ 14:33, 21 iyul 2021 (UTC)
- Salam hörmətli Eldarado bu təlimatdan çoxdan istifadə edilir. VP:SNS və BNS-in arxivlərinə göz ata bilərsiniz. Təlimat qaydalar ilə əsaslandırılıb və səsvermədə şəffaflılığın təmin edilməsi üçündür.— Turkmen müzakirə 17:56, 21 iyul 2021 (UTC)
- Turkmen, özünüz çox yaxşı bilirsiniz ki, yeniliklərin müzakirəsiz tətbiq olunması doğru deyil. Zəhmət olmasa bura daxil harda istifadə etmisinizsə qaldırın bu bildirişi. Əks halda səsverməni dondurmalı olacağam. Hörmətlə — eldarado ✉ 20:22, 21 iyul 2021 (UTC)
- Eldarado ilk olaraq qeyd edim ki, təlimatın istifadəsi üçün müzakirəyə ehtiyac yoxdur, qayda deyil. Adından da məlum olduğu kimi adi bir təlimatdır. İkincisi şablonu harda istifadə etdiyimi soruşmusuz, qeyd edim ki, bu şablonu ilk dəfə bu müzakirədə istifadə etmişəm. Digər istifadəçilər harada istifadə ediblərsə axtarıb onlar ilə müzakirə apara bilərsiniz. Səsverməni dondurmağınızı isə qəbul etmirəm. Çünki qaydalardan kənar birşey yoxdur. Sadəcə şəffaf səsvermənin keçirilməsini üçün yerləşdirilib. Əgər şablonun çıxarılması bu qədər vacibdirsə, onda niyə heçkəs buna etiraz etmir? İdarəçilər bir kənara ən azından aktiv bürokratlardan Sortilegus (müzakirəni yekunlaşdırma səlahiyyətinə malikdir) da etiraz etsə, çıxarmaq olar. Yoxsa əks halda təkcə sizin etirazınıza görə çıxarmaq fikrində deyiləm. Hörmətlə— Turkmen müzakirə 20:57, 21 iyul 2021 (UTC)
- Eldarado, mən anlaya bilmirəm ki, bu bildirişin harası hədədir ki? Gərək onda bütün xəbərdarlıq şablonlarını aradan qaldıraq ki, hədədir. Şablon Səs ovçuluğunun qarşısını almaq üçün nəzərdə tututlub. Özünüz də bilirsiz ki, səs ovçuluğu qaydalara zidd hərəkətdir. Çox istifadəçi bu haldan xəbərdar deyil deyə bu cür şablonun yerləşdirilməsini məqbul sayıram ki, səsvermə şəffaf şəraitdə keçsin.— 127-ci yapon imperatoru 21:28, 21 iyul 2021 (UTC)
- Sadəcə olaraq, şablonun məzmunu düzgün deyil. Səs ovçuluğu ilə gəlmiş istifadəçilərin fəaliyyətini məhdudlaşdırmaq qaydalarda göstərilməyib, belə şey düzgün deyil. Qaydalara əsasən səs ovçuluğunu başladan istifadəçi və ya istifadəçilər bloklana bilər ancaq. Şablonda "nəzərə alın ki, Saxtakarlıq və Səs ovçuluğu qaydalarına əsasən fəaliyyətiniz məhdudlaşdırıla bilər" sözlərini dəyişmək ya da çıxarmaq lazımdır, qaydalara uyğun deyil. Xahiş edirəm ki, nəzər yetirin Turkmen, NMW03 — 127-ci yapon imperatoru 01:10, 22 iyul 2021 (UTC)
- Y White Demon düzəliş etdim, göz atın zəhmət olmasa. Amma zatən məhdudlaşdırmaq sözünü orada bloklanmaq mənasında qeyd etmişdim.— Turkmen müzakirə 02:39, 22 iyul 2021 (UTC)
- Elə bloklamaq da düzgün deyil, hansısa istifadəçi bildirişlə gəlibsə, onu bloklamaq düzgün deyil, məsul şəxs həmin bildirişi göndərəndir. Qaydalarda elə qeyd olunub axı.— 127-ci yapon imperatoru 03:14, 22 iyul 2021 (UTC)
- Yuxarıdakı şablon bütün vəziyyəti izah edir. 15 illik Azviki tarixində ilk dəfə olaraq idarəçinin statusunun alınması ilə bağlı keçirilən bir səsvermənin üzərinə təhdid xarakterli şablon əlavə edilib. NMW03 iddia edir ki, güya kimisə hardasa səfərbər etmişəm. Bu barədə əlinizdə sübut varmı ? Yoxsa növbəti dəfə böhtan atmaqla məşğulsuz ? Faktiki olaraq statusumunun saxlanılması üçün səs vermiş şəxslərdən bir nəfər artıq səsini geri götürdü və daha bir nəfərdə mənə sosial şəbəkədən yazdı ki, sizin qalmağınız üçün səs vermək istəyirəm, ancaq qorxuram ki, məni bloklayarlar.. Cənab Eldarado və cənab Sortilegus lütfən mənə qarşı başladılan bu repressiya xarakterli tamaşaya bir son verin və ya həmin şablonu başlıqdan götürün. Həmin şablon ona görə qoyulub ki, Baskervillin saxlanılması üçün səs verən adamlar 2 dəfə düşünsün.. Bəs necə oldu sizin ədalət hissiniz ? Bütün proseslərin başında Turkmen adlı idarəçi dayanıb. Bu günə qədər əlimdə olan statusların alınması üçün 5 müxtəlif cəhd edilib.
- Elə bloklamaq da düzgün deyil, hansısa istifadəçi bildirişlə gəlibsə, onu bloklamaq düzgün deyil, məsul şəxs həmin bildirişi göndərəndir. Qaydalarda elə qeyd olunub axı.— 127-ci yapon imperatoru 03:14, 22 iyul 2021 (UTC)
- Y White Demon düzəliş etdim, göz atın zəhmət olmasa. Amma zatən məhdudlaşdırmaq sözünü orada bloklanmaq mənasında qeyd etmişdim.— Turkmen müzakirə 02:39, 22 iyul 2021 (UTC)
- Sadəcə olaraq, şablonun məzmunu düzgün deyil. Səs ovçuluğu ilə gəlmiş istifadəçilərin fəaliyyətini məhdudlaşdırmaq qaydalarda göstərilməyib, belə şey düzgün deyil. Qaydalara əsasən səs ovçuluğunu başladan istifadəçi və ya istifadəçilər bloklana bilər ancaq. Şablonda "nəzərə alın ki, Saxtakarlıq və Səs ovçuluğu qaydalarına əsasən fəaliyyətiniz məhdudlaşdırıla bilər" sözlərini dəyişmək ya da çıxarmaq lazımdır, qaydalara uyğun deyil. Xahiş edirəm ki, nəzər yetirin Turkmen, NMW03 — 127-ci yapon imperatoru 01:10, 22 iyul 2021 (UTC)
- Eldarado, mən anlaya bilmirəm ki, bu bildirişin harası hədədir ki? Gərək onda bütün xəbərdarlıq şablonlarını aradan qaldıraq ki, hədədir. Şablon Səs ovçuluğunun qarşısını almaq üçün nəzərdə tututlub. Özünüz də bilirsiz ki, səs ovçuluğu qaydalara zidd hərəkətdir. Çox istifadəçi bu haldan xəbərdar deyil deyə bu cür şablonun yerləşdirilməsini məqbul sayıram ki, səsvermə şəffaf şəraitdə keçsin.— 127-ci yapon imperatoru 21:28, 21 iyul 2021 (UTC)
- Eldarado ilk olaraq qeyd edim ki, təlimatın istifadəsi üçün müzakirəyə ehtiyac yoxdur, qayda deyil. Adından da məlum olduğu kimi adi bir təlimatdır. İkincisi şablonu harda istifadə etdiyimi soruşmusuz, qeyd edim ki, bu şablonu ilk dəfə bu müzakirədə istifadə etmişəm. Digər istifadəçilər harada istifadə ediblərsə axtarıb onlar ilə müzakirə apara bilərsiniz. Səsverməni dondurmağınızı isə qəbul etmirəm. Çünki qaydalardan kənar birşey yoxdur. Sadəcə şəffaf səsvermənin keçirilməsini üçün yerləşdirilib. Əgər şablonun çıxarılması bu qədər vacibdirsə, onda niyə heçkəs buna etiraz etmir? İdarəçilər bir kənara ən azından aktiv bürokratlardan Sortilegus (müzakirəni yekunlaşdırma səlahiyyətinə malikdir) da etiraz etsə, çıxarmaq olar. Yoxsa əks halda təkcə sizin etirazınıza görə çıxarmaq fikrində deyiləm. Hörmətlə— Turkmen müzakirə 20:57, 21 iyul 2021 (UTC)
- I cəhd - 2019-cu Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi I və II cəhd (eyni səhifədə)
- II cəhd - çekyuzer yoxlanışının tələb olunması
- III cəhd - Meta-da edilən çekyuzer tələbi
- IV cəhd - 2020-ci ilin yanvar ayındakı əsas "darbe"
- V cəhd - davam edir 37... (hal-hazırki səsvermə)
Lütfən III cəhdə fikir verin. Turkmen israrlı bir formada stüardan tələb edir ki, mənim fəaliyyətimi təftiş etsin və lokal icmanın tələbini yerinə yetirsin. Kukla hesabdan istifadə etmişəm və bununla bağlı icma məni 2020-ci ilin yanvar ayında bağışlayıb və bu hərəkətimə görə hamıdan üzr istəmişəm. Real həyatda heç kimə qarşı kobudluq edəcək bir adam deyiləm və burada göstərilən kobudluq faktlarının mütləq əksəriyyəti isə ən azı 1.5 il bundan əvvələ aiddir. Düz 10 ildir ki, idarəçi kimi fəaliyyət göstərmişəm və heç bir halda Azvikini tərk etmək kimi bir niyyətim olmayıb. Ana səhifənin yenilənməsi və vandalizm halları ilə mübarizə aparmaq üçün mənə idarəçi statusu lazımdır. İnşallah gələcəkdə icmanı dünyanın müxtəlif şəhərlərində təşkil ediləcək vikimaniyalarda təmsil etmək fikirim var. Mənə ən çox təsir edən məqam insanların mənə dəstək olmaq istədikləri bir halda bloklanma təhdidi altında səsverməkdən çəkindirilməkləridir. Cənab Sortilegus çox dəqiq formada ifadə etmişdi ki, Hətta məndə belə bir təəssürat yaranır ki, Baskervill-ə qarşı müəyyən qruplaşma formalaşmaqdadır. — Baskervill (müzakirə) 03:37, 22 iyul 2021 (UTC)
- Baskervill, şablonun məzmunu düzgün deyil, hansısa istifadəçi səs verdiyi üçün (lap kiminlə dəvəti ilə olsun) bloklana bilməz, ya şablon çıxarılmalıdır ya məzmunu dəyişməlidir. Kim istəyir səs versin. Bu bir qırağa qalsın, Baskervill, amma həqiqətən elə olmayıb ki, kiməsə Facebook üzərindən mesaj yazaraq başqasına lehinə və ya əlehinə səs istəməmisiz? Mənim şəxsən yadımdadı ki, bir neçə dəfə mənə Facebookda yazıb demisiz ki, filan istifadəçiyə lehinə səs verin və ya filan qayda absurddur, səs ver. Səsverməyədəvət etmək başqa şey, lehinə-əlehinə səs istəmək, təşviqat aparmaq başqa şey. Təbii ki, o vaxt qaydalar yox idi deyə bunlar o vaxt qayda pozuntusu sayılmırdı. Amma indi Səs ovçuluğu qaydaları hansısa istifadəçinin Vikipediyada və ya başqa platformada səs toplamasını, təşviqedici məlumatlar yazmasını qadağan edir. Təbii ki, indi də belə hal olmasının sübutu yoxdur, amma bəzi istifadəçilər hazırda belə hal olmasından narahatdırlar və başadüşüləndir. Hörmətlə,— 127-ci yapon imperatoru 03:59, 22 iyul 2021 (UTC)
- Cənab White Demon məzmun düzgün deyil deyirsiniz, ancaq həmin şablon 24 saatdan çoxdur ki, mənimlə bağlı təşkil edilən səsvermənin ən mərkəzi hissəsində dayanıb. Bir tərəfdən yazırsınız və digər tərəfdəndə deyirsiniz ki, Təbii ki, indi də belə hal olmasının sübutu yoxdur - özünüz tərəfindən cavabı verilən bir sualı cavablandırmağın anlamı yoxdur məncə. Hər zaman vikipediyaçıların səsvermələrdə fəallıq göstərməsini və öz fikirlərinin ifadə etməsinin tərəfdarı olmuşam. Lütfən filan-peşman tipli söhbətlər etməyin, konkret faktlar təqdim edin. Mən heç bir platformada təbliğat=təşviqat prosesi aparmıram. Faciə burasındadır ki, yoldaşlar mənə yazırlar ki, sizin qalmağınız üçün səs versək cənab Turkmen bizi bloklamaz ki ? — Baskervill (müzakirə) 04:06, 22 iyul 2021 (UTC)
- Baskervill, fakt istəyirsizsə, məsələn, bir dəfə yoldaş Keete37-inin idarəçi seçkisi zamanı mənə Facebookda yazmısız ki, bu istifadəçin seçilməsinə lehinə səs verin, ya da keçən il Vikipediya:Səsvermə/İstifadəçi səhifəsi səsverməsi zamanı mənə yazmısız ki, "gəlin səs verin, bu qaydalara nə ehtiyac var indi?". Skrinşot zad paylaşası deyiləm ki burda, yalan danışmıram. Bunlar məgər təşviqat ya da səs ovçuluğu sayılmır ki? Türklərdə məşhur söz var e, "Olanlar olacakların teminatıdır", bəzi istifadəçilər də ona görə narahatdırlar. Bu da başa düşüləndir.— 127-ci yapon imperatoru 04:22, 22 iyul 2021 (UTC)
- Cənab White Demon məzmun düzgün deyil deyirsiniz, ancaq həmin şablon 24 saatdan çoxdur ki, mənimlə bağlı təşkil edilən səsvermənin ən mərkəzi hissəsində dayanıb. Bir tərəfdən yazırsınız və digər tərəfdəndə deyirsiniz ki, Təbii ki, indi də belə hal olmasının sübutu yoxdur - özünüz tərəfindən cavabı verilən bir sualı cavablandırmağın anlamı yoxdur məncə. Hər zaman vikipediyaçıların səsvermələrdə fəallıq göstərməsini və öz fikirlərinin ifadə etməsinin tərəfdarı olmuşam. Lütfən filan-peşman tipli söhbətlər etməyin, konkret faktlar təqdim edin. Mən heç bir platformada təbliğat=təşviqat prosesi aparmıram. Faciə burasındadır ki, yoldaşlar mənə yazırlar ki, sizin qalmağınız üçün səs versək cənab Turkmen bizi bloklamaz ki ? — Baskervill (müzakirə) 04:06, 22 iyul 2021 (UTC)
- Neçə gündür gözləyirdim ki Baskervill həmin məşhur cümləni nə vaxt yazacaq. Heç narahat olmayın. Neçə aydır aktiv deyilsiniz. Ana səhifəni axırıncı dəfə martda yeniləmisiniz. Axırıncı geri qaytarma əməliyyatını isə dekabrda etmisiniz. Bundan əvvəl bunlar necə edilirdisə bundan sonra da elə olacaq. Belə düşünürəm ki siz idarəçiliyi ancaq bu 2 işdən ibarət hesab edirsiniz. Yuxarıdakı şablon isə qaydalara tam uyğundur və hədələyici məzmun yoxdur. Baskervillin işinə gəlmədiyi üçün o şablonu orda istəmir çünki səfərbər etdiyi istifadəçilər lehinə səs vermək istədikdə həmin şablonu görürlər və Səs ovçuluğu deyə bir qaydanın mövcud olmasından xəbər tuturlar. Hansı ki White Demon da Baskervillin istifadəçiləri səsvermələrə səfərbər etdiyini təsdiqləyir. Eldarado, artıq belə düşünürəm ki səsverməyə neytral yanaşmırsınız və Baskervilli var-gücünüzlə dəstəkləyirsiniz. Səbəb olaraq da "qayda pozuntusu" yoxdur deyirsiniz. İdarəçi hələ də həmin səhifələri niyə müzakirəsiz bərpa etdiyini açıqlamır. Mənlə etdiyi mübahisəsindən danışmıram belə. Baskervill, suallarıma cavab verməkdən boyun qaçırırsınız amma birini də verim. 10 ildir idarəçi təcrübəniz var. Aha. Bəs açıqlaya bilərsiniz mi ki həmin məqalələri niyə bərpa etmisiniz? Həmin məqalədəki şəxslərlə Facebookda dost olmağınız haqqında nə deyə bilərsiniz? Tutaq ki "səhvən" etmisiniz. Bəs mən sizdən səbəbini soruşduqda niyə o cür cavab verirsiniz? Bunları 10 il təcrübəsi olan idarəçi edə bilər? NMW03 (müzakirə) 06:57, 22 iyul 2021 (UTC)
- İşin gülməli tərəfi odur ki idarəçi haqqındakı iddialara cavab vermək yerinə "davam edir 37" kimi cümlələr qurur. Bu da onu göstərir ki idarəçi etdiyi səhvləri boynuna alır amma hüququnun alınmasını istəmir. NMW03 (müzakirə) 06:59, 22 iyul 2021 (UTC)
- Həmçinin 2 "çekyuzer" tələbini sizə qurulan oyun kimi göstərmisiniz amma kukla hesabdan istifadə etməyiniz haqqında danışmırsınız. Ah, bağışlayın. İcma həmin mövzu barədə son qərarını verib axı. Bərpa etdiyiniz məqalələrdəki kimi NMW03 (müzakirə) 07:01, 22 iyul 2021 (UTC)
- İşin gülməli tərəfi odur ki idarəçi haqqındakı iddialara cavab vermək yerinə "davam edir 37" kimi cümlələr qurur. Bu da onu göstərir ki idarəçi etdiyi səhvləri boynuna alır amma hüququnun alınmasını istəmir. NMW03 (müzakirə) 06:59, 22 iyul 2021 (UTC)
- NMW03, əgər xatırlayırsınızsa bir müddət öncə Baskervillin qaydaları pozduğunu iddia edərək özüm səsverməyə çıxarmışdım. Həmin zaman etimad qazandı. İndi isə artıq başqa iddialar ortaya atılır və fikrimcə bu iddialar statusun alınmasına kifayət etmir. Məqalə silmək silib bərpa etmək içi mən qarışıq bütün idarəçilər edib. Nəzakətsiz davranmağı da bir çox idarəçilər edib. Misal üçün son yazdığınız müraciətdə belə Nəzakət qaydalarını pozmusunuz. Nə edək sizi də səsverməyə çıxaraq? Fikrimcə idarəçi vikipediyanın ümumi işinə ziyan vurursa və xüsusən də birdən çox istifadəçi ilə kobud davranırsa bu zaman hüquqlarının alınmasını müzakirə etmək olar. Şablon mövzusuna gəldikdə isə qayda bir neçə ay öncədən qüvvəyə minib və bir çox idarəçi səsverməsi baş tutub və hələ də davam edən səsvermələr var. Lakin heç birində deyil sırf bu səsvermədə tətbiq olunur və heç bir müzakirəsiz ümumi qərar qəbul edilmədən. Sizcə bu şəffaflığa kölgə salmırmı? Hələ şablonun mətnindəki hədələyici ifadələrdən danışmıram. Baskervill ilə olan şəxsi münaqişəsinizi bir dəqiqəlik düşünmədən yazdıqlarımı oxuyun və bir daha düşünün tərəfsizliyim barədə. Hörmətlə — eldarado ✉ 07:17, 22 iyul 2021 (UTC)
- NMW03, xahiş edirəm ki, nəzakətli davranasız. Vikipediyada kimsə qayda pozursa, bu o demək deyil ki, həmin insanla da kinayə və rişxəndlə danışmaq lazımdır.— 127-ci yapon imperatoru 07:17, 22 iyul 2021 (UTC)
- White Demon, yazdığım cümlələrdə kobud davranmaq istəməmişəm. Əgər elə davranmışamsa üzr istəyirəm. Eldarado, şablonda heç bir hədələyici məzmun yoxdur. Turkmen müvafiq dəyişikliyi edib hətta. Bundan öncə şablon SNS və BNS-dəki müzakirələrdə istifadə edilib. {{Səsvermə deyil}} şablonunun istifadə edildiyi yerlərə nəzər yetirin. Qaydanın özündə də qeyd edilib ki "onların bloklanaraq fəaliyyətlərinin məhdudlaşdırılmasına gətirib çıxara bilər". Baskervillin bundan öncəki səsvermələrdə etdiyi məhz VP:SƏSTAYA bölməsində açıqlanıb. NMW03 (müzakirə) 07:31, 22 iyul 2021 (UTC)
- Hörmətli Turkmen, nə üçün yuxarıdakı bildirişi son günlərdə baş tutmuş idarəçi səsvermələrində tətbiq etmədiniz sırf bu səsvermədə təksə öz qərarınızla yerləşdirdiniz? Nə üçün bildirişi silib bundan sonrakı idarəçi səsvermələrində tətbiq olunması üçün müzakirə keçirməkdən boyun qaçırırsız? Niyə silməmək üçün israr edirsiz? — eldarado ✉ 08:53, 22 iyul 2021 (UTC)
- Eldarado yuxardakı təlimatda sadəcə blok sözünü çıxaran kimi 2 səs əlavə edildi. Hər ikisi Baskervill-ə dəstək məqsədi ilə. Sadəcə Turan Etibaroğlu səs butonunu yanlış seçib şərhinə baxsaz görərsiz ki, Baskervill-ə dəstək üçün gəlib. Nigar Bağırova adlı istifadəçi isə Vikipediya ad fəzasında cəmi 2 redaktə edib. Onlardan biri bu səsvermədədir, digəri labaratoriyada. Turan Etibaroğlu isə bu il bu səhifədə cəmi 1 səs verib. Oda yenə bu səsvermədə. Yəqinki indi məni anladız. Digər səsvermələrə bu şablonu yerləşdirməmişəm, çünki şəffaflılığa güvənirəm. Bu səsvermədə isə şəffaflılığa güvənmirəm. Və bunun üçün yetəri səbəblərim də var. Və yuxarıda White Demon tərəfindən də çəkilən misal bu şablonun bu səsvermə üçün önəmli olduğunu göstərir. Sizə hörmətlə,— Turkmen müzakirə 09:11, 22 iyul 2021 (UTC)
- Eldarado, bir adi təlimat üçün bu qədər israr etməyiniz düzü yordu məni. İstəsəz çıxara bilərsiniz. Etiraz etməyəcəm. Hərçənd ki, sizdən başqa digər istifadəçilər üçün problem kəsb etmirdi.— Turkmen müzakirə 09:56, 22 iyul 2021 (UTC)
- Bu sadəcə sizin fərziyyənizdir. Təbii ki, qeyd etdiyiniz kimi ola da bilər olmaya da bilər. Bunu müəyyən edə biləcək alət varsa tətbiq edək. Yuxarıda qeyd etdiyiniz bildiriş heçnəyi dəyişmir. Qaydaları xatırlatmaq istəyirsinizsə səsverməyə aid digər qaydalarıda o bildirişdə qeyd edin. Misal üçün səslərin hesablanması, İdarəçilərin və bürokratların fəaliyyətləri və s. Mən bir dəfə çıxardım, lakin məni diqqətə almayaraq geri aldız redaktəni. Ona görə də bunu özünüz etməyiniz daha doğru olar və çox yaxşı olar ki, növbəti səsvermələrdə bunu şablon halına gətirib istifadə etmək üçün səsvermə təşkil edəsiniz. Hörmətlə — eldarado ✉ 10:11, 22 iyul 2021 (UTC)
- Eldarado, hələ də anlamıram ki niyə bu qədər israr edirsiniz. Həmin şablon səs ovçuluğu ehtimalının böyük olduğu yerlərdə istifadə olunur. Envikidə bunu görə bilərsiniz. Digər qaydalar barədə bildiriş əlavə edilməlidir ideyanız isə çox yersiz idi. NMW03 (müzakirə) 11:09, 22 iyul 2021 (UTC)
- Eldarado, mən yuxarıda 2 dənə fakt sadaladım ki, bəs Baskervill filan yer üçün səs istəyib keçmişdə məndən. Solavirum və ya Sura haçan kimdənsə lehinə-əlehinə səs istəyib ki, onların idarəçi seçkisi zamanı bu şablonu qoyaq?— 127-ci yapon imperatoru 11:33, 22 iyul 2021 (UTC)
- Eldarado və Sortilegus lütfən səsvermənin gedişatına edilmiş açıq müdaxilələrə qarşı bir tədbir görün. NMW03 və Turkmen statusumun saxlanılması üçün səsvermiş vikipediyaçıların imzalarının aşağı hissəsinə hansısa şablonları əlavə edir və bu addımı mənə qarşı səs verən Dr.Wiki54 adlı isifadəçiyə qarşı atmırlar. Səbəb ? Yəni kimsə girib mənə qarşı olsa problem yoxdur, ancaq dəstəyini ifadə etsə deməli fəaliyyəti detallı formada araşdırılmalıdır. NMW03 2021-ci ilin ilk 6 ayında səhhətimdə yaranmış problemlərə görə Vikipediyadan bir balaca uzaq qalmışdım. Fəaliyyətimdə hansısa fasilələrin olması idarəçi statusumun alınması üçün əsas ola bilməz. Sizin kimi davakar adamlarla müzakirə ediləcək bir məsələmiz yoxdur. Mütəşəkkil formada hərəkət edirsiz və əminəm ki, bu səfər öz məqsədinizə heç vaxt olamdığı qədər yaxınlaşmısınız.. — Baskervill (müzakirə) 23:50, 22 iyul 2021 (UTC)
- Mənə bir şey maraqlıdır. İstifadəçilərin səsverməyə Səs ovçuluğu əsasında cəlb edildiyini necə müəyyənləşdirəcəksiniz ? Həmin adamı sorğu-sual etmək kimi bir səlahiyyətiniz varmı ? yoxsa fala baxmağı düşünürsüz ? Cənab NMW03 sizdən maraqlı bir cavab gözləyirəm. Söhbət ehtimalı sübut etməkdən gedir ha nağıl danışmaqdan və ya "sübutum yoxdur, amma anam canı belədir" deməkdən yox. — Baskervill (müzakirə) 23:53, 22 iyul 2021 (UTC)
- Dr.Wiki54 son bir neçə aydır aktiv fəaliyyət göstərən istifadəçilərdən biridir. Bir çox qaydanın hazırlanmasında iştirak edib və hətta həmin qaydalar qəbul edilib. Səs ovçuluğunu müəyyən etmək üçün nə fala ehtiyac var, nə də and içməyə. Gəlin sizə asan şəkildə izah edim. Nigar Bağırova adlı istifadəçinin fəaliyyəti ancaq məqalə yazmaqdan ibarətdir. Müzakirələrdə iştirakı 0-dır. Axırıncı dəfə Vikipediya:Qiymətləndirmə/Seçilmiş məqalələr/Ben Şapiro səhifəsində səs verib indi isə sizə. Müzakirələrdə aktiv olmayan istifadəçinin bu qədər səsvermə olduğu halda gəlib sizə səs verməsi açıq aydın bunu təsdiq edir. Turan Etibaroğlunun ən son iştirak etdiyi səsvermə 3 ay əvvəl kənd meydanında keçirilən səsvermədən sonra sizin keçən ilki səsvermənizdir. Tam 1 ildən sonra yenə təsadüfən gəlib sizə səs verib? Bu arada bir neçə istifadəçi mənə sizin screenshot ataraq səs istədiyini bildirib. Bunla bağlı fikriniz nədir? Çalışacam ki həmin istifadəçilər burda bunu təsdiqləsin. Son olaraq yenə sizə verilən suallardan qaçırsınız və mövzunu başqa yerə yönəltməyə çalışırsınız. Davakar adam deyib durursunuz. Statusunuz nə 2 məqalə silmisiz deyə alınır, nə də 6 ay fəaliyyətiniz yoxdur deyə. NMW03 (müzakirə) 05:37, 23 iyul 2021 (UTC)
- White Demon da təsdiqləyib ki siz neçə dəfə səs istəmisiniz. Bu barədə özünüzü hələ müdafiə etməmisiniz çünki hələ ki böhtan atmaqla məşğulsunuz. NMW03 (müzakirə) 05:39, 23 iyul 2021 (UTC)
- Salam hörmətli, @İstifadəçi:Baskervill! Çox təəssüf! Fəaliyyətim haqqında danışmağı sevmirəm. Amma az qala mənə "kukla" yaraşdırması ediləndə buna məcburam. Mən 2015-ci ildə qeydiyyatdan keçmişəm.(müzkirə səhifəmə xg şablonunu belə siz əlavə etmisiniz) 2020-ci ilin fevral ayından aktiv fəaliyyət göstərirəm. Daha sonra sentyabr-mart ayları arasında müzakirələr istisna fəaliyyətimi azvikidə dayandırdım. Sadəcə azvikini götürsək onlarla məqalə (2-si statuslu), 3 vikiqayda, bir çox şablon və s. hazırlamışam. Mütəmadi olaraq SNS, BNS, Səsvermələr kimi proyektlərdə də iştirak edirəm. sayım 32 mindir. Həm patrul, həm rolbakerəm. Commons və trvikidə də aktiv fəaliyyət göstərirəm. Sizin məni sadəcə "translate" və ya az qala "vandal"/"kukla" istifadəçi olaraq görməyiniz çox məyusedicidir. Əvvəla onu qeyd edim ki, idarəçi və ya bürokrat olmayan bir istifadəçi olaraq yuxarıda hörmət etdiyim @İstifadəçi:Eldarado və @İstifadəçi:Turkmen arasında keçən dialoq heç xoş görünmür. Ümumiyyətllə, mən çox təəccüblənirəm. Axı bu idarəçi hüququ niyə bu qədər önəmlidir? İdarəçi məgər aktiv fəaliiyyət göstərməməlidir mi? Qeyd edirsiniz ki, səhhəyinizdə problem var. Allah şəfa versin. 6 ay qısa zaman deyil. Səhhətinizdə problem olan zaman mübahisəli idarəçi fəaliyyətiniz olub. Buna hələ də aydınlıq gətirmisiniz. Bu qalsın bir qırağa kimlərisə qruplaşmada iddiham edirsiniz, hətta demək olar məni də. Necə yəni indi lehinə səs verən hər kəs bir komanda qurub? Ümumiyyətlə qruplaşma məsələləri və iddiaları çox absurddur. Bura online məkandır. Kimlərinsə fikri bir-biri ilə oxşar olar eyni mövzuda eyni mövqedən çıxış edər. Zaman keçər sonra başqa mövzuda fərqli düşünərlər. Mənim üçün azvikinin "ağsaqqallarından" sayılan @İstifadəçi:Sortilegusun rəyi çox önəmli idi. O hamımızdan təcrübəli və məlumatlıdır. Onun rəyi ilə 100/100 razıyam. Belə də ki, Lehinə səs verənlərdən kimi hədəf taxtasına qoyduğunuzu anlamıram. İllərini azvikiyə sərfetmiş, hal-hazırdada ən aktiv idarəçilərdən olan hörmətli @İstifadəçi:Araz Yaquboglu bəyi mi? Ən aktiv idarəçilərimizdən olan, texniki məsələlərdə aktiv fəaliyyət göstərən @İstifadəçi:NMW03 bəyi mi? Bir çox statuslu məqaləsi olan və vikiqaydaların hazırlanmasında əvəzsiz rolu olan @İstifadəçi:Solavirum bəyi mi? KM-nı bir gün belə müzakirəsiz buraxmayan @İstifadəçi:Sura Shukurlu xanımı mı? Hər müzakirədə neytral mövqedən çıxış edən @İstifadəçi:White Demon bəy mi? İcmanın səsverməsi nəticəsində 0 əleyhinə səslə idarəçi seçilən @İstifadəçi:Turkmen bəyi mi? Sadalanan bu şəxslər bu son 1 ildə demək olar bütün müzakirələrdə iştirak ediblər. Siz indi bu şəxslərlə əleyhinə səsverən və müzakirədə qeyri aktiv olan şəxsləri mi bir tutursunuz? Yuxarıda qeyd edirsiniz ki bir istifadəçi şablondan qorxub səsini geri götürdü. Mən inanmıram ki, bir neçə dəfə bloklanan @İstifadəçi:Grenzsoldat o şablondan qorxsun. Özü də 1 aya yaxındır aktiv deyik, səsini geri götürərkən də aktiv olmadığı səbəbini qeyd edib. Xahiş edirəm mənim də şərhimdən sonra müxtəlif bostanlara daş atmağa davam etməyin. Səsvermə axarında davam etsin. Mən burayla ilk tanış olanda (2020) sizin kimi idarəçilərə heyrətlə baxırdım ki, necə də səbrlidirlər. İndi sizdə o səbri görmürəm. Qayda pozuntularınız yuxarıda sadalanıb. Bir dəfə icma bağışladı iki dəfə bağışladı və s. əgər səhvlər davam edirsə status alınmalıdır da. Eyni şeyi başqa kim edirsə aşkar edin müzakirə açın canla-başla tutarlı iddialardırsa mən də lehinə səs verərəm. Mən səsimi vermişəm, dəyişmək fikrim yoxdur. Amma ümid edirəm ki, bu səsvermənin nəticəsi sizi azvikidən mənəvi olaraq uzaqlaşdırmaz. Siz azvikiyə çox əmək vermiş şəxssiniz. İstəmərik ki, azviki sizin kimi istifadəçiləri itirsin. Hörmətlə Dr.Wiki54 (müzakirə) 07:30, 23 iyul 2021 (UTC)
- White Demon da təsdiqləyib ki siz neçə dəfə səs istəmisiniz. Bu barədə özünüzü hələ müdafiə etməmisiniz çünki hələ ki böhtan atmaqla məşğulsunuz. NMW03 (müzakirə) 05:39, 23 iyul 2021 (UTC)
- Dr.Wiki54 son bir neçə aydır aktiv fəaliyyət göstərən istifadəçilərdən biridir. Bir çox qaydanın hazırlanmasında iştirak edib və hətta həmin qaydalar qəbul edilib. Səs ovçuluğunu müəyyən etmək üçün nə fala ehtiyac var, nə də and içməyə. Gəlin sizə asan şəkildə izah edim. Nigar Bağırova adlı istifadəçinin fəaliyyəti ancaq məqalə yazmaqdan ibarətdir. Müzakirələrdə iştirakı 0-dır. Axırıncı dəfə Vikipediya:Qiymətləndirmə/Seçilmiş məqalələr/Ben Şapiro səhifəsində səs verib indi isə sizə. Müzakirələrdə aktiv olmayan istifadəçinin bu qədər səsvermə olduğu halda gəlib sizə səs verməsi açıq aydın bunu təsdiq edir. Turan Etibaroğlunun ən son iştirak etdiyi səsvermə 3 ay əvvəl kənd meydanında keçirilən səsvermədən sonra sizin keçən ilki səsvermənizdir. Tam 1 ildən sonra yenə təsadüfən gəlib sizə səs verib? Bu arada bir neçə istifadəçi mənə sizin screenshot ataraq səs istədiyini bildirib. Bunla bağlı fikriniz nədir? Çalışacam ki həmin istifadəçilər burda bunu təsdiqləsin. Son olaraq yenə sizə verilən suallardan qaçırsınız və mövzunu başqa yerə yönəltməyə çalışırsınız. Davakar adam deyib durursunuz. Statusunuz nə 2 məqalə silmisiz deyə alınır, nə də 6 ay fəaliyyətiniz yoxdur deyə. NMW03 (müzakirə) 05:37, 23 iyul 2021 (UTC)
- Mənə bir şey maraqlıdır. İstifadəçilərin səsverməyə Səs ovçuluğu əsasında cəlb edildiyini necə müəyyənləşdirəcəksiniz ? Həmin adamı sorğu-sual etmək kimi bir səlahiyyətiniz varmı ? yoxsa fala baxmağı düşünürsüz ? Cənab NMW03 sizdən maraqlı bir cavab gözləyirəm. Söhbət ehtimalı sübut etməkdən gedir ha nağıl danışmaqdan və ya "sübutum yoxdur, amma anam canı belədir" deməkdən yox. — Baskervill (müzakirə) 23:53, 22 iyul 2021 (UTC)
- Eldarado və Sortilegus lütfən səsvermənin gedişatına edilmiş açıq müdaxilələrə qarşı bir tədbir görün. NMW03 və Turkmen statusumun saxlanılması üçün səsvermiş vikipediyaçıların imzalarının aşağı hissəsinə hansısa şablonları əlavə edir və bu addımı mənə qarşı səs verən Dr.Wiki54 adlı isifadəçiyə qarşı atmırlar. Səbəb ? Yəni kimsə girib mənə qarşı olsa problem yoxdur, ancaq dəstəyini ifadə etsə deməli fəaliyyəti detallı formada araşdırılmalıdır. NMW03 2021-ci ilin ilk 6 ayında səhhətimdə yaranmış problemlərə görə Vikipediyadan bir balaca uzaq qalmışdım. Fəaliyyətimdə hansısa fasilələrin olması idarəçi statusumun alınması üçün əsas ola bilməz. Sizin kimi davakar adamlarla müzakirə ediləcək bir məsələmiz yoxdur. Mütəşəkkil formada hərəkət edirsiz və əminəm ki, bu səfər öz məqsədinizə heç vaxt olamdığı qədər yaxınlaşmısınız.. — Baskervill (müzakirə) 23:50, 22 iyul 2021 (UTC)
- Eldarado, mən yuxarıda 2 dənə fakt sadaladım ki, bəs Baskervill filan yer üçün səs istəyib keçmişdə məndən. Solavirum və ya Sura haçan kimdənsə lehinə-əlehinə səs istəyib ki, onların idarəçi seçkisi zamanı bu şablonu qoyaq?— 127-ci yapon imperatoru 11:33, 22 iyul 2021 (UTC)
- Eldarado, hələ də anlamıram ki niyə bu qədər israr edirsiniz. Həmin şablon səs ovçuluğu ehtimalının böyük olduğu yerlərdə istifadə olunur. Envikidə bunu görə bilərsiniz. Digər qaydalar barədə bildiriş əlavə edilməlidir ideyanız isə çox yersiz idi. NMW03 (müzakirə) 11:09, 22 iyul 2021 (UTC)
- Bu sadəcə sizin fərziyyənizdir. Təbii ki, qeyd etdiyiniz kimi ola da bilər olmaya da bilər. Bunu müəyyən edə biləcək alət varsa tətbiq edək. Yuxarıda qeyd etdiyiniz bildiriş heçnəyi dəyişmir. Qaydaları xatırlatmaq istəyirsinizsə səsverməyə aid digər qaydalarıda o bildirişdə qeyd edin. Misal üçün səslərin hesablanması, İdarəçilərin və bürokratların fəaliyyətləri və s. Mən bir dəfə çıxardım, lakin məni diqqətə almayaraq geri aldız redaktəni. Ona görə də bunu özünüz etməyiniz daha doğru olar və çox yaxşı olar ki, növbəti səsvermələrdə bunu şablon halına gətirib istifadə etmək üçün səsvermə təşkil edəsiniz. Hörmətlə — eldarado ✉ 10:11, 22 iyul 2021 (UTC)
- Eldarado, bir adi təlimat üçün bu qədər israr etməyiniz düzü yordu məni. İstəsəz çıxara bilərsiniz. Etiraz etməyəcəm. Hərçənd ki, sizdən başqa digər istifadəçilər üçün problem kəsb etmirdi.— Turkmen müzakirə 09:56, 22 iyul 2021 (UTC)
- Eldarado yuxardakı təlimatda sadəcə blok sözünü çıxaran kimi 2 səs əlavə edildi. Hər ikisi Baskervill-ə dəstək məqsədi ilə. Sadəcə Turan Etibaroğlu səs butonunu yanlış seçib şərhinə baxsaz görərsiz ki, Baskervill-ə dəstək üçün gəlib. Nigar Bağırova adlı istifadəçi isə Vikipediya ad fəzasında cəmi 2 redaktə edib. Onlardan biri bu səsvermədədir, digəri labaratoriyada. Turan Etibaroğlu isə bu il bu səhifədə cəmi 1 səs verib. Oda yenə bu səsvermədə. Yəqinki indi məni anladız. Digər səsvermələrə bu şablonu yerləşdirməmişəm, çünki şəffaflılığa güvənirəm. Bu səsvermədə isə şəffaflılığa güvənmirəm. Və bunun üçün yetəri səbəblərim də var. Və yuxarıda White Demon tərəfindən də çəkilən misal bu şablonun bu səsvermə üçün önəmli olduğunu göstərir. Sizə hörmətlə,— Turkmen müzakirə 09:11, 22 iyul 2021 (UTC)
- Vahid Məmmədov yuxarıda yazmısınız ki, mən idarəçi olmağa layiq deyiləm və mənim fəaliyyətimə görə kimlərsə Azvikini tərk edib. Mən heç kimə deməmişəm ki, buradakı fəaliyyətini dayandırsın və burada heç kim, heç kimin xətrinə fəaliyyət göstərmir. Əgər kimsə çıxıb, getmək istəyirsə gərək ki, bunu heç bir bəhanə olmadan etsin. Konkret olaraq kimlər mənə görə öz fəaliyyətlərinə xitab veriblər ? Digər bir tərəfdən qeyd edirsiniz ki, ocur intellektual insanların mənə qarşı qruplaşa biləcəyinə inanmırsız və sairə və ilaxır. Gəlin mənə qarşı səs vermiş insanların səsvermə səbəblərini bir-bir araşdıraq. Etiraf edirəm ki, bu yoldaşlarla zaman-zaman problemim olub və bütün problemlər Vikipediya konteksində baş verib. Məsələn, sizə lazım olan Bənövşə Mahmudqızı məqaləsi yadınıza gəlirmi ? Bax, həmin məqalənin SNS-də silinməsindən sonra siz mənimlə düşmən oldunuz. Bəs sizinlə Gəncə şəhərində eyni mənzildə kirayədə qalmış və böyük bir ethimalla sizi bu səsverməyə cəlb edən cənab idarəçi Turkmenin hansı səbəbədən mənə qarşı olduğunu bilirsinizmi ? Hər şey düz 2 il bundan əvvəl idarəçinin bürokrat namizədi olması və mənim ona ilk qarşı səsverməyimdən sonra başladı. Həmin günə qədər gözəl münasibətimiz vardı və sonradan mənə düşmən kəsildi. Bəs bir digər cənab Araz Yaquboglunun hansı səbəbdən mənə qarşı səs verdiyini bilirsiniz ? Gəlin onu da sizin üçün izah edim. Yoldaş vəzifəsindən istifadə edərək özü haqqında məqalə yetmirmiş kimi atası haqqında da məqalə yaratmışdı və məqalə tərəfimdən 2019-cu ilin avqust ayında SNS-ə təqdim edilib, icma qərarı ilə silinəndən sonra mənimlə düşmən oldu. Ən maraqlı hal A.Aida88 adlı istifadəçi ilə bağlıdır. Adi müzakirə və səsvermələrdə iştirak etməyən bu xanım anidən gəlib mənə qarşı səs verdi və fikirini heç bir halda əsaslandırmadı. Mənə hələ votsapdan yazıb ki, əliminin altında 17 nəfərlik viki qrup var və istəsəm onlara da deyərəm gəlib sənə qarşı səs verərlər.. Bu xanımın verdiyi səsin motivi isə sırf qisascılıq xarakteri daşıyır. Xanım, iddia edir ki, güya mən onu facebookda bloka atmışam. Halbuki mənim facebook blok listimdə heç kim yoxdur. Facebookda istifadəçi adım Nihat Valizada olduğu halda Nihat Vəlizadə formasında axtarışa verib və mənim profilimi tapmayanda da qərara gəlib ki, bu adam məni bloka atıbsa, deməli buna qarşı səs vermək lazımdır. Aramızda olan yazışmalardan xanımın köhnə illərdə baş verən hadisələrin intiqamını aldığını və bunu məqsədli formada etdiyini açıq formada sezmək mümkündür. Mənə qarşı olan həmin 4 səsin son illərdəki Vikipediya fəaliyyətimlə heç bir əlaqəsi yoxdur. Əcəb işdir vallah. Kimsə özünü reklam edəcək ki, mən Vikipediya adminiyəm, bəs 10 nəfərdən biriyəm, bir başqası atası haqqında məqalə yazacaq və bir digəri də bir xanıma onun məqaləsini yaratmaqla jest edəcək və sözümüz deyəndə olacağıq "səhv" Cənab Vahid Məmmədov mənim heç hara getmək kimi bir niyyətim yoxdur. Hələ bir 10 ildə idarəçi olacağam və Azvikini onlarla Vikimaniyalarda təmsil edəcəm və inanın ki, lazım olsa səfərlərə öz cibimdən gedəcəm.— Baskervill (müzakirə) 03:07, 30 iyul 2021 (UTC)
- Səsvermə hazırkı halıyla heç bir şəkildə şəffaf deyil. Hər iki tərəfdən (çox amma, çox təəssüf edirəm ki, azvikidə artıq qütbləşmə mövcuddur) müdaxilələr mövcuddur. Sortilegus, Eldarado fikirləriniz önəmlidir. Səsvermə yekunlaşdırılsa, verilən qərar nə olursa olsun, nə dərəcədə şəffaf və dəqiq olacaq? — Surə 🗯 04:18, 30 iyul 2021 (UTC)
- Hörmətli Vahid Məmmədov, nəyə əsasən Baskervilli müdafiə etdyimi düşünürsünüz? Xatırladım ki, Baskervill ikinci dəfə səsverməyə çıxarılır və ilkində səsverməyə çıxarılması üçün iddiaları mən ortaya atmışdım. Görünür ki, vikipediyadakı gedişatlardan xəbəriniz yoxdur. Yuxarıda da fikrimi əsaslandırmışam. Rica edirəm ki, əsassız iddialar irəli sürməyəsiniz. Hörmətli Sura Shukurlu, səsvermənin şəxsi mübahisə zəmnində təşkil olunduğunu ilk başda qeyd etmişdim. Görünən də odur ki, lehinə səs verənlərin də əksəriyyəti şəxsi məsələlərə görə buradadır. Şəffaflığın təmin olunması üçün hörmətli Sortilegus ilə bu mövzuda müzakirələr aparacağam. — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:40, 30 iyul 2021 (UTC)
- Baskervill, xahiş edirəm suallarıma cavab verin. NMW03 (müzakirə) 14:47, 30 iyul 2021 (UTC)
- Səsvermə hazırkı halıyla heç bir şəkildə şəffaf deyil. Hər iki tərəfdən (çox amma, çox təəssüf edirəm ki, azvikidə artıq qütbləşmə mövcuddur) müdaxilələr mövcuddur. Sortilegus, Eldarado fikirləriniz önəmlidir. Səsvermə yekunlaşdırılsa, verilən qərar nə olursa olsun, nə dərəcədə şəffaf və dəqiq olacaq? — Surə 🗯 04:18, 30 iyul 2021 (UTC)
- Baskervill, istifəçinin 17 nəfəri "əlehinə səs" üçün səfərbər etməsi Səs ovçuluğu qaydalarına görə zidd hərəkətdir və belə hal baş verərsə, lazımı tədbir görüləcək, narahat olmayın. Xüsusilə, bu barədə sübut olduğu halda.— 127-ci yapon imperatoru 08:02, 30 iyul 2021 (UTC)
- Turkmen, sizin psixoloji probleminizmi var ? Mənim şərhimi hansı əsasla silirsiz ? Kölgənizdən bu qədərmi qorxursuz ? Necə olur ki, siz idarəçi müzakirəsi səhifəsində mənim facebook postuma istinad edən zaman bu "şəxsi məlumatların paylaşılması" olmur, ancaq mən publik bir facebook linki paylaşan zaman bu "şəxsi məlumat" sayılır ? Əlinizə yiyə durun və mənim heç bir şərhimə redaktə etməyin ! — Baskervill (müzakirə) 15:05, 30 iyul 2021 (UTC)
- Salam Baskervill idarəçini təhqir etdiyinizə görə və əvvəlcə də etdiyim xəbərdarlıqlara məhəl qoymadığınıza görə 2 günlük blok edilirsiniz. Blokun geniş təfərrüatı barədə istifadəçinin müzakirə səhifəsindən məlumat əldə edə bilərsiniz. — Turkmen müzakirə 20:00, 30 iyul 2021 (UTC)
- NMW03, siz hansı əsasla mənim paylaşdığım linki tarixçədən silmisiniz ? Bir daha bərpa edə bilməyim deyə ? Necə adamlarsınız siz... Necə olur ki, siz inbox yazışmalarını yayan zaman, Turkman facebook postunu paylaşan zaman burada bir problem olmur, ancaq mən adi bir video paylaşan zaman həmin video tarixçədən belə silinir ?! Bu anormal hərəkətinizin bir izahı varmı ? — Baskervill (müzakirə) 15:16, 30 iyul 2021 (UTC)
- Turkmen haqlı olaraq öz şəxsi məlumatlarının paylaşılmasını istəmir və çox gümanki ona görə silib. Mən də onun unutduğu redaktəni silmişəm. Sizin məlumatlarınız istifadəçi səhifənizdə olduğu üçün o artıq gizli sayılmır. Siz isə xahiş edirəm suallarıma cavab verin. Artıq neçənci dəfədir ki sualdan yayınırsınız.
- P.S: Sizə artıq neçə nəfər təcrübəli istifadəçi əleyhinə səs verib ki statusu alınsın. Mən sizin yerinizdə olsam çoxdan istefa etmişdim. Bu qədər təcrübəli istifadəçiyə qarşı həyatı boyu müzakirələrdə iştirak etməyənlər gəlib məni dəstəkləsəydi də istefa edərdim. Çünki anlayardım ki səhv etmişəm və buna görə statusum alınır. NMW03 (müzakirə) 17:01, 30 iyul 2021 (UTC)
- Turkmen, sizin psixoloji probleminizmi var ? Mənim şərhimi hansı əsasla silirsiz ? Kölgənizdən bu qədərmi qorxursuz ? Necə olur ki, siz idarəçi müzakirəsi səhifəsində mənim facebook postuma istinad edən zaman bu "şəxsi məlumatların paylaşılması" olmur, ancaq mən publik bir facebook linki paylaşan zaman bu "şəxsi məlumat" sayılır ? Əlinizə yiyə durun və mənim heç bir şərhimə redaktə etməyin ! — Baskervill (müzakirə) 15:05, 30 iyul 2021 (UTC)
- Nə qəşəng müzakirə gedir burada. Hamı bir-birininin "səhv"ini ortaya tökür ahahah. İndiki halıyla hər iki tərəf üçün verilən səslərdə şəffaflıq problemi var. Əlavə olaraq, Baskervill, istifadə etdiyiniz sözlərə fikir verməyiniz tövsiyə olunur, Turkmen, xahiş edirəm, həmkar idarəçiyə niyə müzakirəyə əlavə etdiyi linki sildiyinizi (və belə halda niyə NMW03-ün yerləşdirdiyi linkləri silmədiyinizi) izah edin. --► Hörmətlə: SolaVirum 16:32, 30 iyul 2021 (UTC)
- Salam hörmətli Solavirum. İlk olaraq qeyd edim ki, Baskervill mənimlə bağlı şəxsi məlumatlar ehtiva edən keçid yerləşdirdiyi üçün həmin keçidi çıxardım. Həmçinin istifadəçinin indiyədək mənə bu barədə xəbərdarlığı olmayıb axı. O, bununla bağlı VP:İMZ-də White Demon və NMW03 ilə müzakirə aparıb. Və istifadəçilər ona sözügedən məsələ barədə cavab veriblər. Oradan göz ata bilərsiniz.— Turkmen müzakirə 19:48, 30 iyul 2021 (UTC)
- Bu arada demək olar ki, bütün səslərə {{Səs ovu}} şablonu qoyulub. Belə getsə etibarlı səs sayının azlığına görə səsvermə yekunlaşdırıla bilməyəcək zatən. — Surə 🗯 18:00, 30 iyul 2021 (UTC)
- Hər kəsə salam, ilk öncə hər birinizdən rica edirəm ki, mədəni və sağlam şəkildə müzakirə aparın. Bu gün baş verənlər bir qədər qaranlıq qaldı mənə. Buna görə də bəzi istifadəçilərə suallar ünvanlayacağam. Turkmen, Baskervilli sizə qarşı nəzakət qaydalarını pozduğu üçün bloklamısınız? Zəhmət olmasa bu sualıma cavab verəsiniz. NMW03, sizin bildiyiniz qaydalara əsasən, öz profilimdə şəxsi məlumatlarımı paylaşmışamsa hansısa istifadəçi mənim sosial şəbəkədəki yazışmalarımı burada paylaşa bilər? Hörmətlə— eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 21:01, 30 iyul 2021 (UTC)
- Aleykum salam Eldarado, istifadəçini qeyd etdiyiniz səbəbdən bloklamışam. Habelə digər səbəblər barədə də müzakirə səhifəsində geniş qeyd yerləşdirmişəm. Hörmətlə— Turkmen müzakirə 21:18, 30 iyul 2021 (UTC)
- Turkmen, xahiş edirəm ki, istifadəçi yoldaşın blokunu açasız. İdarəçiliklə bağlı seçki gedən zaman istifadəçinin belə səbəbdən bloklanmasını uyğun görmürəm və düzgün görüntü yaranmır, istifadəçinin öz fikirlərini yazmasına mane olur. Bundan əlavə, bloklanmağa dəyəcək gedər nəzakətsizliyə yol verdiyini düşünmürəm.— 127-ci yapon imperatoru 22:17, 30 iyul 2021 (UTC)
- Eldarado, mən yazışmaları yox şəxsi məlumatları nəzərdə tutmuşam. İstifadəçi öz səhifəsində özü haqqında kifayət qədər məlumat verirsə onun adının yazılması və s. şəxsi məlumatların açıqlanması sayılmır. NMW03 (müzakirə) 05:02, 31 iyul 2021 (UTC)
- Aleykum salam Eldarado, istifadəçini qeyd etdiyiniz səbəbdən bloklamışam. Habelə digər səbəblər barədə də müzakirə səhifəsində geniş qeyd yerləşdirmişəm. Hörmətlə— Turkmen müzakirə 21:18, 30 iyul 2021 (UTC)
- Turkmen, Harada görmüsünüz ki, idarəçinin özünə qarşı nəzakətsiz davranış zamanı özü bloklasın? Sizcə bu nə dərəcədə tərəfsiz və şəffaf davranışdır? Yoxdur azvikidə başqa idarəçi? Axı bu cür durumlarda üçüncü tərəf məsələyə qiymət verməlidir. Hələ səsverməsi davam edən zaman bloklandığı, üstəlik müzakirə səhifəsinin də bloklanması barədə danışmıram. Dərərli həmkarım White Demon, sizin tərəfsiz idarəçilərdən biri olduğunuza həmişə inanmışam və bunu dəfələrlə qeyd etmişəm. Özünüz də görürsünüz ki, müzakirələr şəxsi zəmində gedir. Mən Baskervillin heç bir qayda pozmadığını demirəm lakin etdiyi qayda pozuntularının qeyd olunan qədər qlobal olmadığını bildirirəm və onun yerində istənilən istifadəçi olsaydı ona qarşı olunan bu cür haqsız və toplu hücuma qarşı çıxacaqdım. Hətta yuxarıdakı müzakirələrdən bəlli olur ki, idarəçini nəzakətsiz davranmağa təşviq ediblər. Sizin fikirlərinizə qüvvət Turkmendən rica edirəm ki, şəxsi zəmində blokladığı Baskervillin blokunu qaldırsın. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:37, 31 iyul 2021 (UTC)
- Baskervill, zəhmət olmasa hansı şəxsi məlumatları paylaşdığınız barədə və bunu nə üçün etdiyiniz barədə vikicəmiyyətə açıqlama verəsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:50, 31 iyul 2021 (UTC)
- White Demon dediklərinizi anlayıram. Görəsən istifadəçinin özü bu barədə düşünürmü? Hərhalda özü nəzərə almalıdır ki, ciddi müzakirə gedir burada və müzakirə onunla bağlıdır. İstifadəçiyə 1 dəfə müzakirə əsnasında xəbərdarlıq vermişəm ki, üslubuna fikir versin. O, isə buna məhəl qoymadı. Mən qırağa yuxarıda NMW03 ilə bağlı danışıq tərzinə baxın (sitat : "Cənab NMW03 (İ) sizdən maraqlı bir cavab gözləyirəm. Söhbət ehtimalı sübut etməkdən gedir ha nağıl danışmaqdan və ya "sübutum yoxdur, amma anam canı belədir" deməkdən yox"). Elə bil küçədə məhlə uşağı ilə danışır. Bura ensiklopediyadır, kiməsə kini və nifrəti varsa başqa yerdə töksün. Eldarado, düşünürəm ki, kifayət qədər geniş izah verdim. Hörmətlə— Turkmen müzakirə 07:47, 31 iyul 2021 (UTC)
- Baskervill, zəhmət olmasa hansı şəxsi məlumatları paylaşdığınız barədə və bunu nə üçün etdiyiniz barədə vikicəmiyyətə açıqlama verəsiniz. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:50, 31 iyul 2021 (UTC)
- Turkmen, nə üçün bəs həmin şərhdən sonra deyil sizə yazılan şərhdən sonra blokladınız? Bu arada Baskervillə sual ünvanlamışam və mənimlə yanaşı istənilən istifadəçinin səsverməsi gedən şəxsə suallar ünvanlamaq hüququ və səsverməsi gedən istifadəçinin də bunları cavablamaq hüququ var. Siz onu bloklamaqla istifadəçinin özünü müdafiə edə bilməsini məhdudlaşdırırsınız. İstifadəçinin blokunu götürün ki, prosedur davam etsin və rica edirəm ki, səsverməyə açıq şəkildə müdaxilə etməyəsiniz bir daha. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 08:43, 31 iyul 2021 (UTC)
- Eldarado səbəbi sadədir. Bütün müzakirələri səbəbsiz yerə oxumağa məcbur deyiləm. :) İstifadəçi mənə qarşı nəzakətsizlik etdikdən sonra göz atmışam. Çünki, istifadəçiyə nəzakətli davranması barədə əvvəlcədən, hələ VP:İMZ-də müzakirə gedərkən xəbərdarlıq vermişdim. Dediyiniz digər məsələlər barədə isə istifadəçinin özü düşünməli idi. Necə yəni istifadəçinin kiməsə sual ünvanlamaq haqqı var deyə istifadəçiləri təhqir etməlidir? Blokda heçbir pozuntu yoxdur. Hazırda blokun açılması üçün sadəcə 1 səbəb var. Oda məsələyə "şəxsi zəmin" adı verməkdir. Təəssüf ki, siz də bundan istifadə edirsiniz. Hörmətlə— Turkmen müzakirə 09:05, 31 iyul 2021 (UTC)
- İstifadəçinin blokunu açdım, səbəbini də izah etmişəm. Müzakirə müddəti ərzində elə qalsa yaxşı olar, müzakirə yekunlaşandan sonra nə edirsinizsə, edin. Müzakirə müddəti ərzində pozuntu müşahidə olunarsa, elə özüm bloku tətbiq edəcəm. --► Hörmətlə: SolaVirum 20:47, 31 iyul 2021 (UTC)
İlk öncə xahiş edirəm mənim səsimin qarşısındakı “səs ovçuluğu” qeydin götürəsiniz. Mən burada heç kimin dəvəti olmadan gəlib səsimi vermişəm. Bəlkə kimsə özünə yaraşdırır amma mən heç vaxt özümə yaraşdırmaram kiminsə sifarişi ilə gəlim bu və ya hansısa səsvermədə səs verim. Cənab @Baskervill, hər dəfəsində @Turkmen,in mənimlə Gəncədə vikidüşərgə də eyni mənzildə qaldığımı təkidlə qeyd edirsiniz. Yanlış xatırlamıramsa orada Tərxan Bəy, Şəfa Bəy və mən 3 vikipedistlə birlikdə qalmışıq belə çox maraqlıdırsa sizə onlardan da soruşa bilərsiniz və bir mənzildə qalmağımız təsadüfən seçilib. Lap hesab edək Türkmənlə birlikdə qalmışıq bunun səsverməyə nə aidiyyatı var? Mən orada özümə çoxlu möhtəşəm dostlar qazandım onlardan biridə Türkməndir. Bununla birlikdə mənim Türkmənlə ən son əlaqəm təqribən 2 il əvvəl olub. Bu günə qədər heç bir şəkildə bir-birimizlə əlaqə saxlamamışıq, qaldı ki Türkmənin və ya başqa birisinin məni bu səsverməyə dəvət etməsi. Sadəcə fürsət olmayıb ya da elə bir şərait yaranmayıb nəsə başqa heç bir problem yoxdur aramızda. Zəhmət olmasa mənə aydınlıq gətirin; vikipediya istifadəçiləri bir-biri ilə dost ola bilməz? Sizin anlayışınıza görə, əgər dostdurlarsa deməli səsvermələrdə bir-birlərinə dəstək olurlar? Belə bir hal heç bir halda qəbuledilməzdir və çox məntiqsiz hərəkətdir. Siz deyəsən hamını özünüz kimi görürsünüz. Dəfələrlə olub ki dostlarımın əleyinə və ya onlar tərəfindən hansısa bir açılan səsvermənin əleyhinə olmuşam. Xahiş edirəm məni buna məcbur etməyin çünki dəyərli vaxtımı kənara qoyub arxivdən tapıb sübut edərəm dediklərimi. “Bənövşə Mahmudqızı” məqaləsinin silinməsinə görə sizə düşmən olduğumu qeyd edirsiniz. Tamamilə çox yanlış fikirdəsiniz ilk öncə mən sizin düşməniniz deyiləm, ümumiyyətlə şəxsən mən çox utandım sizin bu absurd qeydinizi görəndə. Çox amma çox uşaqca bir davranış sərgiləyirsiniz əgər sizə düşmən olsaydım sizin 2 dəfə idarəçi seçilməyinizdən tutmuş bəzi səsverməyə çıxardığınız layihələri dəstəkləməzdim. Hətta sizin xəbəriniz olmadan mən bəzi yerlərdə sizi müdafiə belə etmişəm. Mənim bir çox yaratdığım məqaləm müxtəlif idarəçilər tərəfindən dəfələrlə silinib. Heç bir idarəçi deyə bilməz ki Vahid, onun məqaləsin sildim deyə mənə etiraz etdi. Sizin yenidən idarəçi olmağınızı düzgün hesab etmirəm ona görə ki siz nəzakətlə danışmağı bacarmırsınız, tez-gec viki icma nəzakət qaydaların sizə öyrədəcək, onlarla “küçə ağzıyla” danışmamağı öyrədəcək, ümidvaram indi durub heç vaxt “küçə ağzıyla” danışmamışam deməyəcəksiniz çünki arxivdə çoxlu sübutlar var. Dəfələrlə mənim yaratdığım məqalələr siz tərəfdən silinib (Qeyd: bu və digər hadisələri qəti şəkildə şəxsi məsələyə çevirməmişəm və şəxsi məsələdir deyə səsim etibarsız sayıla bilməz, ortada mən və başqalarına qarşı bir haqsızlıq var və bu da qeyd edilməlidir şəxsi məsələ deyil, vikipediya qaydalarının idarəçi tərəfindən təkrar-təkrar dəfələrlə pozulmasıdır ona görədə hər şey qeyd edilməli, əksi isə yolverilməzdir) daha sonra başqa idarəçilər tərəfindən bərpa edilib, dəfələrlə məqalələrdə etdiyim dəyişiklikləri geri qaytarmısınız, dəfələrlə haqsız yerə məni bloklamısınız, daha sonra digər idarəçilər tərəfindən bloklanmam açılıb və bütün bunlar “Bənövşə Mahmudqızı” məqaləsi yaradılmazdan əvvəl olub. Sizin özbaşına fəaliyyətinizə görə 1 il vikipediyadan uzaqlaşanlardan biri olmuşam digər uzaqlaşanların adın mənə çəkdirməyin. Mən, icma və siz bunun kim olduğunu çox yaxşı bilirsiniz. Kukla hesab yaradırsınız, əlinizdə heç bir sübut olmadığı halda Türkməni haqsız yerə məni səsverməyə dəvət etməsində günahlandırırsınız lakin Türkmən və digər istifadəçilər sübutlarla sizi, başqalarından səs istəməyinizdə ittiham edir. Üstəlik ittihamların heç birinə cavab verib özünüzü icma qarşısında müdafiə etmirsiniz. Sifarişli məqalələr yaradırsınız, nəinki istifadəçilərlə idarəçilərə qarşı belə nəzakətsiz davranışlar sərgiləyirsiniz. İdarəçi alətlərindən sui-istifadə etməyiniz hərkəsə məlumdur və siz burada istənməyən birisiniz. Əgər belə demək mümkünsə, sizə “get” deyirlərsə bunun üzərində dayanıb ciddi-ciddi fikirləşin. Burada heç kəsin sizin şəxsinizlə əlaqəli problemi yoxdur ola da bilməz, sadəcə qaydaları pozduğunuzu başa düşmürsünüz və kənardan kimsə sizə qaydaları pozursunuz deyirsə o dəqiqə deyirsiniz ki mənimlə düşmənçilikləri var, qarayaxma kompaniyaları hazırlayırlar və s. Vikipediyada qütbləşmənin olması yolverilməzdir və belə bir şey əgər həqiqətən varsa o qütbləşməni elə siz yaratmısınız özünüzə tərəfdarlar toplayaraq (sübutlar var və bu sübutlar sizə göstərilib). Əgər sizin lehinizə səs verlənlər arasında da qütbləşmə varsa sübut edilsin bu. Hərkəs bilir ki yuxarıda qeyd etdiyim sizin özbaşına fəaliyyətinizin heç %1-i belə deyil. Sizin dərdiniz deyəsən Vikimedia fondunun şotuna ölkə-ölkə gəzib “sözdə” Azərbaycanı Vikimaniyalarda təmsil etməkdir yəqin bilirsiniz bunun üçün adi bir istifadəçi olmağınız da kifayətdir. Ola bilsin siz Vikimaniyalarda insanlara Bürokrat və İdarəçi olduğunuzu bildirməklə nüfuz qazanmaq istəyirsiniz yəqin buna görə iki əlli yapışmısınız idarəçilikdən yoxsa vikipediya və onun qaydaları sizin üçün önəmli deyil əgər olsaydı bu qədər özbaşınaçılıq olmazdı. Bəlkə də ola bilsin sizin bir gəliriniz var bu işdən bu səbəbdən məqalələri müzakirəsiz silirsiniz. Bu qədər çox qayda pozuntusu olanda adamın ağlına hər şey gəlir yoxsa ittiham etmirəm. Bir daha qeyd edirəm, mən sizin düşməniniz deyiləm, özünüzü bu qədər ciddiyə almayın. Məsələn dünən bəlkə də heç xəbəriniz olmadı, siz yuxuda ikən Avstraliyanın 2700 km yaxınlığından diametri 600 km olan bir asteroid keçdi, o astreroidin Yerə çırpınma ehtimalı ola bilərdi amma çırpınmadı əgər o asteroid Yerə çırpınsaydı bu gün heç birimiz səhəri görməyəcəkdik və mavi planetimizdə 1 hüceyrəli orqanizmlərdə daxil olmaqla heç bir canlı sağ qalmayacaqdı. Yəni bu qədər ciddiyə alınacaq məsələlər varkən, sizin özünüzü bu qədər ciddiyə almağınız mənə absurd gəlir. Bu gündən sabaha çıxacağımızın bir qarantiyası belə yoxkən, siz hələ bir 10 ildə idarəçi qalmaq istəyirsiniz. :) Əziz @eldarado, vikipediya gedişatların çox yaxından izləmirəm yəni çox istəyərdim amma həqiqətən o qədər vaxtım yoxdur amma etiraf edim ki vikipediyada bir qeydiyyatsız istifadəçilərin fəaliyyətin yaxından izləyirəm bir də Baskervill-in .:) Sözügedən gedişat mənə olduqca aydındır və xəbərdaram. Təkcə bu fikirdə olan mən deyiləm, yuxarıda artıq başqalarıda sizin səsverməyə neytral yanaşmadığınızı qeyd edib. Təkcə bu səsvermədə yox (Baxın: [1] [2]) Diqqət etdiyim bir məqam var ki siz hər dəfəsində Baskervill-i müdafiə edərkən qeyd etdiyiniz fikirlər 3 ildir eynidir və dəyişmir. Bu da haqlı olaraq icmada sizin məsələyə neytral yanaşmadığınızı düşündürür. Yanlış anlamayın sizin düşüncələrinizə müdaxil etmək fikrində deyiləm sadəcə bu məsələdə sizin münasibətiniz çox gözə dəyir. Təşəkkür edirəm. —Vahid Məmmədov (müzakirə) 21:47, 31 iyul 2021 (UTC)
- Yuxarıdakı rəydə "Çox amma çox uşaqca bir davranış sərgiləyirsiniz ... Sizin dərdiniz deyəsən Vikimedia fondunun şotuna ölkə-ölkə gəzib “sözdə” Azərbaycanı Vikimaniyalarda təmsil etməkdir yəqin bilirsiniz bunun üçün adi bir istifadəçi olmağınız da kifayətdir. Ola bilsin siz Vikimaniyalarda insanlara Bürokrat və İdarəçi olduğunuzu bildirməklə nüfuz qazanmaq istəyirsiniz yəqin buna görə iki əlli yapışmısınız idarəçilikdən ..." VP:N qaydalarına ziddir. --► Hörmətlə: SolaVirum 22:24, 31 iyul 2021 (UTC)
- Hörmətli @Solavirum, Mən öz adıma çox təəssüf edirəm belə yanaşmam üçün, bilənlər bilir ki bu mənim danışıq üslubum deyil məni hövsələdən necə çıxardısa əsəblərimi cilovlaya bilmədim. Sadəcə istədim ki sözügedən istifadəçi ilə "anladığı dildən" danışım. Çünki mən vikipediya ilə yanaşı aramızda baş verən sosial şəbəkə yazışmalarıda daxil olmaqla Baskervill-in mənimlə yanaşı bir çox idarəçi və istifadəçi ilə "küçə ağzıyla danışması" və ya "əmr tonunda danışmasını" nəzərə alsam mənim bu yazı üslubum onun yanında Sokratın müdafiəsi kitabı qədər qüsursuzdur. Mən fikir vermişəm bu istifadəçi ilə nəzakətli danışanda o sənin səmimiyyətindən hərtərəfli istifadə edir. Yuxarıdakı yazı üslubum da bu səbəbdən idi. Etdiyim qayda pozuntusunu dərk edir və istifadəçi səhifəmə gətiriləcək məhdudiyyətlərə qarşı heç bir etirazım yoxdur. —Vahid Məmmədov (müzakirə) 22:49, 31 iyul 2021 (UTC)
- Eldarado mən heç kimin şəxsi məlumatlarını paylaşmamışam. Facebookda minlərlə insan tərəfindən izlənilmiş videodan bir link paylaşmışam və bunun adını şəxsi məlumatların paylaşılması qoyublar. Vahid Məmmədov asteroid haqqında hekayə danışır və utanmadan böhtan atır ki, mən sifarişlə məqalə yazmışam və hansısa tədbirə fondun şotuna getməyə çalışmışam. Bütün bunların hamısı səfsətə və boşboğazlıqdan başqa bir şey deyil. Fakt yox, sübut yox oturub nağıl danışırlar.. Asteroid e... Adama deyən lazımdır ki, heç hənanın yeridirmi ? Eldarado onu da deyim ki, şəxsi məlumatları və inbox yazışmaları paylaşılan şəxs mənəm. Turkmen mənim facebookda paylaşdığım bir postu bura əlavə etmişdi, NMW03 isə inbox yazışmalarını paylaşmışdı. Bu yoldaşların bu əməli törətməsində heç bir qəbahət olmadığı halda, mənim adi bir youtube linkini paylaşmağım dərhal müdaxiləyə səbəb olur. Youtube linki paylaşmaq şəxsi məlumatların yayılmasıdırmı ? — Baskervill (müzakirə) 04:26, 1 avqust 2021 (UTC)
- Baskervill niyə yalan danışırsız? Siz şərhə fb keçidi yerləşdirmişdiz və həmin keçiddə mənim şəxsi məlumatlarım var idi (ad, soyad və sosial şəbəkə hesabım). Bu da həmin keçidi çıxardığım redaktə, artıq paylaşımı silmişəm deyə keçidin görsənməsi problem deyil. Yerləşdirdiyiniz YouTube keçidinə etiraz etmirəm. Əgər durduq yerə mənim haqqımda keçidlər yerləşdirirsinizsə. Düşünürəm ki, mənim də sizin verdiyiniz bir müsahibənin keçidini yerləşdirməyim problem olmaz. Digər başlıqlara göz atmadım amma məncə "Bəzi məlumatlara görə, "Vikipedia"nın Azərbaycan bölməsi üzrə idarə edilməsində qarşıdurma var" başlığı istifadəçilər üçün maraqlı olacaq. Müsahibənin tarixinə baxsaq Sortilegus. Eminn, Samral, Araz Yaquboglu və digərləri üçün xüsusilə maraqlı olacaq. :) — Turkmen müzakirə 06:29, 1 avqust 2021 (UTC)
- Baskervill, xahiş edirəm suallarımdan qaçmayın və cavab verin. NMW03 (müzakirə) 07:36, 1 avqust 2021 (UTC)
- Baskervill yenə qaydalara məhəl qoymur və şəxsi məlumatların açıqlanması qaydalarını pozur. Öz müzakirə səhifəsinə baxa bilərsiz. NMW03 (müzakirə) 10:41, 1 avqust 2021 (UTC)
- Eldarado mən heç kimin şəxsi məlumatlarını paylaşmamışam. Facebookda minlərlə insan tərəfindən izlənilmiş videodan bir link paylaşmışam və bunun adını şəxsi məlumatların paylaşılması qoyublar. Vahid Məmmədov asteroid haqqında hekayə danışır və utanmadan böhtan atır ki, mən sifarişlə məqalə yazmışam və hansısa tədbirə fondun şotuna getməyə çalışmışam. Bütün bunların hamısı səfsətə və boşboğazlıqdan başqa bir şey deyil. Fakt yox, sübut yox oturub nağıl danışırlar.. Asteroid e... Adama deyən lazımdır ki, heç hənanın yeridirmi ? Eldarado onu da deyim ki, şəxsi məlumatları və inbox yazışmaları paylaşılan şəxs mənəm. Turkmen mənim facebookda paylaşdığım bir postu bura əlavə etmişdi, NMW03 isə inbox yazışmalarını paylaşmışdı. Bu yoldaşların bu əməli törətməsində heç bir qəbahət olmadığı halda, mənim adi bir youtube linkini paylaşmağım dərhal müdaxiləyə səbəb olur. Youtube linki paylaşmaq şəxsi məlumatların yayılmasıdırmı ? — Baskervill (müzakirə) 04:26, 1 avqust 2021 (UTC)
- Hörmətli @Solavirum, Mən öz adıma çox təəssüf edirəm belə yanaşmam üçün, bilənlər bilir ki bu mənim danışıq üslubum deyil məni hövsələdən necə çıxardısa əsəblərimi cilovlaya bilmədim. Sadəcə istədim ki sözügedən istifadəçi ilə "anladığı dildən" danışım. Çünki mən vikipediya ilə yanaşı aramızda baş verən sosial şəbəkə yazışmalarıda daxil olmaqla Baskervill-in mənimlə yanaşı bir çox idarəçi və istifadəçi ilə "küçə ağzıyla danışması" və ya "əmr tonunda danışmasını" nəzərə alsam mənim bu yazı üslubum onun yanında Sokratın müdafiəsi kitabı qədər qüsursuzdur. Mən fikir vermişəm bu istifadəçi ilə nəzakətli danışanda o sənin səmimiyyətindən hərtərəfli istifadə edir. Yuxarıdakı yazı üslubum da bu səbəbdən idi. Etdiyim qayda pozuntusunu dərk edir və istifadəçi səhifəmə gətiriləcək məhdudiyyətlərə qarşı heç bir etirazım yoxdur. —Vahid Məmmədov (müzakirə) 22:49, 31 iyul 2021 (UTC)
- Sözümə sadiq qalaraq və buna əsaslanaraq Baskervill-in blokunu bərpa etdim. Eldarado, White Demon, siz də inciməyin, belə olmur artıq. Davamlı qayda pozur və bunu bilərəkdən edir. --► Hörmətlə: SolaVirum 10:41, 1 avqust 2021 (UTC)
- Baskervill, susmaqla heç nə əldə etməyəcəksiniz. NMW03 (müzakirə) 11:01, 4 avqust 2021 (UTC)
- NMW03, Susmuram. Sadəcə yoldaş Solavirum məni 48 saatlıq blok etdiyi üçün yaza bilmirdim. Sizi hansı sualın cavabı maraqlandırır ?— Baskervill (müzakirə) 22:45, 4 avqust 2021 (UTC)
- Baskervill, susmaqla heç nə əldə etməyəcəksiniz. NMW03 (müzakirə) 11:01, 4 avqust 2021 (UTC)
Yekunlaşdırma
- Səs verənlər — 22
- Etibarsız səs sayı — 3
- Etibarlı səs sayı — 19
- Lehinə — 10
- Əleyhinə — 9
Yekun nəticə: N Bürokratların statuslarının alınması qaydalarına əsasən idarəçi və bürokrat Baskervill (müzakirə • töhfələr • statistikalar)-in statuslarının saxlanılmasına qərar verilmişdir. Hörmətlə — eldarado(müzakirə | fəaliyyət | meta səhifəsi) 06:10, 6 avqust 2021 (UTC)