Vayxir Qalasi - Wikipedia
Vayxır qalası — Babək rayonunda, Naxçıvançayın sol sahilində, eyniadlı kəndin yaxınlığında arxeoloji abidə.
Vayxır qalası hər tərəfdən dərin yarğan, yaxud sıldırım qayalarla əhatələnmiş və təbii mühafizəyə malikdir. Qala, eyni zamanda, əlavə müdafiə istehkamı ilə də möhkəmləndirilmişdir. Müdafiə divarının (cənub divarının uzunluğu 150 m., şimal divarının uzunluğu 140 m.) həm dördkünc bürcləri, həm də bucaqşəkilli çıxıntıları var. Müdafiə divarları yüngülcə yonulmuş iri qaya parçalarından hörülərək gil məhlulu ilə bərkidilmişdir.
Kəşfiyyat xarakterli tədqiqatlarda öyrənilmiş, bərpa layihəsi hazırlanmışdır. Qalanın e.ə. II minilliyə aid olması ehtimal olunur. Vayxır qalasının sahəsi 2 hektardan artıqdır. Qalanın divarları (eni 4–5 m.) yonulmamış iri qaya parçalarından, heç bir bərkidiçi məhlul olmadan tikilmişdir.
Abidədə genişmiqyaslı arxeoloji qazıntılar aparılmamış, yalnız yerüstü maddi-mədəniyyət nümunələri əsasında öyrənilmişdir. Buradan əldə olunmuş yerüstü maddi-mədəniyyət nümunələri, Son Tunc-Erkən Dəmir dövrünə aid boz və qara rəngli gil qab qırıqlarından və tunc asmadan ibarətdir.