Uzuntala Mebedi - Wikipedia
Uzuntala məbədi — Qazax-Şəmşəddil sultanlığı ərazisində, Karvansaray rayonunun Uzuntala (25 may 1967-ci ildən-Onut, 12 fevral 1969-cu ildən-Aygehovit) kəndi yaxınlığında, kənddən 3 km cənub-qərbdə meşənin dərinliyində alban məbədi.[2]
Uzuntala məbədi | |
---|---|
40°58′27″ şm. e. 45°15′06″ ş. u.HGYO | |
Ölkə | |
Yerləşir | Uzuntala[1] |
Material | kərpic, andezit |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəVaxtilə daş hasar içində olan məbəd kompleksinə 2 kilsə və yardımçı tikililər daxildir. Həmin daş hasarın isə bu gün ancaq özülü qalmaqdadır. Kompleksin ətrafında həm də qədim yaşayış məskəninin xarabalıqları mövcuddur.[3][4]
Memarlıq xüsusiyyətləri
redaktəMonastırın baş məbədi günbəzli zal formasındadır, yarımsütunlar çatma tağlarla birləşmiş və bu tağların üstündə 12 üzlü günbəz ucalmışdır. Məbəd bir neçə dəfə təmir olunmuş və əvvəlki görkəmi xeyli dəyişikliyə məruz qalmışdır. Hörgünün divar daşları bəzi yazılı daş və lövhələrlə əvəzlənmişdir ki, onlardan da birində "1201" tarixi qeyd olunmuşdur. Bu da həmin yerdə daha qədim bir məbədin mövcud olduğunu söyləməyə əsas verir. İstər Karvansara rayonu, istərsə də Uzuntala kəndi qədimdən Türk-Oğuz boylarının ana yurdu olmuş, bu əraziyə ermənilərin ilk kütləvi axını XIX əsrin əvvəllərində bölgənin Rusiya imperiyası tərəfindən işğalından sonra başlanmışdır.[5]
İstinadlar
redaktə- ↑ 1 2 3 Wiki Loves Monuments monuments database. 2017.
- ↑ https://drive.google.com/file/d/0B90u4QYRX8O5WG5USW9JQ3pxdVE/view?pli=1 Arxivləşdirilib 2015-07-24 at the Wayback Machine. Əziz Ələkbərli. Qərbi Azərbaycan abidələri.
- ↑ Ə. Ələkbərli. Qədim Türk-Oğuz yurdu — "Ermənistan" В., 1994, səh.127–132.
- ↑ О.Егиазарян. Исторические памятники Армянской ССР, V, Иджеванский район,. Ереван. 1947. səh. 45-46.
- ↑ Əziz Əliyev. Qərbi Azərbaycan Abidələri. Bakı.