Vetendas Keyn Film 1941 - Wikipedia
Vətəndaş Keyn (ing. Citizen Kane) — 1941-ci il istehsalı olan ABŞ filmi, aktyor, rejissor Orson Uellsin ilk ən böyük həcmli filmi.
Vətəndaş Keyn | |
---|---|
ing. Citizen Kane | |
Janr | Dram |
Rejissor | Orson Uells |
Prodüser | Orson Uells |
Ssenari müəllifləri |
Orson Uells Herman C. Mankeviç |
Baş rollarda |
Orson Uells Cozef Kotten Doroti Kominqor Corc Kuluris Everett Sloun Rey Kollinz Aqnes Murxed |
Operator | Qreqq Toland |
Bəstəkar | Bernard Herrmann |
İstehsalçı | RKO Radio Pictures |
Distribütor | RKO Pictures, Netflix, HBO Max[d] |
İlk baxış tarixi | 1 may 1941[2], 3 iyul 1946[2], 1941 |
Müddət | 119 dəq. |
Büdcə | 839 727 $[1] |
Ölkə | ABŞ |
Dil | ingiliscə |
İl | 1941 |
Rəng | ağ-qara |
Çəkiliş yeri | San-Dieqo[3], Malibu[3] |
IMDb | ID0033467 |
Mükafatları | |
Vikianbarda əlaqəli mediafayllar |
Filmin ssenarisini Herman Menkeviç, Cozef Kolen və Con Hauzmenlə birgə yazsa da titrlərində sonuncu iki nəfərin adı salınmamışdı. Hələ indiyə qədər filmin ssenarisində kimin hansı hissələri yazması mübahisəli olaraq qalır.
Filmin süjeti sadə quruluşa malikdir. Media-maqnat Çarlz Foster Keyn ölüm yatağında olarkən yalnız "qızılgül qönçəsi" sözlərini deyir və ölür. Bundan sonra film bir sənədli-xronikal sujet əsasında inkişaf etməyə başlayır.
Jurnalist Tompson isə Keynin həyatı, karyerası, ölümü və ən əsas da dediyi son sözlərin nə olması haqqında araşdırma aparmağa başlayır. Film boyu biz Keynin dostları, həyat yoldaşlarının onun haqqında olan xatirələrini eşidirik. Tompsona o, məlum olur ki, Keyn hələ uşaqlığında Tetçer adlı birisinin himayəsinə verilib və sonradan qəfildən Tetçer böyük miqdarda pul əldə edir. Tetçerin ölümündən sonra var-dövlət Keynə miras qalır.
Filmin kuliminasiya hissəsi isə Keynin media maqnatlığa doğru ilk addımları, "sarı mətbuat"ı populyar etməsi, ABŞ ştatlarından birinin qubernatorluğuna namizəd irəli sürülməsi, prezidentin yaxın qohumu ilə nigaha girməsi tutur.
Filmin son hissələri isə Keynin hər şeydən yorularaq öz malikanəsinə çəkilməsi və qulluqçusu ilə yaşaması təsvir edilir. Yalnız sonda jurnalist Tompson uzun araşdırmalardan sonra "qızılgül qönçəsi"nin əslində itirlimiş səadət olduğunu anlayır. Filmin son epizodlarında isə yenə başlanğıc kadrlara qayıdılır — malikanə, onun ətrafında işləyən fəhlələr və "Giriş qadağandır!" yazısı təsvir olunur.
Film 1952-ci ildən başlayaraq hər on ildən bir keçirilən 5 sorğuda kino tənqidçiləri, rejissorlar tətəfindən bütün dövrlərin ən yaxşısı seçilib. ABŞ "Mədəni İrs" siyahısına salınıb. Rejissorlar Kristofer Nolan, Terri Gilliam, Kşiştof Kislevski, Martin Skorseze, Kşiştof Zanussi, Oliver Stoun, Con Vu və başqalarının ən sevimli filmidir.
İstinadlar
redaktə- ↑ The American Film Institute Catalog of Motion Pictures Produced in the United States: Feature Films, 1941 — 1950. University of California Press. 1971. 433–435. ISBN 978-0520215214.
- ↑ 1 2 https://www.imdb.com/title/tt0033467/releaseinfo?ref_=tt_dt_rdat.
- ↑ 1 2 https://www.latlong.net/location/citizen-kane-locations-905.
Xarici keçidlər
redaktə- PBS: Citizen Kane (ing.)
- Bright Lights Film Journal Essay Arxivləşdirilib 2009-07-13 at the Portuguese Web Archive (ing.)
- Roger Ebert: Citizen Kane Arxivləşdirilib 2012-07-11 at the Wayback Machine (ing.)
- Time Magazine Top 100 Arxivləşdirilib 2009-04-21 at the Wayback Machine (ing.)
- Greatest films (ing.)
- DVD Review (ing.)
- Дмитрий Кузнецов "Гражданин Кейн или Видение во Сне. (Ксанаду как метафора)" Arxivləşdirilib 2013-09-30 at the Wayback Machine
- Фотографии со съемок Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine (rus.)