Ustacli Eli - Wikipedia
Ustaclı eli — Oğuzların Əfşar boyuna bağlı el.
Tarixi
redaktəÖncə Güney Azərbaycanın Muğan və Qaradağ vilayətlərində yaşam sürən ustaclılar monqol işğalı dönəmində Anadoluya qaçdılar. Burada yaşayan soydaşları ilə birləşib Sivas Amasya civarında məskunlaşdılar. Ustaclı eli Ərətna bəyliyinin, sonra isə Qazi Bürhanəddin hökumətinin siyasi həyatında yaxından iştirak etmişdi. Osmanlılar dönəmində məzhəbləri ilə əlaqədar orduya cəlb olunmadıqlarından Səfəvilərə üz tutmuşdular.
Ustaclı elinin oymaqları əsasən Güney Azərbaycanda məskunlaşmışdılar. Zamanla oymaqlar elin tərkibindən çıxıb müstəqil elə çevrildilər. Məsələn, Quzey Azərbaycanın Naxçıvan vilayətində yerləşən Kəngərli oymağı sonradan böyük bir elə çevrildi. Bəzi oymaqlar isə daha güclü ellərə birləşdilər.
Ustaclı elinin bəzi oymaqları isə heç bir elə qatılmayıb yaşamını sürdürdü. Azərbaycanın bəzi bölgələrində Ustaclı toponiminə rast gəlinir.
Ustaclı elinin oymaqları
redaktəTəmişli, çavuşlu, asayişli, köşkoğlu, sofular, fəthoğlu, toxmaqlı, hacıfəqihli, Qoçulu, kəngərli, kərəmpa, yeganlı, şərəfli, şeyxlər…
Mənbə
redaktə- Ənvər Çingizoğlu. Qarşı yatan Qaradağ. Bakı, "Ozan", 1998.– 192 səh.
- Ənvər Çingizoğlu,Qaradağlılar. Bakı, "Şuşa" nəşriyatı, 2008. – 160 səh.
- Ənvər Çingizoğlu, Qaradağ xanlığı, Bakı, "Mütərcim", 2011. – 212 səh.