Vikipediya Idareci Muzakiresi Arxiv 2020 - Wikipedia
Bu, keçmiş müzakirələrin arxividir. Zəhmət olmasa, bu səhifədəki məzmunu dəyişdirməyin. Bunun yerinə, buradakı müzakirələrə istinad edə bilərsiniz. Yeni bir müzakirəyə başlamaq istəyirsinizsə, cari müzakirə səhifəsindən istifadə edə bilərsiniz. |
Baskervill-in idarəçi və bürokrat hüquqlarının alınması ilə bağlı səsvermənin təşkil edilməsi
- Müddət: 23 dekabr 2019 - 07 yanvar 2020
Kukla hesab istifadə etməsi viki icmada etiraza səbəb olduğu üçün yenidən müzakirəyə çıxarıldı. İdarəçilərdən məsələyə münasibət bildirmələri rica olunur. Hörmətlə --eldarado ✉ 07:44, 23 dekabr 2019 (UTC)
Səsvermə
- Lehinə: Yuxarıdakı eyni başlıqlı müzakirədə fikrimi bildirmişəm. --Araz Yaquboglu (müzakirə) 14:21, 23 dekabr 2019 (UTC)
- Lehinə: Kukla hesab açıb fəaliyyət göstərib. Həmçinin yuxardakı qayda pozuntuları da bura daxildir. Sonda isə Kənd meydanındakı müzakirənin gedişinə təsir etmək üçün məhz mənimlə bağlı yazılar yazıb. Orda müzakirə Baskervill-in kukla hesabları ilə bağlıdır, lakin müzakirənin əksər hissəsi mənim şəxsi həyatım və düşüncələrim haqqındadır. Xahiş edirəm dostlar özümdən soruşmamış və dəqiq bilməmiş haqqımdakı mühakimələrə inanmayın. Mən siyasi olaraq bitərəfəm, yəni heçbir partiya üzvü deyiləm ancaq Baskervill bilib-bilmədən Kənd meydanında istədiyini yazıb. Elə bu səbəbdən də 18 günlük bloklanıb. Çoxunuzu tanıyıram və haqqımda səhv düşüncələrə qapılmanızı istəmirəm. Hamınıza hörmətlə,--Turkmen müzakirə 14:33, 23 dekabr 2019 (UTC)
- Lehinə: Çox heyf amma kukla hesab və şəxsi münaqişələrə görə məndə Lehinə səs verməli olacam.--Azerifactory (müzakirə) 20:58, 23 dekabr 2019 (UTC)
- Lehinə: Fikirlərimi KM-də və aşağıda qeyd etmişəm. Çox üzülürəm və belə halların baş verməsini istəmirəm. Azvikinin çox dəyərli istifadəçini ititrməsini heç istəmirəm. Lakin qərarı vikicəmiyyətin verməli olduğunu düşünürəm. Ümid edirəm ki, istifadəçi səhvini anlayar bunu təkrarlamaz və azvikiyə möhtəşəm tövhələrlə davam edər. Hörmətlə --eldarado ✉ 06:28, 24 dekabr 2019 (UTC)
- Lehinə: Eldarado deyəcəyim fikirləri qeyd edib. Belə bir halın baş verdiyi üçün mən də təəssüf edirəm. — Toghrul Rahimli • M/F 06:40, 24 dekabr 2019 (UTC)
- Lehinə: Düşümnürəm ki, bu addım mütləqdir. Bu hall digər idarəçilərin də, eyni addımı təkrarlamasının qarşısını alar. Ədalət naminə lehinə səs verməliyəm__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 10:38, 3 yanvar 2020 (UTC)
- Lehinə: Mən yenə də öz fikrimdə qalıram ki, status səsvermə keçirilmədən alınmalı idi. Səsvermənin keçirilməsini idarəçiyə qanunsuzluğuna haqq qazandırmaq şansı kimi görürəm. --Sortilegus (müzakirə) 10:26, 4 yanvar 2020 (UTC)
- Lehinə: Belə bir məqamın Baskervill kimi təcrübəli istifadəçilə bağlı yaşanmasını təəssüflə qarşılayıram və kukla hesab yaradılması səbəbini anlamaqda çətinlik çəkirəm. Çox təəssüf! --Babək Akifoğlu (müzakirə) 14:16, 5 yanvar 2020 (UTC)
- Lehinə: Yuxarıdaki xeyli fikirlə razıyam. Buna görədə ədalətli olması üçün lehinə səs verirəm.--NMW03 ✉ 15:34, 6 yanvar 2020 (UTC)
Müzakirə
Şərh: Səsverməyə nə ehtiyac var ki? Bu boyda həngamədən sonra nə səsvermə? Burada idarəçilərin ümumi razılığını əldə edib stüardlara müraciət etmək lazımdır ki, statusları geri alınsın. Kukla hesabı həmişəlik, əsas hesabı isə ən az 6 ay bloklanmalıdır. Səsvermədə gəlib səsverən istifadəçilər nəyə səs verəcəklər ki? Lehinə səs verən səs verəcək ki, "Baskervill əcəb edib kukla hesabı işlədib, icazə veririk bundan sonra daha 10 kukla hesabı işlətsin?" Burada açılan müzakirənin başlığı dəyişdirilib belə olmalıdır: "Baskervillin statuslarının alınması üçün stüardlara müraciət olunsunmu?". Hörmətlə:--Sortilegus (müzakirə) 18:25, 23 dekabr 2019 (UTC)
- Şərh: Bir də indiki halda Baskervill-i bloklamaq düzgün deyil. Özünümüdafiə imkanlarını əlindən almış oluruq. Burada yazılanlara kim cavab verəcək əgər əsas günahlandırılan şəxs bloklanıbsa? Blok bütün müzakirələrdən və statusları alınandan sonra ola bilər - o da ən az 6 ay. --Sortilegus (müzakirə) 18:37, 23 dekabr 2019 (UTC)
- Şərh: Hörmətli Sortilegus, buna ona gör ehtiyac var ki, prosedur belədir və qaydalarla hərəkət etməliyik. Bu boyda həngamə dedikdə isə iki istifadəçinin etirazını nəzərdə tutmursunuz yəqin ki. Ortada stüardlara müraciət etmək üçün heç bir tutarlı səbəb yoxdur axı. İstifadəçi ikinci hesab açıb 3-4 məqalə yaradıb 2-3 mühüm olmayan səsvermədə iştirak edib. Cimbo Uelsin belə bir nitqi var bu mövzu ilə əlaqədar. Bunun üçün müəyyən bir siyasət yoxdur, lakin ümumiyyətlə etibarlı bir səbəb olmadıqca xoş qarşılanmaz. Mənim söyləyəcəyim, birdən çox istifadəçi adını eyni anda istifadə edən istifadəçilər yalnız bu şəkildə bir növ narahatlıq və ya bəla yaratdıqlarında problem olarlar. Məsələn, səsvermələrdə görünmək və ya birdən çox səs vermək və ya cəmiyyətin diqqətindən qaçmaq üçün Burada səsvermə dedikdə isə qaydalara nəzər yetirsək, Lakin kukla ola biləcək bir vəziyyətə gəlməmək üçün diqqət etməlisiniz və bir başqasının vəziyyətini dəstəkləmək üçün istifadə etməməlisiniz, qısaca kukla vəziyyətinə düşməməlisiniz. nəzərdə tutulur. Yəni səsvermə önəm kəsb edən mövzudadırsa, misal üçün məqalənin silinməsi, şəxsin vikipediya taleyi ilə bağlı səsvermələr və s. Mən burada tərəf tutmuram və kimisə dəstəkləmirəm. Sadəcə məsələni fərdiləşdirib şəxsə hücum kimi görüntü yaratmaq doğru deyil. Bundan aylar öncə Cekli ortalığı qatmışdı, dəfələrdə qaydalara açıq aşkar ziddi çıxırdı, özbaşınalıq edirdi lakin siz onu açıq dəstəkləyirdiz indi isə azvikiyə təhlükə olacaq bir durum olmadığı halda istifadəçinin statusunu səsverməsiz alınmasını təklif edirsiz. Qısca deyim ki, ikinci hesab açıb istifadə etmək qaydalara zidd deyil lakin gizlədilməsi xoşagəlməzdir və yaxşı qarşılanmır. Həmin istifadəçinin statuslu biri olması isə heç yaxşı deyil. Cimbonun dediyi kimi etibarlı bir səbəb olmadıqca xoş qarşılanmaz. İstifadəçi isə müəyyən səbəb açıqlayıb bu səbəbi isə vikicəmiyyət dəyərləndirməlidir. Necə bundan öncəki idarəçilər barədə də bu hal baş verib. Hörmətlə --eldarado ✉ 06:23, 24 dekabr 2019 (UTC)
- Eldarado, Baskervill-in blokunu qaldır, çünki sən bloklamısan. Hamımız bilirik ki, bu formal bloklamadır - idarəçiyə və ya bürokrata qarşı bloklama formal xarakter daşıyır. Hələ Baskervill özünü xeyli qanacaqlı apardı bu müddətdə. Özü öz blokunu açmadı və səni Cekli ilə bağlı olduğu insidentdəki kimi bloklamadı. Hər halda ikinci dəfə stüardlar tərəfindən idarəçilikdən uzaqlaşdırılmaqdan ehtiyat etdi :) Amma problem olmazdı məncə, yeni səsvermədə 3-cü dəfə idarəçi seçilə bilərdi, 2-3 gündən sonra da təzədən bürokrat namizədi olardı :) Bloku qalxmalıdır ki, buradakı müzakirədə ona ünvanlanacaq suallara cavab versin. --Sortilegus (müzakirə) 17:01, 27 dekabr 2019 (UTC)
- Sortilegus xeyr blok formal deyil. Yeni bloklama alətlərinə əsasən əgər istifadəçinin IP-i blokdadırsa idarəçi olsa belə özü öz blokunu aça bilməz. --Turkmen müzakirə 13:03, 28 dekabr 2019 (UTC)
- Bloklamalar bu müraciətə əsasən qaldırıldı. Hörmətlə --eldarado ✉ 12:02, 29 dekabr 2019 (UTC)
- Sortilegus xeyr blok formal deyil. Yeni bloklama alətlərinə əsasən əgər istifadəçinin IP-i blokdadırsa idarəçi olsa belə özü öz blokunu aça bilməz. --Turkmen müzakirə 13:03, 28 dekabr 2019 (UTC)
- Yekun: Qəbul edildi İdarəçilərin yarıdan çoxu mövqelərini bildirdikləri üçün vaxtınnan əvvəl etimad səsverməsi başladılmışdır. Hörmətlə--eldarado ✉ 08:16, 7 yanvar 2020 (UTC)
İstifadəçi Solavirumun uzun müddətli bloklanması ilə bağlı müzakirə
Solavirum (müzakirə • töhfələr • statistikalar)
- Bildiyiniz kimi istifadəçi bu günə qədər 16 dəfə bloklanıb. (blok hərəkətlərini nəzərdə tutmuram, blok səbəblərini nəzərdə tuturam) Hər dəfə də qısa müddətli bloklar tətbiq olunduğu üçün istifadəçi yenidən bilərəkdən qaydaları pozaraq bloklanır. Son olaraq isə bu redaktəsi ilə yenidən qaydaları pozmuşdur. Düşünürəm ki, fəal istifadəçi olmasına baxmayaraq viki prinsiplər zərərli istifadəçilərə qarşıdır həmişə. Bunun üçün də istifadəçini 3 aylıq blokla ciddi şəkildə xəbərdarlıq etməyimizi təklif edirəm. Lütfən hər biriniz mövzu ilə bağlı fikirlərinizi qeyd edin. (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Turkmen). --eldarado ✉ 10:26, 14 mart 2020 (UTC)
- İstifadəçinin yaşını nəzərə alsaq belə aqressiv cavab verməsi bəzən başa düşüləndir amma bu istifadəçiyə nəzakət qaydalarını pozmağa imkan verməməlidir. İstifadəçinin aktivliyini və keyfiyyətli məzmunları nəzərə alaraq maksimum 1 ay olmasından tərəfdaram. --Drabdullayev17 (müzakirə) 10:35, 14 mart 2020 (UTC)
- İstifadəçinin yazdığı məqalələr mükəmməldi. Lakin nəzakət qaydalarını demək olar ki bütün müzakirələrdə pozur, səbirsiz davranır. Hətta dəfələrlə sosial şəbəkədə də yeni istifadəçiləri və nəyisə soruşanları acılayır. Bu dəfəlik blok müddəti 1 ay olsa kifayətdir. --Araz Yaquboglu (müzakirə) 11:03, 14 mart 2020 (UTC)
- Qayda pozanlar cəzalanmalıdır. İstifadəçinin savadlı olması, aktivliyi, keyfiyyətli məqalə yazması və yaşı ona istədiyini etməyə imkan vermir. Buna görədə eyni səhvlərə yol verməməsi üçün müəyyən müddət blokda qalması mütləqdir. Amma lap uzun müddətin əlehinəyəm.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 11:20, 14 mart 2020 (UTC)
- Qolcomaq ilə eyni fikirdəyəm. İstifadəçinin keçmiş/gələcək töhfələri ona nəzakət prinsiplərini pozmaq kimi bir imtiyaz vermir. Blok barədə ədalətli qərar verəcəyinizə inanıram. Hörmətlə — Toghrul Rahimli • M/F 12:56, 14 mart 2020 (UTC)
- Azvikidə şəxsinə və fəaliyyətinə hörmət bəslədiyim istifadəçilərdən biridir. Ancaq qayda elə birşeydi ki, onu tapdalamaq Azvikiyə hörmətsizlik çıxardı. Digər həmkarlarım kimi 1 aylıq bloklamanı dəstəkləyirəm.--Turkmen müzakirə 13:12, 14 mart 2020 (UTC)
Azviki üçün dəyərli istifadəçilərdən biridir. Lakin təəssüf ki, çox zaman müzakirə zamanı emosiyalarını cilovlaya bilmir. 1 ay blok kifayətdir.--Nicat49 ⋠müzakirə⋡ 13:59, 14 mart 2020 (UTC)
- Fəal istifadəçilərin kobud davranmağı təəssüf doğurur. Sonuncu bloku 2019-cu ilin iyulunda olub. Düşünürəm ki, indiki 15 günlük bloku bitdikdən sonra kobudluq halları olarsa, onda daha uzun müddətli - ən azı 1 aylıq bloklamaq olar. --Eminn ismarıc 16:18, 14 mart 2020 (UTC)
- Bloku dəstəkləyirəm. Çox kobuddur. 3 ay blok olsa yaxşı olar--Azerifactory (müzakirə) 16:53, 14 mart 2020 (UTC)
- Solavirum kimi aktiv fəaliyyəti olan bir istifadəçinin bloklanma müddətinin uzadılması üçün bu qədər şəxsin həmfikir olması üzücüdür. Əvvəlcə 15 gün müddətinə bloklanmış istifadəçinin bloklanma müddətini 3 aya çıxarmaq qətiyyən doğru bir fikir deyildir. Həmin məntiqlə 50 dəfədən çox bloklanmış Samralın hər bloklanmasında daha çox bloklama müddəti təyin olunmalı idi. Hər hansısa bir şəxsin bu sayt üzərindəki fəaliyyətini məhdudlaşdıran zaman idarəçi çalışmalıdır ki, şəxsin ümumi fəaliyyətinə yox, onun törətmiş olduğu son əmələ nəzər salsın və buna uyğun bloklama müddəti təyin etsin. Solavirum təəssüflər olsun ki, müzakirələr zamanı bəzən gələcəkdə özünə qarşı işlədilə biləcək ifadələri çox asanlıqla yazır. Ümüd edirəm ki, gələcək illərdə bu tipli səhvlərə bir daha yol verməz. İstifadəçinin Laba təqdim etmiş olduğu məqalələrə verilmiş qərəzli səslərdən sonra əsəbləşdiyini nəzərə alsaq, bütün günahı şəxsin üzərində görmək də düzgün deyil. --Baskervill (müzakirə) 21:06, 14 mart 2020 (UTC)
- Bloku dəstəkləyirəm. Çox kobuddur. 3 ay blok olsa yaxşı olar--Azerifactory (müzakirə) 16:53, 14 mart 2020 (UTC)
- Yekun: Qəbul edildi Ümumi müzakirəyə əsasən istifadəçinin bir aylıq bloklanması qərarı alındı. Hörmətlə --eldarado ✉ 14:51, 17 mart 2020 (UTC)
Təklif
Bir daha salamlar hörmətli idarəçilər (Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Azerifactory, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Eldarado). Bildiyiniz kimi məndə yuxarda istifadəçinin blokunu dəstəkləmişəm. Amma bunu da qəbul etmək lazımdır ki, artıq karantin vaxtıdır və Vikipediya istifadəçiləri necə deyərlər burada aktivləşməyə başlayıblar. Mənim şəxsi fikrimcə bu aylarda istifadəçinin blokunu yarımçıq açmaq olar. İstifadəçi 14 gündür ki, blokdadır. Nə düşünürsüz?— Turkmen müzakirə 21:11, 30 mart 2020 (UTC)
- Lehinə: Yaxşı təşəbbüsdür.— Nicat49 ⋠müzakirə⋡ 22:02, 30 mart 2020 (UTC)
- Əleyhinə: Məncə blok qalmalıdır— Azerifactory (müzakirə) 00:37, 31 mart 2020 (UTC)
- Lehinə: olar. — Araz Yaquboglu (müzakirə) 06:47, 31 mart 2020 (UTC)
- Lehinə: Solavirum hər zaman yaradığı yüksək keyfiyyətli məqalələrə seçilib. Son baş vermiş hadisədə isə istifadəçinin tam olaraq günahı yox idi. Digər bir istifadəçi heç bir səbəb olmadan, sırf Solavirumun vermiş olduğu səsləri əsas gətirərək, onun labda olan məqalələrinə qarşı səs vermişdi və beləcə mübahisə yaşanmışdı. İstənilən halda istifadəçi və idarəçilərin öz aralarında təhqir və təhdid dili ilə danışması yolverilməz haldır. İstifadəçi icmanın ona göstərmiş olduğu etimadı dəyərləndirməli və bir daha bu tipli mübahisələrdən çəkinməlidir.— Baskervill (müzakirə) 07:33, 31 mart 2020 (UTC)
- Əleyhinə: Mən bu təkliflə razı deyiləm. İstifadəçinin bloku dəfələrlə azaldılıb və ya qaldırılıb. Amma görünür heçnə dəyişməyib, indidə bloku qaldırılsa düşünürəm ki, yenə davam edəcək. Gələcəkdə bir illik blok alsa yenə də kimsə bir ay sonra müzakirə açacaq blokun qaldırılması üçün. Buna görə də ehtiyac yoxdur. Hörmətlə — eldarado ✉ 08:17, 31 mart 2020 (UTC)
- Əleyhinə: Eyni mövzuya qayıtmağı mənasız hesab edirəm. Zatən son qərar verilib.__Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 13:19, 31 mart 2020 (UTC)
- Bitərəf: Lehinə və əleyhinə olan fikirlər ilə razılaşdığım üçün neytral mövqedə qalıram. Amma blokun açılması ilə istifadəçinin karantin dövründə daha çox fayda verəcəyini düşünürəm. Təklif edirəm istifadəçi icma qarşısında belə halların təkrarlanmayacağına söz versin və bloku açılsın. — Drabdullayev17 (müzakirə) 20:08, 31 mart 2020 (UTC)
- Lehinə: — Turkmen müzakirə 20:44, 5 aprel 2020 (UTC)
- Qəbul edilmədi bloklanmaya mövqe bildirən adminstratorlar arasında konsensus olmaması və müzakirəni başladan həmçinin bloklamanı tətbiq edən idarəçinin əleyhinə olması. Hörmətlə,— Turkmen müzakirə 20:41, 5 aprel 2020 (UTC)
Qaralama məqalələr
Əziz idarəçilər ((Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Turkmen), Eldarado), bildiyiniz kimi Az.vikidə qaralama məqalələr küllü miqdardadır. Fikrimcə, son 4 ildə heç bir redaktə olunmamış məqalələr silinməlidir. Söhbət hər qaralama məqaləsindən yox, çünki onlar arasında əhəmiyyətli mövzulu olanlar da var amma heç bir istinadsız, bir-iki cümləlik məqalələrdən gedir.--Azerifactory (müzakirə) 03:50, 16 mart 2020 (UTC)
- Məncə bəzilərini genişləndirib saxlamaq mümkündür. Bu tip məqalələri az da olsa genişləndirib saxlayaq. Digərlərini silək. --Drabdullayev17 (müzakirə) 05:32, 16 mart 2020 (UTC)
- Mən də silinməsinin tərəfdarıyam. Əgər vacib və əhəmiyyətli məqalələr olsa idi, bu illər ərzində redaktə olunmalı idi, fikrimcə. Hörmətlə — Toghrul Rahimli • M/F 08:08, 16 mart 2020 (UTC)
- Silinməsi təklifini dəstəkləyirəm. Xüsusilə qaralama-az şablonu olan bütün məqalələri silmək lazımdır.--Eminn ismarıc 12:46, 16 mart 2020 (UTC)
- Dəstəkləyirəm.--Turkmen müzakirə 14:12, 16 mart 2020 (UTC)
Heç bir mətni olmayan və qaralama-az şablonu olan məqalələrin silinməsinin lehinəyəm, ancaq qaralama halında olsa da, ensiklopedik olan məqalələrin silinməsini düzgün hesab etmirəm. Əgər hər elə məqaləni siləcəyiksə, qaralama şablonu nəyə gərəkdir ? Hörmətlə.--Nicat49 ⋠müzakirə⋡ 15:23, 16 mart 2020 (UTC)
- Əgər hamı razıdırsa xahiş edirəm Eldarado bunu qayda etsin.— Azerifactory (müzakirə) 00:29, 22 mart 2020 (UTC)
- Salam dəyərli idarəçilər, VP:SSK qaydalarına uyğun olan məqalələri səbəbini qeyd edərək silə bilərsiniz. Bura minlərlə məqalə daxildir. Qaydaları pozmamaq şərti ilə silməyə başlaya bilərsiniz. Hörmətlə — eldarado ✉ 14:57, 25 mart 2020 (UTC)
Azerifactory-in idarəçi hüququnun alınması ilə bağlı səsvermənin təşkil edilməsi
Müddət: 04 may-19 may
Salam hörmətli idarəçilər, çoxsaylı şikayətləri nəzərə alaraq vikiqaydalara uyğun olaraq, eyni zamanda azvikidə ədalətin və şəffaflığın təmin olunması məqsədi ilə hörmətli idarəçi Azerifactorynin idarəçi hüquqlarının alınması üçün ilkin müzakirə başladıram. İdarəçi üçün olunan şikayətlər həm vikipediya üzərindən həm də "Azərbaycan Vikimediyaçıları" istifadəçi qrupunun rəsmi mail ünvanına daxil olub. Mail ünvanına 7 şikayət məktubu gəlib ki, bunlarda əksəriyyəti ip-lərin bloklanmağıynan bağlıdı, dəfələrlə ip-lərin uzun müddətli bloklanmamasıyla bağlı bildirişlər etsək də yenə də iplər uzun müddətli bloklanır və həmin ip bir müddət sonra başqa bir istifadəçiyə təyin olunduğu üçün avtomatik olaraq həmin istifadəçi də bloklanır. Bununla yanaşı idarəçinin istifadəçilərlə kobud rəftarı və bir neçə qaydanı pozması və bəzi qaydalardan xəbərdar olmamasını qeyd etmək olar. İstənilən halda idarəçinin idarəçi kimi fəaliyyətinin müzakirə olunmasını və yaxşı olar ki, viki cəmiyyət qarşısında müzakirə çıxarılması təmin olunsun. İdarəçilərin ədalətli qərar verəcəyinə inanıram.(Wertuose, Babək Akifoğlu, Araz Yaquboglu, Eminn, White Demon, Nicat49, Anar kerimxanov, Sortilegus, Qolcomaq, Drabdullayev17, Toghrul Rahimli, Baskervill, Turkmen) Hörmətlə — eldarado ✉ 08:24, 4 may 2020 (UTC)
Lehinə
- — eldarado ✉ 13:18, 4 may 2020 (UTC)
- Sildiyi məqalələri mühafizə etməyi, IP-lərin uzunmüddətli bloklanması, istifadəçi redaktəlinin geri qaytarılması kütləvi hal alır. — Araz Yaquboglu (müzakirə) 17:36, 4 may 2020 (UTC)
- Lehinə: kifayət qədər şikayət edilir son zamanlarda bu idarəçidən. Bir istifadəçi bunu etsə bəlkə də başa düşmək olardı amma şikayət bir çox istifadəçi tərəfindən olunduğu üçün etimad səsverməsinin keçirilməsini labüd olduğunu düşünürəm. — Drabdullayev17 (müzakirə) 19:05, 6 may 2020 (UTC)
- Lehinə:— Baskervill (müzakirə) 03:44, 11 may 2020 (UTC)
Əleyhinə
- Əleyhinə: Son zamanlar idarəçi statusunun alınması ilə bağlı çox müzakirələr açılır və bu, vikicəmiyyətdə gərginlik yaradır. Mail ünvanına 7 şikayətin gəlməsi hələ o şikayətlərin haqlı olması demək deyil. Heç kim ideal fəaliyyət göstərmir və burda bütün idarəçilərin fəaliyyətindən narazı olan istifadəçilər tapmaq mümkündür. Bu arada, Anar kerimxanov idarəçi deyil, amma NMW03 idarəçidir.— Eminn ismarıc 09:48, 4 may 2020 (UTC)
- Əleyhinə: Həmkarımız Eminn ilə tam razıyam. Şikayət hələ sübut demək deyil.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 12:23, 4 may 2020 (UTC)
- Əleyhinə: İdarəçinin yuxarıda qeyd edilən məqamları diqqətə alacağını və gələcək fəailiyyətində daha ehtiyatlı olacağını ümid edirəm.— Nicat49 ⋠müzakirə⋡ 16:28, 4 may 2020 (UTC)
- Əleyhinə: Əsaslı hesab eləmirəm ittihamları. — Sortilegus (müzakirə) 02:33, 18 may 2020 (UTC)
Bitərəf
- Bitərəf: Bundan əvvəlki müzakirədə qeyd etdiyim kimi bu məsələdə bitərəfəm. İdarəçi kimi yaxşı fəaliyyəti də olmuşdur.— Turkmen müzakirə 19:09, 4 may 2020 (UTC)
Şərh
Şərh: Mənə qəribə gəlir ki, anonim IP-lərə məndən çox etimad var. Bundan əlavə, məqalələrdə edilən əksər töhfələr vandalizmdir. Nə qədər eyni silinən məqalə yaradılır? Hər dəfə də eyni hadisə təkrarlanır. Çox təəsüf ki, vikidə qeyri-ədalətli yanaşmalar baş verir.— Azerifactory (müzakirə) 02:50, 5 may 2020 (UTC)
- Hesab edirəm ki, idarəçidən şikayət olması normal haldır. Çünki idarəçi qaydalara uyğun davransa belə, qaydalardan xəbərsiz olanlar onun fəaliyyətindən narazı qalacaqlar. Lakin, son zamanlar @Eldarado,nun qeyd etdiyi məktubların bir çoxunda @Azerifactory,nin məhz qaydalara düzgün əməl etməməsindən, yaxud mübahisəli hallarda müzakirə aparmadan təkbaşına qərar verməsindən söhbət gedir. Ona görə hesab edirəm ki, idarəçi belə hallarda diqqətli olmalıdır ki, istifadəçilərin haqlı narazılığına səbəb olmasın. Haqsız narazılıq olsaydı, düşünürəm ki, Eldarado bunu heç burda müzakirəyə çıxarmazdı da. Amma hesab edirəm ki, statusun alınmasına dair müraciətdən əvvəl Azerifactory-nin özü ilə bu məsələləri idarəçilərin onlayn və ya offlayn müzakirələrindən birində müzakirə etmək və onun mövqeyini öyrənmək yaxşı olardı.--Wertuose (müzakirə) 06:07, 6 may 2020 (UTC)
- Salam. İstifadəçi qrupunun rəsmi emeyl ünvanını kim yoxlayır? Hər halda bütün idarəçilərin həmin meyl ünvanına çıxışı yoxdur. IP blokladığına görə idarəçinin statusunu müzakirəyə çıxarmaq düzgün deyil. Burda elə IP-lər olub ki, azvikiyə vurduğu zərəri indiyə qədər aradan qaldıra bilmirik. Məsələn, bir vaxtlar 85.100.42.44 vardı (fəaliyyəti budur), türk istifadəçi idi, amma bəlkə bu günə qədər azvikinin ən fəal istifadəçilərinin 1 ildə yaratdığı məqalə qədər 1-2 aya məqalə yaratdı. Ordan-burdan köçürürdü. Nə bilim, həkimlər, karikaturaçı rəssamlar və s. onun "əməyinin" nəticəsidir. Bir zərər verən bloklanmış istifadəçi vardı - ehtimal edirdik ki, onin IP-sidir. Stabil IP istifadə edirdi. Amma indi IP-lər əsasən dinamikdir (dəyişkəndi), ona görə də IP-ləri uzunmüddətli bloklamaq doğru deyil. Bunu gərək Azerifactory nəzərə alsın. Sadəcə idarəçini IP-yə qarşı "haqsızlıq" etməkdə günahlandırmaq gülməlidi, onsuz da dinamik IP olduğuna görə, kim olduğunu bilmir ki. İdarəçinin istifadəçilərlə kobud rəftarı ilə bağlı isə, əgər mövcuddursa, keçidlərə baxmaq istərdim. Mövqeyimi səsvermədə hələ ki, bilridmirəm. Səhv edə biləcəyimdən çəkinirəm. — Sortilegus (müzakirə) 15:56, 15 may 2020 (UTC)
- Ədalətsizliyə öyrəşmişəm. Nə qərar verilirsə qəbul edəcəm. Bəzi şəxslər kimi kresloya mən bərk yapışanlardan deyləm. Amma mənə qarşı olan konspirasiya daha sonra digərlərinə də qarşı olacaq. Zaman hər şəyi göstərəcək.— Azerifactory (müzakirə) 00:01, 16 may 2020 (UTC)
- Qəbul edilmədi, ümid edirəm ki, idarəçi artıq fəaliyyətinə qaydaları pozmadan davam edəcəkdir. Hörmətlə— eldarado ✉ 08:29, 19 may 2020 (UTC)
İdarəçi sayı
Salam, hörmətli idarəçilər. Son illərdə vikipediyada idarəçi sayında artım olmayıb. Lakin məzmun cəhətdən artım çoxdur. Həmçinin status almaq üçün məqalələr, silinməyə namizəd səhifələr artıb. Yəni bir sözlə idarəçilərin yükü son 8 ildə artsa da, idarəçi sayında artım olmayıb. Amma aşağıda kiçik bir statistika hazırlamışam. Bu cədvəl bir idarəçiyə düşən məqalə sayını göstərir. Vikipediyanın böyüməsini göstərən ən yaxşı göstərici, məncə, məqalə sayıdır. Deməli, 2013-cü ildən başlayaraq bir idarəçinin nəzarət etməli olduğu məqalə sayı dayanmadan artır. 2013-cü ildə bu rəqəm 4.626 idi, bu günə olan rəqəm isə 11.538-dir. İki dəfədən artıq fərq var. Həmçinin son illərdə minlərlə ensiklopedik olmayan məqalələr yaradılıb. Yəni nəzarət olunmalı məzmun artır amma idarəçilərin sayı artmır.
Tarix | İdarəçi sayı | Məqalə sayı | Nisbət |
---|---|---|---|
Sentyabr 2010 | 7 | 31.052 | 4.436 |
Sentyabr 2011 | 9 | 63.608 | 7.067 |
Sentyabr 2012 | 14 | 72.136 | 5.155 |
Sentyabr 2013 | 17 | 78.706 | 4.626 |
Sentyabr 2014 | 16 | 87.387 | 5.461 |
Sentyabr 2015 | 13 | 96.249 | 7.403 |
Sentyabr 2016 | 13 | 105.994 | 8.153 |
Sentyabr 2017 | 15 | 124.451 | 8.296 |
Sentyabr 2018 | 15 | 127.349 | 8.489 |
Sentyabr 2019 | 15 | 149.789 | 9.985 |
Sentyabr 2020 | 15 | 173.076 | 11.538 |
Və bu da qeydiyyatdan keçmə ilinə görə idarəçilərin statistikası. 2010-2011-ci illərdə vikipediyaya qoşulmuş istifadəçilər arasından 5 idarəçi var, amma son beş ilə düşən bu rəqəm cəmi 3-dür. Amma 2010-11-ci illərdə ay ərzində 5 və daha artıq redaktə edən istifadəçi sayı 60-100 nəfər arasında dəyişirdisə, hal-hazırda bu rəqəm təxminən 200 ətrafındadır.
İl | Say | İl | Say |
---|---|---|---|
2007 | 2 | 2014 | 2 |
2008 | 1 | 2015 | 2 |
2009 | 0 | 2016 | 0 |
2010 | 2 | 2017 | 2 |
2011 | 3 | 2018 | 1 |
2012 | 0 | 2019 | 0 |
2013 | 0 | 2020 | 0 |
Burdan mənim çıxardığım nəticə odur ki, biz idarəçilər olaraq yeni təcrübəsiz, lakin həvəsli istifadəçilərə şans vermirik. Sanki onların 5-10 il təcrübəsi olan istifadəçilər kimi fəaliyyət göstərməyini gözləyirik. 15 idarəçidən heç biri idarəçi seçiləndə Vikipediyada indiki qədər səriştəli olmayıb. Zaman keçdikcə, səhvlər edə-edə hamımız təcrübəmizi artırmışıq. Təcrübəsi çox olan idarəçilər yeniliklərə çox da açıq olmur. Ona görə də təklif edirəm ki, hal-hazırda vikipediyaya daha çox vaxt ayıran bir neçə istifadəçinin idarəçi namizədliyini gözdən keçirək. Xüsusilə, Rolbakerlər arasından bu namizədləri müəyyənləşdirə bilərik. Əslində necə olubsa, burda da bir problemli vəziyyət yaranıb ki, fəal istifadəçilər özləri çox nadir hallarda status almaq üçün təşəbbüs göstərir.
P.S. Qaydalarda belə bir şey nəzərdə tutmamışıq. Lakin bir neçə idarəçini 6 aylıq idarəçi namizədi seçib özünü necə doğruldacağına baxa bilərik. Həmçinin digər təklifləri də qeyd etməyiniz çox yaxşı olar.— Eminn ismarıc 16:25, 18 sentyabr 2020 (UTC)
- Hörmətli Eminn məncə gözəl təşəbbüsdür. Digər idarəçilər də razı olsa mən özüm bir namizəd göstərə bilərəm. — Drabdullayev17 (müzakirə) 07:12, 28 sentyabr 2020 (UTC)
- Yaxşı təşəbbüsdür. Mənim üçün rolbakerlər arasında ən layiqli namizəd Verman1-dır. İstifadəçi aktiv patullama işləri aparır və daim nəzarət edir. Hətta gecə saatlarında da onu tez-tez görmüşəm. Fəaliyyətində yeganə narahat olduğum məqam müzakirəyə daha az meyilli olması və bir neçə dəfə redaktə müharibəsi aparmasıdır. Başqa bütün fəaliyyəti yaxşıdır. Bu şəxsi müşahidəmdir.— Turkmen müzakirə 19:29, 3 oktyabr 2020 (UTC)
- Pis təşəbbüs deyil amma çox vaxt təssüf ki istifadəçilər idarəçi seçildikdən sonra fəaliyyətində zəyifləmə müşahidə olunur.— Q🅾⚓Ç🅾Ⓜ🅰Q ✉ 19:56, 3 oktyabr 2020 (UTC)
- Yaxşı təşəbbüsdür amma əsas aktiv olsunlar.— Azerifactory (müzakirə) 00:11, 4 oktyabr 2020 (UTC)
Azerifactory, Qolcomaq, Turkmen, Drabdullayev17, fikriniz üçün təşəkkür edirəm. Gündəm dəyişib indi, bir müddət sonra qayıdacam bu məsələyə yenə.— Eminn ismarıc 15:15, 8 oktyabr 2020 (UTC)
- Cənab Eminn gündəm dəyişmişkən, məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur. Nəzakət qaydalarını pozmaq kimi çıxmasın, ancaq çox gülməli başlıq açmısınız. Məsələn, bizim necə idarəçimiz Ana səhifənin yenilənməsi və ya labın arxivləşdirilməsi ilə məşğul olur ? Yuxarıda qeyd etmisiniz ki, bəs məqalələrin sayı artıb və beləliklə də idarəçilərimizin üzərinə çox iş düşür. Güya ki, idarəçilərin mütləq əksəriyyəti üzlərinə düşən işi icra edirdilər ki ? Kim idarəçi seçilir, əlini-ayağını çəkir bu işdən. Ona görə də, heç kimi kütləvi formada idarəçi namizədi etmək lazım deyildir. Azviki idarəçilərin proseslərin gedişatına uyğun olaraq, bir növ tarixi zərurət kimi namizəd olur və icmanın etimadı əsasında seçilirlər. Mən burada çox açıb, ağartmaq istəmirəm, ancaq tək-tək idarəçilərimizin fəaliyyətini təftiş etməklə dediklərimə şəxsən özünüz də, əmin ola bilərsiniz. — Baskervill (müzakirə) 02:40, 12 oktyabr 2020 (UTC)
- Məncə də əksər idarəçi seçilənlərin fəaliyyətində zəyifləmə müşahidə olunur. Ona görə də bu təkliflər razı ola bilmirəm. Lakin çox yaxşı olar ki, rollbakerlər və patrulların sayını artıq. Lakin bu statusları həvəslə icra etmək istəyənlərə təqdim edək. Hörmətlə — eldarado ✉ 07:49, 14 oktyabr 2020 (UTC)
- Cənab Eminn gündəm dəyişmişkən, məsələyə yenidən qayıtmağa ehtiyac yoxdur. Nəzakət qaydalarını pozmaq kimi çıxmasın, ancaq çox gülməli başlıq açmısınız. Məsələn, bizim necə idarəçimiz Ana səhifənin yenilənməsi və ya labın arxivləşdirilməsi ilə məşğul olur ? Yuxarıda qeyd etmisiniz ki, bəs məqalələrin sayı artıb və beləliklə də idarəçilərimizin üzərinə çox iş düşür. Güya ki, idarəçilərin mütləq əksəriyyəti üzlərinə düşən işi icra edirdilər ki ? Kim idarəçi seçilir, əlini-ayağını çəkir bu işdən. Ona görə də, heç kimi kütləvi formada idarəçi namizədi etmək lazım deyildir. Azviki idarəçilərin proseslərin gedişatına uyğun olaraq, bir növ tarixi zərurət kimi namizəd olur və icmanın etimadı əsasında seçilirlər. Mən burada çox açıb, ağartmaq istəmirəm, ancaq tək-tək idarəçilərimizin fəaliyyətini təftiş etməklə dediklərimə şəxsən özünüz də, əmin ola bilərsiniz. — Baskervill (müzakirə) 02:40, 12 oktyabr 2020 (UTC)
- Baskervill, nəzakətli olmağınız daha yaxşı olar. Eldarado, mənim qeyd etdiyim məsələ elə idarəçilərin fəaliyyətinin azalması ilə bağlıdır. İşlərin çoxalması idarəçilərin işləri çatdırmamasına gətirib çıxarır. Rollbaker və patrulların sayının artırılması təklifini də dəstəkləyirəm. Problem həm də ordadır ki, istifadəçilər çox nadir hallarda status almaq üçün müraciət edir.— Eminn ismarıc 19:45, 4 noyabr 2020 (UTC)
Patrullar
Salam. Bundan əvvəlki müraciətimdə də qeyd etdiyim kimi Vikipediyada son illər redaktə edənlərin sayı artıb. Buna düz mütənasib olaraq zərərli redaktələrin də sayı artıb. Minlərlə redaktə arasından onları tapmaq çətin olur və bəzən gözdən itir, aylarla məqalələrdə qalır. Patrul sistemi yaxşı olsa da, əksər redaktələr patrullanmamış qalır. Ona görə redaktələrində problem olmayan, 9 təcrübəli istifadəçiyə (2-i 3 aylıq olmaqla) avtopatrul statusu verdim. Məncə, bu, idarəçilərin və patrulların yükünü bir qədər azaldacaq. Yenə təftiş edirəm, təcrübəli istifadəçiləri axtarıram. sində problem olmayan istifadəçilərə bu hüququ vermək lazımdır ki, son dəyişikliklərdə patrullanmamış redaktələr əsasən IP və təcrübəsiz istifadəçilərin redaktələrini göstərsin.— Eminn ismarıc 20:10, 4 noyabr 2020 (UTC)
- Dəstəkləyirəm— Azerifactory (müzakirə) 02:23, 5 noyabr 2020 (UTC)