Uzun Gunbez Turbesi - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Uzun Günbəz türbəsi — Elxanilər dönəmində Qəzvində Həmdullah Qəzvini şərəfinə tikilmiş tarixi türbə.
Uzun Günbəz türbəsi | |
---|---|
Həmdullah Qəzvininin türbəsi | |
36°15′51″ şm. e. 50°00′38″ ş. u.HGYO | |
Ölkə | İran |
Şəhər | Qəzvin |
Yerləşir | Qəzvin |
Aidiyyatı | Elxanilər dövləti |
Material | kərpic[1], kaşı[1] |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Haqqında
redaktəTürbə 13-cü və 14-cü yüzilliklərin arasında, Elxanilər dönəminin görkəmli coğrafiyaçı və tarixçisi olan Həmdullah Qəzvininin məqbərəsi üstündə tikilmişdir. Türbə hazırkı Qəzvinin Mələkabad məhəlləsində, sıx yaşayış evlərinin arasında yerləşir. Türbə Azərbaycan memarlıq üslubunda tikilmişdir.[2][3]
Memarlıq xüsusiyyətləri
redaktəTürbənin sahəsi 40 metr və yerləşdiyi bağın ümumi sahəsi isə 280 metrdir. Başqa Elxani türbələrinə bənzər olaraq türbədə istifadə olunan yeganə material kərpicdir. Türbənin planı səkkizbucaqlı olaraq, üstü isə Konus şəkilli firuzəyi günbəz ilə örtülmüşdür. Günbəzinin uzunsov olmasına görə, türbə yerlilər arasında "Uzun Günbəz" kimi tanınır. Türbənin döşəməsi yer səviyyəsindən aşağıda yerləşir. Türbənin giriş qapısı ağacdan olaraq, oyulmuş dolaşıq çiçəkvari naxışlar ilə diqqət çəkir; Türbənin içərisi isə parlaq firuzə rəngli kaşılarla bəzədilmişdir.[4]
Görüntülər
redaktəXarici keçidlər
redaktə- ↑ 1 2 https://iranarchpedia.ir/entry/15581.
- ↑ "Rajə". 2021-04-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
- ↑ "Səfərzon". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.
- ↑ "Memarlıq evi: Uzun Günbəz türbəsi". 2021-04-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-04-26.