Vaqif Arzumanli - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Vaqif Arzumanlı (1947, Quba rayonu – 9 iyul 2014, Nabran, Xaçmaz rayonu) — professor, filologiya elmləri doktoru, beynəlxalq Eko-İnformasiya Akademiyasının akademiki. Filoloq-tarixçi, politoloq.
Vaqif Arzumanlı | |
---|---|
Vaqif Minad oğlu Arzumanlı | |
Doğum tarixi | 1947 |
Doğum yeri | |
Vəfat tarixi | 9 iyul 2014 |
Vəfat yeri | |
Vəfat səbəbi | xərçəng xəstəliyi |
Dəfn yeri | |
Atası | Minad |
Təhsili |
Həyatı
redaktə1947-ci ildə Azərbaycan Respublikasının Quba rayonunda anadan olub.
On bir illik məktəbi qızıl medalla bitirdikdən sonra 1964–1969-cu illərdə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1969–1972-ci illərdə AMEA-nın, M. Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun və Litva EA-nın aspiranturalarında oxumuşdur. 1973-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda elmi işçi işləmiş, 1980–1991-ci illərdə AMEA SSRİ XDRS-da şöbə müdiri vəzifəsində çalışmışdır.
V. Arzumanlı 1991–2002-ci illərdə Azərbaycan EA Milli Münasibətlər İnstitunun (2000-ci ildən Beynəlxalq Münasibətlər İnstitutu) direktoru işləmişdir. 2002-ci ildən AMEA Nizami adına Ədəbiyyat İnstitutunun "Xarici ölkələr ədəbiyyatı və ədəbi əlaqələr" şöbəsinə rəhbərlik edir. 2011-ci ildən AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun Beynəlxalq Əlaqələr üzrə direktor müşaviridir.
V. Arzumanlı 1973-cü ildə namizədlik, 1984-cü ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1991-ci ildən professor adı almışdır , Beynəlxalq Eko- İnformasiya Akademiyasının akademikidir (1996), Azərbaycan Yazıçılar Birliyinin üzvü (1979), Azərbaycan Jurnalistlər Birliyinin üzvü(2000), "Alman-Azərbaycan Cəmiyyəti" İdarə Heyətinin üzvü(1992), Beynəlxalq "Soydaş" Assosiasiyasının vitse-prezidenti (1994), Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin vitse-prezidenti(1996),"Quba Xeyriyyə Cəmiyyəti"nin sədri (1996), Türkiyəni və S. Dəmirəli Sevərlər Cəmiyyətinin həmsədri (1999), İctimai-Siyasi Proseslər və Beynəlxalq Əlaqələr Elmi Araşdırmalar Mərkəzinin Prezidentidir(2002).
V. Arzumanlı "Elturan"("Milli məsələlər") (1992) və "Diasporun səsi" (2009) jurnallarının və "Ədəbi Əlaqələr" toplusunun (2005)Baş redaktoru, "Qartal" nəşriyyatının direktorudur(1999). O, 2007-ci ildən Dünya Azərbaycanlıları Konqresinin (DAK)sədrinin müavini, İdarə heyətinin üzvü, DAK Divanının həmsədri, Beynəlxalq Diaspor Mərkəzi İB-nin sədr müavini idi (2009).
V. Arzumanlı 1974-cü ildən Bakı Dövlət Universitetinin müəllimi və professorudur (1989). 1973–1974-cü illərdə M. F. Axundzadə adına RDƏ İnstitutunda (indiki Slavyan Universiteti), 1976–1987-ci illərdə İrəvan Pedaqojı İnstitutunun Azərbaycan bölməsində dərs demişdir. Onun haqqında müxtəlif illərdə xeyli məqalə və iki monoqrafiya yazılmışdır. Onun adı bir sıra xarici ölkələrdə nəşr edilmiş ensiklopediyalara salınmışdır. V. Arzumanlı Azərbaycan dilindən Litva dilinə, Litva , latış və rus dillərindən Azərbaycan dilinə ondan artıq kitab tərcümə etmişdir. Elmi əsərləri, kitab, monoqrafiya və məqalələri rus, Ukrayna, alman, türk, Litva, latış, eston, belarus, polyak, ərəb, fars, ingilis və başqa dillərdə nəşr edilmişdir.
50-dən artıq xarici ölkədə işgüzar səfərlərdə və elmi ezamiyyətlərdə olmuş, bir sıra Beynəlxalq simpozium, konfrans və müşavirələrdə iştirak etmişdir. V. Arzumanlı 2000, 2005 və 2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatliğına namizəd kimi qeydə alınmışdır. Üç dəfə AMEA-nın müxbir üzvlüyünə namizədliyi irəli sürülmüşdür (2001, 2007, 2012). Litva və Belarus Respublikaları Ali Sovetlərinin, Respublikamızın bəzi elm və təhsil ocaqlarının, ayrı-ayrı təşkilatların Fəxri Fərmanları, eləcə də Azərbaycanın, Litvanın, Latviyanın, Estoniyanın, Ukraynanın, İraqın, Tatarıstanın bir sıra ədəbi mükafatları və medalları ilə (1964–2012) təltif olunmuş, Milli qəhrəman Əlif Haciyev adına və görkəmli türkoloq Bəkir Çobanzadə adına Beynəlxalq mükafatlara, eləcə də "Qızıl qələm" və "Mir Cəlal Paşayev" mükafatlarına layiq görülmüşdür. İki monoqrafiyası (" Nizami Gəncəvinin dünya şöhrəti", "Dəyərli ustad") Azərbaycan Respublikasının Dövlət mükafatına təqdim olunmuşdur (1997, 2012). 2012-ci ildə Azərbaycan ədəbiyyatının tədqiqi, ədəbi əlaqələr sahəsində səmərəli elmi fəaliyyəti və anadan olmasının 65-illiyi münasibətilə Fədakar alim diplomuna və mükafatına layiq görülmüşdür. Xocalı şəhərinin fəxri vətəndaşıdır. V. Arzumanlı 35 kitab və monoqrafiyanın, həmçinin 1500-dən artıq elmi və publisistik məqalənin, müsahibənin müəllifidir. 60-dan artıq elmi əsərin redaktoru və ön sözün müəllifidir. Ədəbi əlaqələr və milli münasibətlər sahəsində gənc alimlərin və mütəxəssislərin yetişdirilməsində fəal iştirak edir, 30-dan artıq aspirant, dissertant, doktorantın elmi rəhbəri, elmi məsləhətçisi olmuşdur.
2014-cü ilin iyul ayında Nabrandakı bağ evində ağır xəstəlikdən sonra dünyasını dəyişmişdir[1]. O, uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkib.[2] İyulun 10-da Xudatda öz vəsiyyəti ilə atasının dəfn olunduğu "Şıxlar" qəbiristanlığında torpağa tapşırılmışdır.[3]
Kitab və monoqrafiyaları
redaktə- "Azərbaycan və Baltik xalqalarının ədəbi əlaqələri" (1972)
- "Ədəbiyyətə qovuşan sənət" (1976)
- "Yaradıcılıq qardaşları" (Vilnüs 1976)
- "Azərbaycan-Litva ədəbi əlaqələri" (1978)
- "Azərbaycan-Ukrayna ədəbi əlaqələri" (1982)
- "Ürəklər qovuşanda" (1989)
- "Azərbaycan-Pribaltika ədəbi əlaqələri" (1990)
- "Azərbaycan ünvanı…" (1994)
- "Müqəddəs elm məbədi" (1995)
- "1918-ci il Mart qırğınları" (1995)
- "Nizami Gəncəvinin dünya şöhrəti", Bakı, "Elm" nəşriyyatı, 1997.
- "Azərbaycan Xalq Cümhuriyyətinin milli siyasəti" (1998)
- Tarixin qara səhifələri. Deportasiya. Soyqırım. Qaçqınlıq. (Nazim Mustafa ilə). Bakı: Qartal, 1998.
- "Tarix siyasətin, siyasət tarixin dili ilə" (1999)
- "Şöhrəti cahani Nizami Gəncəvi" (Təbriz,1999)
- "Həyat yolundan səhifələr" (2000)
- "Keçmişimiz və gələcəyimiz" (2000)
- "Azərbaycan Respublikası və türk ziyalılığının Mərkəzi Asiya və Şimali Qafqazda təşəkkülü" (2000)
- "75 yaşın pillələri" (2001)
- "Azərbaycan Diasporu" (2001)
- "Azərbaycan dastanı" (2001)
- "Beynəlxalq Münasibətlər İnstitutu-10" (2002)
- "Elm və təhsil sahəsində Azərbaycan-Rusiya əməkdaşlığı" (2002)
- "Mirzəşəfişünaslıqda yeni mərhələ" (2005)
- "Bölünmüş vətənin bütövlük rəmzi" (2006)
- "Dünya Azərbaycanlıları Konqresi" (2007)
- "Türk dünyası və "Böyük Ermənistan" xülyası" (2008)
- "Təbiət, qeyrət, həqiqət şairi" (2009)
- Şair Ramiz Qusarçaylı (Tehran, 2009)
- "Azərbaycanın ən qədim şəhəri-Dəmirqapı Dərbənd" (2009)
- "Dəyərli ustad" (2010)
- "Dədə Qorqudun qəbrinin izi ilə", Bakı, "Qartal", 2012.
- "Dədə Qorqudun qəbri" (Tehran, 2012)
- "Mirzə Fətəli Axundzadə və Qərbi Avropa ədəbi-nəzəri fikri" (2012)
İstinadlar
redaktə- ↑ "Professor Vaqif Arzumanlı vəfat etdi" (az.). publika.az. 9 iyul 2014 - 15:44. 2016-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.
- ↑ "Professor Vaqif Arzumanlı iyulun 10-da Xudatda dəfn olunacaq" (az.). apa.az. 9 iyul 2014 - 18:24. İstifadə tarixi: 2014-07-10.[ölü keçid]
- ↑ "Vaqif Arzumanlı Xudatda dəfn olunub" (az.). apa.az. 10 iyul 2014 - 14:06. 2014-07-13 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-07-10.