Vikipediya U6 - Wikipedia
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Səhifə silmə |
---|
Ümumi qaydalar |
Ensiklopedik əhəmiyyətlilik kriteriyaları |
Kateqoriyalar |
Müzakirə səhifələri |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 20 iyul — 4 avqust 2021
- Qüvvədədir: 4 avqust 2021-ci ildən
Sürətli silmə kriteriyaları (SSK) Vikipediya:Səhifə silmənin bir hissəsi olaraq inzibatçıların silinmə müzakirəsi aparmadan məqalələrin, faylların, kateqoriyaların və s. sürətli, birbaşa silinməsi hallarını müəyyən edən təlimatdır. Hər bir istifadəçi sürətli silmə üçün {{Sil}} şablonunu əlavə edə bilər, lakin sadəcə inzibatçılar məqalə və s. silə bilər.
Silinmiş səhifə sadəcə inzibatçılar tərəfindən bərpa oluna bilər. Sürətli silmə səhifələri və ya faylların (sürətli silmə kriteriyalarını ödəyən) silinməsi üçün aparılan silmə müzakirələrində itirilən zamanı minimuma endirmək üçün icra olunur.[a]
Səhifəyə sil şablonu əlavə etməzdən əvvəl, yəni onu silməyə namizəd göstərməzdən əvvəl bunun Vikiqaydalar çərçivəsində nə dərəcədə doğru olub-olmadığını müəyyənləşdirin. Qaralama halında olan məqalələrin, birləşdirilən və ya başqa yerə istiqamətləndirilən və s. kimi səhifə və faylların sayını azaltmaq istəyirsinizsə, kriteriyaları ödəmədiyi halda onları silinməyə namizəd göstərin. Əgər səhifə tarixçəsində olan bütün dəyişikliklər nəzərə alındıqda sürətli silinmə kriteriyalarını ödəyirsə, sürətli şəkildə silinməyə namizəd göstərilə bilər. Əgər bir səhifə silinməyə namizəd göstərilərsə, bu zaman hansı kriteriyaya görə namizədliyinin irəli sürüldüyü qəti surətdə açıqlanmalıdır. Belə olan halda, səhifənin yaradıcı və səhifədə əhəmiyyətli dəyişikliklər edən istifadəçilər məlumatlandırıla bilər. Əgər səhifə Vikipediyadan şəxsi gizlilik səbəbindən silinməlidirsə, bunun üçün inzibatçılar məlumatlandırılmalıdır. Şəxsi gizlilik deyildikdə, ayrı-ayrı fərdlərin şəxsi məlumatlarının paylaşılmasının istənilmədiyi hallar, azyaşlıların məlumatlarının, şəkillərinin Vikipediyada mövcud olmasından narahat olunan hallar nəzərdə tutulur.
Bir çox hallarda sürətli silinmə üçün "sil" şablonu əlavə olunarsa, səhifənin yaradıcısı sil şablonunu səhifədən çıxara bilməz. Səhifənin yaradıcısı (inzibatçılar xaric) əgər bununla razılaşmırsa, müzakirə səhifəsində etirazını bildirməlidir. Əgər səhifəni yaradan istifadəçidən başqa bir istifadəçi xoşniyyətliliklə sürətli silinmə şablonunu səhifədən çıxarırsa, deməli bu şablonun əlavəsi müzakirəyə açıq ola bilər. Belə olan halda, silinmə üçün başqa bir silinmə prosesi, yəni səhifənin silinməyə namizəd səhifələrə namizədliyinin təqdim edilməsi daha məqsədəuyğundur. Belə hallarda redaktə müharibəsi yolverilməzdir. Məqalənin yaradıcısı sadəcə bu kriteriyalarla: Ü6, Ü7, Ü8, Ü13, Ü14 və ya İS1 silinmə üçün {{sil}}
şablonu əlavə olunubsa, şablonu çıxara bilər.
İnzibatçılar səhifə silərkən diqqətli olmalıdırlar. Əgər səhifənin ən son silinməyə namizəd səhifə olaraq müzakirəsində qalması üçün qərar alınıbsa, müəllif hüquqları pozuntusu və digər sürətli silmə kriteriyalarının ödəndiyi hallar istisna olmaqla, yeni müzakirə başladılmadan səhifə silinə bilməz. İstifadəçilər bəzən çoxsaylı düzəlişlər edərək səhifə yaradırlar. Bu hallarda inzibatçılar yenicə yaradılmış natamam səhifələrin silinməsindən çəkinməlidirlər.
Kriteriyalar üçün açıqlamalar
Abbreviaturlar (Ü12, M3 və s.) kriteriyalara istinad etmək üçün nəzərdə tutulub və bu qısaltmalar hər bölmədə qeyd olunub. Məsələn, "SSK Ü12" ümumi kriteriyalar bölməsinin on ikinci bəndində qeyd olunan kriteriya üçün istifadə olunur. Bu qısaltmalar vikipediya layihəsinə yeni qoşulan və bu səhifədən xəbəri olmayan istifadəçilərdə qarışıqlıq yarada bilər.
Tövsiyə olunur ki, bir səhifəni sürətli silinməyə namizəd göstərərkən müvafiq səhifənin yaradıcılarını və ya əhəmiyyətli ölçüdə redaktə edənləri, faylları yükləyənləri xəbərdar edəsiniz.
Bir səhifəni sürətli silməyə namizəd göstərməzdən əvvəl diqqətli şəkildə həmin səhifənin tarixçəsini nəzərdən keçirin, çünki bəzən sadəcə bir istifadəçinin spesifik redaktəsi silinmə üçün səbəb ola bilər. Beləliklə, keçmiş versiyanı bərpa etməklə bu problemi aradan qaldıra bilərsiniz.
Xüsusi qaydada etiketlənməsi lazım olan səhifələr
Bəzi səhifələr normal hallarda sürətli silinməsi üçün namizəd göstərilə bilmir:
- edə bilmədiyiniz səhifələr (məs.: mühafizə səbəbi ilə) və ya JSON; belə hallarda sürətli sil şablonunu səhifələrin müzakirə səhifəsində açıqlama ilə birlikdə əlavə edin.
- Şablon səhifələri: şablonu "noinclude" teqi ilə birlikdə əlavə edin. Belə:
<noinclude>{{sil}}</noinclude>
- Modul səhifələri (sənədləşdirmə (/doc) səhifələri istisna): şablonu Modul:Module wikitext ilə birgə əlavə edin. Belə:
require('Module:Module wikitext')._addText('{{sil}}')
- CSS və ya JavaScript səhifələri: şablonu belə əlavə edin::
/* {{sil}} */
Müzakirə nəticəsində silinməyən səhifələr
Müzakirə nəticəsində silinməyən səhifələr aşağıdakı kriteriyalara görə silinə bilər:
- Ü5 — bloklanmış istifadəçi tərəfindən yaradılma
- Ü6 — texniki silmə
- Ü8 — mövcud olmayan, silinmiş səhifədən asılı səhifələr (alt səhifələr)
- Ü9 — fondun tələbi
- Ü12 — birmənalı şəkildə müəllif hüquqları pozuntusu
- Ü13 – 6 aydan çox istifadəçilər tərəfindən redaktə olunmayan və müzakirə nəticəsində silinmiş səhifələrin qaralama səhifələri
- M2 — başqa Vikimedia layihələrindən idxal olunan xaricidilli səhifə
- M4 — vikilər arası keçid edilmiş səhifələr
- F8 — Vikianbarda eyni faylın mövcudluğu
- F9 — aşkar müəllif hüquqları pozuntusu
- İS1 — istifadəçinin istəyi əsasında öz şəxsi istifadəçi fəzasında olan səhifəsinin silinməsi
Bu kriteriyalar yalnız mübahisə olmadığı hallarda istifadə edilə bilər, əgər mübahisəli vəziyyət mövcuddursa, silmə müzakirəsi başladılmalıdır. Bununla belə, məqalənin əvvəlki bütün versiyalarında yeni aşkar edilmiş müəllif hüquqları pozuntuları üçün Ü12 kriteriyası tətbiq olunmalıdır. Ü5 kriteriyası yuxarıda göstərilən kriteriyaların ödəndiyi hallarda da istifadə edilə bilər.
Kriteriyalar siyahısı
Ümumi
Bu kriteriyalar hər növ səhifəyə (məqalə, istiqamətəndirmə, istifadəçi səhifələri, fayllar və s.) aid edilir. Xüsusi hallarda bəzi səhifə növləri istisna edilə bilər. Buna görə də kriteriyaları tətbiq etməzdən əvvəl hər bir kriteriya haqqında məlumatla ətraflı tanış olun.
Ü1. Heç bir məna ifadə etməyən
Bu kriteriya heç bir məna ifadə etməyən məzmuna və ya tarixçəyə malik səhifələrə şamil edilir. Bu kriteriya qənaətbəxş olmayan yazı formatını, absurd nəzəriyyələri, xəyali materialları, Azərbaycan dilində olmayan materialları, pis tərcümə olunmuş materialları, maşın tərcümələrini və vandalizmi əhatə etmir. Həmçinin bu kriteriya istifadəçi səhifələrinə və istifadəçi müzakirəsi səhifələrinə tətbiq edilmir. Qısaca məzmun anlaşılandırsa, "Ü1" tətbiq olunmur.
Ü2. Test səhifələri
Bu kriteriya Vikipediya funksiyalarını yoxlamaq üçün yaradılan səhifələrə tətbiq olunur. Bu alt səhifələrə də tətbiq oluna bilər (Məs: yoxlama üçün yaradılan istifadəçi qaralama səhifələri). Lakin bu kriteriya birbaşa olaraq istifadəçi qaralama səhifələrinə və istifadəçi səhifələrinə tətbiq olunmur. Həmçinin bu kriteriya oxşar və ya eyni məzmuna malik şablonlardan birinin silinməsi üçün istifadə oluna bilməz.
Ü3. Birmənalı şəkildə vandalizm və saxtakarlıq halları
Bu kriteriya açıq-aşkar dezinformasiyalar olan səhifələr, açıq-aşkar saxtakarlıq olan məqalələrə (yanlış məlumat ehtiva edən fayllar daxil olmaqla) və səhifə vandalizmindən təmizlənmə nəticəsində yaradılan istiqamətləndirmələrə aiddir. Böyük saxtakarlıqlarla bağlı məqalələr bir saxtakarlığı təsvir etdikləri aydın olduqda qəbul edilə bilər.
Ü4. Müzakirə nəticəsində silinən səhifənin yenidən yaradılması
Bu kriteriya ən son tamamlanan müzakirə ilə silinməsi qərara alınan səhifənin məzmunu və başlığı ilə tamamilə eynilik və ya oxşarlıq təşkil edən məqalələri əhatə edir.[b] Əgər silinən səhifə təkmilləşdirilmiş, silinmiş versiyasından əhəmiyyətli dərəcədə fərqlənəcək şəkildə yenidən yaradılmışdırsa və ya təkmilləşdirilməsi üçün istifadəçi fəzasına (alt səhifə), qaralama səhifəsinə daşınmışdırsa, bu kriteriyaya görə yenidən silinə bilməz. Nəzərə almaq lazımdır ki, qeyd olunan istisna səhifəni silinməsinin ardından onun Vikipediyadan tamamilə "yox olmaması" üçün başqa fəzalara, həmçinin qaralama səhifələrinə daşınmasına şamil edilmir.
Ü5. Bloklanmış və ya qadağan edilmiş istifadəçilərin töhfələri
Bu kriteriya bloklanmış və ya qadağan edilmiş istifadəçilərin bloklarının və qadağalarının davam etdiyi müddətdə qaydaları pozaraq müxtəlif yollarla yaratdığı, digər istifadəçilər tərəfindən əhəmiyyətli dəyişikliklər edilməyən məqalələrə şamil edilir. Ü5 şablon yansıtmalarına və kateqoriyalaşdırılmalara tətbiq olunmamalıdır, çünki onlar yararlı ola bilərlər.
Konkretləşdirsək, düzəliş və ya səhifə yaradılması istifadəçi bloklanmış və ya qadağa ilə cəzalandırılmış zaman gerçəkləşdirilməlidir. Əgər səhifə bunlardan öncə yaradılıbsa, bu kriteriyaya görə silinə bilməz.
- Bloklanmış və ya qadağan edilmiş istifadəçi kukla istifadəçi(lər)dən istifadə edərək qaydaları pozarsa, bu aşkarlandığı halda kriteriya ödənə bilər.
Ü6. Texniki silmələr
Bu kriteriya aşağıdakı silinməsi üçün konsensus lazım olmayan texniki işlərə aiddir:
- Ad dəyişməyə maneə yaradan istiqamətləndirmə səhifələrinin silinməsi. İnzibatçılar silmə əməliyyatını icra edərkən silinən məqalənin tarixçəsinin əhəmiyyətsiz olduğundan əmin olmalıdırlar. Bu qəbildən olan silmə prosesini icra edən inzibatçılar silmə prosesindən sonra ad dəyişmənin icra edilib-edilmədiyinə nəzarət etməlidirlər.
- Birmənalı şəkildə yanlış ad fəzasında yaradılan səhifələr
- Tərk edilmiş, istifadə olunmayan şablonlar (konsensusa əsasən istifadəsiz hala düşənlər)
Ü7. Müəllif istəyi ilə silinmə
Əgər istək xoşniyyətlə edilmişdirsə və məlumatların vacib qismi yazar tərəfindən yaradılıbsa bu kriteriya ödənə bilər. Səhifə adının dəyişməsiylə yaranan istiqamətləndirmə səhifələrinin də müəllif istəyi ilə silinməsi bu kriteriya çərçivəsində gerçəkləşə bilər, lakin bu halda səhifənin müəllifi və ya ən böyük redaktələrinin sahibi ad dəyişmə etmiş və silinməyini istəmiş olması vacibdir. Əks halda istək qəbul olunmaz. Əgər bir istifadəçi öz müəllifi olduğu kateqoriya səhifələrini, müzakirə səhifələrini, öz istifadəçi səhifəsini tamamilə boşaldarsa, bu, silinmə tələbi kimi qəbul olunur.
Ü8. Silinmiş və ya mövcud olmayan səhifələrdən asılı səhifələr
Məsələn:
- Mövcud olmayan səhifəyə aid müzakirə səhifəsi
- Əsas səhifəsi olmayan alt səhifələr
- Müvafiq faylı olmayan fayl səhifələri
- Heç zaman mövcud olmamış, yaxud silinmiş səhifələrə olan istiqamətləndirmələr
- Boş kateqoriyalar
- İstifadəsiz və ya adı mühafizə olunmadan silinən səhifələrin düzəliş bildirişləri (ing. editnotes)
- Silinmiş ya da istiqamətləndirmə səhifəsinə çevrilmiş şablonlardan ibarət kateqoriyalar
Aşağıdakılar isə kriteriyaya aid edilmir:
- İstifadəçi müzakirə səhifələri
- Heç bir yerdən keçid olunmayan silmə müzakirələri
- Müzakirə səhifəsi arxivləri (Bura silinmiş məqalənin və ya silinmiş əsas məqalə müzakirə səhifələrinə aid məqalə müzakirələri arxivləri aid deyil. Əgər səhifə artıq yararlı deyilsə, Ü8-dən istifadə etməzdən əvvəl müzakirə başladılmalıdır. Müzakirə nəticəsində müvafiq səhifələr köçürülə, birləşdirilə, habelə silinə bilər.
- İstifadəçi müzakirəsi səhifələrinin arxivləri (əgər səhifə və onun müzakirə səhifəsi artıq mövcud deyilsə, silinibsə və ya artıq Vikipediya üçün yararlı hesab olunmursa, bu halda həmin səhifələrin müzakirə arxivləri sözügedən hal üçün istisna edilir. Bu səbəbdən, yaxşı olar ki, səhifə birləşdirmələri və ad dəyişmələri tarixlərini yoxlamadan Ü8 kriteriyası ilə müzakirə arxivi səhifəsini silməyəsəniz. Çünki, əsas məqalə hələ də başqa ad altında mövcud ola bilər.)
- Səhifənin adının dəyişdirilməsi nəticəsində yararsız hala çevrilən istiqamətləndirmələr (yeni hədəf səhifə üçün yenidən istiqamətləndirilə bilərlər, İ2 kriteriyasına əsasən sürətli silinməli olan səhifələr istisna edilir.)
- Mövcud olan hədəflərə istiqamətləndirilə bilən istiqamətləndirmələr
- İstifadəçi səhifəsi yaradılmayan hallarda yaradılmış istifadəsi alt səhifələri
- Vikianbarda mövcud olan fayllar üçün yaradılan müzakirə səhifələri
- Fərqli hədəfə köçürülməli olan səhifələr[c]
Ü9. Fondun tələbi
Müstəsna hallarda Vikimedia Fondu səhifəni tez bir zamanda silmək hüququnu özündə saxlayır. Bu tip silinmələr fondun icazəsi olmadan geri qaytarılmamalıdır.
Ü10. Alçaldıcı, hədələyici, təhdid və ya təqib edən məzmuna malik səhifələr
"Hücum səhifələri"nə misal olaraq böhtan, qanunla təhdidlər, bir şəxsi təqib etmək və ya hədələmək üçün nəzərdə tutulmuş material və ya yaşayan insan haqqında tamamilə mənfi tonda və mənbəsiz bir bioqrafik material göstərilə bilər. Bu səhifələr tarixçəsində geri qaytarmaq, bərpa etmək üçün neytral bir versiya olmadıqda sürətlə silinməlidir. Hücumu qiymətləndirərkən həm səhifə adı, həm də səhifə məzmunu nəzərə alına bilər. Bu kriteriya ilə silinən yaşayan insanlar haqqında məqalələr bioqrafik məqalə standartlarına cavab verənə qədər heç bir redaktor tərəfindən bərpa olunmamalı və ya yenidən yaradılmamalıdır. Yaşayan insanların bioqrafiya qaydalarını pozan digər səhifələr Vikipediyada göstərilən şərtlər daxilində silinə bilər. Məsələn: Səhifə yaradılmasının mühafizəsi və nəzakət qaydalarının pozuntusu. Əksər hallarda sürətli silmə əvəzinə silinmə müzakirəsinə başlanmalıdır.
Mümkün axtarış şərtlərindən olan istiqamətləndirmələr bu kriteriyaya uyğun deyil. Məsələn: hədəf səhifəsində öz mövzusuna istinad etmək üçün istifadə olunan bir termin çox vaxt mümkün istiqamətləndirmədir.
Ü11. Birmənalı şəkildə reklam və ya təbliğat
Bu kriteriya açıq-aşkar reklam şəklində yaradılan və ensiklopedik qaydalara uyğunlaşması üçün fundamental şəkildə redaktə olunması tələb olunan səhifələr üçün keçərlidir. Əgər mövzu ensiklopedikdirsə və məzmun neytral mövqedən çıxış edilərək yenidən tərtib oluna bilərsə, silmə tövsiyə olunmur. Qeyd: Əgər hər hansısa məqalədə subyekt neytral mövqədən çıxış edilərək təsvir olunubsa, həmin məqalə bu kriteriyanın xaricində qalır. Buna baxmayaraq, təbliğat və ya reklam xarakterli səhifələrin mövzusu kommersiyayönümlü olmaq məcburiyyətində deyil, çünki hər şey reklam oluna bilər: insan, təşkilat, düşüncə və s.
Ü12. Birmənalı şəkildə müəllif hüquqlarının pozulması
Bu kriteriya etibarlı təsdiqi olmayan ictimai mülkiyyətə sahib, ədalətli istifadə və ya uyğun azad lisenziya qaydalarını ödəyən, səhifədə bərpa edilməsi mümkün olmayan bir qanun pozuntusu olan, müəllif hüququ ilə qorunan materialı ehtiva edən materiallar üçündür. Yalnız materialın tarixçəsi əhəmiyyətli ölçüdə korlanıbsa, material bütövlükdə silinməlidir, lakin pozuntu olmayan əvvəlki versiyalar saxlanıla bilər. Sürətli silmə meyarlarını ödəməyən (məsələn: şübhəli icazə iddiası olan, azad məzmunlu düzəlişlərin pozuntuların üzərini örtdüyü və ya yalnız qismən pozuntu, yaxın şərhlərdə olduğu kimi) şübhəli vəziyyətlər üçün məqaləni, yaxud məqalənin müvafiq bölməsini {{Müəllif hüququ pozuntusu}}
şablonu ilə boşaldın. Digər təlimatlar üçün Vikipediya:Müəlliflik hüquqları qaydasını nəzərdən keçirin. İctimai mülkiyyətə aid olan materiallar və digər azad məzmunlu materiallar bu kriteriyanı ödəmir. Qeyd olunanların sadəcə məlumat azlığı səbəbi ilə sürətli silinməyə namizəd olması düzgün deyil.
Ü13. Tərk edilmiş qaralamalar
Aşağıdakı şərtlərlə 1 ay ərzində heç bir istifadəçi (bot olmayan) tərəfindən redaktə olunmayan səhifələr:
- Qaralama funksiyası görən istifadəçi alt səhifələri,
- Qaralama ad fəzasındakı səhifələr,
- İstifadəçi fəzasında olan boş səhifələr (Məqalə sehrbazı xaric)
İstiqamətləndirmələr bu kriteriyaya şamil edilmir. Bu kriteriya ilə silinən məqalələr müraciət əsasında bərpa oluna bilər.
Ü14. Lazımsız dəqiqləşdirmə səhifələri
Bu kriteriya dəqiqləşdirmə səhifələri üçün keçərlidir:
- Sadəcə mövcud olan bir vikipediya səhifəsinə keçid verən dəqiqləşdirmə səhifələri.
- Heç bir səhifəyə keçid verməyən dəqiqləşdirmə səhifələri.
- Səhifə adında "(dəqiqləşdirmə)" sözü olub başqa bir səhifəyə (dəqiqləşdirmə və ya digər) istiqamətləndirmə funksiyası görən səhifələr.
Əgər dəqiqləşdirmə səhifəsi (dəqiqləşdirmə) hissəciyi ilə adlandırılmayıbsa, ad dəyişdirilməlidir. Bəzən istisnalar ola bilər.
Məqalələr
Bu kriteriya sadəcə məqalə fəzasında olan səhifələr üçün keçərlidir. Lakin məqalələrlə bağlı kriteriyaları tətbiq etməzdən əvvəl diqqətli olun.
M1. Boş məqalə
Bu kriteriya kifayət qədər material ehtiva etməyən məqalələrə tətbiq olunur. Məsələn: "Filankəs Filankəsov — alim, yazıçı. O, 1933-cü ildə Şuşada doğulub, 1982-ci ildə Bakıda vəfat etmişdir." Bu kriteriya sadəcə həddindən artıq qısa məqalələrə tətbiq olunur. Nəzərə alın ki, boş məqalə və məzmunsuz məqalə ayrı anlayışlardır və məzmunsuz məqalələrlə bağlı M3 kriteriyası mövcuddur. Bu kriteriya Azərbaycan dilində olmayan materialları və zəif tərcümə olunmuş səhifələri əhatə etmir. Əgər keçidlər də daxil olmaqla başlıqdakı, səhifədəki hər hansı bir məlumat istifadəçiyə sadə, qısa bir veb axtarışın köməyi ilə və ya başqa bir yolla səhifəni genişləndirmək, düzəltmək məqsədi ilə mövzu ilə bağlı əlavə məlumat tapmasına imkan verirsə, bu M3 kriteriyasının ödənilməməsi deməkdir. Yeni yaradılan məqalər üçün bu kriteriya ilə sürətli silmə şablonu əlavə etməyə tələsməyin. Bu tip məqalələrə maksimum 7 gün vaxt tanıyın.[d]
M2. Azərbaycan dilində olmayan və ya maşın tərcüməsi olan səhifələr
Bu kriteriya Azərbaycan dilində olmayan və digər Vikimedia layihələrindəki məqalələr ilə demək olar ki, eynilik təşkil edən məqalələr üçün keçərlidir. Əgər məqalə digər Vikimedia layihələrindəki məqalə ilə eynilik təşkil etmirsə və leksik, o cümlədən qrammatik normalar çərçivəsində Azərbaycan dilinə tam olaraq uyğunlaşdırılmayıbsa, {{sil}}
şablonu əvəzinə {{azərbaycanca deyil}}
şablonunu səhifəyə əlavə edin. Nəzərə almaq lazımdır ki, {{azərbaycanca deyil}}
şablonu məqalə tərtibatı zamanı daxil edilən məzmunun ayrı-ayrı komponentlərini Azərbaycan dilinin normalarından azad etmir və sözügedən şablon əvvəldə qeyd olunduğu kimi qismən uyğunlaşdırma zərurəti olan hallarda istifadə edilməlidir.
Redaktorlar məqalə yaradarkən Azərbaycan dilinin leksik və qrammatik qaydalarına mütləq şəkildə riayət etməli və maşın tərcüməsi olan məzmunu Vikipediyaya olduğu kimi əlavə etməməlidirlər. Əgər başqa dillərdən Azərbaycanca Vikipediyaya tərcümə ilə məqalə töhfəsi vermək istəyirsinizsə, əvvəlcə məqaləni öz qaralama səhifənizdə işləməklə, tərcümə edilən məzmunun tələbləri ödəməsini təmin edə bilərsiniz. Bu kriteriya Vikipediya oxuyucularının keyfiyyətli və anlaşıqlı məqalələrlə tanış olmasına imkan yaradır.
Bu tip məqalələr "Qaralama"
ad fəzasına daxil edilir və 1 ay intervalında heçbir ciddi redaktə edilmədikdə silinir.
M3. Məzmunsuz məqalə
Bu kriteriya yalnız xarici keçidlərdən, kateqoriya etiketlərindən, "Həmçinin bax" bölmələrindən, məqalənin yenidən tərcüməsindən, məqalənin adının aid olduğu şəxs, qrup və s. ilə bağlı məlumat verməyə cəhd olunmasından, söhbət tipli şərhlərdən, şablonlardan və ya fayllardan ibarət məqalələrə aiddir. Bu həmçinin tamamilə Məqalə sehrbazı çərçivələrində yaradılan, heç bir əlavə məzmuna, ümumiyyətlə, məzmuna malik olmayan məqalələrə aid edilir. Buna baxmayaraq, əgər məqalə məzmuna sahibdirsə və bu silinmə kriteriyasını ödəmirsə, çox qısa da olsa qaralama halında hesab oluna bilər. Bu kriteriya yaxşı yazılmamanı, səhifələrin əhəmiyyətli dərəcədə Azərbaycan dilində olmamasını və maşın tərcümələrini əhatə etmir. Bu kriteriya ilə şablon əlavə edərkən tələsməyin. Əgər məqalə yeni yaradılıbsa, bir müddət (maksimum 7 gün) gözləyin.[d]
M4. Digər Vikimedia layihələrinə köçürülməli olan məqalə
Bu kriteriya sadəcə lüğət funksiyası görən və digər VikiLayihələrə (məsələn: Vikimənbə) köçürülməli olan məqalələrə tətbiq olunur. Həmçinin əgər bir məqalə silinməyə namizəd olmuş və nəticədə başqa VikiLayihəyə köçürülməsi qərara alınıbsa, bu kriteriya tətbiq olunaraq həmin məqalə silinə bilər.
M5. Əhəmiyyəti təsdiqlənməyən məqalə (şəxs, heyvan, təşkilat, veb kontent, hadisə)
Bu kriteriya təhsil müəssisələri xaricində həqiqi bir insan, xüsusi bir heyvan, ticarət və ya qeyri-kommersiya təşkilatı, veb məzmun[e] və hadisə[f] haqqında olan məqalələrin niyə vacib və ya əhəmiyyətli olduğunun göstərilmədiyi hallarda tətbiq olunur. Bu kriteriya yoxlanılabilərlik və mənbələrin etibarlılığından fərqlənir və ensiklopediklikdən daha aşağı bir standartdır. Bu meyar yalnız sadalanan mövzular haqqında məqalələrə aiddir, lakin xüsusilə məhsullar, kitablar, filmlər, televiziya proqramları, albomlar (sadalananlar M6 kriteriyası ilə təyin olunur), proqram təminatı, digər yaradıcılıq işləri və ya bütün heyvan növləri üçün tətbiq edilmir. Təqdim olunan əhəmiyyət və ya əhəmiyyət iddiası etibarlı olmadıqda bu kriteriya ödənir. Açıq-aşkar saxta bir iddia ilə hazırlanmış hər hansı məqalə aşkar vandalizm və saxtakarlıq kriteriyası ilə sürətli silinmə üçün namizəd göstərilə bilər. İddianın etibarlılığı aydın deyilsə, məqaləni özünüz təkmilləşdirə, silinməyə namizəd edə və ya sürətli silinmək üçün məqalələrdə siyahıya daxil edə bilərsiniz..
Bu kriteriya hətta məqalə etibarlı bir mənbə tərəfindən dəstəklənməsə də, Vikipediyanın ensiklopediklik qaydalarına uyğun gəlməsə də, əhəmiyyətli və ya vacib bir etibarlı iddia irəli sürən hər hansı bir məqaləyə tətbiq edilmir.
M6. Əhəmiyyəti təsdiqlənməyən məqalə (mahnılar, musiqi məhsulları və s.)
Bu kriteriya hər hansı bir yaradıcı sənətkarın vikipediyada məqaləsi olmadığı və mövzusunun niyə vacib və ya əhəmiyyətli olduğunu göstərilmədiyi bir musiqi məhsulu və ya musiqi məhsullarının siyahısını ehtiva edən məqalələrə aiddir (hər iki şərt yerinə yetirilməlidir). Bu kriteriya yoxlanılabilərlik və mənbələrin etibarlılığından fərqlənir və ensiklopediklikdən daha aşağı bir standartdır. Bu meyar digər yaradıcı media növləri, məhsullar və ya hər hansı digər mövzuda olan məqalələrə şamil edilmir.
Bu kriteriya hətta məqalə etibarlı bir mənbə tərəfindən dəstəklənməsə də, Vikipediyanın ensiklopediklik qaydalarına uyğun gəlməsə də, əhəmiyyətli və ya vacib bir etibarlı iddia irəli sürən hər hansı bir məqaləyə tətbiq edilmir.
M7. Mövcud olan bir mövzunun dublikatı və ya oxşarı olan yeni yaradılmış məqalələr
Bu kriteriya Azərbaycan dilli Vikipediyada mövcud olan mövzunu təkrarlayan və o mövzu ilə əlaqəli mövcud məqalə(lər) içindəki məlumatları genişləndirməyən, təfərrüatlandırmayan, yaxşılaşdırmayan, eyni zamanda tarixçəsi olmayan və başlığın inandırıcı olmadığı məqalələrə (və bəzən məqbul olmayan istiqamətləndirmələrə) aiddir. Buraya bölünmüş səhifələr və mövcud olanı genişləndirən, yenidən təşkil edən və ya istinad olunan, birləşdirilə bilən material ehtiva edən hər hansı bir məqalə daxil deyil. Kriteriya dəqiqləşdirmə səhifələrini əhatə etmir.
Dublikat məqalələrin böyük əksəriyyəti üçün seçilən başlıq mövcud məqalənin ehtimal olunan səhv yazılması və ya alternativ adı şəklindədir. Belə məqalələri silmək əvəzinə istiqamətləndirməyə çevirmək lazımdır. Bu kriteriya nadir hallarda və yalnız başlığın istiqamətləndirilə bilinməyəcəyi kimi hallarda sürətlə silinə bilən səhifələr üçün istifadə olunmalıdır.
M8. Orijinal tədqiqat
Bu kriteriya mövzunun məqalənin yaradıcısı və ya yaradıcının şəxsən tanıdığı bir şəxs tərəfindən icad / ixtira / kəşf edildiyini açıq şəkildə göstərən və mövzusunun niyə vacib və ya əhəmiyyətli olduğunu etibarlı şəkildə göstərməyən hər hansı bir məqaləyə tətbiq olunur. Bu kriteriya hətta məqalə etibarlı bir mənbə tərəfindən dəstəklənməsə də, Vikipediyanın ensiklopediklik qaydalarına uyğun gəlməsə də, əhəmiyyətli və ya vacib bir etibarlı iddia irəli sürən hər hansı bir məqaləyə tətbiq edilmir. Qeyd: Kriteriya saxtakarlıq halları üçün nəzərdə tutulmayıb (bax: VP:Ü3).[g]
M9. Stil kitabçası pozuntuları ehtiva edən məqalələr
Bu kriteriya məqalə tərtibatı zamanı kütləvi yol verilmiş Stil kitabçası pozuntularını əhatə edir. Əgər sözügedən pozuntular düzəldilməyəcək qədər çoxdursa, məqalənin vizual görünüşünü əhəmiyyətli ölçüdə korlayırsa, yaxud onun məzmununun mahiyyətinə təsir edirsə məqalə "Qaralama"
ad fəzasına daxil edilir və 1 ay intervalında heçbir ciddi redaktə edilmədikdə silinir. Məqalə tarixçəsindəki əvvəlki versiyalar qeyd olunan pozuntuları ehtiva etmirsə, bu zaman redaktələr qaytarılmaqla Stil kitabçasının tələbləri yerinə yetirilməlidir. Bir sıra hallarda, tərtibat zamanı stil kitabçasının məqalə adlarına dair tələbləri pozulmuş ola bilər. Bu vəziyyətdə məqalə adları ilə bağlı əməl olunmalı qaydalara müvafiq olaraq zəruri dəyişikliyi icra edin.
Bəzən Stil kitabçası pozuntuları yuxarıda qeyd olunan amillər çərçivəsində əhəmiyyətli dərəcədə olmur. Bu zaman məqaləyə {{vikiləşdirmək}}
şablonu əlavə edilə bilər.
İstiqamətləndirmələr
Bu kriteriya istənilən ad fəzasında mövcud olan istiqamətləndirmələr üçündür.
İ1. Ad fəzaları arasında istiqamətləndirmələr
Bu kriteriya əsas ad fəzasından Kateqoriya:, Şablon:, Vikipediya:, Kömək: və Portal: ad fəzaları xaricindəki digər ad fəzalarına istiqamətləndirmə (qısayollar xaricində) və düzəldildiyi halda belə xətalı istiqamətləndirmə olacaq istiqamətləndirmələrə aiddir (məsələn: silinmiş məqalələrə istiqamətləndirmə).
İ2. Həddən artıq yazı səhvləri
Bu kriteriya həddən artıq yazı səhvlərindən və ya səhv adlandırmalardan ibarət yeni yaradılmış istiqamətləndirmələrə aiddir. Lakin ümumən səhv yazılmış və ya səhv adlandırılımış istiqamətləndirmələr, ümumiyyətlə bəzən digər dillərdə istiqamətləndirmə kimi faydalıdır. İstiqamətləndirmələr bu yaxınlarda yaradılmadığı təqdirdə, ad dəyişmə[h] nəticəsində yaradılan istiqamətləndirmələrə tətbiq edilmir. Ad dəyişmə nəticəsində yaradılan istiqamətləndirmələr daxil olmaqla idtiqamətləndirməyə çevrilmiş məqalə və məqalələrə və ya dəqiqləşdirmə səhifəsinə işarə edən "(dəqiqləşdirmə)" ilə bitən istiqamətləndirmələrə tətbiq edilmir.
İ3. Fayl fəzasında olan və Vikianbardakı səhifəyə istiqamətləndirilənlər
Bu kriteriya "Fayl:" fəzasında olan, Vikipediyadakı istiqamətləndirmənin heç bir fayl bağlantısı olmadığı təqdirdə (bağlantılar açıq şəkildə fayl və ya Vikianbardakı istiqamətləndirmə üçün nəzərdə tutulmayıbsa) Vikianbardakı fayla və ya istiqamətləndirməyə istiqamətləndirilən istiqamətləndirmələrə aiddir.
İstiqamətləndirmələrlə bağlı digər məsələlər
Sürətli silinməyə namizəd olmayan yumşaq istiqamətləndirmələr (digər vikimedia layihələrinə olan) daxil olmaqla hər hansı bir istiqamətləndirmə üçün müzakirə başladın. Faydalı səhifə tarixçəsi olan istiqamətləndirmə səhifələri heç vaxt sürətlə silinməməlidir. Bəzi hallarda hədəfi silmək əvəzinə dəyişdirərək faydalı bir istiqamətləndirmə yaratmaq mümkündür. Proqram məhdudiyyətləri səbəbindən işləməyən istiqamətləndirmələr, məsələn: xüsusi səhifələrə və ya digər vikilərdəki səhifələrə istiqamətləndirmə, əhəmiyyətsiz bir tarixçəsi və ya digər etibarlı istifadəsi varsa, yumşaq istiqamətləndirməyə (vikilayihələr arası) çevrilə bilər.
Fayllar
Bu kriteriyalar fayllar üçün keçərlidir.
F1. Lazımsız fayllar
Bu kriteriya daha yaxşı versiyası olan istifadəsiz dublikat və ya aşağı keyfiyyətli fayllar üçün keçərlidir. Bu kriteriyaya Vikianbardakı fayllar aid deyil, onlar üçün F8 kriteriyasına nəzər yetirin.
F2. Pozulmuş, mövcud olmayan və ya boş fayllar
Bu kriteriya pozulmuş, mövcud olmayan, boş və ya artıq, açıq metadata olmayan məlumatlardan ibarət fayllara aiddir.[i] Bura Azərbaycan Vikipediyasına xas olan məlumatları daxil etməyən Vikianbar fayllarının məlumat səhifələri də daxildir.[j]
F3. Uyğun olmayan, yanlış lisenziya
Bu kriteriya "yalnız kommersiya məqsədli olmayan istifadə üçün" (kommersiya məqsədli olmayan Creative Commons lisenziyaları daxil olmaqla), "törəmə istifadə", "yalnız Vikipediyada istifadə üçün" və ya "icazə ilə istifadə" kimi lisenziyalı medianı işarələmək üçün istifadə olunur. Bunlar azad olmayan məzmunun istifadəsi üçün məhdud standartlara uyğun olmadıqları təqdirdə silinə bilər. 1.3 versiyasından əvvəlki GFDL versiyaları altında lisenziyalanmış fayllar sonrakı versiyalara və ya digər lisenziyalara buraxılmadan silinə bilər.
F4. Lisenziyasız fayllar
Bu kriteriya faylın lisenziyasız yüklənməsindən sonra müəllif hüquqları pozuntusu səbəbi ilə 7 gün ərzində lisenziya ilə bağlı məlumat əlavə olunmazsa, tətbiq oluna bilər. Belə fayllar Kateqoriya:Naməlum lisenziyalı fayllar kateqoriyasında sıralanır. İnzibatçılar yüklənmə tarixçəsini, yüklənən faylların məlumat qutusunu və mənbələrini daim nəzarətdə saxlamalıdır. 7 gündən sonra bu kriteriya ödənilərsə fayl silinə bilər.
F5. İstifadəsiz fayl
Bu kriteriya heç bir məqalədə istifadə olunmayan azad fayllar üçün istifadə olunur. Bunun üçün bu səhifədən istifadə edə bilərsiniz. Lakin fayl sadəcə 7 gündən artıq istifadəsiz qaldığı halda silinməlidir. İstisna: əgər fayl sadəcə yenicə silinmiş bir məqalədə istifadə olunubsa və digər məqalələrdə istifadəsi məqsədə uyğun deyilsə, dərhal silinə bilər. Buna faylların keçmiş versiyaları da daxildir. Əgər hər hansısa yeni yaradılacaq məqalə üçün fayl yüklənibsə və istifadəsiz qalıbsa, 7 gün gözləmə müddəti təqdim oluna bilər.
F6. Azad olmayan fayl istifadəsinin əsaslandırılmasında əskiklik
Bu kriteriya ədalətli istifadəni tələb edən, lakin rasional istifadə qaydalarına uyğun olmayan azad olmayan fayllara aiddir. Bunlar müəyyən edildikdən yeddi gün sonra silinə bilər. Bu kriteriya istifadənin əsaslandırıldığı, lakin mübahisəli olduğu vəziyyətlərə şamil edilmir.
F7. Yanlış ədalətli istifadə iddiası
- Kommersiya məqsədli mənbələrdən (məsələn: Associated Press, Getty) əldə edilən azad olmayan faylların özü mənbəli şərh mövzusu olmadığı halda ədalətli istifadə iddiası etibarsız sayılır və Vikipediyanın azad olmayan məzmun haqqında sərt tələblərini yerinə yetirmir. Belə halda fayllar dərhal silinə bilər.
- Azad şəkil ilə əvəz edilə bilən fayllar əvəzolunmazlıq iddiasına heç bir əsas verilmədiyi təqdirdə iki gündən sonra silinə bilər. Əvəzolunabilərliyi mübahisəlidirsə, namizəd göstərən şəkli silən olmamalıdır.
F8. Vikianbarda eynisi (dublikatı) mövcud olan fayllar
Aşağıdakı hallarda tətbiq olunur:
- Vikianbar versiyası eyni fayl formatında olan və eyni və ya daha yüksək keyfiyyətə malik fayllar.
- Şəklin lisenziyası və mənbə statusu şübhəsizdirsə və lisenziya şübhəsiz şəkildə Vikianbarda qəbul olunur. Vikianbarda faylın silinməməsi üçün, xahiş olunur ki, Vikianbar səhifə təsvirində aşağıdakıların hamısına sahib olduğuna əmin olun:
- Faylda təqdim olunan əsərin yaradıcısının adı və ölüm tarixi və ya azad lisenziyanın verildiyi barədə açıq bir sübut. Anonimdirsə, səhifə təsvirinin anonim statusu təsdiqləyən dəlillər təmin etdiyinə əmin olun.
- Faylın təmsil etdiyi əsərin yerləşdiyi və ya ilk yayımlandığı ölkə.
- Faylın təmsil etdiyi əsərin mənşə ölkəsinin müəllif hüququ qanununa əsasən yaradıldığı və ya ilk dəfə nəşr olunduğu tarix.
- Birinci şərtə cavab verən bütün şəkil düzəlişlər Vikianbarın düzəlişləri kimi Vikianbara kopyalanır və düzgün şəkildə qeyd olunur.
{{Vikianbara köçürmə}}
və{{Lokal saxla}}
şablonu ilə etiketlənməyən fayllar- Şəklin təsvir səhifəsindəki bütün məlumatlar yükləyənin yerli istifadəçi səhifələrinə keçidləri olan tam yükləmə tarixçəsi də daxil olmaqla Vikianbar şəkil təsviri səhifəsində mövcuddur (faylın lisenziyası tələb etmirsə, tövsiyə olunmasına baxmayaraq yükləmə tarixçəsi lazım deyil).
- Şəkil təsviri səhifəsində (
{{Seçilmiş şəkil}}
kimi) başqa bir layihə ilə əlaqəli olmayan hər hansı bir məlumat varsa, şəkil silindikdən sonra şəkil təsviri səhifəsinin bərpa edilməsi lazımdır.
- Şəkil təsviri səhifəsində (
- Şəkil yerli olaraq fərqli bir ad altında Vikianbarda mövcuddursa, görüntünün bütün yerli istinadları Commons-da istifadə olunan ada keçid vermək üçün yenilənməlidir.
- Qorunmayan şəkillər. Şəkil artıq istifadə olunmadığı təqdirdə,Vikianbarda dublikatı olsa da, qorunan şəkilləri silməyin. Onlar adətən interfeysdə və ya geniş yayılmış yüksək riskli şablonda istifadə olunduqları üçün ümumiyyətlə yerli olaraq yüklənir və qorunur. İnterfeysdə istifadə olunan bir görüntünün yerli nüsxəsini silmək problemlərə səbəb olacaq.
- Ana səhifə xaricində istifadə olunan Vikianbardan lokal layihəyə köçürülmüş fayllar.
Qeyd: Xahiş olunur ki, dublikat fayl olduğunu iddia etdiyiniz fayllara sil şablonu əlavə edərkən dublikatının linkini də əlavə edəsiniz.
F9. Birmənalı şəkildə müəllif hüquqları pozuntusu
Bu kriteriya yükləyənin ədalətli istifadə qaydalarına uyğunluğu təsdiq etmədiyi açıq-aşkar azad olmayan şəkillərə (və ya digər media fayllarına) aiddir. URL və ya faylın harada yarandığına dair başqa bir göstərici qeyd edilməlidir. Bu kriteriyaya sahibinin Vikipediyaya uyğun azad lisenziyaya əsasən sərbəst buraxdığı barədə etibarlı sübutları olan fayllar daxil deyil. Getty Images kimi foto anbar kitabxanalarından əksər şəkillər belə bir lisenziya altında yayımlanmır. Açıq pozuntular {{Müəllif hüququ pozuntusu}}
şablonu ilə etiketlənməlidir və daha sonra silinməlidir. Aşkar olmayan müəllif hüquqları pozuntuları Vikipediyada müzakirə olunmalıdır.
F10. İstifadəsiz qeyri-mediafayllar
Bu kriteriya nə görüntü, nə səs, nə də videofayllar üçün nəzərdə tutulub. Bu kriteriya heç bir məqalədə istifadə olunmayan bu tipli fayllar aiddir (Bu faylların nadir hallarda səs, şəkil və ya video olduğunu unutmayın): .doc
, .pdf
, .ps
, .html
, .rtf
, .txt
, .xls
və .zip
faylları. Şəkil, səs və video sənədlərinə nümunələr: .jpg
, .gif
, .png
, .svg
, .mpg
, .ogg
və .wav
. Bu silinə bilən hərtərəfli bir siyahı deyil və təkcə bir sonluq silmək üçün kifayət deyil. Bu meyar fayl sonluğuna yox, fayl məzmununa əsaslanır.
F11. İcazənin dəlilinin olmaması
Yükləyən faylın lisenziyasını göstərmişsə və bu üçüncü tərəfin həqiqətən razılaşdığına dair bir sübut təqdim etmədən mənbə / müəllif hüququ sahibi olaraq üçüncü bir şəxsi qeyd etmişdirsə, əvvəlcə yükləyən məlumatlandırılır və yeddi gün sonra isə müvafiq dəyişikliklər edilməsə, fayl silinir. Qəbul edilə bilən lisenziyalaşdırma sübutu normal şəkildə ya lisenziyanın bildirildiyi mənbənin veb saytına bir keçiddən, ya da müəllif hüququ sahibinin elektron poçtla göndərilən və ya [email protected] saytına göndərilən ifadədən ibarətdir. Mənbə yükləyənin təmsil etdiyini iddia etdiyi bir təşkilat və ya yükləyənin özününkü olduğunu iddia etdiyi bir veb nəşri olduğu təqdirdə belə bir təsdiq tələb olunur. Yükləyənin icazə alması üçün ağlabatan bir gözləntinin olmadığı birmənalı şəkildə müəllif hüququ pozuntuları hallarında (məsələn: əsas studiyaların filmi afişaları, televiziya şəkilləri, albom üzlükləri, ictimai domenə çevriləcək qədər sadə olmayan loqotiplər və s.) ədalətli istifadə tələb oluna bilmədiyi hallarda fayllar F9 (birmənalı şəkildə müəllif hüquqlarının pozulması) səbəbi ilə sürətlə silinməlidir. 30 gündən çox müddət ərzində {{OTRS gözləyir}}
ilə etiketlənmiş fayllar da bu meyar altında sürətlə silinə bilər. (Xahiş edirik, unutmayın ki, icazələr sırasına göndərilən mesajların yığılma, tayalanma müddəti hazırda 42 gündür.) 30 gündən sonra icazələri təsdiqlənməyən {{OTRS-ya daxil oldu}}
etiketli fayllar əlavə bir yeddi gün gözləmədən hər hansı bir OTRS nümayəndəsi tərəfindən biletin yoxlanılması şərti ilə 30 gündən sonra icazələri təsdiqlənməyən şəkillər dərhal bu kriteriyaya əsasən silinə bilər.
Kateqoriyalar
Aşağıdakı kriteriyalar ödənmədiyi hallarda konsensus əldəsi üçün müzakirə başladın.
K1. Boş kateqoriyalar
Bu kriteriya ən azı 7 gün istifadəsiz, boş qalan kateqoriyalar üçün istifadə olunur. Bu kriteriya dəqiqləşdirmə funksiyası görən kateqoriyalar, bəzi kateqoriyaların ümumi başlıq altında toplanması funksiyasını görən kateqoriyalar, müzakirəsi davam edən kateqoriyalar və təbii olaraq boş ola biləcək kateqoriyalar (texniki) üçün uyğun deyil.
K2. İstiqamətləndirmə, ad dəyişdirmə və ya birləşdirmə
Adı dəyişdirmə və ya birləşdirmə nəticəsində istiqamətləndirmə halına çevrilmiş kateqoriyalar, ümumiyyətlə, istiqamətləndirmə halında olan bütün kateqoriyalar bu kriteriyaya əsasən silinə bilər.
K3. Təkrarlanan kateqoriya
Bu kriteriya Azərbaycan dilli Vikipediyada mövcud olan kateqoriyanın dublikatı olan və ya onu təkrarlayan, tarixçəsi olmayan kateqoriyalara aiddir.
Dublikat kateqoriyalar adətən mövcud kateqoriyanın ehtimal olunan səhv yazılması və ya alternativ adı şəklindədir.
İstifadəçi səhifələri
Bu kriteriya sadəcə istifadəçi və istiffadəçi müzakirəsi fəzasında olan səhifələr üçün keçərlidir.
İS1. İstifadəçi istəyi
Şəxsi istifadəçi səhifələri və onun alt səhifələri (istifadəçi müzakirəsi istisna olmaqla) istifadəçilərin öz istəyi ilə silinə bilər. İstifadəçi müzakirə səhifələrinə bu kriteriya tətbiq oluna bilməz.
İS2. Qeydiyyatsız, mövcud olmayan istifadəçi
Çoxsaylı redaktələri olan IP istifadəçilərin, hərf səhvi səbəbi ilə mövcud olan istifadəçi səhifəsinə yaradılmış istiqamətləndirmələr, adı dəyişmiş istifadəçilərin keçmiş adları istisna olaraq mövcud olmayan istifadəçilərin səhifələri (bax: İstifadəçilərin siyahısı) bu kriteriyaya aiddir. Bu kriteriya ilə sürətli silmə şablonu əlavə etməzdən öncə, səhifənin başqa istiqamətə köçürülməsinin, istifadəçinin alt səhifəsinə çevrilməsinin mümkünlüyünü yoxlayın. Əgər belə hallar varsa, bunlar daha məqsədə uyğundur.
İS3. Azad olmayan albomdan ibarət
Azad istifadə qaydalarına uyğun olmayan və ya azad olmayan fayllardan ibarət albom yerləşdirilmiş istifadəçi səhifələri Vikipediyanın azad məzmun siyasətini pozduğu üçün bu kriteriya ilə sürətli silinə bilər. Hətta əgər fayl/məzmun istifadəçi tərəfindən yüklənsə belə bu qayda pozuntusudur, lakin ictimai domenlə və ya azad lisenziya ilə yayımlanan fayllar qəbul ediləndir.
İS4. Vikipediyanın reklam, təbliğat və bu kimi məqsədlərlə istifadəsi
İstifadəçi ad fəzasındakı səhifələr məlumatlar, müzakirələr və ya Vikipediyanın hədəfləri ilə yaxından əlaqəli olmayan fəaliyyətlərdən ibarətdirsə və sahibinin istifadəçi səhifələrinin xaricində az və ya heç bir dəyişiklik etmədiyi hallarda bu kriteriya ödənir. Qəbul edilə bilən qaralamalar və Vikipediyaya aid məlumatlar (daha ətraflı: Vikipediya:İstifadəçi səhifəsi) istisnadır. Bu kriteriya sözügedən səhifənin nə zaman yaradıldığından asılı olmayaraq tətbiq olunur.
Bu şablonu yerləşdirmədən və ya bu meyarın altındakı səhifəni silməzdən əvvəl:
- Zəhmət olmasa, Vikipediya:İstifadəçi səhifəsi#İstifadəçi səhifələrində qadağan olunan məlumatlar təlimatına nəzər yetirin
- Səhifələri silinən məzmunla əlaqəli olmayan əhəmiyyətli tarixçə ilə boşaltmağa qərar verin.
- İstifadəçi səhifələrində olan və sürətli silmə kriteriyalarını ödəməyən qaralama məqalələri silmək əvəzinə istifadəçinin alt səhifəsinə köçürün.
Portallar
Sürətli silmə kriteriyalarını ödəməyən portallar üçün silinməyə namizədlik prosesini başladaraq müzakirə yoluyla konsensus əldə edə bilərsiniz.
P1. Məqalə olarsa, sürətli silinməli olan hər hansı bir portal
Mövcud məqalələrin sürətli silinmə kriteriyalarının ödəyən hər hansı portal bu kriteriya ilə silinə bilər.
P2. Boş portallar
Qaralama halında olan sayca 3 və 3-dən az məqalənin və ya qaralama halında olmayan sayca 3 və 3-dən az məqalənin başlıq kimi verildiyi portallar bu kriteriya ilə silinə bilər.
Kriteriya olmayanlar
Aşağıdakılar öz-özlüyündə sürətli silməni əsaslandırmaq üçün çətindir:
- Vikipediya:Vikipediya nə deyil? qaydasına əsaslananlar və esseler. Vikipediya "lüğət", "ayrı-seçkiliksiz bir məlumat toplusu", "büllur top", "necə edilməli siyahıları"; və ya "esselər toplusu" deyildir.
- Daha az aşkar saxtakarlıqlar. Uzaqdan ağlabatan olsa da, şübhəli bir saxtakarlıq nümunəsi olan məqalə daha geniş bir müzakirədə daha çox araşdırılmalıdır. Həqiqət çox vaxt uydurmadan daha qəribədir. Qeyd edək ki, "açıq və aşkar saxtakarlıqlar və dezinformasiyalar" vandalizm kimi sürətlə silinməyə məruz qalır.
- Orijinal tədqiqat.Bir məqalənin yeni nəzəriyyələrə və ya şərhlərə qarşı siyasəti pozan və ya sadəcə mənbəsiz bir materialdan ibarət olub olmadığını söyləmək həmişə asan deyil.
- Ensiklopediklik. Açıqca diqqət çəkməyən mövzulara bənzəyən məqalələr yalnız məqalənin mövzunun nəyə görə vacib və ya əhəmiyyətli ola biləcəyinə dair etibarlı bir sübut vermədiyi təqdirdə sürətli silinə bilər.
- Əhəmiyyətli olmayan məqalələr (M5, M6 və M8 kriteriyalarını ödəməyənlər). Bu M5, M6 və M8-də xüsusi olaraq göstərilməyən tip məqalələrin o kriteriyalar tərəfindən sürətlə silinməsi üçün bir fikir birliyi yoxdur. Həmçinin M8-ə uyğun olmayan neologizmlər üçün tətbiq edilmir, çünki yeni xüsusiləşdirilmiş şərtlərə görə daha geniş bir yayılma qabiliyyətinə malik olmalıdır.
- Müəllif tərəfindən edilən pis niyyətli silinmə tələbləri. Başqalarının əhəmiyyətli dərəcədə töhfə verməsindən sonra (başqalarının da fəaliyyətə cəlb olunğu üçün) və ya sərbəst lisenziyalı töhfələrini ləğv etmək cəhdləri ilə, pis niyyətlə, xəyal qırıqlığı səbəbindən edilən müəllif silmə istəkləri təmin edilmir. Bununla birlikdə, hər kəs öz istifadəçi fəzası sahəsindəki səhifələrin silinməsini tələb edə bilər.
- Çox qısa məqalələr. Qaralama olaraq səciyyələndirmək üçün kifayət qədər məzmuna və kontekstə malik qısa məqalələr M1 və M3 meyarlarına əsasən sürətlə silinə bilməz, digər meyarlar isə hələ də tətbiq oluna bilər.
- Müəllif hüquqlarını pozmayan nüsxələr. Məzmun həm burada, həm də başqa bir yerdə görünsə (ehtimal ki, dəyişdirilmiş formada), Vikipediyanın orijinal versiyası və bizdən kopyalanan digər sayt olması ehtimalını nəzərdən keçirin. Unutmayın ki, eyni müəllif hər iki versiyanı da yazmış ola bilər və ya orijinal azad məzmun ola bilər.
- JPEG tipli şəkillər ilə əvəzlənən PNG / GIF tipli fayllar. JPEG sonluğu sonradan vacib ola biləcək məlumatları atır. Orijinal PNG / GIF fayllarını silməyin.
- Vandalizm olmayan şübhəli material. Ciddi, təkidli səylər həmişə vandalizm deyildir, bu səbəbdən ədalətli olmaq üçün ağlabatan bir nəticə olmadığı təqdirdə məqaləlri vandalizm səbəbi ilə silməyin.
- IP adreslərə xas istifadəçi səhifələri və istifadəçi müzakirəsi səhifələri. İstifadəçilər Vikipediya hesabları yaradılmağa təşviq edilsələr də, qeydiyyatdan keçməmiş istifadəçilərə Vikipediyada redaktələr etməyə icazə verilir və bu redaktələr IP adresləri ilə tarixçələrə qeyd olunur. Qeydiyyatdan keçməmiş bir istifadəçinin stabil bir IP ünvanı varsa, onunla əlaqəli bir istifadəçi səhifəsi və istifadəçi müzakirəsi səhifəsi ola bilər. Hətta stabil olmayan IP ünvanlarının tarixçələri də maraqlı ola biləcək əhəmiyyətli müzakirələr və ya məlumatlar ehtiva edə bilər.
- Səs, video və ya şəkil olmayan fayllar. F10 kriteriyası ilə bir fayl sürətli silinmək istənirsə, onun potensial bir faydası olmamalı və hər hansı bir məqalədə istifadə edilməməlidir. İstifadədə olan və ya uyğun istifadəyə verilə bilən fayllar səs, video və ya şəkil olmasa da, daha geniş müzakirə edilmədən silinməməlidir.
- Silinmə tələbi. Bəzən bioqrafik məqalənin mövzusu olduğunu iddia edən şəxs məqalənin silinməsini tələb edir, hətta məqaləni boşaldır. Məqalə subyektlərinin məqalələrin silinməsi üçün avtomatik bir hüququ yoxdur. Belə bir kriteriya məqalə fəzası xaricindəki ad fəzasına da da şamil edilmir, məsələn: Vikipediya ad fəzasında müəyyən bir redaktorla bağlı müzakirəyə həsr olunmuş səhifələr.
- Tərk edilmiş səhifələr və ya istiqamətləndirmələr. Səhifəyə yalnız başqa səhifələrdən keçid verilmədiyi üçün səhifə silinə bilməz. Bura istiqamətləndirmələr daxildir.
- Xətalı istiqamətləndirmələr. Yenidən istiqamətləndirmə hədəfinin səhv və ya qarışıq olduğu üçün silinməməlidir. Bunun əvəzinə istiqamətləndirməni daha yaxşı bir hədəfə dəyişdirin. Hədəf seçməkdə əmin deyilsinizsə, müzakirə başladın.
İnzibatçılar üçün silmə proseduru
Bir səhifəni silməzdən əvvəl silinmə xülasəsində silinmə səbəbini göstərdiyinizdən əmin olun. Yaxşı olar ki, məqalənin yaradıcısı və əsas redaktəçisi və ya redaktəçiləri bununla bağlı məlumatlandırılsın.
Bir səhifəni silməzdən əvvəl, əvvəlki versiyanı geri qaytarmaq və xilas etmək mümkün olub olmadığını və ya həqiqətən bir kəs-yapışdır hərəkətinin olub olmadığını qiymətləndirmək üçün səhifə tarixçəsini yoxlayın. Həm də:
- İlkin redaktə xülasəsində səhifənin mənbəyi və ya yaradılma səbəbi barədə məlumat ola bilər.
- Müzakirə səhifəsi əvvəlki silinmə müzakirələrinə istinad edə bilər və ya davam etməkdə olan müzakirələr haqqında məlumatlandırıcı ola bilər.
- Səhifə jurnalında əvvəlki silinmələr haqqında məlumat verilə bilər ki, bu səhifənin qorunmasına və ya üzrlü səbəbdən saxlanılmasına zəmanət verə bilər.
- Səhifəyə keçidlər səhifənin ensiklopediyada tez-tez istinad olunan olduğunu göstərə bilər və ya silinməyə zəmanət verən digər oxşar səhifələri göstərə bilər. Yenidən yaradılmaması lazım olan səhifələr üçün digər səhifələrdəki keçidlər (müzakirələr, arxivlər və izləmə səhifələri istisna olmaqla) silinməlidir.
Twinkle və ya CSDHelper prosesin daha rahat və operativ icrası üçün istifadə oluna bilər. Nəzərə alın ki:
- Twinkle səhifələri silə bilər.
- Twinkle sürətli silinən səhifələrin yaradıcılarına bildiriş göndərə bilər.
- CSDH səhifələri silə, namizədliyi PROD namizədliyə çevirə və ya ləğv edə bilər.
- CSDH sürətli silinməyə namizəd göstərəni namizədlik ləğv edilibsə, məlumatlandıra bilər.
Qeydlər
- ↑ Burada sürətli məqalənin yaradıldığı vaxta deyil, sadəcə qərar qəbuletmə prosesinə işarə edir.
- ↑ Ən son silinmə müzakirə nəzarətinin nəticəsi. Bu o deməkdir ki, ən son müzakirə "saxlanılma" və ya heç bir konsensus əldə etmədən "saxlanılma" ilə sonlanıb, bu halda Ü4 tətbiq edilmir. Eynilə, son müzakirəsi nəticəsində silinən, lakin əvvəlki müzakirələrdə saxlanılan bir məqalə meyara tabedir və silinə bilər.
- ↑ Qeyd edək ki, yeni redaktorlar bəzən səhvən məqaləsi olmayan müzakirə səhifələrində məqalə qaralamalarına başlayırlar. Bunu görürsünüzsə, istifadəçinin qaralama alt səhifəsinə köçürün, yeni istifadəçinin müəllif olduğundan əmin olun.
- ↑ 1 2 Əksər hallarda məqalələr yaradıldıqdan sonra bu meyar altında silinməsi üçün etiketlənməməlidir, çünki yaradıcı məzmun üzərində fəal işləyə bilər. Müəyyən bir vaxt tələbi olmasa da, bu meyarın altına etiket qoyulmadan on dəqiqəlik gecikmənin yaxşı təcrübə kimi irəli sürülməsi daha yaxşı çıxış yoludur. Xahiş olunur ki, məqalənin daha sonra nəzərdən keçirilməsini təmin etmək üçün səhifəni gecikmə keçməmişdən əvvəl patrul edilmiş kimi işarələməyəsiniz.
- ↑ İnternet üzərindən yayımlanan geniş kütləli TV və ya radio proqramları ilə bağlı məqalələr birbaşa bu kriteriya silinmə əvəzinə müzakirə olunsa daha yaxşı olar.
- ↑ Məsələn: kiminsə güllələnməsi, vulkan püskürməsi, bomba partlaması, kiminsə öldürülməsi və ya ölməsi. Bu mövzulu məqalələrin birbaşa Ü5 kriteriyası ilə silinməsi əvəzinə silinməsinin müzakirəsi tövsiyə olunur.
- ↑ SSK Ü3 altında vandalizm kimi silinən bir saxtakarlıqdan fərqli olaraq SSK Ü8 həqiqətən yaradılmış və ya mövcud ola bilən, lakin kiçik bir qrup insan xaricində heç bir əhəmiyyəti olmayan mövzular üçündür. Məsələn: yeni icad edilmiş yeni bir söz.
- ↑ Səhifə ad dəyişmələri bu istiqamətləndirmələrin uyğunsuz şəkildə silinməsi tarixçəsi səbəbi ilə kriteriyadan xaric edimişdir. Ad dəyişmə Vikipediyaya işarə edən xarici keçidlərin etibarlı qalmasını təmin etmək üçün yönləndirmə yaradır. Bu cür keçidlər varsa, bu yönləndirmələrin silinməsi onları pozacaq. Bu cür yönləndirmələr Vikipediyada müzakirə olunmalıdır: Ancaq səhvən edilən yönləndirmələr Ü6 altında texniki silmələr kimi silinə bilər.
- ↑ Sonuncu fayl/səhifəni silməzdən əvvəl, MediaWikinin kiçik ölçülü kiçik şəklini önizləyərək oxuya biləcəyini yoxlayın. Əgər təqdim olunsa, birbaşa media məlumatları ilə əlaqəli metadata kimi hesab edilə biləcək qədər əhəmiyyətdə bir məlumat yoxsa, fayl silinə bilər. Problemi yalnız yaxşı məlumatları və qəbul edilə bilən metaməlumatları ehtiva edən bir fayl yükləyərək həll etmək isə daha məqbul çıxış yoludur.
- ↑ Fayl təsviri səhifələrindəki Vikianbar ilə əlaqəli məzmunu yerli səhifəni silmədən əvvəl kopyalanması lazımdır. Lazım gələrsə, atribut tarixçəsini də kopyalayın.