Vidadi Hesenov - Wikipedia
Vidadi İsmayıl oğlu Həsənov (16 iyul 1958, Kirovabad) — Azərbaycan aktyoru, ssenari müəllifi, Azərbaycan Respublikasının xalq artisti (2019), "M. Teatr Production"un bədii rəhbəri (2016-cı ildən), Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2023-cü ildən).[1]
Vidadi Həsənov | |
---|---|
Doğum tarixi | 16 iyul 1958 (66 yaş) |
Doğum yeri | |
Milliyyəti | azərbaycanlı |
Fəaliyyəti | aktyor |
Mükafatları |
Həyatı
redaktəVidadi Həsənov 1958-ci ilin iyulun 16-da Gəncədə anadan olub. Gəncə şəhər 37 saylı məktəbi bitirib. 1979-cu ildə hərbi xidməti başa vurduqdan sonra Cəfər Cabbarlı adına Gəncə dövlət dram teatrında fəaliyyətə başlayıb. 1980-ci ildə isə Azərbaycan Dövlət Mədəniyyət və incəsənət İnstitutunun dram və kino aktyoru ixtisasına daxil olub. İnstitutun Tədris Teatrında aktyor kimi iştirak edib.
Vidadi Həsənov 1986-cı ildə həmin universitetdə müəllim kimi fəaliyyətə başlayıb. Aktyor 1990-cı ildən isə YUĞ teatrında çalışır. Hazırda Mədəniyyət və İncəsənət Universitetinin "Estrada rejissoru" kafedrasının dosentidir. 2008-ci ildə "Şair olmaq istəmirəm" adlı şeirlər kitabı çıxıb.
Avropa kinematoqrafçılar Assosasiyasının xətii ilə 2009-cu ildə Tiflis,2010-cu ildə Moskvada ssenaristlər kursunu keçıərək beynəlxalq sertifikat alıb. Qazaxıstan Respublikasının müstəqilliyinin 20 illiyi münasibətilə 2011-ci ildə Almata şəhərində keçirilən tələbələrin I beynəlxlaq teatr festivalında rəhbəri olduğu kursun tələbələri "Qran-pri" mükafatı alıb.
2016-cı ildə "Media Company"-nin nəzdində yaradılmış "M. Teatr Production"un bədii rəhbəridir.[2][3]
Mükafatları
redaktə31 iyul 2019-cu ildə Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə Azərbaycanın xalq artisti fəxri adına layiq görülmüşdür.[4]
7 may 2021-ci ildə[5] və 10 may 2022-ci ildə[6] Prezident Mükafatına layiq görülmüşdür. 6 may 2023-cü ildə Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.[7]
Teatr fəaliyyəti
redaktəRolları
redaktə- N. Gəncəvi "Bişir və Məlixa" — Bişir (Gəncə Dövlət Dram Teatrı)
- M. Şatrov "Göy otlar üstündə qırmızı atlar" — Matros (GDDT)
- S. Vurğun "Komsomol poeması" —Zalımoğlu (GDDT)
- F. Şiller "Qaçaqlar" — Frans Moor (Tədris Teatrı)
- Q. Qorin "Herostratı inudun" — Kleon (TT)
- V. Şukşin "Diribaş adamlar" — Qaraşın (TT)
- N. Şəhriyar "Salam" — Qırmızı paltarlı (Yuğ)
- Kitabi Dədə Qorqud "Oğul" — Dəstəbaşı (Yuğ)
- N. Gəncəvi "Açar" — Mürid (Yuğ)
- A. P. Çexov "Albalı bağı" — Qayev (Yuğ)
- V. Şekspir "Afinalı Timon" — Lyutsiy, Senator, Quldurbaşı (Aktyor Evi)
Rejissor işi
redaktə- R. Rövşən — "Dünya mənə tanış gəlir" (TT)
- A. Şaiq — "Tıq-tıq xanım" (BŞUT)
- Y. Səmədoğlu — "220 nömrəli otaq" (BŞUT)
- Kitabi Dədə Qorqud — "Müqəddimə" (Yuğ)
- R. Rövşən — "Bir qarış" (Yuğ)
- C. X. Cəbran — "Sur" (Yuğ)
- C. Məmmədquluzadə — "Məsəl ya əməl" (Yuğ)
- M. Süleymanlı — "Köç"(Azradio)
- M. Füzuli — "Həqiqətüs süəda" (Azradio)
Filmoqrafiya
redaktə- Bəyin oğurlanması (film, 1985) — Musa
- Burulğan (film, 1986) — Adil
- Dərvişin qeydləri (film, 2013)
- Fatehlərin divanı — Atilla
- Hökmdarın taleyi (film, 2008) — Cavad xan
- İşarəni dənizdən gözləyin (film, 1986) — Adyutant
- Qala (film, 2008) — Əbil müəllim
- Şeytan göz qabağında (film, 1987) — Brokonyer
- Təxribat (film, 1989) — Polis mayoru
- Yalan (film, 2005) — Yavər
- Yuxu yaddaşı (film, 2008)
- Yumruqlarla solo — Qarabəniz
- Güruh-Meksikalı
- Leyli və Məcnun — Leylinin atası
- Çölçü (film, 2012) — Ulu Çölçü (ssenari müəllifi)
- 220 nömrəli otaq (ssenari müəllifi)
- Qağayı (2012)
- Tək olanda qorxma... (teleserial, 2013)
- İçəri şəhər (film, 2015)
- İşıq yolu (film, 2015)
- İkinci güllə (film, 2017)
- Ata ocağı (serial, 2017)
- Sonuncu pərdə (film, 2019)
- Olimpia (film, 2021)
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2024-03-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-04-02.
- ↑ "Bakıda yeni teatr yaradıldı". 2021-10-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-30.
- ↑ ""Mənim teatrım"ın təqdimatı və ilk tamaşası…". 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-03-30.
- ↑ President.az. "Azərbaycanın kino xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 2019-07-31. 2021-10-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-31.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 07.05.2021. 2021-11-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-05-07.
- ↑ President.Az. "İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 10.05.2022. 2022-05-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-12.
- ↑ President.Az. "Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı" (az.). President.az. 06.05.2023. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-07.