Vasif Imanov - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vasif Həsən oğlu İmanov (1961, Ərəfsə, Sisian rayonu) — Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı
Vasif İmanov | |
---|---|
Vəzifədədir | |
7 mart 2013-cü ildən | |
Əvvəlki | Vəzifə təsis edilib |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1961 |
Doğum yeri |
Həyatı
redaktəİmanov Vasif Həsən oğlu 1961-ci ildə Zəngəzur mahalının Ərəfsə kəndində anadan olub. 1983-cü ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu, 2004-cü ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını bitirmişdir.
1983-cü ildən əmək fəaliyyətinə başlamışdır. 1983–1991-ci illərdə “Avtoyoltikinti” Nazirliyinin 27 saylı Yol İstismar Sahəsində mühəndis-mexanik və baş mexanik, 1991–1999-cu illərdə “Şelflayihətikinti” İstehsalat Birliyinin Tikintinin Mexanikləşdirilməsi və Nəqliyyat İdarəsində istismar şöbəsinin rəisi, baş mühəndis və həmin idarənin rəisi, 2003–2006-cı illərdə Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda direktor müavini, 2006–2013-cü ilin mart ayına qədər ARDNŞ-nin Sosial İnkişaf İdarəsində rəis müavini vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatı İdarə Heyətinin üzvüdür. 2011-ci ildə "Tərəqqi" medalı ilə təltif olunub.
Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, üç övladı var. O, Azərsu ASC-nin sabiq sədri Qorxmaz Hüseynov ilə qudadır.[1]
İstinadlar
redaktə- ↑ "İcra başçılarının vəzifəli və biznesmen övladları — FOTOLAR". 2023-02-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-20.