Vikipediya Inzibatcilar - Wikipedia
Vikipediya inzibatçıları haqqında ensiklopedik məqalə üçün baxın: Vikipediya inzibatçıları.
İnzibatçılar, adminlər, adminstratorlar, sisoplar (sistem operatoru; ing. sysop, system operator) və ya keçmiş adı ilə idarəçilər[a] — Azərbaycanca Vikipediyada müxtəlif texniki alətləri istifadə etmək hüququ olan redaktorlar. Bu alətlərə istifadəçiləri bloklamaq, tam mühafizə edilmiş səhifələri redaktə etmək, səhifələri mühafizə etmək və mühafizəni ləğv etmək, səhifələri silmək və bərpa etmək, səhifələrin adını heç bir texniki məhdudiyyət olmadan dəyişmək, səhifələrdə versiyaları gizlətmək, səhifələrin tarixçələrini bərpa etmək və birləşdirmək aiddir.
İnzibatçılar müvafiq səsvermədən sonra könüllü olaraq bu məsuliyyəti öz üzərlərinə götürürlər. Onlar Vikimedia Fondunun işçisi kimi fəaliyyət göstərmirlər. Müvafiq funksiyalar qeyri-müəyyən müddətə verilsə də, istifadəçi öz iradəsi ilə və ya Meta-da qüvvədə olan qlobal siyasətə uyğun olaraq 2 ildən artıq müddətdə töhfə vermədikdə, inzibatçı hüququ ləğv edilə bilər. Onlardan heç vaxt alətlərindən istifadə etmələri tələb olunmur və iştirak etdikləri mübahisədə üstünlük qazanmaq üçün istifadə etməməlidirlər. İnzibatçılar Vikimedia sistem administratorları ("sysadmins") ilə qarışdırılmamalıdır.
Azərbaycanca Vikipediyada hal-hazırda 14 inzibatçı var (inzibatçı hüququ olan istifadəçilərin tam siyahısı).
İnzibatçıların siyahısı
redaktəHazırkı inzibatçılar
redaktəKeçmiş inzibatçılar
redaktəQrafik
redaktəİnzibatçı statusunun verilməsi ilə bağlı səsvermələr
redaktəİnzibatçı statusunun alınması ilə bağlı səsvermələr
redaktəQeydlər
redaktə- ↑ May 2022-də icma qərarı nəticəsində bu ad hazırda istifadə olunan inzibatçı ilə dəyişdirilmişdir.
- ↑ Daha əvvəl 1 iyul 2019-cu ildən 2 oktyabr 2021-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa
- ↑ Daha əvvəl 5 yanvar 2022-ci ildən 22 oktyabr 2022-ci ilədək inzibatçı olub. Öncəki inzibatçılığın bitmə səbəbi: İstefa